Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-627/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkilləri Vəkil2 və Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1267/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 39850 manat məbləğində əsas məbləğin və ödənilmiş 209,55 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 2019cu ilin avqust ayında "xxxx" ASC-dən götürdüyü 200000 manat kredit məbləğindən 20000 manat borc vermiş, cavabdeh həmin məbləği ödəmədiyinə görə o, həmin məbləği 12000 manat faiz məbləği ilə birlikdə, yəni 32000 manat məbləğində banka ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa, 2020-ci ilin dekabr ayında özünə məxsus Ələt- Astara yolunun 109-cu kilometrliyində yerləşən yanacaq doldurma məntəqəsində 1500 manat cavabdehə borca pul vermişdir. Ona 11500 ABŞ dolları məbləğində nisyə satdığı **-DU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220” markalı avtomobilə görə o vaxtın kursu ilə 8910 ABŞ dollarının manata məzənnəsi ilə 6950 manat borcu qalmışdır. Dəfələrlə o, pulunu cavabdehdən tələb etsə də, cavabdeh qohumluq münasibətlərindən sui-istifadə edərək, hər dəfə müəyyən bəhanələr irəli sürüb indiyədək qeyd olunan məbləğlərdə aldığı pul vəsaitlərini geri qaytarmamışdır. Cavabdeh iddiaçının bacanağı Nazim Ağayevin qızının əridir. Cavabdeh 2020-ci ilin dekabr ayında Ələt-Astara yolunun 109-cu kilometrliyində yerləşən yanacaq doldurma məntəqəsində aldığı 1500 manat vəsaitdən 600 manat qaytarsa da, digər borclu olduğu məbləğləri hər dəfə ona hərbçi olduğuna görə dövlət tərəfindən ev veriləcəyi və həmin evi satıb borclarını ödəyəcəyi barədə yalan vədlər verərək onu aldatmışdır. Bununla bağlı hazırkı iddia ərizəsinə qoşma edilmiş cavabdeh tərəfindən əlyazma üsulu ilə yazılmış qəbzi və cavabdeh ilə telefon danışığına dair səs yazısı olan yaddaş kartını sübut qismində məhkəməyə təqdim edir. Hazırkı vaxtadək cavabdehin ona olan borcu ümumilikdə 39850 manat təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı 87100 manat məbləğində pulun və 381,30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, ilk iddianı qəbul etmir və hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. İlk növbədə qeyd edir ki, ilk iddia tamamilə yalan, şər-böhtan xarakterli məlumatlardan ibarətdir. İlk iddiaçı ilə onun arasında borc münasibətləri daha əvvəl 2011-ci ildən etibarən başlanmışdır. Həmin vaxt o, işgüzar problemlər yaşadığından İddiaçı 37000 manat borc pul götürmüşdür. Həmin vaxt onda əminlik yaratmaq üçün özünə məxsus (qaynatası X2 adına sənədləşdirilmiş) Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən mənzilə dair sənədləri borc verən İddiaçı vermişdir. İlk iddiaçı bilərəkdən həmin məsələnin üstündən sükutla keçərək aralarında borc münasibətlərinin 2019-cu ildən başlandığını bildirir. O, 2019-cu ildə İddiaçı 20000 manat borc almışdır. Daha sonra, 2020-ci ildə 1500 manat alaraq həmin puldan 600 manat qaytarıb 900 manat borclu qalmışdır. İlk iddiaçıdan aldığı **-DU-*** nömrə nişanlı avtomobilə görə isə 5000 manat borclu qalmışdır. Hansı ki, həmin məbləğ ilk iddiaçıya verdiyi yazılı iltizamda da öz əksini tapır. İlk iddiaçı ona pul verərkən 200000 manat məbləğində kredit götürdüyünü və guya onun yerinə kredit faiz borcu ödədiyini deyir, lakin onların arasında pula görə faizlərin ödənilməsi barədə heç bir danışıq və ya razılaşma olmamışdır. Onun ümumiyyətlə İddiaçı kredit götürməsindən belə xəbəri olmamışdır. Bundan başqa, 200000 manatlıq kreditin 10 faiz hissəsi olan 20000 manata görə 12000 manat faiz hesablanması absurddur. Onun ilk iddiaçıya 25600 manat məbləğində borcu var. O, 2022-ci ildə qaynatası Nazim Ağayevlə bacanağı, hazırkı iş üzrə ilk İddiaçı arasında problemlər başlayan vaxt İddiaçı evinin sənədlərini verməsini, evi satıb ona olan borclarını da bağlayacağını bildirmişdir. Lakin İddiaçı bundan imtina etmişdir. Sonrakı araşdırmalar nəticəsində İddiaçı ona məxsus evi saxta yollarla satdığı məlum olmuşdur. Bundan sonra bir çox orqanlara şikayətlər etmiş, araşdırma aparılmışdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının "xxxx" MMC-dən ("xxxx" MMC-dən) aldığı mənzil qanunsuz alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda həmin mübahisənin hüquqi yolla həlli istiqamətində işlər aparılır. Yaxın vaxtlarda "xxxx" MMC ("xxxx" MMC) və üçüncü şəxslərə qarşı inzibati qaydada məhkəmə çəkişməsi başlanılacaqdır. Göründüyü kimi, o, İddiaçı 2011-ci ildən indiyə kimi ümumilikdə 62900 manat məbləğində borc almışdır. Lakin İddiaçı ona etibar edərək verdiyi evin sənədlərindən qanunsuz istifadə etməklə, saxta alğı-satqı müqaviləsi hazırlayaraq Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində (indiki Ə.Əhmədov 24B) yerləşən mənzili satmışdır. Həmin mənzilin bugünkü bazar dəyəri 150000 manatdır. Həmin məbləğdən ilk iddiaçıya borclu olduğu 62900 manat borcu çıxaraq hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona məxsus 87100 manat məbləğində pul geri qaytarılmalıdır. Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(057)-1267/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ağarza Səmədov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 26400 manatın və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 138,85 manatın alınıb İddiaçı verilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(057)-1267/2023 saylı qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk İddiaçı ilə qohumdurlar və münasibətləri normal olmuşdur. 25 dekabr 2010-cu il tarixdə o, İddiaçı müraciət edərək, ona 37000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə "xxxx" MMC-dən (hazırkı "xxxx" MTK) qaynatası X2 adına aldığı Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində 1123 saylı mənzilin sənədlərini verərək bildirmişdir ki, mənzilin həmin vaxt dəyəri 75000 manatdır, bir müddət sonra mənzili satacaq və İddiaçı olan 37000 manat borcunu ödəyəcək. Nə o (Cavabdeh), nə də qaynatası Nazim Ağayev qeyd edilən mənzilin satılmasına heç bir ərizə, razılıq və ya etibarnamə vermədikləri halda, İddiaçı qeyd edilən mənzili saxta yolla sataraq başqa şəxsin adına sənədləşdirmişdir. Qeyd edilən məsələ ilə bağlı o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Apellyator Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə istinad edərək qeyd edir ki, ilk iddia üzrə İddiaçı heç bir qanuni əsas olmadığı halda, ona məxsus mənzili qanunsuz yolla ələ keçirərək əsassız varlanmışdır. Bu səbəbdən də o, qarşılıqlı iddia ərizəsində İddiaçı ona olan 62900 manat borcunu çıxdıqdan sonra 87100 manat məbləğində pul tələb etmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni Cavabdeh məxsus mənzilin ilk iddia üzrə iddiaçı tərəfindən qanunsuz olaraq ələ keçirilməsinə və başqa şəxsə satılmasına heç bir hüquqi qiymət vermədən düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, İddiaçı onun qaynatası Nazim Ağayevin bacanağıdır. O, ilk dəfə İddiaçı 37000 manat borc pul götürmüş, bu zaman faktiki olaraq özünə məxsus olsa da, qaynatası Nazim Ağayevin adına sənədləşdirilmiş Bakı şəhərində yerləşən mənzilə dair sənədləri İddiaçı vermişdir. Sonradan 2019-cu ildə İddiaçı 20000 manat, 2020-ci ildə isə 1500 manat borc almış, 2020-ci ildə aldığı 1500 manat borcdan 600 manat qaytarmışdır. Həmçinin, İddiaçı aldığı avtomobilə görə də ona borclu qalmışdır. Sonradan qaynatası X12 Əliyev arasında problemlər yarananda o, İddiaçı mənzilinə dair sənədləri verməsini istəmiş, lakin İddiaçı bundan imtina etmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı borcun müqabilində həmin mənzili dəyərindən aşağı qiymətə başqa şəxsin adına saxta yolla sənədləşdirmişdir. Ona görə də o, qarşılıqlı iddiasını müdafiə edir. Qeyd edir ki, İddiaçı mənzili ondan xəbərsiz şəkildə saxta yolla özgəninkiləşdirmişdir, bununla bağlı müvafiq hüquqi tədbirlər görüləcəkdir. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının vəkilləri Vəkil2 və Vəkil3 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmir və ona görə də onun iştirakı olmadan apellyasiya şikayətinə baxılaraq onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən və mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – ilk iddia tələbinin təmin edilmiş hissəsində və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkillərini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası ilk iddia tələbinin təmin edilmiş hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İlk iddia üzrə İddiaçı Cavabdeh ümumilikdə 39850 manat məbləğində əsas məbləğin və ödənilmiş 209,55 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmiş, Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(057)-1267/2023 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilərək, Cavabdeh 26400 manatın və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 138,85 manatın alınıb ona verilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Lakin ilk iddia üzrə İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı 20000 manat borc almış, həmin pulun heç bir hissəsini ödəməmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı 1500 manat pul almış və həmin puldan 600 manat ödəmiş, 900 manat borclu qalmışdır. Cavabdeh aldığı maşına görə isə 5500 manat borclu qalmışdır. Cavabdeh 20000 manat və maşına görə olan 5500 manat borcunu İddiaçı yazılı qəbz verməklə etiraf etmiş, digər 1500 manatdan isə 900 manat borclu olmasını məhkəmə baxışı zamanı etiraf etmişdir. Ona görə də məhkəmə qeyd edilən məbləğlərin Cavabdeh alınıb İddiaçı verilməsini doğru hesab etmişdir. Məhkəmə kollegiyası ilk iddia tələbinin təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarının 93-cü vərəqində olan Cavabdeh tərəfindən yazılaraq imzalanmış əlyazma qəbzdə qeyd olunmuşdur ki, “Mən Cavabdeh X6 20000 (iyirmi min) manat borc almışam. Əlavə olaraq maşına görə 5500 manat (beş min beş yüz manat) borcum var. X8 deməsinə görə pulu bankdan götürüb və xx.xx.2023-cü il tarixədək 12000 (on iki min) manat pul ödəyib faiz”. Bu yazılardan sonra “imza Cavabdeh xx.xx.2023” yazılmış və imza icra edilmişdir. Bunun ardınca isə qeyd edilmişdir ki, “Əlavə olaraq 2010cu ilin dekabr ayında X6 37000 (otuz yeddi min manat) aldım borc kimi evi satdım, yəni Şərur MTK-da olan X2 adına olan ev”. Bundan sonra “Cavabdeh” yazılaraq imza icra edilmişdir. İşdəki Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etdiyini, 2019-cu ildə İddiaçı 20000 manat borc aldığını, İddiaçı aldığı “Mercedes” markalı maşına görə ona 5500 manat borclu qaldığını, 2019-cu ilin may ayında İddiaçı 1500 manat borc aldığını və həmin puldan 600 manat qaytardığını, ümumilikdə İddiaçı 25900 manat borcu qaldığını bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ilk iddia tələbini 3 hissədə təmin etmişdir: 1) 20000 manat borc; 2) 1500 manat borcun ödənilməmiş 900 manat hissəsi; 3) avtomobilə görə ödənilməmiş qalan 5500 manat. Cavabdeh həm qarşılıqlı iddia ərizəsində, həm birinci instansiya məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli iclasında, həm də apellyasiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli iclasında qəbul etmişdir ki, o, İddiaçı bir dəfə 20000 manat, bir dəfə də 1500 manat borc almış, sonuncu borcdan 600 manat qaytarsa da, 900 manatını qaytarmamış, yekunda həmin məbləğlərə görə 20900 manat borcu yaranmışdır. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Qeyd edilən məbləğlərin Cavabdeh tərəfindən etiraf edilməsi ilə yanaşı, İddiaçı Cavabdeh tərəfindən yazılmış qəbzi də məhkəməyə təqdim etmişdir. Həmin qəbzlə də Cavabdeh İddiaçı 20000 manat borclu olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 740.1-ci maddələrinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Bununla yanaşı, Cavabdeh özü tərəfindən yazılmış qəbzdə İddiaçı aldığı “Mercedes” markalı maşına görə ona 5500 manat borclu qaldığını qeyd etsə də, sonradan qarşılıqlı iddia ərizəsində maşına görə 5000 manat borcunun qaldığını bildirmiş, lakin sonradan hər hansı ödənişin edilməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Cavabdeh özü tərəfindən qəbzdə də qeyd edildiyi kimi maşına görə onun İddiaçı 5500 manat borcunun qaldığını qəbul edir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırkı iş üzrə Cavabdeh tərəfindən İddiaçı verilmiş əlyazma qəbz mahiyyəti etibarı ilə borclunun öhdəliyin təsdiqi üçün kreditora verdiyi borc sənədidir. Həmin qəbzi yazmaqla Cavabdeh İddiaçı qarşısında mövcud olan öhdəliyini təsdiq etmişdir. İşdəki 12 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 209 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 138,85 manatın Cavabdeh alınıb İddiaçı verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgün olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh qarşılıqlı iddia tələbində İddiaçı 87100 manat məbləğində pulun və 381,30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini əsaslandırarkən bildirmişdir ki, faktiki olaraq onun mülkiyyətində olsa da, qaynatası Nazim Ağayevin adına sənədləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən mənzilin sənədlərini borcun təminatı kimi İddiaçı vermiş, İddiaçı isə ondan xəbərsiz şəkildə dəyəri 150000 manat olan mənzili saxta yollarla özgəninkiləşdirmiş, buna görə də həmin puldan onun İddiaçı borclu olduğu 62900 manat çıxılaraq, qalan 87100 manat Cavabdeh qaytarılmalıdır. İşdə surəti olan "xxxx" MMC ilə X9 arasında bağlanmış 12 dekabr 2005-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, müqavilənin predmetini Cəmiyyətə ayrılmış ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 1123 saylı mənzili təşkil edir. Cəmiyyət inşa ediləcək binanın 10-cu giriş, 5-ci mərtəbəsinin 1123 saylı mənzilini payçı X5 verməyi öhdəsinə götürmüşdür. İş materiallarının 91-ci vərəqində olan maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 10-cu giriş, 5-ci mərtəbəsində ümumi sahəsi 106 kv.m olan 3 otaqlı 1123 saylı mənzilin dəyəri payçı X9 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin (əvvəlki adı "xxxx" MMC) 18 may 2023-cü il tarixli, 73 nömrəli məktubunun surətindən görünür ki, 12 dekabr 2005-ci ildə X9 ilə "xxxx" MMC-nin satış üzrə meneceri Elxan Bağırov arasında cəmiyyətin Talıblı küçəsində (indiki Ə.Əhmədov 24B) inşa edilmiş binasında yerləşən 1123 saylı mənzilə dair mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Nazim Ağayev mənzil üçün cəmiyyətin xəzinəsinə 42400 ABŞ dolları ödəmişdir. 18 may 2011-ci il tarixdə X9 şəxsən özü 1123 saylı mənzili 39000 manata X1. Sonuncunun alğı-satqıda iştirak edən həyat yoldaşı X4 mənzilin razılaşdırılmış dəyəri olan 39000 manatı Nazim Ağayevə ödəmişdir. 18 may 2011-ci ildə aparılmış alğı-satqı zamanı mənzilin dəyərini Nazim Ağayevin şəxsən özünün alıcıdan qəbul etməsi onun alğı-satqıya razılıq verməsi kimi qəbul edilmişdir. Lakin buna baxmayaraq, 1123 saylı mənzilin addan ada keçməsinə əsas olmuş sənəd MTK-nın arxivində naməlum səbəbdən aşkar edilməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, əvvəla, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, Cavabdeh qeyd etdiyi mənzil onun adına sənədləşdirilməmiş, mənzil qaynatası Nazim Ağayevin adına sənədləşdirilərək müqavilə də onunla bağlanmış, həmin mənzilin dəyəri də tam olaraq məhz Nazim Ağayev tərəfindən ödənilmiş, sonradan 18 may 2011-ci ildə şəxsən Nazim Ağayev tərəfindən Nəzakət Ağayevaya 39000 manata satılmışdır. Göründüyü kimi, Cavabdeh mübahisəli mənzilin məhz İddiaçı tərəfindən satılaraq pulunun əldə edildiyinə dair hər hansı sübut təqdim etməməklə yanaşı, işin müəyyən edilmiş hallarından həmin mənzilin Cavabdeh mülkiyyətində olması da təsdiq olunmur, həmin mənzildə Cavabdeh özünün yaşamış olması isə onun həmin mənzilin mülkiyyətçisi sayılması üçün əsas kimi çıxış etmir. Bu səbəbdən də hazırkı iş materiallarına əsasən həmin mənzillə bağlı hər hansı müqavilənin mübahisələndirilərək, mənzilə görə ödənilməli olan pulun tələb edilməsinə dair Cavabdeh subyektiv hüququ müəyyən edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, Cavabdeh sözügedən mənzilin dəyərinin həqiqətən 150000 manat olmasına dair də sübut təqdim etməmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. M.Bağırovun şikayəti üzrə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə istinad edərək, İddiaçı ona məxsus mənzili qanunsuz olaraq ələ keçirərək əsassız varlandığını bildirmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Lakin hazırda iş materialları ilə İddiaçı hüquqi əsas olmadan Cavabdeh hesabına əmlak əldə etməsi halı müəyyən edilmir və belə olan halda İddiaçı Cavabdeh hesabına əsassız varlanmasından danışmaq olmaz. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrini nəzərə alaraq qeyd edir ki, qarşılıqlı iddia təmin edilmədiyindən, birinci instansiya məhkəməsi onun verilməsi üçün ödənilmiş dövlət rüsumuna dair hissədə də qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində də düzgün nəticəyə gəlmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, mübahisələndirilən hissələrdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(057)-1267/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(057)-1267/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-627/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-627/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver