Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-558/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Hüsyen qızının, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şirvan şəhəri, Şirin Şükürov küçəsi, 11 A saylı evdən Cavabdeh istifadə hüququnun itirilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh onun qardaşı oğludur. Şirvan şəhəri, Şirin Şükürov küçəsi 11 A ünvanında yerləşən 2 mərtəbəli 5 otaqlı 125.3 km. yaşayış 48.9 kv.m köməkçi sahədən ibarət yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda öz ailə üzvləri ilə birlikdə və cavabdeh də öz anası ilə yaşayır. Tikdirdiyi evə köçənədək də öz ailə üzvləri ilə birlikdə və cavabdeh də öz valideynləri ilə birlikdə mərhum atası X1 evində yaşamışlar və qeydiyyatda da orada olmuşlar. Mülkiyyətində olan fərdi yaşayış evi əvvəllər 2 mərtəbəli və 2 otaqdan ibarət olub. Evin tikintisini artıraraq hazırda 2 mərtəbəli 5 otaqlı ev tikdirmişdir. Təxminən 1986-cı il tarixdən cavabdeh və onun anasına evinin açıq balkonundan evə bitişik, yəni açıq balkon kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini çöl hissədən düzəldib yaşayış sahəsi kimi, müvəqqəti olaraq ev alan müddətədək yaşamaları üçün vermişdir. Təxminən 2 il bundan əvvəl bankdan kredit götürmək istəyən zaman ona məlum oldu ki, cavabdeh onun xəbəri və razılığı olmadan hərbi xidmətdən qayıdandan sonra tam mülkiyyət hüququ əsasında ona məxsus olan Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 11 A saylı evin pasport qeydiyyatına düşmüşdür. Bundan sonra dəfələrlə cavabdehə evinin qeydiyyatından çıxmağını bildirsə də cavabdeh onun evində pasport qeydiyyatında qalmaqdadır. Hazırda isə cavabdehin bildirdiyinə görə vərəsə kimi onun özünün qanuni vərəsələrin olduğu halda, ondan vərəsə kimi pay istəyir. Cavabdehin ona məxsus fərdi yaşayış evində heç bir hüququ olmadığı halda, pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarını pozur, mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir. İlkin olaraq Cavabdeh qeydiyyatdan çıxarılması üçün ərizə ilə Şirvan şəhər Polis şöbəsinə müraciət etmiş və oradan ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 2-M-10271/2023 saylı cavab məktubunda göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Bu səbəbdən də cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonra iddiaçı iddia tələbinin həcmini artırmış, Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri, Şirin Şükürov küçəsi, 11 A saylı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, yaşadığı mənzil babasının mülkiyyətində olmuşdur. 2010-cu ildə atası rəhmətə getdikdən sonra iki əmisi həmin evləri aralarında bölmüşlər. O və ailə üzvlərinin bundan xəbəri olmamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, mərhum Mirzəyev Rafiqlə 1981-ci ildə ailə qurmuş, ünvan 6 evə gəlin köçmüşdür. Elə həmin vaxtdan da o ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayıblar. Uşaqları da, həmin ünvanda yaşayır. Oğlu Seyidrzanın həmin ünvan 1a düşməsindən nə oğlunun, nə də ki özünün xəbəri yoxdur. O, həmçinin nümayəndəsi olduğu oğlu Seyidrza ünvan 6 evdə yaşayırlar. Şirvan şəhər Məhkəməsinin (hakim C.Mustafayev) 13 mart 2024-cü il tarixli, 2(032)- 63/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, cavabdehin mübahisəli yaşayış sahəsində qeydiyyatda olması onun həmin yaşayış sahəsinə dair hər hansı hüquqlarının yaranması və yaşaması qənətinə gəlməyə əsas vermir cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Yaranmayan hüquq da itirilə bilməz. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iddia tələbinin təmin edilməməsinin səbəbi kimi Cavabdeh ünvan 5 evdən çıxarılması hissəsinə münasibətdə, keçirilmiş yerli baxışın və tərəflərin vermiş olduğu izahatları ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə 1981-ci ildən yaşayırlar. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli yaşayış sahəsində qeydiyyatda olması onun həmin yaşayış sahəsinə dair hər hansı hüquqlarının yaranması və yaşaması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Şirvan şəhər İHB-nın 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 7255 №-li arayışından görünür ki, o, İddiaçı və Cavabdeh ünvan 2 ünvanda qeydiyyatdadırlar. Həmçinin məhkəmənin sorğusuna əsasən Şirvan şəhər polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2- 30611/23 №-li cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh ünvan 4 ünvanında 2012-ci il tarixdən qeydiyyatdadır. Lakin şəxsin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Bundan başqa iş materialına əlavə edilmiş ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 48,9 kv.m köməkçi sahədən ibarət olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestr xidmətində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan başqa iş materialına əlavə edilmiş Əli Bayramlı XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokoluna əsasən Əli Bayramlı (indiki Şirvan şəhəri) Dəmir yol küçəsi, döngə 1, 11 A nömrəli sahədə tikilmiş 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi və 400 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Möhtərəm məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə araşdırma nəticəsində müəyyən etdiyini qeyd etsə də, lakin iş materialına əlavə edilmiş sənədlərdə, bir dənə də olsun Cavabdeh Şirvan şəhəri, Şirin Şükürov küçəsi 11 saylı evdə yaşamasına dair sübut növü olan dəlil yoxdur. Əksinə iş materialına əlavə edilmiş sənədlərdə o, iddiaçı ilə cavabdehin ünvan 5 ünvanda pasport qeydiyyatında olduğu təsdiqin tapır. Həmçinin birinci instansiya məhkəməsi araşdırmada cavabdehin öz anası ilə 1981-ci ildən yaşadığını müəyyən etdiyini göstərsə də, lakin həmin dəlil də öz təsdiqin iş materialına əlavə edilmiş sənədlərdə sübuta yetirilmir. ünvan 5 ev iddiaçının atası X1 mülkiyyətində ola bilməzdi və cavabdehin atası 2010-cu il tarixdə vəfat etdikdən sonra o, iddiaçının ünvan 5 evi də özəlləşdirə bilməzdi. Çünki Nümayəndə mərhum əri Mirzəyev Rafiqlə 1981-ci ildə ailə həyatı qurmuş, ünvan 6 evə gəlin köçdüyünü bildirmişdir. İddiaçıya isə xx.xx.1984-cü il tarixdə ünvan 6 ünvanda 0,04 ha torpaq sahəsi və üzərində inşa edilməsi üçün 2 mərtəbəli və 2 otağlı evin tikilməsi üçün sənədləşdirilməklə verilmişdir. Cavabdeh iddiaçının razılığı olmadan pasport qeydiyyatına düşmüşdür. İddiaçının mənzilində onun iradəsinə zidd olaraq cavabdeh yaşamaqla və pasport qeydiyyatında olmaqla konstitusion baxımından iddiaçının mülkiyyət hüququnu pozur. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olmadığından, cavabdehin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. İzahatlar Apellyasiya baxışına iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, həyətdə iki ev vardır: 11 saylı evdə qardaşı Elçin Mirzəyev və onun ailəsi yaşayır. 2 mərtəbəli 11A saylı ev isə onun (iddiaçının) mülkiyyətindədir. Həyətyanı sahənin 6 sotu atasının adına, 4 sotu isə onun adına qeydə alınmışdır. Həyətdə olan evlər ayrı-ayrıdır, sadəcə bir-birinə yaxındır. Cavabdeh 1997-ci ildən anası ilə onun evinin birinci mərtəbəsində yaşayır. Həmin vaxt atasının evində qeydiyyatda olublar. Evi 1984-cü ildən tikmişdir. Hazırda onun mülkiyyətindədir. Evin texniki pasportu onun adınadır. Apellyasiya baxışına iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə, eləcə də cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, qətnamənin dəyişdirilməməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 1980-ci ildən sözügedən evdə gəlin gəlmişdir, uşaqları da həmin evdə dünyaya gəlmişdir. Həmin evi qayınatası (cavabdehin babası) tikmişdir. O vaxt iddiaçının 22 yaşı olmuşdur. Cavabdeh həmin evdə anadan olan vaxtdan indiyədək yaşayır. Onun evdən çıxarılması qanunsuzdur. Cavabdehin digər nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, cavabdeh anadan olandan sonra həmin evdə yaşamağa başlayıb, indi də orada yaşayır. İddiaçının qeyd etdiyi əlavə tikililərin sənədləri yoxdur. Bir həyətdə olublar. Həyətdə iki ev olub. 3-cü qardaşları Elçin Mirzəyevlə bir evdə yaşayıblar. İddiaçı həmin evin 2-ci mərtəbəsində yaşayır. Ev əvvəllər 11 saylı ev olub, sonradan 11A sayla qeyd edilib. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Cavabdeh iddiaçının mərhum qardaşının oğludur. Şirvan şəhəri, Şirin Şükürov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 125,3 kv.m. yaşayış, 48,9 kv.m köməkçi sahədən ibarət, 11 A saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlakın reyestr xidmətində iddiaçının mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 noyabr 2023-cü il tarixli, 7255 nömrəli arayışından görünür ki, İddiaçı və Cavabdeh ünvan 7 ünvanında qeydiyyatdadırlar. İddiaçı hazırki tələbində cavabdehin yaşayış evinə olan istifadə hüquqlarının itirilməsini və onun evdən çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin ikinci hissəsini (evdən çıxarılma tələbi) birinci tələbin təmin edilməsi ilə əlaqələndirmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış evi onu xüsusi mülkiyyətindədir; cavabdehin yaşayış evinə qeydiyyatı qanunsuzdur. Kollegiya qeyd edir ki, iddianın təmin edilməsi üçün baxılan hissədə cavabdehin sözügedən yaşayış evinə istifadə hüquqlarının yaranıb-yaranmamasına qiymət verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, istifadə hüququnun itirilməsi tələbinin irəli sürülməsi özlüyündə ona dəlalət edir ki, iddiaçı cavabdehin belə hüququnun olduğunu etiraf edir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hər iki tərəfin izahatlarından bəlli olur ki, cavabdeh anası ilə birlikdə 1997-ci ildən mübahisəli evdə yaşayır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 1997-ci ildən yaranmışdır. Kollegiya iddianı əsassız sayır və hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı mülkiyyətçi olaraq, cavabdehin istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən xitam verilməsini tələb etməmişdir. İddiaçının tələbi cavabdehin istifadə hüququnun itirilməsi barədədir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar . İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokolundan görünür ki, Əli Bayramlı (indiki Şirvan) şəhəri, Dəmir yol küçəsi döngə 1, 11 A nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi ev və 400 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən mübahisəli evin iddiaçının adına 1 mərtəbəli ev kimi 1984-cü ildən sənədləşdirilməsinin qərara alındığı görünür. Cavabdeh həmin vaxtda sözügedən tikilidə yaşamışdır. İddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, 11A saylı yaşayış evi 2 mərtəbəli ev kimi qeydə alınmışdır. İzahatlardan göründüyü kimi, evin 2-ci mərtəbəsinin bir hissəsi iddiaçı tərəfindən inşa edilmişdir. Bununla yanaşı, izahatlardan o da görünür ki, sözügedən yaşayış evinin 2-ci mərtəbəsində iddiaçı ailəsi ilə, 1-ci mərtəbəsində isə cavabdeh anası ilə yaşayır. Cavabdehin anası təqribən 1980-cı ildən həmin evə gəlin gəlmiş, uşaqları həmin evdə dünyaya gəlmişdir. Cavabdehin 1997-ci ildən sözügedən evdə yaşadığı mübahisəsizdir. Həmin vaxtdan cavabdehin yaşadığı tikili onun daimi yaşayış yeri olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən bəlli olur ki, Əli Bayramlı (indiki Şirvan) şəhəri, Dəmir yol küçəsində 11 və 11A saylı evlər üçün bir texniki pasport tərtib edilmişdir. Texniki pasportdan görünür ki, 11 və 11A saylı evin 1-ci mərtəbəsi A tikili 1968-ci ildə, yardımçı tikililər 1972 və 1975-ci illərdə, B tikilisi isə 1984-cü ildə inşa edilmişdir. Beləliklə, 11A saylı yaşayış evi üzrə ayrıca çıxarış verilsə də 11 və 11A saylı ünvan üzrə bir texniki pasport verilmişdir; həm ünvanda olan tikililər həm də cavabdehin daimi yaşayış yeridir. Cavabdeh doğulandan həmin ünvanda yaşamış, hazırda da anası ilə yaşayır. 11 saylı yaşayış evində isə izahatladan göründüyü kimi cavabdehin digər əmisi ailəsi ilə birlikdə yaşayır. Göstərilənlər onu deməyə əsas verir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə əsasən cavabdehin yaşadığı evə istifadə hüququ olmuşdur. Cavabdehin hazırda istifadə hüququnun itirilməsi üçün qanuni əsas olmamışdır. Kollegiya qeyd edir ki, cavabdehin faktiki yaşadığı tikililər sonradan (xx.xx.2009-cu ildən) iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş olsa da ev iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçmişdir və bu, cavabdehin istifadə hüquqnun itirilməsi üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə istinadən cavabdehin həmin yaşayış sahəsindən istifadə etmək hüququnun olmadığına da əsaslanmışdır. Kollegiya yuxarıda göstərilənlərə əsasən hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsini tətbiq etmək üçün əsas görmür. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yaranmışdır, eləcə də iddiaçının mülkiyyət hüququnun qeydə alınması da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki dövrə təsadüf edir. İddiaçı cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsini və bu hüquqa xitam verilməsini hüquqi cəhətdən əsaslandırmasa da, mahiyyətcə cavabdehin orada qanunsuz pasport qeydiyyatına alınması ilə əsaslanmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublİkasının Qanunu, maddə 1). Lakin iddiaçı pasport qeydiyyatının qanunsuzluğu barədə müvafiq inzibati orqanın hərəkətlərini də mübahisələndirməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddianın təmin edilməsi, cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas yoxdur. İddiaçının mövqeyinə görə tələbinin ikinci hissəsi- cavabdehin evdən çıxarılması birinci tələbə bağlıdır. Belə ki, iddiaçı cavabdehin çıxarılmasını mülkiyyətində olan mənzilin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması ilə deyil, yaxud mülkiyyətçi olaraq kompensasiya verməklə xitam verilməsi əsası ilə deyil, cavabdehin istifadə hüququnun itirilməsi ilə əsaslandırmışdır. Qeyd edildiyi kimi, cavabdehin yaşadığı sözügedən tikili cavabdehin daimi yaşayış yeridir. Cavabdehin yaşadığı evə istifadə hüququnun itirilməsi əsası isə yaranmamışdır. Ona görə cavabdehin evdən çıxarılma tələbi də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də qətnaməni belə əsaslandırmışdır ki, cavabdehin sözügedən yaşayış evinə istifadə hüququ yoxdur (yaranmamışdır). Yaranmayan istifadə hüququ isə itirilə bilməz. Kollegiya məhkəmənin bu mövqeyi ilə yuxarıda göstərilən əsaslarla razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi bu cür qənaətə gəlməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, əsassız nəticəyə gəlmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiyanın qənaətinə görə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, Şirin Şükürov küçəsi, 11 A saylı evə istifadə hüququnun itirilməsi və evdən çıxarılmaya dair iddiası təmin edilməməlidir. İddiaçının tələbi mahiyyətcə təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(032)-63/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən ondan 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-558/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-558/2025
08.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver