Məhkəmə qərarları › İş №2(106)-592/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-592/2025

09.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-592/2025 09.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı və Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(018)-1257/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları X3 bildirmişdir ki, Cavabdeh o vaxtı işlədiyi mağazada onun şahidliyi ilə İddiaçı Cavabdeh 2000 (iki min) manatdan artıq məbləğdə pulu borc olaraq vermişdir. X1 bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Onun şahidliyi ilə Cavabdeh işlədiyi mağazada İddiaçı Cavabdeh 2000 (iki min) manatdan artıq məbləğdə pulu borc olaraq vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirzəbala oğlundan 2900 (iki min doqquz yüz) manat borcun və ödənilmiş 49 (qırx doqquz) manat rüsumun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh Mirzəbala oğluna borc məqsədilə bankdan kredit götürmək şərtilə 2900 manat vermişdir. Bankdan götürdüyü krediti Cavabdeh əvəzinə ödəmişdir. Bundan sonra Cavabdeh dəfələrlə ondan borcun qaytarılmasına dair möhlət istəmiş və o da onun maddi vəziyyətini nəzərə alaraq güzəşt getmişdir. Bu yaxınlarda Cavabdeh bildirmişdir ki, daha ona güzəşt getməyəcəkdir və ona olan borcu qaytarsın. Cavabdeh hərəkətsizlik edərək borcu qaytarmaqdan imtina etdi. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəfindən Cavabdeh Mirzəbala oğluna verilmiş 2900 manat borcun qaytarılması və ödədiyi 49 manat rüsumun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1257/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 2900 (iki min doqquz yüz) manat əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 425.1, 427.3, 445.2.1, 442, Mülki Prosessual Məcəllənin 62.1, 76, 119.1, 77.1, 14.2, 80, 106.1-ci maddələrinə, “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 2900 (iki min doqquz yüz) manat məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Həmin hal şahid ifadələri ilə öz təsdiqini tapır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının heç bir sübuta əsaslanmayan mülahizələri və fərziyyələri ilə iddia tələbini heç bir sübut olmadan, iddiaçının fərziyyələri ilə olduğu kimi heç bir hüquqi qiymət vermədən qətnaməyə köçürərək, təmin etməsi qanunsuz, birtərəfli və ədalətsiz araşdırmanın nəticəsidir. Qətnamə ilə razı deyildir və Astara Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2(018)-1257/2024 saylı qətnaməsinin ləğv olunmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, cavabdehin iddiaçı ilə arasında əvvəllərtəqribən 10 il əvvəl borc münasibətləri mövcud olmuşdur. Belə ki, Cavabdeh İddiaçı 500 manat məbləğində borcu olmuş, lakin borcunu qaytarmışdır. İddiaçı 10 il əvvəlki borca görə tələbi qanunsuzdur. Müddət ötürülmüşdür. Məhkəmə iddia müddətini tətbiq etməlidir. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Belə ki, cavabdehə 4-5 il əvvəl borc pul vermişdir. Borcu alan zaman cavabdeh borcunu bir həftəyə qaytaracağını bildirsə də, qaytarmamışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfin apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(018)-1257/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Prosessual Məcəllənin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3.-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən olunan pul məbləği hissəsində dəyişdirilməlidir. Mülki prosesdə hər iki tərəfin iddialarını və mövqelərini əsaslandırmaq üçün sübutetmə və etiraf etmə mexanizmi mühüm rol oynayır. Bu mexanizmlər məhkəmənin hadisələrin obyektiv həqiqətini aşkar edib ədalətli qərar qəbul etməsində əsas yer tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipi məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək- Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.

2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Apellyasiya şikayətində cavabdeh tərəf qeyd etmişdir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının heç bir sübuta əsaslanmayan mülahizələri və fərziyyələri ilə iddia tələbini heç bir sübut olmadan, iddiaçının fərziyyələri əsasında qəbul edilmişdir. Cavabdehin məhkəmə iclasında dedikləri, iddiaçı ilə aralarında hər-hansı pulun alınmasına dair qəbzin və müqavilənin olmaması və iddiaçıdan borc pul almamasını bildirməsi məhkəmədə iştirak etmiş yalançı şahidlərin və iddiaçının fərziyyə ilə əhatələnmiş fikirlərindən zəif olmuş və nəticədə məhkəmənin özünün fərziyə ilə əhatələnən qətnaməsinin çıxarılmasına gətirib çıxarmışdır. Mülki işlər üzrə işdə iştirak edən şəxslər sübut edilməli olan hallar barəsində müxtəlif xarakterli izahatlar verirlər. Əgər şəxs öz izahatında sübut edilməsi vəzifəsi qarşı tərəfin üzərinə düşən faktı təsdiq edirsə, belə izahat etiraf adlanır. Başqa sözlə, şəxs etiraf etmə yolu ilə qarşı tərəfin sübut etməli olduğu faktları təsdiq edir. Qeyd etmək lazımdır ki, şəxsin öz izahatında hər hansı faktı etiraf etməsini, iddia tələbinin etiraf edilməsi ilə eyniləşdirmək olmaz. Etiraf həm yazılı formada həm də şifahi formada ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, iş materiallarında cavabdehin iddiaçıdan 2900 manat pul almasına dair mötəbər və təkzibolunmaz sübutlar mövcud deyil. Lakin hazırki iş üzrə birinci instansiya məhkəməsi iddianı təmin edərəkən tərəflər arasında borc münasibətinin mövcudluğunu təsdiq edən sübut qismində yalnız iki nəfər şahidin ifadəsinə əsaslanmaqla, onların ifadəsi digər sübutlarla təsdiqlənmədiyi halda sübut kimi qəbul etmiş və iddia tələbini tam təmin etmişdir. İddiaçı tərəfindən Cavabdeh 2900 manat məbləğində borc pul vermiş olduğunu təsdiqləyən sübutlar – o cümlədən, yazılı borc müqaviləsi, şifahi olduğu halda isə onun mövcudluğunu təsdiqləyən mötəbər sübutlar, pulun verilməsini təsdiq edən qəbz, tərəflər arasında hazırki iş üzrə borc münasibətlərinin mövcud olmasını təsdiq edən danışıqlar və digər sübutlar təqdim edilməmişdir Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə şahid ifadəsi sübutlardan biri kimi qəbul edilsə də, onun inandırıcılığına məhkəmə tərəfindən hərtərəfli və obyektiv yanaşılmalıdır. Bundan əlavə, şahidlər ifadələrində borcun dəqiq məbləğini göstərməmiş, yalnız ümumi şəkildə “2000 manatdan artıq” olduğunu bildirmişlər. Məhkəmə təcrübəsində və sübutetmə hüququnda dəqiq olmayan, təxmini və qeyri-müəyyən ifadələr sübut kimi qəbul edilərkən mötəbərlik və inandırıcılıq meyarlarına cavab verməlidir. Lakin bu iş üzrə şahidlərin qeyri-dəqiq ifadələri bu tələblərə uyğun gəlmir. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdehin iddiaçıya 500 manat borcu olmuşdur. Lakin həmin borcu qaytamışdır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, hər bir tərəf iddia və ya etirazlarını sübut etməyə borcludur. Lakin əgər cavabdeh müəyyən faktları açıq şəkildə etiraf edirsə, artıq həmin faktların sübut olunmasına ehtiyac qalmır. Bu isə iddiaçının sübutetmə yükünü yüngülləşdirir və məhkəmə işinin daha səmərəli aparılmasına imkan yaradır. Bununla yanaşı cavabdeh 500 manat borcunun qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin 500 manat məbləğində etirafı, iddiaçının bu halı sübut etmə vəzifəsindən azad edən hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, cavabdehin iddiaçıya borclu olması şahid ifadələri ilə təsdiq olunur. Cavabdeh tərəf apellyasiya şikayətində iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə olduğu halda isə, cavabdehin bu müddətin tətbiqinə dair ərizəsi olmadan, məhkəmə tərəfindən müstəqil olaraq iddia müddəti tətbiq edilə bilməz. Nəzərə almaq lazımdır ki, iddia müddəti hüququnun özünü deyil, hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğuna görə ödənilmiş dövlət rüsumu 30 manat həddində cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.3, 392 və 393cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qətetdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(018)-1257/2024 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı Cavabdeh qarşı “2900 manat borcun və ödənilmiş 49 manat dövlət rüsumunun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar