Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-671/2023 05.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadeh xx xxxxxx 1987-ci ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 118000 (bir yüz on səkkiz min) manat, MM-nin 449-cu maddəsinə əsasən pul vəsaitini əsassız saxlamasına görə illik 5 faiz olmaqla 3 il üçün 18000 (on səkkiz min) manat, dövlət rüsumu kimi ödədiyi 426(dörd yüz iyirmi altı) manatın, cəmi 136426 (bir yüz otuz altı min dörd yüz iyirmi altı) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddiasını əsaslandıraraq göstərdi ki, əvvəllər tanıdığı və Azərbaycan Respublikası Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsiniin İnzibati idrəetmənin təşkili şöbəsində onunla bir yerdə işləyən, xx xxxxxx 1987-cı ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan Cavabdeh yaranmış borclarının qarşılanması və övladının müalicəsi üçün ayrı-ayrı vaxtlarda ondan 118000 manat borc pul götürərək, yaxın müddətdə borcu qaytaracağı barədə söz vermişdir. O, həmin pulların bir hissəsini özü versə də bir hissəsini ayrı-ayrı şəxslər öz adlarına kredit götürməklə vermişlər. Belə ki, onun xahişinə əsasən Elton Kazımlı 13000 manat, Mahir Məmmədov 15000 manat, İsmayıl Əsgərov 4000 manat, o, özü əvvəlcə 5000 manat, 5000 manatı qaytardıqdan sonra 20000 manat kreditə pul götürüb Şəfəqə vermişlər. Həmçinin onun xahişi ilə başqa şəxslər də Şəfəqin uşağına köməklik məqsədi ilə ayrı-ayrı məbləğlərdə pul vermişlər. Xeyli müddət keçməsinə baxmayaraq onun borclarını qaytarmadığını görüb, Cavabdeh pulunu qaytarmasını xahiş etmişdir. Şəfəq borcunu yaxın vaxtlarda qaytaracağını bildirsədə, yenə də pulu qaytarmamışdır. Hətta Şəfəq pulu qaytarmaq üçün bacısının evini girov qoyacağını bildirmiş, bununla bağlı razılaşaraq yenidən 50000 manat Şəfəqə pul vermişdir. Lakin Şəfəq onu aldatmış, evi girov qoymamış, onun pulunu qaytarmaqdan imtina etmişdir. O, bu barədə müvafiq orqanlara müraciət etdikdən sonra Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 07 sentyabr 2021-ci il tarixli 02\2-18011- 21\2706 saylı məktubu ilə ona Cavabdeh əməlində heç bir cinayətin əlamətləri olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hal-hazırki vaxtadək X14 pulundan heç bir məbləğ qaytarmamışdır. Şəfəqin atasının ona qaytardığı 15000 manat onun yeznəsinin borcu hesabına olmuşdur. Şəfəq isə özünə aid olan borcundan ona heç bir məbləğdə pul ödəməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə qətnaməsi qüvvəyə minənədək 3 il tamam olacaq ki, onun pulunu qaytarmır və onun vəsaitindən əsassız olaraq istifadə edir və faydalanır. Ona görə də cavabdeh ona həmin məbləğdən illik 5 faiz Mərkəzi Bankın uçot dərəcəsi əsas götürülməklə 15 faiz əlavə pul ödəməlidir. O, əmlakının geri qaytarılması üçün dövlət rüsumu ödəmiş, hüquqi yardım üçün vəkillə müqavilə bağlamış və məhkəməyə gedib-gəlməyə xərc çəkəcəkdir. Eyni zamanda müqavilə bağlanan zaman banka 92 manat rüsum ödəmişdir. Həmin məbləğləri də cavabdehdən tələb edir. Ona görə də cavadeh xx xxxxxx 1987-ci ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 118000 (bir yüz on səkkiz min) manat, MM-nin 449-cu maddəsinə əsasən pul vəsaitini əsassız saxlamasına görə illik 5 faiz olmaqla 3 il üçün 18000 (on səkkiz min) manat, dövlət rüsumu kimi ödədiyi 426(dörd yüz iyirmi altı) manatın, cəmi 136426 (bir yüz otuz altı min dörd yüz iyirmi altı) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, 2018-ci ildən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda inspektor, gömrük xidməti leytenantı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə X16 postunun böyük ispektoru İddiaçı tanımış, özü və ailəsi ilə əvvəllər bir iş yoldaşı kimi yaxın münasibətləri olmuşdur. O, 2019-2020-ci illər ərzində İddiaçı və digər gömrük əməkdaşlarından hissə-hissə 79.600 manat, 12.100 ABŞ dolları və 8.000 avro məbləğində pulları borc almamışdır. Həmin vaxt avtomaşın almış, avtomaşının pulunu atası vermişdir. Həmin vaxt İddiaçı ona maddi və mənəvi dəstək olmaq məqsədi ilə kirayə ev tapmağa və avtomobil alması üçün 15000 manat məbləğində pul vermişdir. Lakin həmin pulu borc adı ilə ona verməmişdir. Təxminən 2019-cu ilin sonlarında İddiaçı ondan xoşu gəldiyini, onunla münasibət qurmağı təklif etmişdir. Bu söhbətlərdən sonra Emin dəfələrlə ona zəng edərək ondan xoşu gəldiyini və onunla ikinci ailə kimi münasibət qurmaq istədiyini bildirmişdir. O, Eminə etirazını bildirərkən, Emin onunla münasibət qurmayacağı halda onu işlədiyi kollektivdə rüsvay edəcəyini demişdir. Bundan sonra Emin onunla qeyri rəsmi nikah münasibətində olması təklifini rədd etdiyindən güya ondan və digər əməkdaşlardan 2019- 2020-ci illər ərzində 79.600 manat, 12.100 ABŞ dolları və 8.000 avro məbləğində pulları borc almağı barədə Komitə rəhbərliyinə şikayət etmişdir. İddiaçı onu təhdid edərək onu gömrük orqanlanndan çıxaracağını bildrmiş və işlədikləri ərazi gömrük orqanının aidiyyatı rəhbər şəxslərinə yalan məlumatlar verərək guya ona küllü miqdarda borc verdiyini bildirmişdir. X17 Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat idarəsinin rəhbər şəxsi olan Rafiq Fətullayev xidməti araşdırmanın iş yerində aparılması zərurəti olmasına baxmayaraq vəzifəsindən istifadə edərək atası X13 rayonunda yerləşən fərdi yaşayış evinə gələrək atasından borcunun ödənilməsini tələb etmişdir. Atası da ona məxsus avtomobili təcili sataraq İddiaçı 15000 manat pulu qaytarmışdır. Halbu ki, Emin həmin pulu ona borc məqsədi ilə verməmişdir. İddiaçı digər gömrük əməkdaşlarının adını qeyd etmiş və həmin əməkdaşlardan üç nəfəri X9, Kazımlı Elton Hicran oğlu və X6 onlardan ona vermək adı ilə pul aldığını göstərmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ifadə verən şəxslərin hər biri onun onlardan pul istəmədiyini bildirmişlər. Həmin şəxslərdən X2 şəhərində Beynəlxalq Bankdan götürdüyü 15000 manatı, Kazımlı Elton Hicran oğlu həmin bankdan götürdüyü 13000 manatı ona vermiş, o, da həmin pulları Eminin sözü ilə qəbul edərək Qazax rayonuna aparıb Eminə vermişdir. X1 borc pul istəməmiş və ona pul göndərməsini xahiş etməmişdir. İsmayıl ona Eminin sözü ilə pul göndəribsə ona heç bir aidiyyəti yoxdur. 2019-cu ildə Eminin ona borc verdiyini göstərdiyi halda həmin pulu qaytarmadığı təqdirdə yenidən ona 50000 manat pul verməsi heç bir məntiqə uyğun deyildir. O, Emindən pul almamış və həmin pulları qaytarmaq məqsədi ilə bacısının evini girov qoymaqla bağlı heç bir razılaşma olmamışdır. İddiaçı təqdim etdiyi diskdə Emin tərəfindən telefonla onun səsinin qanunsuz olaraq yazılması müəyyən edilmiş, o, heç vaxt Emindən borc pul aldığını etiraf etməmiş, sadəcə olaraq Emin onun bezikdirdiyindən və onu işdən çıxarması ilə hədələdiyindən pulu olarsa ona nəinki 50000 manat, daha çox pul verəcəyini demişdir. Eminin yeganə məqsədi onu ikinci arvadı kimi saxlamaq olmuş, bu məqsədlə Eminin ona etdiyi təklifləri rədd etdiyinə görə Emin hazırkı iddianı məhkəmədə qaldırmışdır. Hətta Emin onunla telefonla danışmış və onunla ailə qurmaq üçün ona müxtəlif vədlər vermişdir. Bu barədə olan telefon danışıqlarının köçürülmüş diskini də, məhkəməyə təqdim etmişdir. Onun Eminə heç bir borcu yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid Kazımlı Elton Hicran oğlu ifadəsində göstərdi ki, 2018-ci ildən Azərbaycan Respublikası gömrük orqanlarında işə qəbul olunmuş və hazıradək “Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü" gömrük postunda inspektor vəzifəsində işləyir. İddiaçı və Cavabdeh 2018-ci ildən işlədiyi vaxtdan tanıyır. 2020-ci ilin fevral ayında Emin Dünyamlılı Baş X3 təşkili şöbəsinin inspektoru Cavabdeh uşağı onkoloji xəsdə olduğu üçün ona köməklik etməyini xahiş etmişdir. O, da 24 yanvar 2020-ci il tarixdə “Beynəlxalq Bank”ın Gəncə filialından 12.000 manat məbləğində kredit götürmüşdür. O, Eminlə əlaqə saxlayaraq Cavabdeh köməklik etmək üçün kredit götürdüyünü və həmin pulu hara göndərəcəyini soruşmuşdur. Emin ona Şəfəqin həmin pulu ondan şəxsən götürəcəyini bildirmişdir. Təxminən bir neçə saatdan sonra Cavabdeh onunla əlaqə saxlayaraq 12.000 manat pulu bankın qarşısında onunla görüşərək götürmüş və krediti ayba-ay özünün ödəyəcəyinə söz vermişdir. Lakin kreditin vaxtı çatdığında Şəfəqin aylıq kredit məbləğini ödəmədiyini görüb bununla bağlı Eminə müraciət etmişdir. Həmin vaxt Emin Şəfəqin onu da aldatdığını və ondan aldığı pulları geri qaytarmadığını bildirmişdir. Cavabdeh həmçinin Mahirdən və digər gömrük əməkdaşlarından da müxtəlif bəhanələrlə borca pul alaraq sonradan aldadaraq geri qaytarmamışdır. İş üzrə iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X5 ifadəsində göstərdi ki, Cavabdeh ilə İddiaçı vasitəsi ilə tanış olmuşdur. Hər ikisi onun iş yoldaşları olmuşlar. Emin ona bildirmişdir ki, xəstə uşaq var, həmin uşağa kömək etmək lazımdır. Eminin Dünyamalılının xahişi ilə 2019-cu ilin axırları və 2020-ci ilin əvvələrində Cavabdeh 4000 manat pul göndərmişdir. Həmin pulun 2300 manatını poçt vasitəsi ilə, 1700 manatını isə Şəfəqin kartına vurmuşdur. Cavabdeh ondan pul istəməmiş və həmin pulu ona qaytarmamışdır. Pulu o, Eminin xahişi ilə Şəfəqə göndərmişdir. Emin də onun pulunu qaytarmamışdır. İş üzrə cavabdeh tərəfindən dəvət edilib dindirilən şahid X20 ifadəsində göstərdi ki, Şəfəq onun qızıdır. Qızı Şəfəq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda inspektor, gömrük xidməti leytenantı vəzifəsində işləmişdir. Qızı orda işlədiyi müddətdə İddiaçı ilə iş yoldaşı kimi yaxşı münasibətləri olmuş və ailəvi dostluq etməyə başlamışlar. Onun qızının Eminə heç bir borcu olmamışdır və Eminin göstərdiyi məbləğdə borc götürməyə ehtiyacı da olmamışdır. 2021-ci ilin fevral ayında özünü gömrük əməkdaşı kimi təqdim edən Rafiq Fətullayev adlı şəxs onun yaşadığı ünvana gəlmiş və qızının Eminə 136000 manat borclu olduğunu, özünün general tərəfindən göndərildiyini bildirmiş və generalın həmin pulu ödənilməsi barədə tapşırıq verməsini göstərmişdir. O, Rafiq adlı şəxsə bunun mümkün olmadığını, qızının heç kimdən borc almadığını, yalnız eşitdiyinə görə qızı avtomaşın alarkən Eminin ona 15000 manat köməklik göstərməsini demişdir. Lakin Rafiq pulun ödənilməsinin vacib olduğunu, yoxsa qızının işdən çıxarılacağını bildirib getmişdir. O, qızından hər şeyi ətraflı öyrəndikdən sonra bir daha qızının Emindən borc almadığına əmin olmuş və bir müddət sonra Gəncə şəhərinə gedərək Rafiqlə görüşmüş, həmin vaxt Emin də orada olmuşdur. O, Eminin qızına avtomaşın almaqdan ötrü köməklik məqsədi ilə verdiyi 15000 manat pulu Eminə qaytarmışdır. Həmin vaxt Emindən qızına borc verməsinə dair hər hansı bir sənədin olmasını soruşduqda Emin bu barədə hər hansı bir sənədin olmadığını bildirmiş, lakin qızının ona borclu olduğunu, həmin pulu tələb edəcəyini göstərmişdir. Həmin vaxt israrla ondan pul tələb etdiklərini və qızını işdən çıxaracaqları ilə hədələdiklərini görüb onun heç bir pulu olmadığını, yalnız 4 hektar torpaq sahəsi olduğunu bildirmiş və həmin torpaq sahəsini satıb pulunu verəcəyini demiş, lakin qızı ilə işlərinin olmamasını, onun işinə dəyməmələrini xahiş etmişdir. Halbu ki, qızı Emindən borc almamış və Eminə heç bir borcu olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Emin onun qızı ilə ailə qurmaq, onu ikinci arvadı kimi saxlamağı qızına təklif etmiş, lakin qızı buna razı olmadığına görə Emin ona böhtan atır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: R.Nurullayev), iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi, iddiaçının dövlət rüsumu kimi ödədiyi 426 (dörd yüz iyirmi altı) manat pul özünə aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740-cı maddələrinə istinad edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2 tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1 vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan heç vaxt borc almaması və tələb olunan pulu üç min manatdan çox olmasına baxmayaraq borcu təsdiq edən hər hansı yazılı sənədin olmaması, iddiaçının isə iddia tələbinin təmini üçün istinad etdiyi halları sübut edə bilməməsi, dindirilən şahidlərin isə iddiaçının iş yoldaşları və tanışları olmasını əsas götürərək, həmin ifadələrə tənqidi yanaşaraq hesab etmişdir ki, qeyd olunan ifadələrdən müəyyən olunur ki, tələb olunan 15.000 manat, 12000 manat və 4000 manat pul iddiaçı Eminin xahişi ilə Mahir, Elton və İsmayıldan alınmış və Eminə çatdırılmışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ailə qurmaq niyyətinin olması, onu ikinci arvadı kimi saxlayacağına dair göstərdiyi fikirlər onu deməyə əsas verir ki, tərəflər arasında olan pul münasibətləri borcla bağlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı iddia edir ki, onların arasında tapşırıq müqaviləsinin yerinə yetirilməsi ilə əlaqədar yaranan borc münasibəti olmuş, cavabdeh borcu qaytarmadığından ona qarşı borcun qaytarılmasını tələb edir, tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 739,740 777.1,777.2ci maddələri əsas gətirir. Məhkəmə kollegiyası iddia tələbi üzrə araşdırma apararaq müəyyən edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi iki (xahişdən) hissədən ibarət olmuşdur. Birinci (xahişdə) hissədə İddiaçı Cavabdeh onun tapşırığı əsasında Elton tərəfindən verilən 12000 manat, Mahir tərəfindən verilən 15000 manat və İsmayıl tərəfindən verilən 4000 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci (xahişdə) hissədə İddiaçı oğlu həmçinin iddia edir ki, o, 2018-ci ildən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati İdarəetmənin təşkili şöbəsində onunla bir yerdə işləyən Cavabdeh ilə tanış olmuş, özü və ailəsi ilə bir iş yoldaşı kimi yaxın münasibətləri olmuş və o, özü və digər gömrük əməkdaşlarından hissə-hissə 2019-2020-ci illər ərzində Cavabdeh 79.600 manat, 12.100 ABŞ dolları və 8.000 avro məbləğində borc pul vermiş, hazırda Cavabdeh borcu qaytarmadığından ona qarşı hazırkı tələblə iddia qaldırmışdır, tələbində borcun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə tərəflər arasında hansı tapşırığın olması və həmin tapşırığın yerinə yetirilib-yetirilməməsi, tapşırığın icrası ilə əlaqədar tələb hüquqnun yaranıb-yaranmaması, həmçinin tərəflər arasında borc müqaviləsi üzrə münasibətinin olub-olmamasına araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədə uyğundur. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin birinci (xahişi) hissəsi yəni İddiaçı Cavabdeh onun tapşırığı əsasında Elton tərəfindən verilən 12000 manat, Mahir tərəfindən verilən 15000 manat və İsmayıl tərəfindən verilən 4000 manat pul vəsaitinin geri qaytarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İ iddiaçının tələbinin əsasları və təqdim etdiyi sübutlar; İddiaçı X7 məhkəməyə ərizə ilə müraciət edərək bildirir ki, əvvəllər tanıdığı və Azərbaycan Respublikası Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsiniin “Qırmızı körpü” gömrük posunda onunla bir yerdə işləyən, xx xxxxxx 1987-cı ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan Cavabdeh yaranmış borclarının qarşılanması və övladının müalicəsi üçün ayrı-ayrı vaxtlarda ondan 118000 manat borc pul götürərək, yaxın müddətdə borcu qaytaracağı barədə söz vermişdir. O, həmin pulların bir hissəsini özü versə də bir hissəsini ayrı-ayrı şəxslər öz adlarına kredit götürməklə vermişlər. Belə ki, onun xahişinə əsasən Elton Kazımlı 12000 manat, Mahir Məmmədov 15000 manat, İsmayıl Əsgərov 4000 manat, o, özü əvvəlcə 5000 manat, 5000 manatı qaytardıqdan sonra 20000 manat kreditə pul götürüb Şəfəqə vermişlər. Həmçinin onun xahişi ilə başqa şəxslər də Şəfəqin uşağına köməklik məqsədi ilə ayrı-ayrı məbləğlərdə pul vermişlər. Xeyli müddət keçməsinə baxmayaraq onun borclarını qaytarmadığını görüb, Cavabdeh pulunu qaytarmasını xahiş etmişdir. Şəfəq borcunu yaxın vaxtlarda qaytaracağını bildirsədə, yenə də pulu qaytarmamışdır. Hətta Şəfəq pulu qaytarmaq üçün bacısının evini girov qoyacağını bildirmiş, bununla bağlı razılaşaraq yenidən 50000 manat Şəfəqə pul vermişdir. Lakin Şəfəq onu aldatmış, evi girov qoymamış, onun pulunu qaytarmaqdan imtina etmişdir. O, bu barədə müvafiq orqanlara müraciət etdikdən sonra Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 07 sentyabr 2021-ci il tarixli 02\2-18011- 21\2706 saylı məktubu ilə ona Cavabdeh əməlində heç bir cinayətin əlamətləri olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hal-hazırki vaxtadək X14 pulundan heç bir məbləğ qaytarmamışdır. Şəfəqin atasının ona qaytardığı 15000 manat onun yeznəsinin borcu hesabına olmuşdur. Şəfəq isə özünə aid olan borcundan ona heç bir məbləğdə pul ödəməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə qətnaməsi qüvvəyə minənədək 3 il tamam olacaq ki, onun pulunu qaytarmır və onun vəsaitindən əsassız olaraq istifadə edir və faydalanır. Ona görə də cavabdeh ona həmin məbləğdən illik 5 faiz Mərkəzi Bankın uçot dərəcəsi əsas götürülməklə 15 faiz əlavə pul ödəməlidir. O, əmlakının geri qaytarılması üçün dövlət rüsumu ödəmiş, hüquqi yardım üçün vəkillə müqavilə bağlamış və məhkəməyə gedib-gəlməyə xərc çəkəcəkdir. Eyni zamanda müqavilə bağlanan zaman banka 92 manat rüsum ödəmişdir. Həmin məbləğləri də cavabdehdən tələb edir. Ona görə də cavabdeh xx xxxxxx 1987-ci ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 118000 (bir yüz on səkkiz min) manat, MM-nin 449-cu maddəsinə əsasən pul vəsaitini əsassız saxlamasına görə illik 5 faiz olmaqla 3 il üçün 18000 (on səkkiz min) manat, dövlət rüsumu kimi ödədiyi 426(dörd yüz iyirmi altı) manatın, cəmi 136426 (bir yüz otuz altı min dörd yüz iyirmi altı) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı X7 tələbinin əsası kimi aşağıdakı sübutları məhkəməyə təqdim edir: DGK-in Qərb Ərazi Baş Gömrük İdarəsinin inspektor vəzifəsində işləyən X6 Azərbaycan Respublikası Baş Prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildən “Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü” gömrük postunda inspektor vəzifəsində işləyir. 2018-ci ildən İddiaçı və Cavabdeh Qərb Ərazi Baş Gömrük Baş İdarəsinin əməkdaşları kimi tanımışdır. 2020-ci ilin fevral ayında İddiaçı Baş X3 təşkili şöbəsinin inspektoru Cavabdeh uşağının onkoloji xəstə olduğu üçün ona köməklik etməsini ondan xahiş etmişdir. O, Eminin xahişi ilə 24 fevral 2020-ci il tarixdə “Beynalxalq Bank”ın Gəncə filialından 15.000 manat məbləğində kredit götürüb bankın qarşısında Cavabdeh vermişdir. Şəfəq ona bankın aylıq ödənişlərini özünün ödəyəcəyinə dair söz versə də, kreditin vaxtı çatdığında Şəfəq aylıq kredit məbləğini ödəməmişdir. O, bu barədə Eminə demiş, Emin Şəfəqin ondan da borc pul alaraq qaytarmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəfəq Emindən, ondan və digər gömrük əməkdaşlarından müxtəlif bəhanələrlə borca pul alaraq sonradan onları aldadaraq geri qaytarmamışdır. Birinci instansiya məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş şahid qismində dindirilmiş Kazımlı Elton Hicran oğlu ifadə verərək bildirmişdir ki, 2018-ci ildən Azərbaycan Respublikası gömrük orqanlarında işə qəbul olunmuş və hazıradək “Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü" gömrük postunda inspektor vəzifəsində işləyir. İddiaçı və Cavabdeh 2018-ci ildən işlədiyi vaxtdan tanıyır. 2020-ci ilin fevral ayında İddiaçı Baş X3 təşkili şöbəsinin inspektoru Cavabdeh uşağı onkoloji xəstə olduğu üçün ona köməklik etməyini xahiş etmişdir. O, da 24 yanvar 2020-ci il tarixdə “Beynəlxalq Bank”ın Gəncə filialından 12.000 manat məbləğində kredit götürmüşdür. O, Eminlə əlaqə saxlayaraq Cavabdeh köməklik etmək üçün kredit götürdüyünü və həmin pulu hara göndərəcəyini soruşmuşdur. Emin ona Şəfəqin həmin pulu ondan şəxsən götürəcəyini bildirmişdir. Təxminən bir neçə saatdan sonra Cavabdeh onunla əlaqə saxlayaraq 12.000 manat pulu bankın qarşısında onunla görüşərək götürmüş və krediti aybaay özünün ödəyəcəyinə söz vermişdir. Lakin kreditin vaxtı çatdığında Şəfəqin aylıq kredit məbləğini ödəmədiyini görüb bununla bağlı Eminə müraciət etmişdir. Həmin vaxt Emin Şəfəqin onu da aldatdığını və ondan aldığı pulları geri qaytarmadığını bildirmişdir. Birinci instansiya məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı vasitəsi ilə tanış olmuşdur. Hər ikisi onun iş yoldaşları olmuşlar. Emin ona bildirmişdir ki, xəstə uşaq var, həmin uşağa kömək etmək lazımdır. Eminin Dünyamalılının xahişi ilə 2019-cu ilin axırları və 2020-ci ilin əvvəllərində Cavabdeh 4000 manat pul göndərmişdir. Həmin pulun 2300 manatını poçt vasitəsi ilə, 1700 manatını isə Şəfəqin kartına vurmuşdur. Cavabdeh ondan pul istəməmiş və həmin pulu ona qaytarmamışdır. Pulu o, Eminin xahişi ilə Şəfəqə göndərmişdir. Emin də onun pulunu qaytarmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı xx.xx.2021-ci il tarixli 1000-190/0xx-xx/005015 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdeh 2019-2020-ci illər ərzində 79000 Azərbaycan Respublikası manatı, 12100 ABŞ dolları və 8000 Avro məbləğində borc qismində verdiyi pulu ala bilməməsi məlumat əsasında DTİ-də xidməti araşdırma başlanmış, Qərb Ərazi Baş Gömrük İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin inspektoru, gömrük xidməti leytenantı Cavabdeh xidməti araşdırma zamanı verdiyi 11 mart 2021-ci il tarixli izahatında İddiaçı müxtəlif tarixlərdə ümumilikdə 79600 Azərbaycan manatı, 12100 ABŞ dolları və 8000 avro məbləğində pul vəsaitini borc qismində aldığını etiraf etmiş, aldığı borc məbləğini maddi imkanı olmadığı səbəbindən qaytarmadığını bildirmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin inspektoru, gömrük xidməti leytenantı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinə 16 mart 2021-ci il tarixli AZ9400/********** nömrəli teleqram ünvanlayaraq, İddiaçı pul borcu olmadığını, sonuncunun onunla qeyri-rəsmi nikah münasibətində olması barədə təklifini rədd etdiyi səbəbindən barəsində həqiqətə, uyğun olmayan müraciət etdiyini və ona hədə-qorxu gəldiyini bildirmişdir. Toplanmış materiallar araşdırmanın davam etdirilərək Qərb Ərazi Baş Gömrük İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin inspektoru, gömrük xidməti leytenantı Cavabdeh və həmin Baş İdarənin “Qırmızı körpü” gömrük postunun böyük inspektoru, gömrük xidməti baş leytenantı İddiaçı əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. İİ cavabdehin iddiaya qarşı etirazının əsasları və təqdim etdiyi sübutlar; Cavabdehin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi şifahi izahatlardan müəyyən edilir ki, o, 2018-ci ildən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi İnzibati İdarəetmənin təşkili şöbəsinin inspektoru, gömrük xidməti leytenantı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə X16 postunun böyük inspektoru İddiaçı tanımış, özü və ailəsi ilə əvvəllər bir iş yoldaşı kimi yaxın münasibətləri olmuşdur. O, 2019-2020-ci illər ərzində İddiaçı və digər gömrük əməkdaşlarından hissə-hissə 79.600 manat, 12.100 ABŞ dolları və 8.000 avro məbləğində pulları borc almamışdır. Həmin vaxt avtomaşın almış, avtomaşının pulunu atası vermişdir. Həmin vaxt İddiaçı ona maddi və mənəvi dəstək olmaq məqsədi ilə kirayə ev tapmağa və avtomobil alması üçün 15000 manat məbləğində pul vermişdir. Lakin həmin pulu borc adı ilə ona verməmişdir. Təxminən 2019-cu ilin sonlarında İddiaçı ondan xoşu gəldiyini, onunla münasibət qurmağı təklif etmişdir. Bu söhbətlərdən sonra Emin dəfələrlə ona zəng edərək ondan xoşu gəldiyini və onunla ikinci ailə kimi münasibət qurmaq istədiyini bildirmişdir. O, Eminə etirazını bildirərkən, Emin onunla münasibət qurmayacağı halda onu işlədiyi kollektivdə rüsvay edəcəyini demişdir. Bundan sonra Emin onunla qeyri rəsmi nikah münasibətində olması təklifini rədd etdiyindən guya ondan və digər əməkdaşlardan 2019- 2020-ci illər ərzində 79.600 manat, 12.100 ABŞ dolları və 8.000 avro məbləğində pulları borc almağı barədə Komitə rəhbərliyinə şikayət etmişdir. İddiaçı onu təhdid edərək onu gömrük orqanlarından çıxaracağını bildirmiş və işlədikləri ərazi gömrük orqanının aidiyyatı rəhbər şəxslərinə yalan məlumatlar verərək guya ona küllü miqdarda borc verdiyini bildirmişdir. X17 Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat idarəsinin rəhbər şəxsi olan Rafiq Fətullayev xidməti araşdırmanın iş yerində aparılması zərurəti olmasına baxmayaraq vəzifəsindən istifadə edərək atası X13 rayonunda yerləşən fərdi yaşayış evinə gələrək atasından borcunun ödənilməsini tələb etmişdir. Atası da ona məxsus avtomobili təcili sataraq İddiaçı 15000 manat pulu qaytarmışdır. Halbuki, Emin həmin pulu ona borc məqsədi ilə verməmişdir. İddiaçı digər gömrük əməkdaşlarının adını qeyd etmiş və həmin əməkdaşlardan üç nəfəri X9, Kazımlı Elton Hicran oğlu və X6 onlardan ona vermək adı ilə pul aldığını göstərmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ifadə verən şəxslərin hər biri onun onlardan pul istəmədiyini bildirmişlər. iddiaçının tələbində göstərdiyi X4, Kazımlı Elton Hicran oğlundan götürdüyü paketləri Eminin tapşırığı ilə qəbul edərək Qazax rayonuna aparıb Eminə vermişdir. X1 borc pul istəməmiş və ona pul göndərməsini xahiş etməmişdir. İsmayıl ona Eminin sözü ilə pul göndəribsə ona heç bir aidiyyəti yoxdur. 2019-cu ildə Eminin ona borc verdiyini göstərdiyi halda həmin pulu qaytarmadığı təqdirdə yenidən ona 50000 manat pul verməsi heç bir məntiqə uyğun deyildir. O, Emindən pul almamış və həmin pulları qaytarmaq məqsədi ilə bacısının evini girov qoymaqla bağlı heç bir razılaşma olmamışdır. İddiaçı təqdim etdiyi diskdə Emin tərəfindən telefonla onun səsinin qanunsuz olaraq yazılması müəyyən edilmiş, o, heç vaxt Emindən borc pul aldığını etiraf etməmiş, sadəcə olaraq Emin onun bezikdirdiyindən və onu işdən çıxarması ilə hədələdiyindən pulu olarsa ona nəinki 50000 manat, daha çox pul verəcəyini demişdir. Eminin yeganə məqsədi onu ikinci arvadı kimi saxlamaq olmuş, bu məqsədlə Eminin ona etdiyi təklifləri rədd etdiyinə görə Emin hazırkı iddianı məhkəmədə qaldırmışdır. Hətta Emin onunla telefonla danışmış və onunla ailə qurmaq üçün ona müxtəlif vədlər vermişdir. Bu barədə olan telefon danışıqlarının köçürülmüş diskini də, məhkəməyə təqdim etmişdir. Onun Eminə heç bir borcu yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfindən və cavabdeh tərəfindən onların öz aralarında telefon danışıqlarının yazılmış DVD disklərə baxış keçirilərək dinlənilmişdir. İddiaçının təqdim etdiyi diskdə cavabdehlə telefon danışığında pul tələb etməsi, özünün çətin duruma düşməsi, borc götürdüyü adamların ondan borclarını istəməsi göstərilmiş, Cavabdeh maddi imkanı olmadığını, pulu olarsa nəinki ona 50000, daha çox pul verəcəyini göstərmiş, lakin həmin danışıqlarda Cavabdeh pulun borc olaraq ona verildiyini etiraf etməmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim edilən diskdə İddiaçı cavabdehə onu və uşağını çox istədiyini, onunla ailə qurmaq istədiyini, ona hər cür köməklik göstərə biləcəyini, cavabdehə onunla ailə qurmağa razılaşmasını xahiş etməsini göstərmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadə verərək bildirmişdir ki, Şəfəq onun qızıdır. Qızı Şəfəq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda inspektor, gömrük xidməti leytenantı vəzifəsində işləmişdir. Qızı orda işlədiyi müddətdə İddiaçı ilə iş yoldaşı kimi yaxşı münasibətləri olmuş və ailəvi dostluq etməyə başlamışlar. Onun qızının Eminə heç bir borcu olmamışdır və Eminin göstərdiyi məbləğdə borc götürməyə ehtiyacı da olmamışdır. 2021-ci ilin fevral ayında özünü gömrük əməkdaşı kimi təqdim edən Rafiq Fətullayev adlı şəxs onun yaşadığı ünvana gəlmiş və qızının Eminə 136000 manat borclu olduğunu, özünün general tərəfindən göndərildiyini bildirmiş və generalın həmin pulu ödənilməsi barədə tapşırıq verməsini göstərmişdir. O, Rafiq adlı şəxsə bunun mümkün olmadığını, qızının heç kimdən borc almadığını, yalnız eşitdiyinə görə qızı avtomaşın alarkən Eminin ona 15000 manat köməklik göstərməsini demişdir. Lakin Rafiq pulun ödənilməsinin vacib olduğunu, yoxsa qızının işdən çıxarılacağını bildirib getmişdir. O, qızından hər şeyi ətraflı öyrəndikdən sonra bir daha qızının Emindən borc almadığına əmin olmuş və bir müddət sonra Gəncə şəhərinə gedərək Rafiqlə görüşmüş, həmin vaxt Emin də orada olmuşdur. O, Eminin qızına avtomaşın almaqdan ötrü köməklik məqsədi ilə verdiyi 15000 manat pulu Eminə qaytarmışdır. Həmin vaxt Emindən qızına borc verməsinə dair hər hansı bir sənədin olmasını soruşduqda Emin bu barədə hər hansı bir sənədin olmadığını bildirmiş, lakin qızının ona borclu olduğunu, həmin pulu tələb edəcəyini göstərmişdir. Həmin vaxt israrla ondan pul tələb etdiklərini və qızını işdən çıxaracaqları ilə hədələdiklərini görüb onun heç bir pulu olmadığını, yalnız 4 hektar torpaq sahəsi olduğunu bildirmiş və həmin torpaq sahəsini satıb pulunu verəcəyini demiş, lakin qızı ilə işlərinin olmamasını, onun işinə dəyməmələrini xahiş etmişdir. Halbuki, qızı Emindən borc almamış və Eminə heç bir borcu olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Emin onun qızı ilə ailə qurmaq, onu ikinci arvadı kimi saxlamağı qızına təklif etmiş, lakin qızı buna razı olmadığına görə Emin ona böhtan atır. Məhkəmə kollegiyası İddiaçı cavabdeh X8 qarşı pul tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88 maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən dindirilən şahid ifadələrinin düzgün təfsir edərək iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməmiş, cavabdeh tərəfindən təqdim olunan sübutları isə tələbin rədd edilməsinə yönələn əsas kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almışdır ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Sübutların qiymətləndirilməsi zamanı birinci instansiya məhkəməsinin diqqətə aldığı hallar aşağıdakılardır: İ hal: İddiaçı tələbinin əsası kimi iddia edir ki, cavabdeh aralarında olan münasibətlərdən istifadə edərək onun evinə gələrək maddi vəziyyətinin yaxşı olmadığı, uşağının və anasının xəstə olmasını səbəb kimi göstərərək ona pul lazım olduğunu bildirmiş və ondan ona köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, 2019-cu ilin yaz aylarından başlayaraq o, özünün, tanışlarının və iş yoldaşlarının köməkliyi ilə, ona kömək etməyə başlamışdır. Beləliklə 2019-cu ilin əvvəllərindən 2020-ci ilin dekabr ayına kimi Şəfəq ondan 79.000 manat, 12.100 ABŞ dolları və 8000 avro pul alaraq yaxın vaxta qaytaracağına söz versə də, qaytarmamışdır. Belə ki, onun xahişinə əsasən Elton Kazımlı 13000 manat, Mahir Məmmədov 15000 manat, İsmayıl Əsgərov 4000 manat, o, özü əvvəlcə 5000 manat, 5000 manatı qaytardıqdan sonra 20000 manat kreditə pul götürüb Şəfəqə vermişlər. Həmçinin onun xahişi ilə başqa şəxslər də Şəfəqin uşağına köməklik məqsədi ilə ayrı-ayrı məbləğlərdə pul vermişlər. Xeyli müddət keçməsinə baxmayaraq onun borclarını qaytarmadığını görüb, Cavabdeh pulunu qaytarmasını xahiş etmişdir. Şəfəq borcunu yaxın vaxtlarda qaytaracağını bildirsədə, yenə də pulu qaytarmamışdır. Hətta Şəfəq pulu qaytarmaq üçün bacısının evini girov qoyacağını bildirmiş, bununla bağlı razılaşaraq yenidən 50000 manat Şəfəqə pul vermişdir. Lakin Şəfəq onu aldatmış, evi girov qoymamış, onun pulunu qaytarmaqdan imtina etmişdir. O, bu barədə müvafiq orqanlara müraciət etdikdən sonra Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 07 sentyabr 2021-ci il tarixli 02\2-18011-21\2706 saylı məktubu ilə ona Cavabdeh əməlində heç bir cinayətin əlamətləri olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hal-hazırki vaxtadək X14 pulundan heç bir məbləğ qaytarmamışdır. Şəfəqin atasının ona qaytardığı 15000 manat onun yeznəsinin borcu hesabına olmuşdur. Şəfəq isə özünə aid olan borcundan ona heç bir məbləğdə pul ödəməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə qətnaməsi qüvvəyə minənədək 3 il tamam olacaq ki, onun pulunu qaytarmır və onun vəsaitindən əsassız olaraq istifadə edir və faydalanır. Ona görə də cavabdeh ona həmin məbləğdən illik 5 faiz Mərkəzi Bankın uçot dərəcəsi əsas götürülməklə 15 faiz əlavə pul ödəməlidir. O, əmlakının geri qaytarılması üçün dövlət rüsumu ödəmiş, hüquqi yardım üçün vəkillə müqavilə bağlamış və məhkəməyə gedib-gəlməyə xərc çəkəcəkdir. Eyni zamanda müqavilə bağlanan zaman banka 92 manat rüsum ödəmişdir. Həmin məbləğləri də cavabdehdən tələb edir. Ona görə də cavadeh xx xxxxxx 1987-ci ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 118000 (bir yüz on səkkiz min) manat, MM-nin 449-cu maddəsinə əsasən pul vəsaitini əsassız saxlamasına görə illik 5 faiz olmaqla 3 il üçün 18000 (on səkkiz min) manat, dövlət rüsumu kimi ödədiyi 426(dörd yüz iyirmi altı) manatın, cəmi 136426 (bir yüz otuz altı min dörd yüz iyirmi altı) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Kazımlı Elton Hicran oğlu və X5 məhkəməyə verdiyi ifadələrində isə iddiaçının məhkəməyə bildirdiyi halları təsdiq etmişdir. Hətta cavabdeh Şəfəq özü də, şahidlərin ifadələrində göstərdikləri Eltondan 12.000 manat, Mahir Məmmədovdan 15.000 manat pulun iddiaçı Eminin göstərişi və tapşırığı ilə aldığını və Eminə verdiyini təsdiq etmişdir. MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin qismən etirafı yalnız şifahi izahatda ifadə edildiyidən,bu, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işinhallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Belə olan halda, cavabdeh etirazının əsası kimi istinad etdiyi yəni müvafiq olaraq Eltondan aldığı 12.000 manat və Mahirdən aldığı 15.000 manat pulun tapşırığı yerinə yetirərək Eminə verdiyini sübut etməyə borcludur. Bunun üçün isə ilk növbədə pulu verən şəxslərin yəni Eltonun, Mahirin və İsmayılın Şəfəqə qarşı pul tələbi barədə iddiası mövcud olmalıdır. Çünki iddiaçı Eminin tapşırığı ilə İsmayıl, Mahir və Elton Şəfəqə pul vermiş, hətta Elton məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Bankdan kredit götürdüyü 12000 manatı Şəfəqə verərkən ona bildirmişdir ki, o, pulu Bankdan kredit olaraq götürmüş və hər ay kredit üzrə borcu ödəməlidir, Şəfəq ona söz vermişdir ki, aldığı 12000 manatı banka hər ay cədvəl üzrə ödəyəcək. Şəfəq isə bu faktı qismən təsdiq edir, yəni o, Eminin tapşırığı ilə Elton və Mahirdən aldığı paketlər Eminə çatdırdığını, həmin paketdə nə olmasından məlumatlı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq tələb olunan Elton tərəfindən verilən 12000 manat, Mahir tərəfindən verilən 15000 manat və İsmayıl tərəfindən verilən 4000 manat pul vəsaitinin başqa şəxslərə məxsus olması, sübut olunduğu halda da, iddiaçı olaraq İddiaçı tələb etmək hüququnun olmaması əsası ilə təmin etməmişdir. Qeyd olunan mübahisə ilə bağlı ilk növbədə o, da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı iddianın predmeti olan borc pulun (burada Elton tərəfindən verilən 12000 manat, Mahir tərəfindən verilən 15000 manat və İsmayıl tərəfindən verilən 4000 manat pul vəsaiti başa düşülür) qaytarılması iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, o, hazırki iddianı irəli sürərkən tələbinin əsasını onun tapşırığı ilə Elton, Mahir və İsmayıl tərəfindən ayrı-ayrı vaxtlarda Cavabdeh borc verilmiş pul məbləğini əsas göstərir və hesab edir ki, onun tapşırığı ilə verilən pulları tapşırığı yerinə yetirən şəxslər ondan tələb etdiyindən o, da Şəfəqə qarşı hazırkı iddianı irəli sürmüşdür. Halbuki Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Belə olan halda isə mübahisələndirilən Elton, Mahir və İsmayıl tərəfindən Şəfəqə borc olaraq verilmiş pul məbləğinin mövcudluğunun iddiaçının hüquq və mənafelərinə hər hansı formada toxunması müəyyən olunmur. Əksinə yuxarıda qeyd olunduğu kimi, X19 tapşırığı ilə bankdan kredit götürərək Şəfəqə verərkən ona bildirmişdir ki, kreditə görə ödənişlər hər ay vaxtı-vaxtında ödəməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının Elton tərəfindən verilən 12000 manat, Mahir tərəfindən verilən 15000 manat və İsmayıl tərəfindən verilən 4000 manat pul vəsaiti qaytarılması barədə Cavabdeh qarşı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmamışdır. İddiaçı həmçinin iddia edir ki, o, 2018-ci ildən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati İdarəetmənin təşkili şöbəsində işləyən Cavabdeh ilə tanış olmuş, özü və ailəsi ilə bir iş yoldaşı kimi yaxın münasibətləri olmuş və o, özü və digər gömrük əməkdaşlarından hissə-hissə 2019-2020-ci illər ərzində Cavabdeh 79.600 manat, 12.100 ABŞ dolları və 8.000 avro məbləğində borcun qaytarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Elton Kazımlı 12000 manat, Mahir Məmmədov 15000 manat, İsmayıl Əsgərov 4000 manat, o, özü əvvəlcə 5000 manat, 5000 manatı qaytardıqdan sonra 20000 manat kreditə pul götürüb Şəfəqə borc verdiyini, həmçinin 2019-cu ilin əvvəllərindən 2020-ci ilin dekabr ayına kimi 79.000 manat, 12.100 ABŞ dolları və 8000 avro pul məbləğində pul vəsaitini Şəfəqə borc verdiyini iddia edir, lakin borcun verilməsini təsdiq edən hər hansı yazılı müqavilə təqdim etmir. Məhkəmə kollegiyası iş materiallarında iddiaçının cavabdehə yuxarıda qeyd olunan məbləğdə qarşı borcun qaytarılması bağlı qeyd edir ki, Mülki Məcəllənin 740.2-cı maddəsinə 2016-cı ilin 31 may tarixdə edilmiş dəyişikliyə görə 3000 manatdan yuxarı borc müqavilələri yazılı formada bağlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındakı münasibətlər qanunvericiliyə dəyişiklik edildikdən sonrakı dövrə yəni mart 2018-2019 və 2020-ci il tarixə düşdüyündən iddiaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut həmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbləğdə borc münasibətinin mövcud olmasını notarial qaydada təsdiq edilmiş yazılı borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinad edib pul tələbinin əsassız olmasını göstərir. Belə ki, müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Birinci instansiya məhkəməsi haqlı olaraq qətnaməsində hüquqi mövqeyini açıqlayaraq qeyd edir ki, iddia tələbinin təmin olunması üçün əsaslar mövcud deyil, cavabdeh iddiaçıdan heç vaxt borc almamış, tələb olunan pulu üç min manatdan çox olmasına baxmayaraq borcu təsdiq edən hər hansı yazılı sənəd iş materiallarına əlavə edilməmiş, iddiaçı isə iddia tələbinin təmini üçün istinad etdiyi halları sübut edə bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)706/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-671/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-671/2023
05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver