Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-674/2023 03.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(041)1954/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1945/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi (hakim X.İmanov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 4000 (dörd min) manat, iddia ərizəsinin tərtibatı üçün hüquqşünasa ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 4130 (dörd min yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Bəşirova X1 Rayon Məhkəməsinin 2(041)-1945/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1945/2021 saylı, 13 may 2022-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı borc və maddi ziyan tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1945/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Bəşirova X1 Rayon Məhkəməsinin 2(041)-1945/2021 saylı, 13 may 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin apellyasiya şikayəti ilə birgə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1945/2021 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə, şikayətin geri qaytarılması, “Cavabdeh izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə müvafiq olaraq həmin Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra buraxılmış prosessual müddətin bərpası haqqında ərizə ilə birlikdə yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər” qərara alınmışdır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1945/2021 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadından narazı qalan cavabdeh şikayət vermişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1945/2021 saylı, 16 fevral 2023-cü il tarixli qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 15 mart 2023-cü il tarixdə daxil olmuş və cavabdeh tərəfindən verilmiş şikayət 03 aprel 2023-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürməklə verilməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ona vaxtında çatmadığı üçün o həmin qətnamədən yalnız 2022-ci ilin may ayında apellyasiya şikayəti vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(041)-1954/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad yenə də cavabdehə gec çatdırılmışdır. Belə ki, o ünvanını dəyişdiyi üçün məhkəmə qərarları cavabdehə çatmır. Cavabdeh hesab edir ki, məhkəmə tərəfindən şikayət əsassız geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi şikayəti müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Cavabdeh tərəfindən 6 aydan sonra xx.xx.2022-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmiş, qaytarılan apellyasiya şikayətinə heç bir dəyişiklik etmədən şikayətə əlavə etmişdir. xx.xx.2022-ci il tarixli qərardad ilə, şikayətin geri qaytarılması, cavabdehə Azərbaycan Respublikası MPM-nin 363.4cü maddəsinə müvafiq olaraq həmin Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra buraxılmış prosessual müddətin bərpası haqqında ərizə ilə birlikdə yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilməsi izah edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin şikayətinə nə apellyasiya şikayətini, nə də ki, buraxılmış müddətin bərpası barədə ərizə əlavə etməmişdir. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin surətini rəsmi qaydada aldığı gündən 1 ay müddətində onun apellyasiya şikayəti vermək hüququ yaranmışdır. İş materiallarında qətnamənin surətinin cavabdehə rəsmi qaydada təqdim edilməsini təsdiq edən lazımı sənəd olmamışdır. Lakin cavabdeh verdiyi apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. 6 ay keçdikdən sonra cavabdeh şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, o ünvanını dəyişməsi səbəbindən məhkəmə sənədləri ona vaxtında çatmamışdır. Qeyd edilməlidir ki, MPM-nin 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda cavabdeh qabaqcadan məhkəməyə ünvanın dəyişməsi barədə məlumat verməli idi. Bundan əlavə cavabdehə izah edilmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddət yəni 1 ay müddət keçdiyindən o, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Ərizə təmin edildiyi təqdirdə cavabdehin apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra növbəti prosessual hərəkətlər həyata keçiriləcəkdir. Cavabdeh isə öz növbəsində apellyasiya şikayətinə heç bir dəyişiklik etmədən yenidən təqdim etmiş bununla yanaşı müddətin bərpası haqqında ərizənidə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin şikayətlərini təmin etməmiş və apellyasiya şikayətini geri qaytarmışdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə və apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməklə birinci instansiya məhkəməsinə müraciət etməlidir. Ərizə təmin olunduğu təqdirdə cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(041)1954/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-674/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-674/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver