Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-559/2025 08.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda payın dəyərinin ödənilməsi, bu mümkün olmadıqda əmlakın hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda payın dəyərinin ödənilməsi, bu mümkün olmadıqda əmlakın hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma oğludur. Mərhum əri X6 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, ondan Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Miras qalmış əmlaka dair adlarına vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlakdan – İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X3 2/35 hissə, X5 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə olmaqla vərəsəlik üzrə payları müəyyən edilmişdir. Onların adlarına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən, daşınmaz əmlakın reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarış verilmişdir. Payçılardan Nəzrin və Hacı azyaşlı olmaqla anaları Əslinin himayəsindədirlər. Cavabdeh paylı mülkiyyətlərində olan torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən onların sərbəst istifadə etmələrinə imkan vermir. Daşınmaz əmlakın öz aralarında bölünməsinə isə razılaşmır. Bu da onların mülkiyyət hüquqlarını pozur. Bundan sonra onların payına düşən hissənin dəyərinin ödənilməsi qarşı tərəfə təklif olunaraq tələb olunmuş, lakin paylı mülkiyyətin digər mülkiyyətçisi Cavabdeh kompensasiya verməyə maddi imkanı olmadığını bildirmişdir. Bu mümkün olmadığına görə əmlakın paylar üzrə bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspertin rəyi alınmışdır. Ekspertin rəyinə əsasən yuxarıda adı çəkilən əmlakın paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Ona görə də Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi (hakim Etibar Quliyev) ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın aşıq hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddiaları təmin edilmiş, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılsın. Satışdan əldə olunan pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (İddiaçı1 10/35 pay, İddiaçı2 2/35 pay, X3 2/35 pay, X5 2/35 pay, İddiaçı3 1/35 pay, İddiaçı4 1/35 pay, Cavabdeh 1/35 pay, İddiaçı5 8/35 pay və İddiaçı6 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ödənilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərcinin alınaraq, Az. MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi daşınmaz əmlakın reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evi Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metrdən ibarətdir. Həmin əmlak üzərində hüquq sahiblərinin payları - İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X2 2/35 hissə, X4 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/387 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına və payçılara uyğun sahələrin olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz və s.) görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 08 may 2023-cü il tarixli, 10/387 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki tədqiqatının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metrdən ibarətdir. Həmin əmlak üzərində hüquq sahiblərinin payları - İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X2 2/35 hissə, X4 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə təşkil edir. Ayrılan mülkiyyətçilər - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi Cavabdeh tərəfindən onlara ödənilməsini təklif və tələb etmişlər, lakin sonuncu bundan imtina etmiş, kompensasiya vermək imkanı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/387 nömrəli məhkəmə ekspertizasının rəyinin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına və payçılara uyğun sahələrin olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz və s.) görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evi açıq hərracda satılmalı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə qeyd etmişdir ki, bu halda ümumi mülkiyyətdəki əmlakın hərrac vasitəsilə satılması barədə qərar qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilmir. Belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Belə ki, mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Bu hal Konstitusiya Məhkəməsinin müvafiq qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiaları təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.3, 220.4-ci maddəsi, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya Məhkəməsindəki birinci icraat Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-199/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi) Tale Kərimov və Cahid İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-199/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-2285/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-199/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən fərdi yaşayış evi ilə bağlı digər mülkiyyətçilərlə razılığa gəlmək üçün heç bir cəhd göstərilməmişdir. Bununla bağlı, ilk öncə məhkəməyə müraciət etməzdən əvvəl payçılar arasında müəyyən razılığın olub-olmamasını aydınlaşdırmaq lazım idi. Halbuki, məhkəmə tərəfindən ona hər hansı bildiriş göndərilməmiş, o, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olmuşdur. Apellyasiya şikayətinə əlavə etdiyi zərfdən və poçt izləməsindən görünür ki, 1 iyun 2023-cü il tarixli iclas üçün ona göndərilən bildiriş 15 iyun 2023-cü il tarixdə onun tərəfindən qəbul edilmişdir. Bununla bərabər özü və iki övladı gözdən birinci qrup əlildir. Məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən ekspertizanın keçirilməsi zamanı onların iştirakını təmin etməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, ekspert tərəfindən bütün zəruri hərəkətlər görülmüşdür, amma yenə də qiymətləndirmə rəyində olan evin qiyməti ilə razı deyil. O bu işlə məşğul olan başqa ustaların da yanına getmiş və evin üstünə nə qədər xərc çəkilə biləcəyini soruşmuşdur. Ustalar 15000 manat qiymət demişdirlər. Onun hal-hazırkı hesablamalarına görə evin qiyməti 85000 manat civarında edir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər iddiaçılara məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasəmn mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı madddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ və İV hissələrnə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı; Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-17/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Yüksək instansiya məhkəməsinin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı mülki işdən görünür ki, əmlakın 9 paylı mülkiyyətçisindən 8 nəfəri onlara düşən hissənin naturada ayrılmasını, əks təqdirdə əmlakın hərracda satılmasını tələb edir. İşin bu halı əşyanın bölünməsi qaydalarının tətbiqini şərtləndirir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda adı çəkilən 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatına əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/387 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına və payçılara uyğun sahələrin olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz və s.) görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89- nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli evin naturada paylara uyğun bölünməsi mümkün olmadığına görə əmlakın hərracda satılması barədə gəlinən nəticə əsaslıdır. Lakin qeyd edilməlidir ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadında ifadə olunan hüquqi mövqeyə görə, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Bu baxımdan hazırda baxılan mülki iş üzrə hərraca çıxarılmalı olan evin bazar dəyərinə uyğun ilkin satış qiyməti müəyyən edilməli olduğu halda bu məsələ birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Apellyasiya mərhələsində məhkəmənin müvafiq qərardadı ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndində 0, 1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti və likvid dəyərinin nə qədər təşkil etməsinin müəhyyəmnləşdirilməsi üçün müstəqil qiymətləndirici dəvət edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 0272 saylı qiymətləndirmə hesabatına əsasən Ağcabədi rayonunun İmamqulubəyli kəndində 0, 1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 55000 (əlli beş) manat, likvid dəyəri isə 50000 (əlli min) manat kimi müəyyən olunmuşdur. Hazırda cavabdeh qeyd edilən qiymətlərlə razılaşmayaraq evin dəyərinin daha yüksək olduğunu bildirsə də, qiymətləndirmə hesabatı nəzərdən keçirilərkən müəyyən olunur ki, hesabatın mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh iş materiallarında göstərilən qiymətləndirmə hesabatının obyektivliyinə, metodoloji əsaslarına və ya qanunvericiliyin tələblərinə uyğunluğuna şübhə yaradan mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair müddəalarına əsasən, məhkəmə sübutları onların məcmusu üzrə, daxili inamına görə qiymətləndirir və iddia edilən halların mövcudluğunu sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Mövcud şəraitdə təqdim olunmuş qiymətləndirmə hesabatının etibarlılığını şübhə altına alan əsaslı dəlillər olmadığından, məhkəmə tərkibi həmin hesabatda müəyyən edilmiş göstəriciləri qəbul etməyi məqsədəuyğun hesab edir. Bu səbəbdən, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq, mübahisəli fərdi yaşayış evinin hərracdan satılması zamanı ilkin satış qiyməti kimi bazar dəyərinin-55.000 manat məbləğinin əsas götürülməsi hüquqi cəhətdən əsaslıdır. Bundan başqa, yuxarıda adıçəkilən Qərardadda göstərilir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Hazırkı mülki iş üzrə iş materiallarından görünür ki, tərəflərin mövqeləri mübahisəli fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququnun iştirakçılarından ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin mövcudluğunu istisna etmir. Bu səbəbdən, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq, məhkəmə tərkibi hesab edir ki, mübahisəli fərdi yaşayış evinin satışına dair qətnamənin nəticə hissəsində ilk mərhələdə yalnız paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərracın keçirilməsi, qapalı hərracın nəticəsiz qalacağı təqdirdə isə fərdi yaşayış evinin açıq hərracdan satılması nəzərdə tutulmalıdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Cavabdeh paylı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, fərdi yaşayış evi həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalı, satış pulu tərəflərin paylarına uyğun bölünməli, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 400 manatın yarısı-200 manatı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 bərabər qaydada, digər yarısı 200 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin ("xxxx"ASC, kod 507280, VÖEN **********, müxbir hesab AZ61NABZ013501**********6944, SWİFT RBTAAZ22, hesab AZ74RBTA********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və Cavabdeh paylı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda satılsın. Fərdi yaşayış evi həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın və satış pulu tərəflərin paylarına uyğun bölünsün. Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat müəyyən edilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 400 manatın yarısı-200 manatı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 bərabər qaydada, digər yarısı 200 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC, kod 507280, VÖEN **********, müxbir hesab AZ61NABZ013501**********6944, SWİFT RBTAAZ22, hesab AZ74RBTA********************) hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-559/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-559/2025
08.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver