Məhkəmə qərarları › İş №2(106)-737/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-737/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-737/2025 28.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-49/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 06 dekabr 2021-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 11 iyun 2022-ci ildə “Bahar” adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamış və ayrılmışlar. Abşeron Rayon Məhkəməsinin 2(012)-3406/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 11 iyun 2022-ci ildə anadan olmuş X2 özünün yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsi qət edilmişdir. Onlar ailə qurduqdan sonra İddiaçı el adəti üzrə keçmiş həyat yoldaşı Turğudun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, orada ərarvad kimi yaşamağa və birgə təsərrüfat aparmağa başlamışdır. Gəlin köçən zaman ona hədiyyə edilmiş qızıl-zinət əşyaları yaşadıqları həmin evdə, yəni yataq otaqlarındakı şkafda, çamadanın içində olmuşdur. Ailədə baş verən müəyyən narazılıqlar nəticəsində ayrılmaq qərarına gəlmiş və o, ər evini tərk edərək, valideynlərinin yaşadığı evə getmək məcburiyyətində qalmışdır. Uzun müddətdir ki, o, valideynlərinin yanında yaşayır. O, ərarvad kimi birgə yaşadıqları evi tərk edən zaman toynişan hədiyyəsi kimi oğlan evi tərəfindən verilmiş qızıl-zinət əşyalarını özü ilə aparmamışdır. Bu günədək Cavabdeh həmin qızıl-zinət əşyalarını ona verməmişdir. Məhz bu səbəbdən də, o, Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda Cavabdeh qızıl-zinət əşyaları-2400 (iki min dörd yüz) AZN məbləğində 585 əyarlı, ağ qızılla işlənmiş, sirkon qaşlı, 24 qram çəkidə 1 (bir) dəst qızıl (boyunbağı, qolbaq, sırğa və üzük), 1200 (min iki yüz) AZN məbləğində 750 əyarlı, ağ qızılla işlənmiş, 0.5 qram brilyant qaşlı, 6 qram çəkidə 1 (bir) ədəd nişan üzüyü və 400 (dörd yüz) AZN məbləğində 583 əyarlı, sirkon qaşlı, 4 qram çəkidə 1 (bir) ədəd qızıl bilərzik olmaqla, ümumi dəyəri 4000 (dörd min) AZN məbləğində qızıl-zinət əşyaları qalmışdır. Həmin qızılzinət əşyaları toy-nişan hədiyyəsi kimi oğlan evi tərəfindən alınaraq, ona hədiyyə edilmişdir. Onu da qeyd edir ki, həmin qızıl-zinət əşyaları onun özündə olmuş və istədiyi zaman sərbəst şəkildə istifadə etmişdir. Birgə yaşadıqları evi tərk edən zaman evdə tək olmuş, heç kim olmamış, hətta keçmiş əri Turğud işdə olmuşdur. Bundan başqa, o, iddia edilən həmin qızıl-zinət əşyalarının Cavabdeh qalmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilmir. Bütün bunları nəzərə alaraq, Cavabdeh qeyd edilən qızıl-zinət əşyalarının və ya onların ümumi dəyəri olan 4000 (dörd min) AZN məbləğində pulun, eləcə də mütəxəssis rəyinə görə ödənilmiş 100 (yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 61 (altmış bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən Vəkil iddia tələbini müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 06 dekabr 2021-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahlarından 11 iyun 2022-ci ildə “Bahar” adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamış və ayrılmışlar. Abşeron Rayon Məhkəməsinin 2(012)-3406/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 11 iyun 2022-ci ildə anadan olmuş X2 (ana) İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay özünün qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi barədə bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. İddiaçı iddia etdiyi həmin qızıl-zinət əşyalarını yaşadığı evi tərk edən zaman özü ilə aparmışdır. Onu da qeyd edir ki, həmin qızıl-zinət əşyalarını çəkisi tam yadında qalmasa da, bir neçə il əvvəl keçmiş arvadı Elnarə xanım ilə birlikdə Bakı şəhərində yerləşən “Moskva” univermağından 2200 (iki min iki yüz) AZN məbləğinə almış və toy-nişan məclisi zamanı ona hədiyyə olunmuşdur. Belə ki, həmin qızıl-zinət əşyaları hər zaman Elnarə xanımın özündə olmuş, özünün bildiyi yerdə, yəni yataq otaqlarındakı şkafda, çamadanın içində gizli yerdə saxlamış və istədiyi zaman sərbəst şəkildə istifadə etmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “əmlak” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-49/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Tərlan Nüsrətov), iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsivəkili Babayeva X3 Rayon Məhkəməsinin 2(072)-49/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-49/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, cavabdeh keçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-49/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilməməsi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməməsi və eləcə də, bu halların məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı nümayəndəsi-vəkili Babayeva X3 Rayon Məhkəməsinin 2(072)-49/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının mövcudluğu və onların cavabdehdə qalmasının iddiaçı tərəfindən sübut edilməməsi hissəsi üzrə işin faktiki hallarına tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymət verməmiş, iş üzrə düzgün olmayan nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 471642 №-li, 06 dekabr 2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 06 dekabr 2021-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 3160 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Quluyeva” soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3406/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 11 iyun 2022-ci ildə anadan olmuş X2 iddiaçı (ana) İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh (ata) Cavabdeh qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı (ana) İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 468962 №-li, 20 oktyabr 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 20 oktyabr 2023-cü il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 509 № ilə qeyd edilmişdir. İş materiallarında olan 03 saylı, 21 may 2024-cü il tarixli “mütəxəssis rəyi”ndən görünür ki, fiziki şəxs (sahibkar) X4 tərəfindən qızıl-zinət əşyaları-585 əyarlı, ağ qızılla işlənmiş, sirkon qaşlı, 24 qram çəkidə 1 (bir) dəst qızıl (boyunbağı, qolbaq, sırğa və üzük)-2400 (iki min dörd yüz) AZN məbləği, 750 əyarlı, ağ qızılla işlənmiş, 0.5 qram brilyant qaşlı, 6 qram çəkidə 1 (bir) ədəd nişan üzüyü-1200 (min iki yüz) AZN məbləği, 583 əyarlı, sirkon qaşlı, 4 qram çəkidə 1 (bir) ədəd qızıl bilərzik-400 (dörd yüz) AZN məbləği və ümumilikdə 4000 (dörd min) AZN məbləği kimi qiymətləndirilmişdir. İş materiallarında olan Seriya ĞĞV 079704 saylı, 21 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün fiziki şəxs (sahibkar) X1 hesabına 100 (yüz) AZN məbləğində pul köçürülmüşdür. İş materiallarında olan ********** saylı, 04 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 61 (altmış bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında ər-arvad arasında hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdeh tərəfindən qaytarılmaması təşkil etmiş və cavabdeh həmin əmlakların iddiaçıya qaytarılmaması səbəbindən o, hazırkı iddia tələbini irəli sürmüşdür. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 225.1, 225.2, 157.2 və Ailə Məcəlləsinin 32.1,34-cü maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, , o, Cavabdeh ilə 06 dekabr 2021-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onlar ailə qurduqdan sonra İddiaçı el adəti üzrə keçmiş həyat yoldaşı Turğudun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, orada ərarvad kimi yaşamağa və birgə təsərrüfat aparmağa başlamışdır. Gəlin köçən zaman ona hədiyyə edilmiş qızıl-zinət əşyaları yaşadıqları həmin evdə, yəni yataq otaqlarındakı şkafda, çamadanın içində olmuşdur. Ailədə baş verən müəyyən narazılıqlar nəticəsində ayrılmaq qərarına gəlmiş və o, ər evini tərk edərək, valideynlərinin yaşadığı evə getmək məcburiyyətində qalmışdır. Uzun müddətdir ki, o, valideynlərinin yanında yaşayır. O, ərarvad kimi birgə yaşadıqları evi tərk edən zaman toynişan hədiyyəsi kimi oğlan evi tərəfindən verilmiş qızıl-zinət əşyalarını özü ilə aparmamışdır. Bu günədək Cavabdeh həmin qızıl-zinət əşyalarını ona verməmişdir. Məhz bu səbəbdən də, o, Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə etirazından görünür ki, o, İddiaçı ilə 06 dekabr 2021-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Mübahisəli qızıl-zinət əşyalarını çəkisi tam yadında qalmasa da, bir neçə il əvvəl keçmiş arvadı Elnarə xanım ilə birlikdə Bakı şəhərində yerləşən “Moskva” univermağından 2200 (iki min iki yüz) AZN məbləğinə almış və toy-nişan məclisi zamanı ona hədiyyə olunmuşdur. Belə ki, həmin qızıl-zinət əşyaları hər zaman Elnarə xanımın özündə olmuş, özünün bildiyi yerdə, yəni yataq otaqlarındakı şkafda, çamadanın içində gizli yerdə saxlamış və istədiyi zaman sərbəst şəkildə istifadə etmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “əmlak” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayəyinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı tərəfindən kifayət qədər sübut verməməsi əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işinhallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Halbuki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə sübutetmə yükünün bölüşdürülməsində prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək, iddia tələbinin təmin edilməməsi hissəsində səhv nəticəyə gəlmiş və nəticədə qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilərək ləğvi üçün əsaslar yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan yuxarıda qeyd edilən komponentlərin hamısının mövcudluğu tərəflərin etirafı ilə də, öz təsdiqini (bu hal işin mübahisəsiz halını təşkil edir.) tapmışdır. Belə ki, tələb edilən 585 əyarlı, ağ qızılla işlənmiş, sirkon qaşlı, 24 qram çəkidə 1 (bir) dəst qızıl (boyunbağı, qolbaq, sırğa və üzük), 750 əyarlı, ağ qızılla işlənmiş, 0.5 qram brilyant qaşlı, 6 qram çəkidə 1 (bir) ədəd nişan üzüyü və 583 əyarlı, sirkon qaşlı, 4 qram çəkidə 1 (bir) ədəd qızıl bilərziyin mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, tərəflərin hər biri etiraf edir ki, tələb edilən qızıl-zinət əşyaları mövcud olmuşdur. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında həmin qızıl-zinət əşyalarını iddiaçı ilə birlikdə Bakı şəhərində yerləşən “Moskva” univermağından 2200 (iki min iki yüz) AZN məbləğinə aldığını bildirmişdir. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməməsini qeyd etsə də, cavabdeh tərəfindən həmin komponentlərin mövcud olmasının etiraf edilməsi məhz həmin komponentlərin mövcudluğunu faktını təsdiq edir. İddiaçı həmin qızıl-zinət əşyalarının cavabdehin evində qalmasını bildirir, cavabdeh isə həmin əşyaların iddiaçının gedərkən özü ilə apardığını bildirir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh ona verilən suallarda, ilk əvvəl iddiaçının evdən gedərkən özünün evdə olmamasını bildirmiş, daha sonra hakim ona qızıl-zinət əşyalarının iddiaçı tərəfindən evdən gedərkən aparılmasını görüb-görməməsini soruşmuş, cavabdeh isəbəli görmüşəm, boynunda idi deyə cavab vermişdir. Göründüyü kimi cavabdehin izahatları ziddiyyətli olmaqla, ilk əvvəl iddiaçı evdən gedərkən ümumiyyətlə evdə olmamasını bildirsə də, sonradan həmin qızılların iddiaçı evdən gedən zaman onun üzərində gördüyünü bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh verdiyi izahatda səmimi olmamaqla, bir-birinə uzlaşmayan sözlər işlətmişdir, bu isə artıq kollegiyada mübahisələndirilən qızıl-zinət əşyalarının cavabdehə məxsus yaşayış evində qalması ehtimalını gücləndirir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən göstərilən hal iddia tələbinin təmin edilməməsi yönəldilmiş hal kimi nəzərə alına bilməz. Belə ki, sübutetmə yükü baxımından qeyd edilən halı (iddiaçının evdən gedərkən tələb olunan əmlakları özü ilə aparması) sübut etmək onun yəni cavabdehin vəzifəsidir. Bu halda cavabdeh sübut etməlidir ki, tələb olunan qızıl-zinət əşyaları həqiqətən də məhz iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Halbuki bu barədə hər hansı sübut iş materiallarına mövcud olmamışıdır. Cavabdehin mövqeyi ilə razılaşılsa onda anoloji işlər üzrə hər bir cavabdeh tələb edilən əşyalarının iddiaçı tərəfindən evdən gedərkən özü ilə aparmasını bildirər və bununla məsələ bitmiş olar. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsində prosessual fəallıq göstərməmiş, təqdim olunmuş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verməmiş, nəticədə iddia tələbini qızıl zinət hissəsində təmin etməməkdə haqlı olmamışdır. Burdan belə bir nəticə hasil olur ki, cavabdeh sübut etməlidir ki, həqiqətən tələb olunan qızıl zinət əşyaları həqiqətən məhz iddiaçı tərəfindən evdən gedərkən özü ilə aparmışdır. Lakin iddiaçı birmənalı olaraq tələb etdiyi qızıl zinət əşyalarının aparılmadığını və həmin qızıl zinət əşyalarının cavabdehdə olmasını iddia edir. Belə olan halda cavabdeh sübutetmə yükü məhz cavabdehin üzərinə düşür ki, bu barədə nə birinci nədə apellyasiya icraatı zamanı hər hansı bir sübut təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisələndirilən hədiyyə olunmuş qızıl-zinət əşyaların cavabdehdə olması sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 49/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, 2400 (iki min dörd yüz) AZN məbləğində 585 əyarlı, ağ qızılla işlənmiş, sirkon qaşlı, 24 qram çəkidə 1 (bir) dəst qızıl (boyunbağı, qolbaq, sırğa və üzük), 1200 (min iki yüz) AZN məbləğində 750 əyarlı, ağ qızılla işlənmiş, 0.5 qram brilyant qaşlı, 6 qram çəkidə 1 (bir) ədəd nişan üzüyü və 400 (dörd yüz) AZN məbləğində 583 əyarlı, sirkon qaşlı, 4 qram çəkidə 1 (bir) ədəd qızıl bilərzik -qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri və 61 (altmış bir) AZN məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 4000 manat, yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-49/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) AZN məbləğində 585 əyarlı, ağ qızılla işlənmiş, sirkon qaşlı, 24 qram çəkidə 1 (bir) dəst qızıl (boyunbağı, qolbaq, sırğa və üzük), 1200 (min iki yüz) AZN məbləğində 750 əyarlı, ağ qızılla işlənmiş, 0.5 qram brilyant qaşlı, 6 qram çəkidə 1 (bir) ədəd nişan üzüyü və 400 (dörd yüz) AZN məbləğində 583 əyarlı, sirkon qaşlı, 4 qram çəkidə 1 (bir) ədəd qızıl bilərzik -qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri və 61 (altmış bir) AZN məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar