Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-593/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 15 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 və Cavabdeh2 qarşı 8000 manat yonca preslərinə görə, mənəvi zərərə görə 10000 manat pul məbləğinin tutulması, Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 vəzifə səlahiyyətlərini aşaraq, özbaşınalıq nəticəsində qanunazidd hərəkətlər və hərəkətsizlik edərək Cavabdeh2 tərəfini saxladığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublası Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Şərəfə Bələdiyyəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Azərbaycan Respublikası Masallı rayonu Şərəfə bələdiyyəsinin 13 noyabr 2003-cü il tarixli, 11 nömrəli qərarı ilə, onunla 13 noyabr 2003-cü il tarixdə 2.60 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamışdır. Müqavilə ilkin 15 illik müddətinə bağlanmışdır. Müqavilə üzrə ona Masallı rayon Şərəfə kəndində 2.60 ha torpaq sahəsi verilmiş, hər il torpaq vergisi nəzərə alınmaqla, icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Masallı rayon Şərəfə Bələdiyyəsi tərəfindən verilmiş 24 iyul 2021-ci il tarixli 46/50 saylı arayışda qeyd olunmuşdur ki, Hacıyev X3 rayon Şərəfə Bələdiyyəsi tərəfindən 2003-cü ildə verilmiş 2.60 ha icarə torpağının icarə haqqını vaxtında ödəmiş, heç vaxt icarə müddətində icarə haqqının ödənilməsində gecikməyə yol verməmişdir. Şərəfə kənd bələdiyyəsi cavab məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 818 nömrəli fərmanına əsasən ölkədə və eləcə də Masallı rayonunun Şərəfə kəndi ərazisində torpaqların elektron uçotu işi aparılmışdır. Həmin uçot işləri yekunlaşdıqdan sonra nəzərdə tutulan icarə torpaqların icarəyə verilməsi məsələsinə baxılacaqdır. Onu da nəzərinizə çatdırırıq ki, icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir”. Bələdiyyənin bu məktubda qeyd etdikləri onun icarəyə götürdüyü torpaqdan istifadə etməsinə qətiyyən mane olmur. Çünki bələdiyyənin qeyd etdikləri həyata keçənə qədər torpaq onun istifadəsində olmalıdır, ona görə ki, həmin ərazi 19 ildir ki, onun istifadəsindədir. Bələdiyyə onun heç bir qanun pozuntusuna yol vermədiyi halda qeyd olunan torpağı onun əlindən qeyrimüəyyən şəraitdə almaq istəyir. Halbuki, icarəsində olan torpağın istifadəsi ilə bağlı bələdiyyənin ona qarşı hər-hansı bir pretenziyası olmamışdır. 19 iyul 2022-ci il tarixdə Cavabdeh2 istifadəsindəki yuxarıda qeyd olunan yonca sahəsindəki yoncanı biçdiyinə görə DİN-nin 102 çağrı mərkəzinə zəng edərək məlumat vermişdir. Masallı RPŞ-dən bu məsələyə qarşı reaksiya görmədikdən sonra Bakı şəhərində yerləşən “X6”nə gedərək onun müharibə veteranının başına gətirilən müsibətlər barədə “X6”nin baş redaktoru Şahid2 danışmışdır. O, da 20 iyul 2022-ci il tarixdə hüquqşünas araşdırmaçı müxbir Şahid1 ilə birlikdə Masallı rayon Şərəfə kəndinə onunla birlikdə gəlmişlər. Həmin vaxt Cavabdeh2 və oğlu Şövqinin torpaq sahəsində olduqlarını və torpaq sahəsində əkdiyi yoncanı preslərə bağlayaraq apardıqlarını görmüşlər. Orada Cavabdeh2 böyük münaqişə yaratmışdır. Bununla bağlı “X6”nin baş redaktoru Şahid2 DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bu hadisə ilə bağlı Cavabdeh2 AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmiş və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Buna baxmayaraq Cavabdeh2 onun yonca otunu talayaraq aparmasına davam etmişdir. Cavabdeh2 20 iyul 2022-ci il tarixdə yonca otunu biçib aparması nəticəsində ona 4000 manat maddi ziyan dəymişdir. Onun uzun illər əkib becərdiyi yonca sahəsini 20 iyul 2022-ci il tarixdə Qafil talayaraq biçib aparmış, ona 4000 manat olmaqla, təxminən 20 avqust 2022-ci il tarixdə ikinci dəfə yonca sahəsini biçib apararaq əmlakını talamış, ona yenidən 4000 manat olmaqla ümumilikdə 8000 manat maddi ziyan vurmuşdur. Əlavə olaraq cavabdehlərin uzun müddət ərzində onu əsəbləşdirməsi, narahatlıq yaratması kimi hallar nəzərə alınmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh2 ilə mübahisə 20 iyul 2020-ci il tarixdən başlamışdır. Cavabdeh2 heç bir əsas olmadan onun istifadə etdiyi torpaq sahəsinə sahiblənmişdir, halbuki bununla bağlı heç bir rəsmi sənəd yoxdur. O, istifadə etdiyi torpaq sahəsini heç kimə verməmişdir və özü əkmişdir. Bir biçin 2022-ci ilin may ayında olmuş və təqribi 1400 pres olmuş, orta hesabla bir presi dörd manata satmışdır. İkinci bicin iyun ayında olmuş, 950 pres olmuş, onu da özü satmışdır. Üçüncü bicin 20 iyulda, dördüncü biçin avqust ayında olmuş, həmin bağlamaları isə Cavabdeh2 aparmışdır. Bununla bağlı videodisk vardır. O, 2.60 ha sahənin hamısına yonca bitkisi əkmişdir. 2.60 ha sahədən 1000 ədəd pres götürülür. İki biçinə görə bir ədəd pres dörd manatla, cəmi preslərin dəyəri 8000 manat etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, birinci biçimi İddiaçı özü aparmış, ikinci biçimi o apamaq istəyəndə isə Həşim mane olaraq aparmış və bunla bağlı polisə şikayət etmişdir. O, cəmi 250 ədəd pres aparmışdır, orada mübahisə düşmüş, sonra polis rəisinin sözü qalan presləri aparmamış, Həşim özü Salyan rayonundan olan Kamran adlı şəxsə satmışdır. Üçüncü biçimi bağlatdıranda, polis presi yerə boşaltmışdır. Preslər yaş olduğuna görə fermaya paylanmışdır. Dördüncü biçim olmamışdır. Odur ki, iddianın ona münasibətdə rədd olunmasını xahiş etdir. Məhkəmə baxış iclasında cavabdeh Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, ona qarşı münasibətdə tamamilə əsassızdır. Bələdiyyədə olan ilkin icarə sənədlərinə əsasən İddiaçılə icarə müqaviləsi 5 il müddətinə bağlanmış, lakin Həşimdə olan müqavildə texniki olaraq 15 il qeyd olunmuşdur. Əvvəllər Həşim həmin torpaq saəhisini istifadə etsə də, Şərəfə kənindən Cavanşir adlı şəxsə subicarəyə bələdiyyənin razılığı olmadan vermiş və son bir neçə ili torpaqdan o, istifadə etmişdir. Hal-hazırda torpaq sahəsindən şəhid ailəsiistifadə edir. Onun mübahisəyə aidiyyəti yoxdur, ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə baxış iclasında Cavabdeh1 vəkili Vəkil onunla eyni məzmunda izahat verərək, iddianın Cavabdeh1 münasibətdə rədd olunmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Habil Bəhmənov), iddianın qismən təmin edilməsi, Cavabdeh2 maddi ziyana görə 1000 manat alınaraq İddiaçı ödənilməsi, iddianın X2 və digər tələblərə münasibətdə hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21., 21.2, 21.3, 1096.1, 1097.1, 152.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə, iddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Masallı Rayon Məhkəməsinin 2(050)-2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)-2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsini İddiaçı və Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Masallı rayon Şərəfə bələdiyyəsinin 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Masallı rayonu Şərəfə bələdiyyəsinin mülkiyyətinə aid olan 2.60 hektar torpaq sahəsinin Şərəfə kəndində məskunlaşmış, məcburi köçkün İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə icarəyə verilməsinə dair bələdiyyə ilə İddiaçı arasında müqavilə bağlanması və torpağın ona icarəyə verilməsi, İddiaçı icarəyə götürdüyü torpağın icarə haqqını hər il vaxtında Şərəfə bələdiyyəsinin rayon bankındakı xüsusi hesabına ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Masallı Rayon Statiska İdarəsinin məktubundan görünür ki, Masallı Rayon Statiska İdarəsində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin qeydiyyatı aylıq dövrülüklə rayon ərazisində bu sahə üzrə məşğul olan fiziki şəxslərdən seçmə üsulu ilə aparılır. Rəsmi statiskanın elektron məlumat bazasına əsasən 2022-ci ilin iyul ayı üzrə qiymətlər quru ot üçün 3.60 manat, yonca üçün isə 4.50 manat təşkil edir.. İş materiallarına əlavə olunmuş X7 İnkişaf Mərkəzinin 02 noyabr 2023-cü il tarixlu, 3-22- 3-44/2- 116/2023 saylı məktubundan görünür ki, yonca bitkisi nisbi çoxillik bitkidir. Mövsüm ərzində yonca bitkisi düzgün aqrotexniki qaydada becərilərsə may ayından sentyabr ayının sonuna kimi 3-4 dəfə biçini həyata keçirilir. 1 hektar sahədən birinci may ayı biçimində təqribi olaraq 250-300 ədəd, ikinci biçimində 200-250 ədəd, üç və dördüncü biçində hər birində 150- 200 ədəd olmaqla, ümumi 750-950 ədəd yonca ot bağlaması əldə etmək mümkündür. İş materiallarına əlavə olunmuş videodiskdən görünür ki, 20 iyul 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh2, o cümlədən sonuncu ilə Şahid2 arasında mübahisə olmuş, Cavabdeh2 onların sahəyə gəlməsinə, çəkiliş aparmalarına etiraz etmişdir. Videogörüntüdən məlum olur ki, biçilmiş yonca bağlanmış vəziyyətdə yerdədir, hər hansı şəxs tərəfindən aparılması müəyyən olunmur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı cavabdeh Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 və Cavabdeh2 yonca preslərinə görə 8000 manat maddi, 10000 məbləğində isə mənəvi zərərə görə pul tutulmasını tələb edir. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 1091, 1092, 1097, 1115-ci maddələri təşkil etdiyini göstərir. Kollegiya ilk əvvəl iddiaçının yonca preslərinə görə vurulmuş 8000 manat maddi ziyan tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respubliası Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən maddi normalara əsasən kollegiya qeyd edir ki, iş üzrə müəyyən edilməli olan hallar, cavabdehlərin qanuna zidd hərəkəti, həmin hərəkətlə dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasıdır. Birinci instansiya məhkəməsində Şahid3 ifadəsində göstərmişdir ki, sahəni həmişə İddiaçı əkmişdir. Cavabdeh2 son iki ildə mübahisəli sahəyə daxil olmuşdur. 2022-ci ilin payızında bir hissəsini Cavabdeh2, digər hissəsini isə şəhid ailələri biçmişdir. Birinci instansiya məhkəməsində Şahid2 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci ildə İddiaçı müraciətinə əsasən “X6”nin nümayəndəsi kimi əraziyə Şahid1 ilə birlikdə gəlmişlər. Onlar mübahisəli əraziyə getmiş və Cavabdeh2 onunla mübahisə etmişdir. Həmin vaxt yonca sahəsinin biçilməsini və bağlanmasını görmüşdür. Birinci instansiya məhkəməsində Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. İşin faktiki halları və tədqiq olunmuş mötəbər, təkzibolunmaz sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 tələb olunan maddi ziyanla bağlı qismən məsuliyyət daşıyır. Belə ki, işin halları ona əsas verir ki, Cavabdeh2 yonca sahəsini biçib aparmaqda maraqlı olmuşdur. Lakin onun bütünlüklə ot bağlamalarını aparması təsdiq olunmadığına görə, özünün etiraf etdiyi həddə, yəni 250 ədəd ot bağlamasına görə mülki məsuliyyət daşımalıdır. Kollegiya cavabdehin həmin hissədə apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, Cavabdeh2 vurulmuş maddi ziyana münasibətdə təqsirli olması iş materiallarında olan mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Kollegiya həmçinin qeyd edir ki, torpaq sahəsini istifadə etməyə görə icarə müqaviləsinin müddəti bitmiş olsa da, 2022-ci ilin iyul ayına qədər faktiki olaraq torpaq sahəsini İddiaçı əkməsi və biçməsi təsdiq olunur. Ona görə əkindən əldə olunan fayda da ona aid edilməlidir. Digər tərəfdən kollegiya iddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibətdə, yəni 8000 manat maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, Masallı Rayon Statiska İdarəsinin rəsmi məlumatına əsasən 2022-ci ilin iyul ayı üzrə yonca bağlamasının bir ədədinin qiyməti 4.50 manat təşkil etdiyinə görə, iddiaçının tələb etdiyi qiymət, yəni 4 manat nəzərə alınmalı və 250 ədəd yonca bağlamasına görə 1000 manat maddi ziyan Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh2 tərəfindən yonca sahəsini biçib apardığına görə maddi ziyan vurulması və həmin maddi ziyanın məbləğinin 1000 həddində olması ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edilməlidir. İddiaçının digər Cavabdeh1 və mənəvi ziyana görə 10000 manat pul tələbinə dair iddiasının əsasını özünün iddia ərizəsində göstərdiyi kimi, “iddiaçı bu tələbini Cavabdeh1 ona görə yönəldir ki, o, onunla Cavabdeh2 arasında yaranmış mübabahisədə Cavabdeh1 müdafiə etməsi ilə əlaqələndirir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın Cavabdeh1 qarşı iddiasının əsaslarının və aidiyyətinin olmaması, o cümlədən mənəvi ziyan hissədə tələb ümumiyyətlə sübuta yetmədiyinə görə həmin hissədə iddia əsassızdır. Belə ki, Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində ona vurulmuş maddi ziyanın 8000 manat miqdarında olduğunu, həmçinin cavabdehlər tərəfindən ona 10000 manat mənəvi zərər vurulduğunu qeyd etsə də, həm maddi ziyanın miqdarı həm də ümumiyyətlə mənəvi zərərin əsaslılığını təsdiq edəcək sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli 7 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməs barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Beləliklə, qanunvericiliyin şərhində əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd olunanlara ümumilikdə qiymət verərkən məhkəmə kollegiyası qeyd ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və mənəvi ziyanın müəyyən edilməsi hissəsində yanlış nəticəyə gəlmiş bununla da qanunsuz və ədalətsiz qətnamə qəbul etməsini göstərsə də, həmin qanunsuzluğun nədən ibarət olmasını konkret sübutlarla göstərmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və mənəvi ziyanın müəyyən edərkən qanunvericiliyin tələblərini rəhbər tutmuş bununla da, düzgün qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88 maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, vurulmuş maddi ziyanın məbləği kimi iddiaçının irəli sürdüyü 8000 manat hər hansı bir sübutla öz təsdiqini tapmır, iddiaçı bununla bağlı hər hansı sübut təqdim edə bilmir, cavabdeh isə izahatında yalnız 250 pres ot apardığını təsdiq edir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı 8000 manat dəyərində yonca presinin cavabdehlər tərəfindən götürüldüyünü sübut edə bilmir, cavabdeh isə 250 ədəd yonca presini götürdüyünü etiraf edir. Belə olan halda bir mənalı şəkildə iddiaçının iddia tələbi qismən əsaslı hesab edilməli, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız hesab edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Apelyasiya şikayətlərinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan çox olsa da, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az, yəni 1000 manat təşkil edir. Ona görə də iddiaçı tərəfindən kassasiya şikayəti verilə bildiyi halda, cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2779/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-593/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-593/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver