Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-653/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin verilməsi ilə eyni vaxtda, İddiaçı Kürdəmir Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə vermiş, ərizədə iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə və ünvan 2 ünvanında yerləşən mənzilə görə hərracın keçirilməsinin dayandırılması və hərracla bağlı bütün hərəkətlərin edilməsinin cavabdehlərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Xaliq İmanov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi tələbinə dair” mülki işlə bağlı İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə baxılmış və ərizə təmin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadından narazı qalan Cavabdeh3 şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və hərracın keçirilməsinin davam etdirilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 saylı, 19 yanvar 2023-cü il və 16 fevral 2023-cü il tarixli qərardadları ləğv edilməli və İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəyə Mülki Prosessual Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılması və müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Lakin iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəyə ayrıca icraatda baxmamış, iddia icraatı çərçivəsində iddia ərizəsi ilə eyni icraatda baxmaqla, prosessual hüquq normalarını pozmuşdur. Odur ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəyə yenidən baxacaq olan birinci instansiya məhkəməsi ərizəyə MPM-in 159-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılmasını təmin etməli, ərizəyə ayrıca icraatda baxmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 saylı, 19 yanvar 2023-cü il və 16 fevral 2023-cü il tarixli qərardadları ləğv edilməli və İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəyə Mülki Prosessual Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılması və müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 saylı, 19 yanvar 2023-cü il və 16 fevral 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəyə Mülki Prosessual Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılması və müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-653/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-653/2023
29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver