Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-729/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 fevral 2023-ci il tarixli 2(020)-1304/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı qətnaməsi ilə (hakim Nəsrulla Əliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh 1600 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh 24 yanvar 2023-cü il tarixdə Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək müddətin bərpa edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(020)-1304/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməklə bərpa edilməsi və mülki işin apellyasiya şikayəti ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Beyləqan Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(020)-1304/2019 saylı qərardadından şikayət vermiş, məhkəmənin 01 mart 2023-cü il tarixli 2(020)- 1304/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı qətnaməsindən şikayət verilmə müddətindən artıq 3 il 4 ay müddət keçmişdir. Belə ki, qərar icra olunması üçün aidiyyəti üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsi borclunun borcu ödəməsinə dair qərar qəbul edilmiş və haqqında dəfələrlə axtarış elan edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsi xx.xx.2020-ci ildə Borclunun axtarışı haqqında qərar qəbul etmiş, eyni qərarı bir dəfə saxlandıqdan sonra yenidən xx.xx.2021-ci ildə qəbul etmiş, ikinci dəfə saxlandıqda Cavabdeh xx.xx.2021-ci il tarixdə icra şöbəsində xəbərdarlığı qəbul etmiş, tələbin könullü icrası haqqında bildirişi qəbul etmiş, həmin tarixdə izahat vermiş və məhkəmə qərarı ilə tanış olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Habelə, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin Tələbin könüllü icra haqqında xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, borclu Cavabdeh 24 iyun 2021-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli İcraata başlama haqqında qərarını bildirişə imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 24 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh həmin xəbərdarlıq məktubunu imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş borclu Cavabdeh Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində xx.xx.2021-ci il tarixdə verdiyi izahatdan məlum olur ki, o, Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı qətnaməsindən məlumatlı olmuş və izahatında həmin qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti verəcəyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlarına əsasən Borclu Cavabdeh axtarışı haqqında qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. O, da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də qanunla müəyyən olunmuş müddətlərdir. Beləliklə, şikayətin dəlilləri və işdə olan sübutlardan müəyyən olunur ki, Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı icra sənədi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və xx.xx.2019-cu il tarixdə İcraata başlama haqqında qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli qərara əsasən borclu Cavabdeh axtarışı haqqında qərar qəbul edilmişdir. Şikayətə əlavə edilmiş 24 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan isə görünür ki, borclu Cavabdeh həmin xəbərdarlıq məktubunu və xx.xx.2019-cu il tarixli İcraata başlama haqqında qərarı bildirişlərə imza edərək qəbul etmişdir. Eyni zamanda, diqqətə çatdırılmalıdır ki, Cavabdeh Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində xx.xx.2021-ci il tarixdə izahat vermişdir. O, izahatında Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı icra sənədindəki tələbin ona aydın olduğunu və həmin qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti verəcəyini qeyd etmişdir. Beləcə, Cavabdeh Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı qətnaməsindən xx.xx.2021-ci il tarixdə məlumatlı olduğu halda, apellyasiya şikayətini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni yalnız 24 yanvar 2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Cavabdeh ərizəsində qətnamənin mövcudluğundan xəbərinin olmamasını və bu barədə yalnız icra şöbəsində məlumat aldığını bildirmişdir. Cavabdeh isə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində adıçəkilən qətnamədən xx.xx.2021-ci il tarixdə artıq məlumatlı olması təkzib olunmazdır. Qanunvericlikdə prosessual hərəkətlərin edilməsi üçün müddətin başlanğıcının hətta hərəkətin edilə biləcəyi vaxt dövrü ilə də müəyyən edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh tərəfindən məhkəməyə edilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair müraciətdə, eləcə də, iş materiallarında Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü sayılmasına əsas verən hər hansı dəlil aşkar edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(020)- 1304/2023 saylı qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir. MPM-in 128-ci maddəsindən görünür ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133-cu maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin digər qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 130, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(020)-1304/2023 saylı qərardadı ləğv edilsin. Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(020)-1304/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-729/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-729/2023
25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver