Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-556/2024 16.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün əsaslarını açıq məhkəmə iclasında yoxlayaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ağ qızıldan brilyant qaşlı nişan üzüyü- 7 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 7 qram çəkidə olan qızılın qiyməti- 800 (səkkiz yüz) manat, sep- 7 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 7 qram çəkidə olan qızılın qiyməti- 630 (altı yüz otuz) manat, üzük fionet qaşlı- 10 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 10 qram çəkidə olan qızılın qiyməti- 900 (doqquz yüz) manat, sırğa- 6 qram çəkidə, 585 əyarlı, rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 6 qram çəkidə olan qızılın qiyməti- 540 (beş yüz qırx) manat, nazik sep- 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 4 qram çəkidə olan qızılın qiyməti- 360 (üç yüz altmış) manat, üzük- 2 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 2 qram çəkidə olan qızılın qiyməti- 160 (bir yüz altmış) manat -cəmi 3.390 (üç min üç yüz doxsan) manat dəyərində, mebel yataq dəsti 1500 manata, hazırda bazar qiyməti 800 manat dəyərində əşyaların naturada özünün və yaxud onların dəyərinin, mağazadan mənimsədiyi 6689 manat (ümumilikdə 10.879 manat) pulun, mediasiya xidməti kimi ödədiyi 50 manat, dövlət rüsumu kimi ödədiyi 75 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazırda qətnamədən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. İş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin qəbzdən görünür ki, dövlət rüsumu cəmi 38 manat məbləğində ödənilmişdir ki, bu da qanunla müəyyən edilmiş miqdardan azdır. Azərbaycan Respublikasının MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşin hallarından görünür ki, apellyasiya şikayətinə dövlət rüsumunun müəyyən olunmuş miqdarda ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi halda birinci instansiya məhkəməsi bu hala qiymət vermədən işi apellyasiya baxışına göndərmişdir. Bu halda isə işə apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Ona görə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Beyləqan Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müdətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-556/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-556/2024
16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver