Məhkəmə qərarları › İş №2(106)-677/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-677/2023

24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-677/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)- 61/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 3153 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, MPM-in 121.1-ci maddəsinə əsasən hüquqi yardım üçün ödənilmiş 100 manat, cəmi olaraq 3283 manat pulun alınaraq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sabirabad Rayon Məhkəməsinin 2(056)-61/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21154 minik” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 2958 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 90 % hissəsini təşkil edən 27 manat, hüquqi yardım üçün ödənilmiş 100 manat vəsaitin 90 % təşkil edən 90 manat, ümumilikdə isə 3075 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 9/9201-8/3268 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 90 % hissəsi – 90 manatın Cavabdeh, 10 % hissəsi olan 10 manatın isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)-61/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə yazılı qaydada birgə ərizə təqdim edərək bildirdilər ki, onlar Cavabdeh qarşı 3283 manat maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışlar və həmin iddiadan imtina edirlər. İddiaçılar iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı1 və İddiaçı2 dinləyib, onların iddiadan imtina barədə ərizəsinin dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiasından imtinası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinin tələblərinə uyğun olduğundan iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinası qəbul edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-61/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, iş üzrə 9/9201-8/3268 saylı, 16 fevral 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatının xərci olan 100 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263, 264, 370 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinası qəbul edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-61/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. 9/9201-8/3268 saylı, 16 fevral 2022-ci il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar