Məhkəmə qərarları › İş №2(106)-686/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-686/2025

26.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-686/2025 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh iştirakları ilə, Ilkin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-33/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən ilkin iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 3 də yerləşən xüsusi mülkiyyət Cavabdeh məxsusdur (Qeydiyyat nömrəsi 1622020120; Qeydiyyat tarixi ##.##.2022). Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Fatmayı kəndi, Abdulla Şaiq küçəsi, ev 53 də yerləşən xüsusi mülkiyyət Səfərov Ilham Xançoban oğluna məxsusdur (Qeydiyyat nömrəsi 1622020118; Qeydiyyat tarixi ##.##.2022). Iş materiallarında olan “xxxx” ASC-i tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus 416974********** nömrəli kart üzrə ##.##.2016- ##.##.2018-ci illər ərzində 11,539.82 manat məxaric, 11,536.28 manat mədaxil edilmişdir. Iş materiallarında olan “xxxx” ASC-i tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus 416974********** nömrəli kart üzrə ##.##.2019- ##.##.2023-cü illər ərzində 13,400.18 manat məxaric, 13,399.87 manat mədaxil edilmişdir. Iş materiallarında olan “xxxx” ASC-i tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus 416974********** nömrəli kart üzrə ##.##.2018- ##.##.2024-cü illər ərzində 5,485.36 manat məxaric, 5,485.36 manat mədaxil edilmişdir. Iş materiallarında olan “xxxx” ASC-i tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus 416974********** nömrəli kart üzrə ##.##.2019- ##.##.2023-cü illər ərzində 8,280.25 manat məxaric, 8,280.25 manat mədaxil edilmişdir. Iş materiallarında olan “xxxx” ASC-nin Şirvan filialı ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsindən və kassa məxaric orderindən məlum olur ki, bank tərəfindən İddiaçı 60 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. ## #### 2025-ci il tarixli “Məhkəmə qərardadının icrası zamanı baxışın keçirilməsinin qeydə alınması haqqında” protokoldan müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-***/**** saylı qərardadının icrası ilə əlaqədar “xxxx” MMC-nin qiymətləndiricisi X7 tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi cəhdi edilmişdir. Protokolun məzmunundan görünür ki, baxış keçirilməzdən əvvəl cavabdeh tərəflə telefon əlaqəsi saxlanılmış, cavabdeh şəxs həmin evi üçüncü şəxsə satdığını bildirmişdir. Daha sonra qiymətləndirici, iddiaçı və hal şahidləri ilə birlikdə hadisə yerinə gəldikdə evin qapısının bağlı olduğu müəyyən edilmiş, qonşularla aparılmış sorğu zamanı evdə yaşayan və yeni sahib olduğu ehtimal edilən şəxsin bir qədər əvvəl evdən çıxdığı məlum olmuşdur. Bu səbəbdən əmlaka daxil olmaq və baxış keçirmək mümkün olmamışdır. “xxxx” MMC-nin direktoru X4 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli vəsatətdən müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmir işlərinə çəkilən xərclərin müəyyənləşdirilməsi ilə bağlı ekspertizanın aparılması “xxxx” MMC-yə tapşırılmışdır. Vəsatətdə qeyd edilmişdir ki, müvafiq rəyin verilməsi məqsədilə fərdi yaşayış evinə baxış keçirilməsi ## ####### 2025-ci il tarixinə planlaşdırılmış və baxışın keçirilməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə mülki iş üzrə tərəflərin məlumatlandırılması məhkəmədən xahiş edilmişdir. “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli MM **-***/** saylı məktubundan müəyyən edilir ki, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərclərin müəyyən olunması məqsədilə ekspertiza təyin edilmiş, lakin iddiaçı İddiaçı tərəfindən ekspertiza üçün zəruri olan layihə-smeta sənədləri, tikintinin texniki göstəriciləri, təmirə dair sənədlər və digər materiallar təqdim edilməmiş, həmçinin əmlaka yerində baxış keçirilməsi təmin olunmamışdır. Bu səbəbdən ekspertiza müəssisəsi tərəfindən qiymətləndirmə işlərinin aparılmasının obyektivlik və peşə standartları baxımından qeyrimümkün olduğu göstərilərək iş üzrə ekspert rəyi verilmədən materiallar məhkəməyə geri qaytarılmışdır. Hacıqabul rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh Cavabdeh qarşı 9300 manat pul tutulmasına dair iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclədiyi 30.000 (otuz min) manat məbləğində pulun və ödənilmiş 180 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh ilə ## ##### 2011-ci il tarixdə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişdirlər. Birgə nikahlarından ## ###### 2012-ci il tarixdə X2 və ## ###### 2014-cü il tarixdə X5 adlı övladları olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin ## ### 2016-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulması, cavabdehlə birgə nikahlarından ## ###### 2012-ci il tarixdə anadan olmuş X1 və ## ###### 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər biri üçün hər ay 75 manat, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlə nikah münasibətləri pozulduqdan sonra 2017-ci ildə cavabdehin təkidi ilə o, övladlarının gələcəyi naminə onunla barışmışdır. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, ona Bakı şəhəri ünvan 2 ünvanında torpaq sahəsi verilmişdir və orada ev tikdirmək istəyir. Aralarındakı razılaşmaya əsasən ev tikildikdən sonra onlar ailəvi olaraq həmin evdə yaşayacaqdırlar. Iddiaçı cavabdehlə razılaşaraq Hacıqabul Rayon Məhkəməsinin ## ### 2016-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə qət edilmiş alimentdən imtina etmişdir. 2017-2022-ci illər ərzində cavabdehə rəsmi nikaha girməsə də, faktiki olaraq birlikdə yaşamışdırlar. O, həmin vaxt cavabdehə məxsus evin tikintisi üçün təxminən 30.000 (otuz min) manat pul xərcləmişdir. Belə ki, o, 6 il ərzində imtina etdiyi alimentin məbləği 10800 (on min səkkiz yüz) manat təşkil edir. Bundan əlavə orta məkətəb müəlliməsi kimi həm Hacıqabul rayonunda, həm də Bakı şəhərində işləmiş və əldə etdiyi əmək haqqından 10.000 (on min) manatdan artıq məbləği cavabdehə vermişdir. Bundan əlavə xxxx ASC-dən və xxxx ASC-dən ümumilikdə 9300 manat kredit götürərək cavabdehə vermişdir. Bundan sonra, Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiasının təmin olunmamasını və cavabdehdən 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə (Hakim: Orxan Bayramov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiasının və iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi, ilkin iddianı və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MPM-nin 82.3, 119.1, 14.2, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, tərəflər ## ##### 2011-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah Hacıqabul rayon məhkəməsinin ## ### 2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuş, lakin tərəflər sonradan yenidən barışmış və 2022-ci ilin dekabr ayının ortalarınadək birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə tərəflərin hər ikisi bankdan müxtəlif məbləğlərdə kreditlər götürmüşlər. Həmin kredit məbləğlərinin müəyyən hissəsi əvvəlcədən götürülmüş başqa kredit məbləğinin ödənilməsinə, digər hissəsi tərəflərin hər biri tərəfindən özlərinə məxsus cari xərclərin ödənilməsinə, yalnız bir halda mənzil üçün mebel dəstinin alınmasına sərf edilmişdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə mövcud faktiki hallar və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının tələbi onun tərəfindən cavabdehdən evin tikintisi və təmiri üçün çəkilmiş 30,000 manat məbləğində xərclərin tutulmasına yönəlmişdir. Iddiaçı məhkəməyə sübutların təqdim ediləcəyini bəyan etsə də, iş materiallarından görünür ki, əsas sübut kimi yalnız bank çıxarışları təqdim olunmuşdur. Lakin təqdim edilmiş bank çıxarışları müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitlərinin xərcləndiyini göstərsə də, həmin vəsaitlərin konkret olaraq mübahisələndirilən evin tikintisi və təmiri məqsədilə istifadə edildiyini təsdiq edən hər hansı hüquqi cəhətdən mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Xüsusilə, tərəflər arasında belə bir maliyyə münasibətinin mövcudluğunu təsdiq edən yazılı müqavilə, notarial təsdiqli razılaşma, pulun konkret təyinatı üzrə xərcləndiyini sübut edən qaimə, akt və ya digər müvafiq sənədlər təqdim olunmamışdır. Qanunvericiliyə əsasən, mübahisəli məbləğin tələb olunması üçün onun məhz iddiaçının qeyd etdiyi məqsədlə sərf edildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin iş materiallarında bu faktı təsdiq edən yetərli sübutlar olmadığı üçün məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Buna görə də, ilkin iddianın rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı qeyd edilən evin təmiri üçün konkret olaraq hansı tikinti materiallarının alındığını, hansı qiymətə və haradan alınmasını bilmədiyini qeyd etmişdir. Iddiaçının sözlərinə görə yaşadıqları evə yalnız mebel dəsti alınarkən o, cavabdehlə birlikdə olmuş və həmin mebel dəstinin dəyərinin cavabdehə məxsus ödəniş kartı vasitəsi ilə ödənildiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən evin təmirinə və tikintisinə onun tərəfindən vəsaitin ödənilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan ilkin iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Bildirirəm ki, cavabdeh Seferov Araz Ilham oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan ona maxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclədiyim 30.000(otuz min) manat məbləğində pulun və ödənilmiş 180 manat dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdim. Cavabdeh Seferov Araz Ilham oğlu ilə 15aprel 2011-ci ildə ailə həyatı quraraq nikahımızı rəsmiləşdirmişik. Birgə nikahımızdan ## ###### 2012-ci ildə X1 və ## ###### 2014-cü ildə X5 adlı uşaqlarımız dünyaya gəlmişdir. Hacıqabul Rayon Məhkəməsinin 05 may2016-cı il tarixli 2 (***)-***/**** saylı qətnaməsi ilə Cavabdeh ilə aramızda olan nikahın pozulması, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların (## ###### 2012-ci il təvəllüdlü X1 və15avqust 2014-cü il təvəllüdlü X5) yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər bir uşaq üçün hər ay 75 manat olmaqla, ümumilikdə hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdehlə nikah münasibətlərimiz pozulduqdan sonra 2017-ci ildə sonuncunun təkidi ilə övladlarımın gələcəyi naminə cavabdehlə barışdım və birlikdə yaşamağa başladıq. Həmin vaxt cavabdeh bildirdi ki, Bakışəhəri, ünvan 4 ünvanında torpaq sahəsi verilmişdir və orada ev tikdirmək istəyir. Aramızdakı razılaşmaya əsasən ev tikildikdən sonra ailəvi orada yaşayacaqdılar. Buna görə də, mən Hacıqabul Rayon Məhkəməsinin 05 may2016-cı il tarixli 2 (056)- ***/**** saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan dünyaya gəlmiş ## ###### 2012-ci il təvəllüdlü X1 və ## ###### 2014cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər bir uşaq üçün hər ay 75 manat olmaqla, ümumilikdə hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasından imtina etdim. Biz cavabdehlə 2017-ci ildən 2022-ci ilin dekabr ayının 18-dək birlikdə yaşadıq və təsərrüfatı idarə etdik. Faktiki olaraq birlikdə cavabdehlə yaşadığmız dövrdə ümumilikdə 30.000 manat pul xərclədim, hansı ki həmin pulun 10.800 manatı 6 il ərzində imtina etdiyim aliment məbləği idi. Mən həmin vaxt həm Bakı şəhəri, həm də Hacıqabul rayonunda orta məktəbdə müəllimə işləyirdim. Işlədiyim dövr üçün əldə etdiyim 10.000 manatdan artıq əmək haqqımı cavabdehə verdim. Bundan başqa, “xxxx” ASC və “xxxx” ASC-dən ümumilikdə 9300 manat kredit götürərək cavabdehə vermişəm. Dövlət tərəfindən mənə ümumilikdə 5376 manat məbləğində sosial yardım verilmişdir və həmin məbləği mən tamailə evin təmirinə xərcləmişəm. 2021-ci ildə sözügedən evin heç bir təmiri və ev əşyaları olmamışdır. Həmin evin bütün təmir xərcləri tərəfimdən qarşılanmışdır. “xxxx” ASCdən 4300 mant məbləğində götürmüşəm və həmin məbləğin 2000 manatını cavabdeh başqa yerə ödəmişdir. 2022-ci ilin dekabr ayının 18-də evdən çıxdım və 2023-cü ilin yanvar ayında tikdirdiyimiz ev cavabdehin atasının adına hədiyyə olundu. Yəni, mənim hesabıma əsassız varlanma aparıldı. Ev tikilib təmir olunduqdan içərisindəki ev əşyaları alındıqdan sonra evin mülkiyyətçisi dəyişdirildi. Ilk növbədə onu qeyd edim ki, Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi üzrə işə baxılarkən eyni predmet və eyni əsas olmamışdır. Əgər belə idisə nə üçün hazırki iş icraata götürülərək baxılırdı. Bundan başqa, hazırki iş üzrə işin faktiki hallarından aydın şəkildə görünür ki, tərəflər arasında əvvəl rəsmi nikah münasibətləri, daha sonra isə faktiki nikah münasibətləri 2022-ci ilin dekabr ayının 18-dək davam etmişdir. Qanunvericik nikah münasibətinin 2 formasını rəsmi və faktiki növünü müəyyənləşdirir. ...Lakin hazırki işdə isə davam edən ailə münasibətindən və birgəyaşayış qaydalarından söhbət gedir. Belə ki, aramızdakı nikah əvvəl rəsmi növdə olmuş uşaqlar rəmi nikah dövründə doğulmuş və daha sonra nikah pozulmasına baxmayaraq, ailə dağılmamış əksinə rəsmi nikah dövründə əldə olunmamış əmlaklar əldə olunmuşdur. Məhkəmə ailə münasibətlərindən irəli gələn və ümumi gəlir hesabına əldə olunaraq təmir olunan yaşamaq üçün yararlı və tam yararlı evin olmasına hüquqi qiymət vermədən ancaq iddiaçı tərəfin təqdim etdiyi bank çıxarışlarına istinad etmişdir. Halbuki, iddiaçı tərəfindən səs yazıları, bank kağızları kimi sübutlar ümumiyyətlə tədqiqat obyekti olmamışdır. Əsas mübahisə mənbəyi olan obyektin tikintisi üçün müvafiq tikinti-əmtəəşünaslıq ekspertizası təyin olunmamışdır. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəlişəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-**/**** saylı qətnaməsi ilkin iddianın təmin olunmaması hissəsində ləğv olunsun və ilkin iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilsin.” Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasının xahiş etdi. Iddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, evin təmiri üçün pul xərclənməsini göstərən sübutları bankdan özünün adına götürülmüş kredit müqavilələridir. Ev satıldığı vaxt hazır vəziyyətdə olub. Evin həyəti şeben idi və hasar tam deyildi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirdiyi təmir işləri evə pəncərə qoyulması, hasarın çəkilməsindən ibarətdir. Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili vəkil1 bildirmişdir ki, işdə olan sənədlərə əsasən əmlakın ümumi bazar qiymətlərinə uyğun qiymətləndirilməsi mümkündür. Evin inşası üçün iddiaçının xərcləri barədə iddiaçının bankdan kredit götürməsinə dair sənədlər məhkəməyə təqdim edilib. Iddiaçı ilə cavabdeh arasında olan səs yazıları, evin fotoşəkilləri məhkəməyə təqdim edilib. Iddiaçı həmin evdə təmir işləri görüb, həmin evdə yaşayıblar. Fotoşəkillərdə tərəflərin ailəvi görüntüləri də var. Işin əsasını ekspertiza keçirilməsi təşkil etsə də, yaradılan süni maneələrə görə mümkün olmamışdır. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanımırlar, hazırda evin mülkiyyətçisi odur. Evə baxış keçirilməsinə icazə vermir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisəli ev ona məxsus olmamış, qardaşına aid olmuşdur. Torpaq sahəsinin bölünməsi və satılması məqsədilə həmin sahə iki hissəyə ayrılmışdır. Ev hazır vəziyyətdə olmuş, yaşayış üçün yararlı hesab edilmişdir. Ev tərəflərin birgə nikah münasibətləri dövründə tikilsə də, onun tikintisinin qardaşı tərəfindən həyata keçirildiyini göstərmişdir. Həmçinin torpaq sahəsinin atasının adına rəsmiləşdirildiyini, tərəflərin boşanma ehtimalı nəzərə alınaraq əmlakın qardaşının adına keçirilmədiyini qeyd etmişdir. Bundan əlavə bildirmişdir ki, hazırda əmlakdan istifadə edən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdur və ekspertə həmin şəxsin əlaqə nömrəsi təqdim edilmişdir. Mübahisəli əmlak əvvəlcə onun adına olmuş, sonradan bağışlama müqaviləsi əsasında anasının adına keçirilmiş, daha sonra isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılmışdır. Hazırda əmlakın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olduğunu, sonuncunun həmin əmlakı başqa şəxsə satıb-satmaması barədə məlumatının olmadığını qeyd etmişdir. Eyni zamanda, əmlakın satılmasına dair alqı-satqı müqaviləsini məhkəməyə təqdim etdiyini bildirmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmaması hissəsində ləğv olunması və ilkin iddia tələbinin təmin olunması yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə həmin hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. Maddə 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2.-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3.-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Tərəflər arasında mübahisənin mahiyyəti - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənmiş 30.000 (otuz min) manat məbləğində pulun tutulması ilə bağlıdır. Iddiaçı göstərir ki, ## ##### 2011-ci il tarixdə savabdeh Cavabdeh ilə rəsmi nikaha daxıl olmuş, Hacıqabul Rayon Məhkəməsinin ## ### 2016-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə nikahları pozulmuş, bundan sonra 2017-ci ildə tərəflər barışmış, rəsmi nikaha daxil olmasalar da - 2022-ci ilə qədər birgə yaşamışlar. Işin bu hallarını tərəflər mübahisələndirmir. Iddiaçı tərəf faktiki yaşadıqları dövrdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin tikintisi üçün təxminən 30.000 (otuz min) manat pul xərclədiyini iddia edir və bunu bankdan götürdüyü kredit müqavilələri ilə əsaslandırır. Bundan başqa iddiaçı göstərir ki, müəllimə kimi həm Hacıqabul rayonunda, həm də Bakı şəhərində işləmiş və əldə etdiyi əmək haqqından 10.000 (on min) manatdan artıq məbləği cavabdehə vermişdir. Bundan əlavə xxxx ASC-dən və xxxx ASC-dən ümumilikdə 9300 manat kredit götürərək cavabdehə vermişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı mübahisənin mahiyyəti iddiaçının müəyyən pul vəsaitləri xərcləməsi faktının sadəcə ehtimal səviyyəsində deyil, məhz sübut olunmuş şəkildə müəyyən edilməsindən ibarətdir. Başqa sözlə, iş üzrə həll edilməli olan əsas sual ondan ibarətdir ki, iddiaçının istinad etdiyi vəsaitlər həqiqətən mübahisəli fərdi yaşayış evinin tikintisinə və təmirinə yönəldilmişdirmi, bu vəsaitlər cavabdehin əmlakının dəyərinin artırılmasına xidmət etmişdirmi və nəticə etibarilə cavabdehin hesabına əsassız varlanma baş vermişdirmi. Bu suala müsbət cavab vermək üçün yalnız ümumi izahatlar, ailə münasibətlərinin mövcudluğu və bank çıxarışları kifayət etmir, həmin pul vəsaitlərinin konkret məqsədlə, konkret işlərə və konkret obyektə sərf edildiyini təsdiq edən bir-birini tamamlayan, ardıcıl və mötəbər sübutlar olmalıdır. Iş materialları isə belə bir qənaət üçün yetərli əsas yaratmır. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə təqdim olunmuş bank çıxarışları iddiaçının müxtəlif illərdə müəyyən məbləğlərdə vəsait hərəkətinə malik olduğunu göstərsə də, həmin əməliyyatların mübahisəli evin tikintisi və ya təmiri üçün xərcləndiyini sübut etmir. Bank hesabından pul çıxarılması, yaxud hesabdan istifadə edilməsi hələ həmin vəsaitin məhz hansı əmlaka, hansı işə və hansı müqavilə əsasında yönəldiyini müəyyən etmir. Bank sənədlərinin məzmunu iddiaçının vəsaitlərinin ailə daxilində müxtəlif xərclərə, cari tələbatlara, əvvəlki öhdəliklərin bağlanmasına və ya başqa məişət məqsədlərinə sərf olunduğunu da istisna etmir. Buna görə də həmin çıxarışlar sübutetmə baxımından yalnız ümumi maliyyə hərəkətini göstərən sənədlər kimi qiymətləndirilə bilər və mübahisəli evin tikintisinə-təmirinə sərf edilmə faktını təkbaşına təsdiq edən sübut sayıla bilməz. Eyni zamanda, iş materiallarında olan məlumatlar göstərir ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmuş, daha sonra tərəflər bir müddət faktiki birgə yaşayış etmişlər. Lakin bu hal da iddia tələbinin avtomatik əsaslı olması üçün yetərli deyil. Faktiki birgəyaşayış dövründə ailə büdcəsinə müxtəlif töhfələrin verilməsi, birgə kreditlərin götürülməsi və məişət xərclərinin qarşılanması ailə münasibətlərinin təbii nəticəsi ola bilər. Bununla belə, həmin faktlar konkret olaraq cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına varlandığını sübut etmir. Əsassız varlanma institutu baxımından əsas şərt ondan ibarətdir ki, bir şəxs digərinin hesabına hüquqi əsas olmadan əmlak əldə etmiş olsun. Hazırkı işdə isə bu hüquqi əlaqə lazımi dəqiqliklə və sübut standartına uyğun şəkildə müəyyən edilmir. Kollegiya ayrıca qeyd edir ki, iş üzrə sübut edilməli olan məsələ yalnız “pul xərclənib” faktı deyil, həmin pulun konkret olaraq mübahisəli əmlaka aid olduğu, onun dəyərinin artırılmasına sərf olunduğu və cavabdehin bunun hesabına varlandığıdır. Iddiaçının izahatlarında alimentdən imtina etdiyi, əmək haqqını və kredit vəsaitlərini cavabdehə verdiyi, sosial yardım məbləğini evin təmirinə sərf etdiyi bildirilsə də, bu izahatlar hələ faktın sübutu demək deyil. Belə məlumatlar yalnız iddiaçının subyektiv izahlarından ibarət olmaqla, onları təsdiq edən obyektiv sübutlar, habelə iddia edilən vəsaitlərin məhz mübahisəli əmlakın tikintisi və təmirinə yönəldiyini göstərən sənədli əlaqələr iş materialları ilə təsdiq edilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi iddiaçının verdiyi izahatları bank sənədləri ilə birlikdə qiymətləndirərək, onların iddianı sübut etməyə kifayət etmədiyi nəticəsinə haqlı şəkildə gəlmişdir. Məhkəmə kollegiyası ekspertiza materiallarına da xüsusi diqqət yetirir. Iş materiallarında olan ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin qərardadının icrası məqsədilə mübahisəli əmlaka baxış keçirilməyə dəfələrlə cəhd olunmuş, lakin baxışın keçirilməsi mümkün olmamışdır. Protokolda qeyd olunan hallardan biri ondan ibarətdir ki, baxışdan əvvəl cavabdehlə əlaqə saxlanılmış, cavabdeh əmlakı üçüncü şəxsə satdığını bildirmiş, hadisə yerinə gəldikdə isə evin qapısının bağlı olduğu müəyyən edilmişdir. Bundan başqa, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli vəsatətindən görünür ki, ekspertizanın aparılması üçün fərdi yaşayış evinə baxışın keçirilməsi ## ####### 2025-ci il tarixinə planlaşdırılmış və bunun üçün tərəflərin məlumatlandırılması, baxış üçün şəraitin yaradılması xahiş edilmişdir. “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli MM **-***/** saylı məktubunda isə açıq şəkildə bildirilmişdir ki, iddiaçı tərəfindən layihə-smeta sənədləri, tikintinin texniki göstəriciləri, təmirə dair sənədlər və digər zəruri materiallar təqdim olunmamış, həmçinin əmlaka yerində baxış keçirilməsi də təmin edilməmişdir. Ekspertiza müəssisəsi bu səbəbdən qiymətləndirmə işlərinin obyektivlik və peşə standartları baxımından aparılmasının mümkün olmadığını göstərərək rəy vermədən materialları geri qaytarmışdır. Bu sənədlər göstərir ki, ekspertizanın nəticəsiz qalması məhkəmənin prosessual fəaliyyətindəki boşluqdan deyil, iddiaçı tərəfin sübut bazasını ekspert tədqiqatına uyğun formada təqdim etməməsindən və baxışın keçirilməsi üçün lazımi şəraiti yaratmamasından irəli gəlmişdir. MPM-in 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, ekspertizanın nəticəsiz qalması, əksinə, iddia tələbinin sübuta yetirilmədiyini daha da aydın göstərir. Çünki tikinti və təmir xərclərinin müəyyən olunması üçün ekspertin sərəncamında işin materialları, texniki sənədlər, yerində baxış imkanı və digər zəruri məlumatlar olmalıdır. Bu elementlər olmadan ekspert yalnız ehtimala əsaslana bilər ki, bu da mülki məhkəmə icraatında qəbul edilə bilməz. Hazırkı iş üzrə isə iddiaçı tərəf həmin məlumat bazasını yaratmamış, nəticədə ekspertiza orqanı da obyektiv rəy formalaşdıra bilməmişdir. Bu isə iddia tələbinin sübut edilməsinə yönəlmiş əsas prosessual mexanizmin işləmədiyini göstərsə də, həmin nəticəsizliyin məsuliyyətini məhkəmənin üzərinə qoymağa əsas vermir. Əksinə, sübutetmə yükünü daşıyan tərəfin öz prosessual vəzifəsini lazımi qaydada yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Kollegiya cavabdehin izahatında qeyd olunan halları da nəzərdən keçirir. Cavabdeh mübahisəli evin ona deyil, qardaşına aid olduğunu, torpaq sahəsinin bölünərək iki hissəyə ayrıldığını, evin isə hazır və yaşayış üçün yararlı vəziyyətdə olduğunu bildirmişdir. O həmçinin torpaq sahəsinin atasının adına rəsmiləşdirildiyini, ailə münasibətlərinin pozula biləcəyi ehtimalı ilə əmlakın qardaşının adına keçirilmədiyini qeyd etmişdir. Daha sonra cavabdeh əmlakın əvvəl onun adına, ardınca anasının adına bağışlandığını, sonradan isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satıldığını, hazırda da həmin şəxsin istifadəsində olduğunu bildirmişdir. Bu izahatlar iddiaçının tələbində göstərilən vəsaitlərin məhz cavabdehin hazırkı mülkiyyətində olan əmlaka sərf edildiyini bir daha şübhə altında saxlayır. Əgər əmlakın sonradan başqa şəxslərə keçməsi, satılması və ya istifadədən çıxması faktı mövcuddursa belə, bu, iddiaçının həmin əmlaka konkret nə qədər vəsait sərf etdiyini sübut etmir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız formal nəticə kimi deyil, işdəki sübutların məcmu qiymətləndirilməsi əsasında qəbul olunmuşdur. Məhkəmə iddiaçının izahatlarını, bank çıxarışlarını, kredit müqaviləsini, tərəflərin birgə yaşaması ilə bağlı dəlilləri və cavabdehin mövqeyini ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, tələb edilən 30.000 manat məbləğin məhz mübahisəli evin tikintisinə və təmirinə sərf olunduğunu təsdiq etməyən nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə bu nəticəni təkzib edən yeni fakt və ya yeni sübut təqdim etmir, əksinə, əvvəlki izahatların və fərziyyələrin təkrarından ibarət qalır. Mülki prosessual hüquq baxımından bu cür təkrar dəlillər mövcud hüquqi vəziyyəti dəyişdirməyə yetərli sayıla bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar bir-birini tamamlayan, qəti və inandırıcı sübutlar sistemini yaratmır, ekspertiza üçün zəruri sənədlər və əmlaka baxış imkanının təmin olunmaması səbəbindən mübahisəli tikinti-təmir xərcləri obyektiv şəkildə müəyyən edilməmişdir, iddiaçının bank əməliyyatları və izahatları isə tələbin hüquqi əsası üçün kifayət etməmişdir. Bu hallara görə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab olunmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar