Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-553/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(072)- 613/2024 saylı qətnaməsindən (hakim T.Nüsrətov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 22180 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 157 məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 8 avqust 2022-ci il tarixdə 2006-cı il istehsalı olan “Kia Rio” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 2023-cü ilin aprel ayında Cavabdeh ilə şifahi razılaşmaya əsasən həmin avtomobili gündəlik 25 manat icarə haqqı ödənilməsi şərti ilə Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilmiş 30 aprel 2023-cü il tarixli etibarnamə üzrə idarə etmək üçün (sürmək) ona vermişdir. Bir neçə dəfə Cavabdeh gündəlik icarə haqqını ödəsə də, sonrakı günlərdə avtomobilin nasazlığını aradan qaldırmaq üçün icarə haqqını təkərin və digər hissələrin təzələnməsinə yönəltmişdir. Daha sonra Cavabdeh mobil telefon zənglərə cavab verməmiş, eləcə də gündəlik icarə haqqını ödəməmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh avtomobili onun razılığı olmadan dostu X4 idarə etmək üçün vermişdir. X6 isə həmin avtomobili idarə edən zaman 19 may 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Onlar 21 may 2023-cü il tarixdə Cavabdeh mobil telefonuna zəng etmiş, zəngə cavab verən şəxs demişdir ki, o, Malikin dostudur, Malik yol nəqliyyat hadisəsi törətdiyi üçün vəziyyəti pisdir, eləcə də başqa mobil telefon nömrəsi vermişdir ki, əgər Malik telefon zənglərinə cavab verməsə, həmin nömrə ilə əlaqə saxlasınlar. Onlar Malikin dostu Cavidə zəng edərək bildirmişlər ki, avtomobili təmir edib, saz vəziyyətdə özlərinə geri qaytarsınlar. Lakin sonradan Cavabdeh onların zənglərinə cavab verməmiş və avtomobili geri qaytarmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə və Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X12 əməkdaşı onlara bildirmişdir ki, avtomobil cərimə meydançasından 22 may 2023-cü il tarixdə sahibinə qaytarılması üçün Cavabdeh təqdim edilmişdır. Lakin Cavabdeh avtomobili onlara geri qaytarmamış, avtomobilin əsas ehtiyat hissələrini sökərək avtomobili Sumqayıt şəhəri 48-ci məhəllədə sahibsiz vəziyyətdə atıb, nə ona, nədə Polisə məlumat vermişdir. Daha sonra 30 may 2023-cü ildə onlar avtomobili tapsa da, lakin avtomobilin üzərində əsas ehtiyat hissələri və bir çox detallar olmamışdır. O, avtomobilin əsas ehtiyat hissələrinin oğurlanması faktı ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin 58-1/2- 9-8477-28/23 saylı, 19 iyun 2023-cü il tarixli məktubu ilə müraciət mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Eyni zamanda bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əzilməsi nəticəsində onlara dəymiş maddi zərərin həcmi sığorta şirkəti tərəfindən 1090 manat məbləğində qiymətləndirilərək ödənilmişdir. Lakin həmin avtomobil Sumqayıt şəhər Polis İdarəsinin cərimə meydançasından Cavabdeh tərəfindən 22 may 2023-cü il tarixdə qəbul edildikdən sonra ona təqdim edilməmiş, avtomobilin üzərindən bir neçə ehtiyat hissəsi tərəfindən götürülmüş və avtomobil yararsız vəziyyətə salınmışdır. Dəymiş maddi zərərin həcminin müəyyən edilməsi üçün “Kia Motors Azərbaycan” şirkətinə müraciət etmiş, şirkət tərəfindən avtomobilə baxış keçirilmiş, avtomobilin üzərində olmayan hissələr və çəkiləcək təmir xərcləri qiymətləndirilmişdir. Belə ki, “Kia Motors Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş 060723-r026 saylı, 06 iyul 2023-cü il tarixli “Qiymətləndirmə və təmir xərcləri aktı”na əsasən, “Kia Rio” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olmayan ehtiyat hissələr və təmir haqqı aşağıdakı kimi müəyyən edilmişdir: 1. Çıxış kollektoru (ehtiyat hissə) - 700 manat; 2. Giriş kollektoru (ehtiyat hissə) - 750 manat, usta haqqı - 100 manat, cəmi 850 manat; 3. Motorun radiatoru (ehtiyat hissə) - 580 manat, usta haqqı - 150 manat, cəmi 730 manat; 4. Kondisanerin radiatoru (ehtiyat hissə) - 690 manat, usta haqqı - 100 manat, cəmi 790 manat; 5. Akkumlyator-yararsız vəziyyətdə (ehtiyat hissə) - 185 manat, usta haqqı - 100 manat, cəmi 285 manat; 6. Starter (ehtiyat hissə) - 640 manat, usta haqqı-100 manat, cəmi 740 manat; 7. Kondisanerin kompressoru (ehtiyat hissə) - 1188 manat, usta haqqı - 80 manat, cəmi 1268 manat; 8. Təzyiq nasosu (ehtiyat hissə) - 3350 manat, usta haqqı - 200 manat, cəmi 3550 manat; 9. Filtrin soyuducusuqırılıb (ehtiyat hissə) - 220 manat, usta haqqı - 80 manat, cəmi 300 manat; 10. Soyuducu şlankları (ehtiyat hissə) – 200 manat, usta haqqı - 80 manat, cəmi 280 manat; 11. Motorun su şlankları (ehtiyat hissə) - 140 manat, usta haqqı - 40 manat, cəmi 180 manat; 12. Motorun remeni (ehtiyat hissə) - 68, usta haqqı - 30 manat, cəmi 98 manat; 13. Turbo (ehtiyat hissə) - 3724 manat, usta haqqı - 150 manat, cəmi 3874 manat; 14 Katalizatorboşaldılıb (ehtiyat hissə) – 3284 manat, usta haqqı - 80 manat, cəmi 3364 manat; 15. Turbonun radiatoru (ehtiyat hissə) - 1570 manat, usta haqqı - 50 manat, cəmi 1620 manat;
16. Motorun beyni (ehtiyat hissə) - 1380 manat, usta haqqı-100 manat, cəmi 1480 manat;
17. Perexadniklər qutusu (ehtiyat hissə) - 1755 manat; 18. Muftanin trosu-qırılıb (ehtiyat hissə) - 97 manat, usta haqqı – 30 manat, cəmi 127 manat olmaqla, ümumilikdə 22100 (iyirmi iki min yüz) manat. Bundan başqa, avtomobilə dəymiş zərərin qiymətləndirməsinin aparılması üçün “Kia Motors Azərbaycan” şirkətinə 80 manat xidmət haqq ödənilmişdir. Dəymiş maddi zərərin ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət etsədə, heç bir müsbət nəticəsi olmamışdır. Hətta bu barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X10 tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu, eləcə də Cavabdeh və digər şəxslərin əməlində cinayət tərkibi olmadığı üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 7 aprel 2024-cü il tarixli qərar qəbul edilmişdir. Bu səbəbdən də, Cavabdeh qarşı “dəymiş maad və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəbrayıl Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(072)-613/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi MPM-in 14.2, 77.1, 80, 81-ci, MM-in 14.1, 14.2.6, 21.2, 1096.1, 1096.2, 1097-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iş üzrə iddianın əsaslılığını şübhə altında saxlayan suallara aydınlıq gətirilməsi üçün Cavabdeh və X6 məhkəmə iclasında dindirilməli, iddia tələbinin əsaslılığı tam və hərtərəfli araşdırılmalı və iş üzrə obyektiv qərar qəbul edilməlidir. Lakin birinci instansiya məhkəməsi həmin halları araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. BD 255926 nömrəli X3 Şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” markalı, 2006-cı il buraxılışlı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı “Kia Rio” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində istifadə hüququna dair Cavabdeh 30 aprel 2023-cu il tarixdə etibarnamə verilmiş və etibarnamənin qüvvədə olma müddəti 10 iyun 2031-ci il tarixədək müəyyən edilmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı müraciətinə əsasən “Kia Rio” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində istifadə hüququna dair Cavabdeh 30 aprel 2023-cü il tarixdə verilmiş etibarnaməyə 30 may 2023-cü il tarixdə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin X11 haqqında 7 iyun 2023-cü il tarixli 3(060)-1468,2023 saylı qərarından görünür ki, 19 may 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə X8 İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 400 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən 19 may 2023-cü il tarixdə saat 20:30-da sürücü X8 idarə etdiyi nəqliyyat vasitəsi ilə X2 idarə etdiyi “Kia Rio” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtombillə toqquşaraq, maddi zərər vurmuşdur. Sumqayıt şəhər DYPŞ-in X11 Haqqında 6 iyun 2023-cü il tarixli TP5777281 saylı qərarından görünür ki, X6 19 may 2023-cü il tarixdə saat 20:30-da Sumqayıt şəhəri Çerkassi Bədəlbəyli küçələri kəsişməsində “Kia Rio” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 100 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt şəhər DYPŞ-in X11 Haqqında 6 iyun 2023-cü il tarixli TP5777283 saylı qərarından görünür ki, Cavabdeh 19 may 2023-cü il tarixdə saat 20:30-da Sumqayıt şəhəri Çerkassi Bədəlbəyli küçələri kəsişməsində “Kia Rio” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 60 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-in rəisinə 22 may 2023-cü il tarixdə verdiyi iltizamdan görünür ki, “Kia Rio” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sahibinə qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim edib istinad etdiyi Sumqayıt şəhər Polis İdarəsinin təhqiqat şöbəsinin 7 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə təhqiqat materialları apellyasiya baxışı zamanı sorğu əsasında götürülərək öyrənilmişdir. Materialda olan sənədlərdən aşağıdakılar müəyyən olunur: Cavabdeh izahatında göstərmişdir ki, xeyli müddətdir icarəyə avtomobillər götürüb fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur və ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə Nümayəndə oğlu İddiaçı özünə məxsus Kia Rio markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini icarəyə vermək barədə «tap.az» saytında yerləşdiyi elanla tanış oldum və həmin ərəfədə icarəyə maşın götürüb idarə etmək istədiyim olduğundan elanda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlayıb İddiaçıla Bakı şəhəri Nəsimi rayonu «20 yanvar» küçəsində yerləşən 19 saylı yaşayış binasının qarşısında görüşdüm. Nicatın yanında bir nəfər qadın da var idi, Nicat həmin qadını mənə xalası kimi təqdim etmişdir. Mən həmin yerdə metalik-gümüşü rəngli Kia Rio markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxıb bəyəndim, avtomobili gündəlik olaraq 25 manat icarə haqqı ödəmək və sonda mənə qalmamaq şərti ilə Nicatdan öz yaşadıqları evin qarşısında ondan təhvil aldım, sonra isə onun yaşadığı evin yaxınlığında yerləşən 43 saylı notariat ofisinə getdik və orada Nicat mənə sözügedən avtomobili yalnız idarə etmək üçün etibarnamə verdi, lakin aramızda icarə müqaviləsi bağlanmadı. Mən həmin gündən etibarən avtomobili idarə etməyə başladım və gündəlik olaraq 25 icarə haqqını Nicatın mənə verdiyi kart hesabına göndərirdim və xx.xx.2023-cü i! tarixədək sözügedən avtomobili idarə edib taksi fəaliyyəti ilə məşğul oldum. xx.xx.2023-cü il tarixdə mən başqa avtomobil tapdığımdan və həmin avtomobili icarə olaraq götürəcəyim təqdirdə maşının sonda mənə qalacağı şərti ilə sahibi ilə razılaşdığımdan Kia Rio markalı avtomobili İddiaçı qaytarmaq istədim. Həmin ərəfədə təxminən 3-4 il müddətdir ki, tanıdığım və yaxın münasibətdə olduğum Cavid Həsənquliyev məndən xahiş etdi ki, onun maşını nasaz olduğu üçün müəvəqqəti olaraq Kia Rio markalı avtomobili sürmək üçün ona verim. Mən Cavidə etiraz etmədim və həmin günü maşını müvəqqəti idarə etmək üçün Cavidə verdim. Cavid həmin gündən Kia Rio markalı avtomobili idarə etməyə başladı və o da taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik 25 manat icarə haqqını mənə verirdi, mən də öz növbəmdə həmin pulu Nicatın kart hesabına göndərirdim. Qeyd edim ki, həmin avtomobili Cavidə verdikdə ona hər hansı etibarnamə verməmişdim. xx.xx.2023-cü il tarixdə X18 markalı avtomobili Sumqayıt şəhər ərazisində idarə etdiyi zaman Sumqayvıt şəhəri Çerkassi küçəsi ilə Bədəlbəyli küçəsinin kəsişməsində digər VAZ 2107 markalı avtomobillə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədə Cavid təqsirsiz olmuş və bu barədə Sumqayıt ŞPİ-nin DYPŞ-də müvafiq araşdırma aparılmışdır. Cavid hadisə barədə mənə məlumat verdikdə, mən DYPŞ-nin cərimə meydançasına yaxınlaşıb Kia Rio markalı avtomoilə baxdım və həmin avtomobilin qabaq hissələrinin və sol yan hissələrinin tamamilə əzilərək yararsız hala düşdüyünü gördüm. Həmin vaxt Cavidə, həmin avtomobili özü təmir etdirməyini və özünün Nicata təhvil verməyini tələb etdim, bildirdim ki, mən avtomobilin bu vəziyyətində Nicatla görüşə bilmərəm, oun üzünə çıxa bilmərəm. Cavid mənimlə razılaşıb bu məsələni özü həll edəcəyini bildirdi. Bundan sonra Nicat və anası Sevinc bir neçə dəfə mənə zəng etsələr də mən onların telefonlarına cavab verməmişəm. Lakin sonradan Sevinc xanımla danışıb dostum X17 markalı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş verdiyini, avtomobilin zədələndiyini və avtomobilin Cavid tərəfindən onlara təhvil veriləcəyini bildirmişəm. Bundan sonra aparılan araşdırma ilə maraqlanmaq üçün DYPŞ-nə getmişəm, orada müəyyən edilmişdir ki, araşdırmanın nəticəsi olaraq həm Cavidə, həm də qarşı avtomobilin sürücüsü olmuş X15! oğluna inzibati protokol tərtib edilmişdir. Həmin vaxtı X17 markalı avtomobilə sahiblik hüququ olmadığı üçün avtomobilin cərimə meydançasından çıxarılması mənə həvalə olundu və mən DYPŞ-də sözügedən avtomobili təhvil almağım bərədə iltizam verdim. Bundan sonra cərimə meydançasına gedib həmin avtomobili Cavidlə birlikdə oradan təhvil aldım və maşını orada Cavidə təhvil verdim ki, avtomobilin təmir etdirmək məsələsini həll edib sonradan maşını Nicata təhvil versin. X18 markalı avtomobili evakatorda olmaqla aparıb Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən yaşayış binalarının qarşısına qoymuşdur. Bundan sonra bu məsələ ilə maraqlanmadım və həmin avtomobili, eləcə də Nicatı və anası Sevinc xanımı görmədim. Məlumatıma görə sonradan Cavidin həmin avtomobili təmir etdirmək üçün maddi imkanları olmadığından avtmobiün təmiri Paşa Sığorta Şirkətinə həvalə olunmuşdur. Paşa Sığorta Şirkətinin mütəxəssisələri gəlib hadisədə zərər dəymiş Kia Rio markalı avtmobilə baxış keçirmişlər və həmin avtomobilə dəymiş maddi ziyanın 1090 (min doxsan) manat təşkil etdiyini bildirib, daha sonra həmin məbləği avtomobilin mülkiyyətçisi İddiaçı vermişlər. Ona görə də Cavid həmin avtomobili öz imkanları hesabına təmir etdirməkdən imtina etmişdir Məlumatıma görə Kia Rio markaii avtomobil bir neçə gün 48-ci məhəllədə yaşayış binalarının qarşısında saxlanıldıqdan sonra Cavid həmin maşını və açarını Sevinc xanıma təhvil vermişdi. Cavid maşını Sevincə təhvil verən zaman Sevinc xanım maşının mühərrikini isə salmış və maşın saz vəziyyətdə mühərrik sistemi işlək vəziyyətdə olmuş, lakin detal hissələri zədəli vəziyətdə olduğundan Sevinc xanım maşını evakuatorla aparmışdır. X6 izahatında göstərmişdir ki, 2023-cü ili may ayında maddi imkansızlıq ucbatından taksi fəaliyyəti ilə məşğul olmaq üçün dostum Cavabdeh müraciət etdim və onun idarə etdiyi Kia Rio markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili müvəqqəti sürmək üçün mənə verməyini xahiş etdim. Həmin avtomobili Malik Nicat adlı şəxsdən icarə olaraq götürmüşdür və sonradan Malik digər avtomobili icarəyə götürdüyündən Kia Rio markalı avtomolüi sahibinə qaytarmaq istədikdə mənim xahişimi nəzərə alıb xx.xx.2023-cü il tarixdə avtomolili müvəqqəti idarə etmək üçün mənə tehvil verdi. Mən sözügedən avtomobili 3 gün idarə edib taksi fəaliyyəti ilə məşğul oldum və gündəlik 25 manat icarə haqqını Malikə ödədim. Malik də öz növbəsində həmin pulu maşının sahibinə ödəyirdi. xx.xx.2023-cü il tarixdə Sumqayvıt şəhəri Çerkassi küçəsi ilə Bədəlbəyli küçəsinin kəsişməsində idarə etdiyim Kia Rio markalı avtomobillə VAZ 2107 markalı avtomobilin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədə mənim günahım olmamışdır. Hadisə barədə Sumqayıt ŞPİ-nin DYPŞ-də müvafiq araşdırma aparılmışdır. Mən hadisə barədə Malikə məlumat verdim və onu hadisə yerinə çağırdım. Bundan sonra DYPŞ-də izahatımı yazdıqdan sonra araşdırmanm nəticəsi olaraq həm mənə, həm də qarşı avtomobilin sürücüsünə inzibtai protokol tərtib edildi. xx.xx.2023-cü il tarixdə Maliklə birgə DYPŞ-nin cərimə meydançasına vaxınlaşdıa, X19 markalı avtomobili cərimə meydançasından təhvil aldıqdan sonra evakuatorda həmin imaşım Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən avtomobil təmiri yerinə aparıb maşını adını xatırlmadağım ustaya göstərdik. Usta maşına baxdıqda həmin maşının çox xərcinin olduğunu bildirdi. Həmin vaxt nə mənim, nə də Malikin maddi imkanı olmadığı üçün maşını tezliklə təmir etdirə bilmədik və maşını təmir sexlərinə yaxın ərazidə saxlamağı məsləhət bildik. X20 markalı avtomobili aparıb 48-ci məhəllə ərazisində yaşayış binalarının qarşısında saxladım. Həmin ərəfədə Malik maşının sahibi ilə telefonda danışmadığından maşının sahibi, yəni Sevinc xanımla bir dəfə mən danışdım və Malikin yol qəzası keçirdiyini bildirdim. Sevinc xanım maşının tezliklə təmir etdirib özünə qaytarmağımızı tələb etdi. Qeyd edim ki, yol nəqliyyat hadisəsinin araşdırmasının nəticəsi olaraq qarşı avtomobilin sürücüsü təqsirkar çıxdığından, onun avtomobilinin icbari sığortalı olduğu Paşa Sığorta Şirkəti dəymiş maddi ziyanın ödənilməsinə cəlb olundu və sonrakı günlərdə avtomobilin sahibi İddiaçı maşina dəymiş 1090 manat maddi ziyan ödənilmişdir. Avtomobil 48-ci məhəllə ərazisində cəmi iki gün qalmışdır. Belə ki, avtomobil cərimə meydançasından çıxarıldıqdan sonra 48-ci məhəllə ərazisində binaların qarşısında qoyularaq iki gün saxlanıldıqdan sonra Malikə mənə zəng edib bildirdim ki, həmin maşını Sevincə təhvil vermək lazımdır. Mən maşının saxlanıldığı 48-ci məhəlləyə getdim, orada Sevinc xanımla görüşüb birgə maşının əzilən yerlərinə baxdıq və onə maşının hansı şəraitdə əzilidiyini izah etdikdən sonra maşının açarlarını Sevincə təhvil verdim. Sevinc xanım mənə, sığorta şirkətindən ödəniləcək pul vəsaiti hesabına maşını təmir etdirəcəyini bildirib maşını evakuatorla həmin ərazidən apardı. Bildirirəm ki, Sevinc xanım sözügedən avtomobili Malikdən təhvil almadığı üçün və maşını tam təmir etdirdikdən sonra təhvil alacağını bildirdiyi üçün həmin avtmomobili təmir etdirmək məcburiyyətindən 48-ci məhəllədə yaşayış binalarının qarşısında hamının gözü qarşısında saxlamışdıq. Həmin ərazi maşını təmir etdirəcəyimiz avtomobil sexinə yaxın ərazi olduğundan maşını digər sahibsiz yerə aparmamışdıq. “Kia Motors Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş 060723-r026 saylı, 06 iyul 2023-cü il tarixli “Qiymətləndirmə və təmir xərcləri aktı”na əsasən, “Kia Rio” markalı, **-FZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olmayan ehtiyat hissələr və təmir haqqı aşağıdakı kimi müəyyən edilmişdir: 1. Çıxış kollektoru (ehtiyat hissə) - 700 manat; 2. Giriş kollektoru (ehtiyat hissə) - 750 manat, usta haqqı - 100 manat, cəmi 850 manat; 3. Motorun radiatoru (ehtiyat hissə) - 580 manat, usta haqqı - 150 manat, cəmi 730 manat; 4. Kondisanerin radiatoru (ehtiyat hissə) - 690 manat, usta haqqı - 100 manat, cəmi 790 manat; 5. Akkumlyator-yararsız vəziyyətdə (ehtiyat hissə) - 185 manat, usta haqqı - 100 manat, cəmi 285 manat; 6. Starter (ehtiyat hissə) - 640 manat, usta haqqı-100 manat, cəmi 740 manat; 7. Kondisanerin kompressoru (ehtiyat hissə) - 1188 manat, usta haqqı - 80 manat, cəmi 1268 manat; 8. Təzyiq nasosu (ehtiyat hissə) - 3350 manat, usta haqqı - 200 manat, cəmi 3550 manat; 9. Filtrin soyuducusu-qırılıb (ehtiyat hissə) - 220 manat, usta haqqı - 80 manat, cəmi 300 manat; 10. Soyuducu şlankları (ehtiyat hissə) – 200 manat, usta haqqı - 80 manat, cəmi 280 manat; 11. Motorun su şlankları (ehtiyat hissə) - 140 manat, usta haqqı - 40 manat, cəmi 180 manat; 12. Motorun remeni (ehtiyat hissə) - 68, usta haqqı - 30 manat, cəmi 98 manat; 13. Turbo (ehtiyat hissə) - 3724 manat, usta haqqı - 150 manat, cəmi 3874 manat; 14 Katalizator-boşaldılıb (ehtiyat hissə) – 3284 manat, usta haqqı - 80 manat, cəmi 3364 manat; 15. Turbonun radiatoru (ehtiyat hissə) - 1570 manat, usta haqqı - 50 manat, cəmi 1620 manat; 16. Motorun beyni (ehtiyat hissə) - 1380 manat, usta haqqı-100 manat, cəmi 1480 manat; 17. Perexadniklər qutusu (ehtiyat hissə) - 1755 manat; 18. Muftanin trosu-qırılıb (ehtiyat hissə) - 97 manat, usta haqqı – 30 manat, cəmi 127 manat olmaqla, ümumilikdə 22100 (iyirmi iki min yüz) manat. Avtomobilə dəymiş zərərin qiymətləndirməsinin aparılması üçün “Kia Motors Azərbaycan” şirkətinə 80 manat xidmət haqq ödənilmişdir. "xxxx" ASC-nin məhkəmənin sorğusu əsasında təqdim etdiyi məlumatdan görünür ki, “Kia Rio” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin qiymətləndirilməsinə dair 22 iyun 2023-cü il tarixli hesabat əsasında 1090 manat zərər yetirildiyi müəyyən olunmuşdur. Həmin zərərin məbləğinə daxildir: armatur işi (öh bamperin, radiator barmaqlığının, ön sol faranın və ön sol qanadaltının sökülüb yığılması)- 50 manat, Dəmirçi işi (kapotun və ön sol qanadın dəyişməsi, ön ekranın və ön sol yanlığın təmiri, ön hissənin tənzimlənməsi)-220 manat, Rəngsaz işi (kapot iç-çöl, ön bamper, ön sol yanlıq və ön sol qanad)-320 manat, ehtiyat hissələri olaraq kapot -300 manat, radiator barmaqlığı-40 manat, ön sol qanad-140 manat, DQN-20 manat, cəmi 1090 manat. Apellyasiya baxışı zamanı zərərə məruz qalmış “Kia Rio” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin qiymətləndirilməsindən ötrü mütəxəsis cəlb olunmuş və mütəxəsis qarşısında cavablandırılmasından ötrü aşağıdakı sual qoyulmuşdur: Zərərə məruz qalmış xx.xx.2006-cı il buraxılışlı “Kia Rio” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşınması və hazırki şəraitdə real bazar dəyəri nəzərə alınmaqla "xxxx" Şirkəti tərəfindən tərtib olunan 6 iyul 2023-cü il tarixli qüsur aktı üzrə çatışmayan hissələrinin və bərpası üçün usta haqqının qiymətləndirilməsi aparılaraq tələb olunan məbləğə dair mütəxəsis hesabatı (rəyi) verilsin. Mütəxəsis hesabatının (rəyinin) verilməsi Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilmişdir. "xxxx"MMC-nin təqdim etmiş olduğu hesabatdan görünür ki, “Kia Rio” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19 avqust 2025-ci il tarixinə olan vəziyyət üzrə dəymiş zərərin məbləği 6510 manat müəyyən olunur. Müəyyən olunan zərərin hesabatı aşağıdakı kimi təqdim olunur: çıxış kollektoru – 300 manat, giriş kollektoru - 300 manat, radiator mühərrik 150 manat, radiator kondisioner-180 manat, akkumulyator yeni 180 manat, starter – 150 manat, kondisioner kompressoru-350 manat, təzyiq nasosu-150 manat, filter soyuducusu 100 manat, soyuducu şlanklar (dəst)-80 manat, su şlankları-100 manat, remen dəsti (kəmər+roliklər)-200 manat, turbo – 450 manat, katalizator – 500 manat, turbonun radiatoru (intercooler)-330 manat, mühərrik beyni (ECU)-500 manat, perexodnik qutusu-120 manat, mufta trosu-70 manat, dəmirçi işləri – 500 manat,rəngsaz işləri -1000 manat, ümumi çilingər işləri – 300 manat, ümumi mühərrik usta işləri – 500 manat. Mütəxəsis hesabatının verilməsi üçün xidmət haqqı 300 manat hesablanmışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.1. və 14.2.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1 Öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin müəyyən olunan faktiki hallarına görə iddiaçı mülkiyyətində olan 2006-cı il buraxılışlı “Kia Rio” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat haqq ödənilməsi müqabilində işlək halda cavabdehin müvəqqəti istifadəsinə vermiş, bununla bağlı 30 aprel 2023-cü ildə cavabdehə nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən cavabdehin hüquqları başqa ötürməsi səlahiyyəti olmamışdır. Cavabdeh 17 may 2023-cü il tarixədək nəqliyyat vasitəsindən təksi fəaliyyəti ilə məşğul olaraq istifadə etmiş və gündəlik istifadə haqqını ödəmişdir. 17 may 2023-cü il tarixdə cavabdeh təksi fəaliyyəti ilə məşğul olması üçün başqa bir avtomobil tapmış və “Kia Rio” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinə qaytarmaq qərarına gəlmişdir. Bu zaman dostu X6 işsiz olduğunu bildirərək ondan avtomobili sahibinə qaytarmamasını, istifadə etməsi üçün onqa verməsini xahiş və gündəlik istifadə haqqını cavabdehə ödəyəcəyini bildirmişdir. Cavabdeh bununla bağlı mülkiyyətçiyə heç nə bildirmədən, avtomobili başqa şəxsin istifadəsinə verməyə səlahiyyəti olmadani dostu Cavidə vermişdir. Bundan 2 gün sonra Cavid həmin avtomobili Sumqayıt şəhərində idarə edərkən avtomobilə zərər yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verir. Yol nəqliyyat hadisəsinin baş verməsində bilavasitə digər hərəkət iştirakıçısı təqsirli bilinsə də, Cavid nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə, Cavabdeh isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verdiyinə inzibati məsuliyyətə cəlb edilirlər. 22 may 2023-cü il tarixdə cavabdeh polisdə iltizam verərək nəqliyyat vasitəsini sahibinə qaytarmaq barədə üzərinə öhdəlik götürsə də, vədinə əməl etmir. Avtomobili təmir olunması məqsədilə dostu Cavidlə birlikdə Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən avtomobil təmiri emalatxanasına aparırlar. Orada təmir xərci çox müəyyən olunduğundan avtomobili məsləhətləşib həmin məhəllədə yaşayış binalarının qarşısında kiməsə mühafizəsini tapşırmadan saxlayıb gedirlər. Avtomobilin cavabdehə işlək vəziyyətdə verilməsi, qüsur aktında çatışmamazlığı qeyd olunan ehtiyat hissələri olmadan avtomobilin işləməsinin mümkün olmaması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Kollegiya hesab edir ki, cavabdeh sahibliyinə qəbul etdiyi avtomobili vuruq halda, mühafizəsini kiməsə tapşırmadan Sumqayıt şəhərində məhəllələrin birində saxlayaraq getməklə təqsirli hərəkətə yol vermişdir ki, nəticədə həmin avtomobildə qüsur aktında qeyd olunan və onlarsız istismarı mümkün olmayan ehtiyat hissələrinin çatışmamazlıqları aşkar edilmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilməməsindən, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır. Bununla belə kollegiya yetirilən maddi zərərin məbləği hissədə iddianı qismən əsaslı hesab edir. Belə ki, apellyasiya baxışı zamanı zərərə məruz qalmış avtomobilin məhz 2006-cı il buraxılışlı olması, hazırda bazarda real satış qiyməti nəzərə alınaraq yetirilən zərərin məbləğinin müəyyən olunması üçün mütəxəsis cəlb etmiş və alınan mütəxəsis rəyi ilə avtomobilə yetirilən zərərin məbləği 6510 manat müəyyən edilmişdir. Mütəxəsis rəyinə diqqət yetirdikdə isə müəyyən olunan zərərin məbləğinə həmçinin dəmirçi və rəngsaz işlərinin də aid edildiyi görünür. Belə olan halda "xxxx" ASC tərəfindən həmin işlərə görə 1090 manat məbləğində sığorta ödənişinin artıq iddiaçıya ödənildiyi nəzərə alınmalı, yetirilən zərərin məbləği 5420 manat müəyyən edilməlidir. İddia tələbini 3000 manat mənəvi zərərin əvəzinin ödənilməsi hissədə araşdıran kollegiya qeyd etməyi zəruri hesab edir ki, nə iddia ərizəsində, nədəki apellyasiya şikayətində iddiaçı mənəvi zərərə məruz qalmasını şərtləndirən hallara toxunmamış, buna dair sübutlar verməmiş, sadəcə əlavə bir tələb kimi mənəvi zərərin də tutulmasını istəmişdir. Odur ki, iddia tələbi mənəvi zərərin əvəzinin tutulması hissədə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mütəxəsis hesabatının verilməsi üçün aparılan tədqiqatın dəyərini təşkil edən 300 manat xərcinin iddianın təmin olunan (22180:5420X100=24.43) 24.4 faiz hissəsinə mütənasib olaraq 73.2 manat hissəsi cavabdehdən, 226.8 manat hissəsi isə iddiaçıdan alnaraq "xxxx" MMC-nin hesablaşma hesabına keçirilməlidir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 157 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 82 manat dövlət rüsumlarının iddianın təmin olunmuş hissəsinə mütənasib 58.3 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumlarının qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(072)-613/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh yetirilən maddi zərərin əvəzi olaraq 5420 (beş min dörd yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumuna görə 58.3 (əlli səkkiz manat 30 qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Mütəxəsis hesabıtının təqdim olunması üçün aparılan tədqiqatın dəyəri olaraq 300 manat xidmət haqqının 73.2 manat hissəsi Cavabdeh, 226.8 manat hissəsi isə İddiaçı alnaraq "xxxx" MMC-nin (VÖEN **********; ABB Bank ASC “Müştəri Xidməti Departamenti”; Bankın kodu 805250;Müxbir hesab AZ03NABZ********************; SWİFT : İBAZAZ2X; hesab AZ20İBAZ********************) hesablaşma hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.