Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-683/2024 13.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 Məhəmmədli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 may 2024-cü il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25.300 manat pulun və 166 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprel-may aylarında Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 6-da fəaliyyət göstərən aptekdə işləyən Cavabdeh ona işlədiyi aptekə xeyli miqdarda yod gətirmək istədiyini, bunun üçün xeyli pul lazım olduğunu bildirmişdir. O, da bu məqsədlə ona müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 25.300 manat pul vermişdir. Bundan sonra o, Cavabdeh pul vəsaitini tələb etməyinə baxmayaraq, bu günkü günə qədər ödəməkdən boyun qaçırır. Dəfələrlə ona məxsus pul vəsaitini ələ keçirmiş cavabdehdən tələb etdikdə hər dəfəsində müxtəlif bəhanələrlə pul vəsaitini qaytarmaqdan yayınmışdır. Cavabdeh pul vəsaitinin ələ keçirilməsi barədə tərəfindən Nizami rayon Polis İdarəsinə müraciət olunmuş, lakin Nizami RPİ İŞ-nin baş müstəntiqi, polis-mayoru X3 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsini qərara almışdır. Nizami rayon Polis İdarəsində Cavabdeh alınmış izahatında ondan pul aldığını etiraf etmişdir, lakin maddi imkanı olmadığından pulu qaytara bilməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehə hissə-hissə 25.300 manat pul vermişdir ki, işlə pul qazan, istəyəndə qaytararsan. İddiaçı bu puldan əvvəl də cavabdehə 5.000 manat və 10.000 manat hissə-hissə olmaqla cəmi 15.000 manat pul vermiş və sonradan geri almışdır. İddiaçının şikayəti əsasında Nizami RPŞdə aparılmış araşdırma zamanı cavabdeh 5.600 manat ödəmişdir. Odur ki, iddiaçı qalan (25.300-5.600=19.700) 19.700 manatın qaytarılmasını tələb edir. Vəkil1 həmçinin bildirdi ki, cavabdeh iddiaçı ilə telefon danışığında bildirmişdir ki, 4 ilə hər ay 500 manat pul qaytarmalı olmasını bildirmişdir. Bu isə onu təsdiq edir ki, cavabdeh həqiqətən də iddiaçıdan 25.300 manat almışdır. Əgər bu qədər pul almayıbsa cavabdeh danışığında hər ay 500 manat olmaqla 4 ilə pul qaytarmalı olmasını deməzdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2022-ci ilin aprel-may ayları ərzində ona 25.300 manat verməmişdir. Onlar arasında 2018-ci ildə hissə-hissə olmaqla 16.000 manata yaxın pul söhbəti olub və o, bu pulun müqabilində 50.000 manatdan artıq faizə pul ödəmişdir. O, iddiaçıdan hissə-hissə aldığı 16.000 manatın faizini artıqlaması ilə qaytarsa da 16.000 manatın özünü qaytarmamışdır. İddiaçı sonradan ona demişdir ki, 10.000 manatı qaytarmasa da olar, amma 6.000 manatı qaytar. İddiaçı şikayəti əsasında polisdə aparılan araşdırma zamanı ondan həmin 6.000 manatın qaytarılmasını tələb etmiş, o, da 5.600 manatı polisdə qaytarmış, qalan 400 manatı sonradan qaytarmaq istəyərkən iddiaçı demişdir ki, əlavə 10.400 manat borc qalmışdır. Cavabdeh nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Yaşar Həşimov), İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 Məhəmmədli oğlu apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh keçirilən iclasda iştirak etməmiş, bu barədə hər hansı məlumat bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri həddində, Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, iddia tələbinin əsası kimi irəli sürülmüş halları təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Cavabdehin təşəbbüsü ilə dəvət edilmiş şahidlər: X2 bildirdi ki, Cavabdeh onun tələbə yoldaşıdır və o, əsasən aptek işi ilə məşğul olur. İddiaçı da təxminən 5 il olar ki, tanıyır. Belə ki, Heydər Xanımsoltandan faizə pul götürmüşdür, Xanımsoltan hər dəfə aptekə gəlib Heydərdən pul alırdı. Təxminən 4 il ərzində Xanımsoltan Heydərdən pul alıb. Bəzən Heydərin xahişi ilə Xanımsoltana pulu o, verirdi. Heydərin Xanımsoltandan hansı məbləğdə pul almasını dəqiq bilmir. Heydərin dediyinə görə Xanımsoltandan faizi ilə qaytarmaq şərti ilə 16.000 manat pul almış və 50.000 manatdan artıq pul qaytarmışdır. X1 bildirdi ki, o, Cavabdeh atasıdır. Oğlu Cavabdeh aldığı 10.000 manatın müqabilində iddiaçıya 5 il ərzində 54.000 manata yaxın faizi ilə birgə pul qaytarıb. Sonradan Xanımsoltan ona demişdir ki, Heydərin 6.300 manat borcu var. İddiaçı polisə şikayət verəndə o, polisdə iddiaçıya əlavə olaraq 5.600 manat pul qaytarmışdır. Lakin Xanımsoltan sonradan dedi ki, Heydərin əlavə 10.400 manat borcu qalıb. Ona görə də, aralarında narazııq yarandı və məsələ həll olunmamış qaldı. X7 bildirdi ki, Cavabdeh onun tanışıdır. Heydərin dediyinə görə Xanımsoltandan 10.000 manat pul götürmüşdür və faizi olaraq hər ay 900 manat ödəmişdir. Heydərin atası Rafayelin Xanımsoltana polisdə 5.600 manat qaytarmasını o, da bilir. Belə ki, həmin vaxt o, da polisdə olmuşdur. Həmin vaxt Xanımsoltanın yaxınlarının dediyinə Heydərin Xanımsoltana 10.000 manardan artıq borcu qalıb. X5 bildirdi ki, Cavabdeh onun tanışıdır və uzun müddət aptek işi ilə məşğul olub. Heydərin dediyinə görə Xanımsoltana hər gün 30- 40 manat faiz qaytarmışdır. Heydərin Xanımsoltandan hansı məbləğdə pul almasını və qaytarmasını dəqiq bilmir. Tərəflərin iştirakları ilə Cavabdeh səsyazması dinlənilərkən müəyyən edilir ki, cavabdeh orada “....bizim aramızda Allah şeytana lənət eləsin pislik olub, o da imkansızlıqdan olub, kefdən olub. Başa düşürsən məni....mənim səndən aldığım on mini, səkkiz mini, yeddi mini, nə bilim....amma sən deyirsən ayda mənə 500 manat ver...biz nə vaxta rağot olarıq, 3 il, yox e 4 ilə, 4 ilə kim ölə, kim qala....sən gəl dur otur məntiqlə fikirləş....riskə getmişik də...guya kim getməyib ki...mən sənə açığını deyirəm də....mənə əlavə 10.000 də ver....nə şərt desən razıyam...Amma bu vəziyyətdə alınmayacaq....” ifadələrini işlətmişdir. Nizami PRİ İstintaq şöbəsində aparılmış araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, o, Heydərin təklifi ilə razılaşmışdır, Heydərə 2018- ci ildə 2.000 manat pul vermişdir. Heydər həmin pulla aptekə dərman gətirib satıb ona da xeyir verməli idi. Bir müddət o, Heydərlə birlikdə işləmişdir. Belə ki, Heydərə hissə-hissə olmaqla, ümumilikdə 5.000 manat pul vermiş, Heydər isə üstündə qazancla ona qaytarmışdır. Elə olub ki, 10.000 manata yaxın pul vermiş, yenə də Heydər onun pulunun üstündə qazanc ilə ona qaytarmışdır. Buna görə də, Heydər onun etibarını qazanmışdı. Təxminən 2022-ci ilin aprel-may aylarında Heydər ondan yenə pul istəmiş və müxtəlif vaxtlarda hissə-hissə olmaqla 25.300 manat pul vermişdir. Nizami PRİ İstintaq şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2018-ci ildən başlayaraq Xanımsoltandan hissəhissə ilə olmaqla, ümumilikdə 16.000 manat pul almışdır. Təxminən 5 il ərzində o, Xanışmsoltana borc aldığı pulların faizi olaraq 55.000 manata yaxın pul ödəmişdir. O, İddiaçı borc götürdüyü 16.000 manat pulun faizini ödəsə də əsas 16.000 manat pulu geri qaytarmamışdır. Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli iltizamdam görünür ki, orada “mən İddiaçı məni aldadaraq mənnən aldığı 25.300 manat puldan Allahverdiyev Heydərdən 3.000 manatımı aldım. Heydər Allahverdiyev ümumi aldığı puldan cəmi 5.000 manatı qaytarıb. 600 manat da bir ödəyib cəmi 5600” ifadələri yazılmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, 2022-ci ilin aprel-may aylarında Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 6-da fəaliyyət göstərən aptekdə işləyən Cavabdeh ona işlədiyi aptekə xeyli miqdarda yod gətirmək istədiyini, bunun üçün xeyli pul lazım olduğunu bildirmişdir. O, da bu məqsədlə ona müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 25.300 manat pul vermişdir. Bundan sonra o, Cavabdeh pul vəsaitini tələb etməyinə baxmayaraq, bu günkü günə qədər ödəməkdən boyun qaçırır. Dəfələrlə ona məxsus pul vəsaitini ələ keçirmiş cavabdehdən tələb etdikdə hər dəfəsində müxtəlif bəhanələrlə pul vəsaitini qaytarmaqdan yayınmışdır. Cavabdeh pul vəsaitinin ələ keçirilməsi barədə tərəfindən Nizami rayon Polis İdarəsinə müraciət olunmuş, lakin Nizami RPİ İŞ-nin baş müstəntiqi, polis-mayoru X3 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsini qərara almışdır. Nizami rayon Polis İdarəsində Cavabdeh alınmış izahatında ondan pul aldığını etiraf etmişdir, lakin maddi imkanı olmadığından pulu qaytara bilməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, iddiaçı 2022-ci ilin aprel-may ayları ərzində ona 25.300 manat verməmişdir. Onlar arasında 2018-ci ildə hissə-hissə olmaqla 16.000 manata yaxın pul söhbəti olub və o, bu pulun müqabilində 50.000 manatdan artıq faizə pul ödəmişdir. O, iddiaçıdan hissə-hissə aldığı 16.000 manatın faizini artıqlaması ilə qaytarsa da 16.000 manatın özünü qaytarmamışdır. İddiaçı sonradan ona demişdir ki, 10.000 manatı qaytarmasa da olar, amma 6.000 manatı qaytar. İddiaçı şikayəti əsasında polisdə aparılan araşdırma zamanı ondan həmin 6.000 manatın qaytarılmasını tələb etmiş, o, da 5.600 manatı polisdə qaytarmış, qalan 400 manatı sonradan qaytarmaq istəyərkən iddiaçı demişdir ki, əlavə 10.400 manat borc qalmışdır. Kollegiya qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı 2018-ci il ərzində Cavabdeh hissə-hissə olmaqla 15-16.000 manat pul vermiş və cavabdeh mütəmadi olaraq həmin pulu iddiaçıya qaytarmışdır. Bunu İddiaçı özü də Nizami RPŞ-də verdiyi izahatında təsdiq etmiş və cavabdehin bu pulu qaytarmasını onda etibar qazanmaq cəhdi kimi qiymətləndirmişdir. İddiaçı həmin pulu birgə işləyib qazanc götürmək üçün verdiyini, cavabdeh isə pulu faizə götürdüyünü və cəmi 54.000 manat faiz qaytardığını, 16.000 manatın özünü isə qaytarmadığını bildirmişdir. Cavabdehin təşəbbüsü ilə dəvət edilmiş şahidlər Ə.Ağayev, R.Allahverdiyev, M.Ağayev və E.Məcidov da təsdiq etmişlər ki, iddiaçı həmin pulu cavabdehə faizi ilə qaytarmaq şərti ilə vermiş və hətta iddiaçı faizi gündəlik olaraq götürmüşdür. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, tərəflər 16.000 manat borcun faizlər ilə verilməsini şərtləşdirsələr də bunun hansı müddət ərzində icra olunmasını razılaşdırmamışlar. Cavabdeh 16.000 manatın faizlərini qaytarsa da 16.000 manatın özünü qaytarmadığını bildirsə də iddiaçı 2018-ci il ərzində verdiyi 16.000 manata görə hansısa tələb irəli sürməmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində verilmiş 16.000 manata dair cavabdeh tərəfindən icra olunmamış öhdəlik qalmamışdır. İddiaçı əsas tələbi ondan ibarətdir ki, o, 2022-ci ilin aprel-may ayları ərzində cavabdehə birgə işləyib qazanc götürmək adı ilə 25.300 manat pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını iddia etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək bildirdi ki, iddiaçının şikayəti əsasında Nizami RPŞ-də aparılmış araşdırma zamanı cavabdeh 5.600 manat ödəmişdir. Odur ki, iddiaçı qalan (25.300- 5.600=19.700) 19.700 manatın qaytarılmasını tələb edir. Vəkil1 həmçinin bildirdi ki, cavabdeh iddiaçı ilə telefon danışığında bildirmişdir ki, 4 ilə hər ay 500 manat pul qaytarmalı olmasını bildirmişdir. Bu isə onu təsdiq edir ki, cavabdeh həqiqətən də iddiaçıdan 25.300 manat almışdır. Əgər bu qədər pul almayıbsa cavabdeh danışığında hər ay 500 manat olmaqla 4 ilə pul qaytarmalı olmasını deməzdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2022-ci ilin aprel-may ayları ərzində ona 25.300 manat verməmişdir. Onlar arasında 2018-ci ildə hissəhissə olmaqla 16.000 manata yaxın pul söhbəti olub və o, bu pulun müqabilində 50.000 manatdan artıq faizə pul ödəmişdir. O, iddiaçıdan hissə-hissə aldığı 16.000 manatın faizini artıqlaması ilə qaytarsa da 16.000 manatın özünü qaytarmamışdır. İddiaçı sonradan ona demişdir ki, 10.000 manatı qaytarmasa da olar, amma 6.000 manatı qaytar. İddiaçı şikayəti əsasında polisdə aparılan araşdırma zamanı ondan həmin 6.000 manatın qaytarılmasını tələb etmiş, o, da 5.600 manatı polisdə qaytarmış, qalan 400 manatı sonradan qaytarmaq istəyərkən iddiaçı demişdir ki, əlavə 10.000 manatdan artıq borc qalmışdır. Göründüyü kimi, iddiaçı cavabdehə 2022-ci ilin aprel-may ayları ərzində 25.300 manat pul verdiyini iddia etsə də bu barədə rəsmi və mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. İddiaçının sübut kimi isnad etdiyi Nizami RPŞ-də aparılmış araşdırma materiallarında da Cavabdeh İddiaçı 2022-ci ilin aprelmay ayları ərzində 25.300 manat almasına dair etirafedici izahata rast gəlinməmişdir. İddiaçının vəkili Vəkil1 tərəfindən təqdim edilmiş səsyazısı tərəflərin iştirakları ilə tədqiq edilmiş və orada cavabdehin iddiaçıdan məhz 25.300 manat pul almasına və ya həmin məbləğdə pulu qaytaracağı barədə üzərinə öhdəlik götürməsinə dair hər hansı təsdiqləyici hallara rast gəlinməmişdir. Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının cavabdehə 2022-ci ilin aprel-may ayları ərzində 25.300 manat pul verdiyini iddia edərək həmin pulun qaytarılmasını tələb etsə də öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağı zərurət görmür. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-1688/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-683/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-683/2024
13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver