Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-660/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, tərəflərin iştirakı ilə, Astara Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 2500 (iki min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur. 2018-ci ilin aprel ayında atası Şahid borca pul istəmiş, o da atasından aldığı 2500 (iki min beş yüz) manat pulu bank vasitəsi ilə Cavabdeh göndərmişdir. Atası ona bildirmişdir ki, Cavabdeh maddi vəziyyəti yaxşı olmamasına görə ondan 5000 (beş min) manat borc pul istəmişdir. Maddi vəziyyətləri yaxşı olmadığına görə atası ona 2500 (iki min beş yüz) manat pul vermiş, o da həmin pulu bank vasitəsi ilə Cavabdeh göndərmişdir. Ancaq Cavabdeh sonra borcunu qaytarmamışdır. Ona görə də İddiaçı atası hərbi prokurorluğa müraciət etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumuna görə 46 (qırx altı) manat pulun alınıb, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 739 və 740-cı maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, iddia ərizəsində qeyd edilən məbləğ və şərait doğru qeyd edilməmişdir. Belə ki, iddia edilən məbləğin iddiaçıdan almağını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı poçt vasitəsilə ona pul göndərib, lakin iddiaçının göndərdiyi pul dayısı oğlunun puludur, belə ki, dayısı oğlu ona olan borcunu iddiaçı vasitəsilə göndərib. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh atasından 2500 manat borc istəyib. O da həmin pulu göndərmişdir. İddiaçı qeyd etmişdir ki, iddia ərizəsində sözügedən pul vəsaitini cavabdeh üçün atasından aldığını qeyd etsə də əslində atasının xahişi ilə öz vəsaitindən göndərmişdir. Belə ki, atası ona, Cavabdeh onlardan borca pul istədiyini, ona kömək etmək lazım olduğunu bildirmiş, o da cavabdehə Bank vasitəsilə 2500 manat göndərmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı borc olaraq cavabdehə verdiyi 2500 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739 və 740-cı maddələrinə əsaslanaraq iddianı təmin etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında yazılı borc müqaviləsi olmamışdır. Lakin iş materiallarına əlavə edilmiş, TT**********6522520 nömrəli bank sənədindən məlum olur ki, İddiaçı tərəfindən Cavabdeh 27 aprel 2018-ci il tarixdə bank vasitəsi ilə 2500 (iki min beş yüz) manat pul göndərilmişdir. Cavabdeh tərəf ona İddiaçı tərəfindən 2500 manat pul vəsaiti göndərildiyini inkar etməmişdir. Cavabdeh 2500 manat alması faktını etiraf etmişdir. Cavabdeh etirazını yalnız onunla əsaslandırmışdır ki, iddiaçının ona göndərdiyi pul, dayısı oğlunun ona olan borcu olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehə pul verməsi faktı təsdiqini tapır, lakin həmin pulun cavabdehin öz qohumunun göndərdiyi faktı sübuta yetirmək cavabdehin üzərindədir. Cavabdeh bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bildirdiyinə görə, iddiaçıdan borca pul götürməmişdir. Başqa sözlə, iddiaçı tərəflə borc münasibətində olmamışlar. Kollegiya qeyd edir ki, tərəflər borc münasibətində olduğu müəyyən edilməsə də iddiaçı tərəfindən bank vasitəsilə cavabdehin hesabına 2500 manat pul məbləğinin göndərilməsi faktı mübahisəsizdir. Kollegiya hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmış şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı öz tələbini əsaslandırmaq üçün bank qəbzini təqdim etmiş, cavabdeh pul vəsaitini əldə etdiyini etiraf etmişdir. Lakin həmin pul vəsaitinin özünə məxsus olduğunu sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi təmin edilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Məhkəmə mahiyyətcə doğru nəticəyə gəlmişdir Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(018)-1261/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-660/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-660/2024
02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver