Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-744/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X3 və X2 ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-597/202* saylı, 08 aprel 202*-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya icraatı qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 8İ-6279 nömrəli, 02.**.2020-ci il tarixli icra qeydinin ləğv edilib icra qeydinin icraatına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 8İ-6279 nömrəli, 02.**.2020ci il tarixli icra qeydinə əsasən ondan *6*62 ABŞ dolları məbləğində pul tutulub Cavabdeh2 xeyrinə verilməlidir. Bundan başqa, ondan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun da tutulması təklif edilmişdir. İcra qeydi ona icra məmurunun bildirişi ilə birlikdə poçt vasitəsilə göndərilmişdir. İddiaçı icra qeydindən narazıdır və onun ləğv edilməsini xahiş edir. O, Cavabdeh2 ilə ailəvi dost olmuş və 20*5-ci ilin yanvar ayında Cavabdeh2 20000 manat borc pul almışdır. Daha sonra, o, Cavabdeh2 22060 manat pul göndərmişdir. Hazırda onun Cavabdeh2 borcu yoxdur. Göndərilmiş pullara dair qəbzləri də ərizəsinə əlavə edir. Notariat ofisində müqavilə bağlanılarkən iddiaçıya bir manat da olsa pul verilməmişdir. Notariat ofisinin müşahidə kameralarına baxılarsa, orada Cavabdeh2 ona pul vermədiyi məlum olar. Kredit müqaviləsində 23000 ABŞ dolları göstərilsə də, icra qeydində *6*62 ABŞ dollarının alınıb verilməsi qeyd edilmişdir. Göründüyü kimi, rəqəmlər arasında uyğunsuzluq vardır. İddiaçının Cavabdeh2 borcu olmadığı halda sonuncu ondan *6*62 ABŞ dolları pul tələb edir. İddiaçıya bu barədə bildiriş gəlmədən icra qeydi tərtib edilərək icra şöbəsinə göndərilmişdir. İddiaçıya bu barədə bildiriş-xəbərdarlıq gəlmiş olsaydı, iddiaçı bunu məhkəmə qaydasında mübahisələndirərdi. İmişli Rayon Məhkəməsinin 2(036)-597/202* saylı, 08 aprel 202*-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, tələbkar Cavabdeh2 xeyrinə borclu İddiaçı *6*62 USD və dövlət rüsumuna görə 20 manatın tutulmasını təklif edən Cavabdeh3 02 noyabr 2020-ci il tarixli 8İ-6279 nömrəli icra qeydinin tutulmalı olmayan 6*03 USD məbləğində icra edilməyərək tutulmalı olan cəmi *0059 USD məbləğində ödəniş vaxtı milli valyuta ilə icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-597/202* saylı, 08 aprel 202*-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, qətnamədə işin faktiki hallarına düzgün qiymət verilməmiş, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh2 öz izahatında göstərmişdir ki, iddiaçı ondan pulu mənzil almaq üçün almışdır. Bu tamamilə yalandır. İddiaçı ondan pulu qaytarmaq şərtilə borc şəklində almışdır. Həmin borcdan 22060 manat məbləğində pulu poçt vasitəsilə Cavabdeh2 qaytarmış, qaytarmış olduğu pulların qəbzlərini məhkəməyə təqdim etmişdir. İddiaçının Cavabdeh2 borcu qalmamış, əksinə Cavabdeh2 ona 2060 manat məbləğində borcu qalmışdır. Aralarında olan kredit müqaviləsini imzalayarkən Cavabdeh2 onu aldatmış, həmin müqavilənin formal xarakter daşıdığını bildirmiş, iddiaçı da ona inandığı və etibar etdiyi üçün həmin müqaviləni oxumadan imza etmişdir. Cavabdeh2 ona başqa şəxsə borclu olduğunu, müqavilənin də ona göstərmək məqsədilə bağlandığını bildirmişdir. Guya iddiaçı ona borcludur, o da iddiaçının ona qaytaracağı pul ilə həmin şəxsin borcunu qaytaracaqdır. Bundan başqa, Cavabdeh2 2020-ci ilin noyabr ayında tanımadığı bir şəxslə iddiaçının yaşadığı evə gəlmiş, yanında gələn adam özünü polis əməkdaşı kimi təqdim etmiş və Sumqayıt RPİ-də işlədiyini bildirmişdir. Həmin şəxs iddiaçıya hədə-qorxu gəlmişdir. İddiaçı ondan polis əməkdaşı olması ilə bağlı xidməti vəsiqəsini göstərməyi tələb etsə də, həmin şəxs sənəd göstərməkdən imtina etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin şəxs Sumqayıt RPİ-də işləmir. Daha sonra iddiaçı evdə olmayan gün Cavabdeh2 təkrarən həmin şəxslə iddiaçının yaşadığı evə gəlmiş, iddiaçı evdə olmadığından arvadı həmin şəxslərin gəlməsindən çox narahat olmuş, qorxu, həyəcan keçirmişdir. İddiaçı Cavabdeh2la aralarında olan münasibətə görə bu barədə polis şöbəsinə müraciət etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* oktyabr 202*-ci il tarixli, 2(*06)-2950/202* saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 08 aprel 202*-ci il tarixli, 2(036)-597/202* saylı qətnaməsi dəyişdirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* oktyabr 202*-ci il tarixli, 2(*06)-2950/202* saylı qətnaməsindən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* oktyabr 202*-ci il tarixli, 2(*06)-2950/202* saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini, işə onun və vəkilinin dinlənilməsi, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *8 aprel 2022-ci il tarixli, 2(*02)-*767/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*03)-2950/202* nömrəli iş üzrə 2* oktyabr 202*-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası *8 aprel 2022-ci il tarixli, 2(*02)-*767/2022 saylı qərarında öz mövqeyini onunla əsaslandırmışdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə, notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İş materiallarında tələbkarın borcluya belə bir bildiriş göndərməsi müəyyən edilmir, borclu icra qeydinin veriləcəyi barədə bildiriş almadığını bildirmiş, tələbkarın özü də borcluya bildiriş göndərdiyini göstərməmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəli olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkarın məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(*06)-*276/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 08 aprel 202*-ci il tarixli, 2(036)-597/202* saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, İmişli Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin 02 noyabr 2020-ci il tarixli, 8İ-6279 nömrəli icra qeydi ləğv edilərək icra qeydinin icraatına xitam verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(*06)-*276/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 kassasiya şikayəti vermiş, kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *7 yanvar 2023-cü il tarixli, 2(*02)-78/2023 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(*06)- *276/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası *7 yanvar 2023-cü il tarixli, 2(*02)-78/2023 saylı qərarında öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tələbkarın *8 dekabr 20*6-cı il tarixli kredit müqaviləsi üzrə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərib-göndərməməsi, icra qeydinin verilməsinə dair ərizəyə bildirişin borcluya çatdırılmasını təsdiq edən sənədin əlavə edilib-edilməməsi, tələbkarın təqdim etdiyi sənədlər üzrə notarius tərəfindən icra qeydi verilərkən borclunun borcu mübahisələndirib-mübahisələndirməməsi və sair barədə kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki *8 aprel 2022-ci il tarixli qərarına şərh olunan göstərişləri tam, hərtərəfli və obyektiv araşdırmamaqla Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozmuşdur. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, eləcə də, cavabdehlər Cavabdeh3 və Cavabdeh* nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasya məhkəməsinin 2* iyun 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı çıxış edərək bildirmişdir ki, Cavabdeh2 tərəfindən göndərildiyi iddia edilən kredit müqaviləsi üzrə borcun ödənilmədiyi halda yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı ilə bağlı bildiriş heç bir şəkildə ona təqdim olunmamışdır. İş materiallarına surəti əlavə edilmiş həmin bildirişin ona çatdırılması ilə bağlı poçt xəbərnaməsindəki imza da ona məxsus deyil. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi Vəkil3 eyni məzmunda izahat verərək bildirdilər ki, kredit müqaviləsi üzrə borcun ödənilmədiyi halda yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı ilə bağlı *9 iyul 20*9-cu il tarixli bildiriş iddiaçıya göndərilmiş və bildiriş 25 iyul 20*9-cu il tarixində qəbul edilmişdir. Ola bilər ki, bildirişin çatdırılmasını təsdiq edən xəbərnamədəki imza iddiaçının ailə üzvlərindən hər hansı birinə məxsus olsun. Bunun aydınlaşdırılması üçün isə həmin məktubu çatdırmış poçt orqanının işçisi məhkəmə tərəfindən müəyyən edilməli, həmin şəxs məhkəmə iclasında dindirilməlidir. Onlar apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 20**-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamənin qəbul edilməsinə və işin hallarının tam və hərtərəfli araşdırılmamasına istinad edərək, qətnamənin ləğv edilməsini xahiş etdiyini, həmçinin MPM-in 420-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *7 yanvar 2023-cü il tarixli, 2(*02)-78/2023 saylı qərarında qeyd olunanları nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, beləliklə də, MPM-in 386-cı və 387.*-ci maddəsində nəzərdə tutulmuş qaydada maddi və prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in 387.*-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşdəki Sumqayıt şəhəri * saylı notariat kontorunda təsdiqlənmiş *8 dekabr 20*6-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 23000 ABŞ dolları məbləğində pul borc verməyi, borc alan isə krediti * il, yəni *8 dekabr 20*7-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdəki Cavabdeh3ndə aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh2 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş *6*62 ABŞ dollarının və Cavabdeh2 tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun (haqqın) tutulması təklif olunmuşdur. İddiaçının tələbi Cavabdeh3 8İ-6279 nömrəli, 02 noyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi və icra qeydinin icraatına xitam verilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarət olmuşdur. Məhkəmə ilk öncə iddia tələbinin ilk – icra qeydinin ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı öz mövqeyini əsaslandırarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad etmiş və icra qeydinin aparılacağı ilə bağlı ona hər hansı bildirişin göndərilmədiyini və bildirişin göndərilməsi ilə bağlı xəbərnamədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi isə hazırkı tələb üzrə mübahisəyə tətbiq edilməli olan qanunu tətbiq etməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin *-5-ci hissələrinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı hissəsinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İş materiallarının **6-cı vərəqində surəti olan Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış *9.07.20*9-cu il tarixli bildiriş ilə sonuncuya onun barəsində *8.*2.20*6-cı il tarixli, 3M-447 reyestr nömrəli kredit müqaviləsinin mövcud olduğu, həmin sənədə görə *8.*2.20*7-ci il tarixədək 23000 USD dollar borc öhdəliyinin yarandığı, *8.*2.20*7-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş icranın gecikdirilməsi nəticəsində *8.*2.20*7-ci il tarixinə *8.*2.20*6-cı il tarixli, 3M-447 reyestr nömrəli sənəddən irəli gələrək 23000 USD dollar əsas borcun ödənilməli olduğu, borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. İş materiallarının **9-cu vərəqində surəti olan poçt xəbərnaməsindən görünür ki, 25.07.20*9-cu il tarixində “Şəxsən” qrafasının qarşısında imza edilməklə *9.07.20*9-cu il tarixində İddiaçı göndərilmiş bildiriş qəbul edilsə də, xəbərnamədə həmin bildirişin kim tərəfindən qəbul edildiyi qeyd edilməmişdir. Sadalananları və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi qərarlarda qeyd edilən göstərişləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi tərəfindən 2* iyun 2023-cü il tarixli, 2(*06)-744/2023 saylı qərardad ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, icra qeydinin aparılacağı ilə bağlı *9.07.20*9-cu il tarixli bildirişin İddiaçı çatdırılmasını özündə əks etdirən poçt xəbərnaməsinin “Şəxsən” qrafasının qarşısındakı imzanın İddiaçı tərəfindən icra edilib-edilmədiyi ekspert qarşısında sual olaraq qoyulmuş, iddiaçıdan eksperimental imza və xətt nümunələri götürülmüş, icra qeydinin aparılacağı ilə bağlı *9.07.20*9-cu il tarixli bildirişin İddiaçı çatdırılmasını özündə əks etdirən poçt xəbərnaməsinin əslinin İmişli Regional “ASAN Xidmət” Mərkəzindən götürülməsi və ekspertlərin sərəncamına göndərilməsi qərara alınmışdır. İşdəki 3-*6-*6/2-4/**49 nömrəli, 24 iyul 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adına olan 25.07.20*9-cu il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən” qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşur. Aparılmış ekspertiza tədqiqatının dəyəri *25 manat təşkil edir. Beləliklə, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 24 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, icra qeydinin aparılacağı ilə bağlı *9.07.20*9-cu il tarixli bildirişin İddiaçı çatdırılmasını özündə əks etdirən poçt xəbərnaməsinin “Şəxsən” qrafasının qarşısındakı imza İddiaçı tərəfindən icra edilməmişdir. Bu isə onu göstərir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə riayət edilməmiş, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş çatdırılmamışdır. Nəzərə alınmalıdır ki, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin çatdırılması borcun mübahisəsiz olmasının təsdiqi üçün əhəmiyyət kəsb edir və borcluya həmin tələb üzrə hər hansı mübahisəsi olduqda, öz etirazını bildirmək və ya məhkəmə müraciət etmək üçün şərait yaradır. Hazırkı halda isə borcluya (iddiaçıya) bu cür bildirişin göndərilməsi və həmin bildirişin borclu (iddiaçı) tərəfindən qəbul edilməsi faktı iş materialları ilə öz təsdiqini tapmadığından borclu (iddiaçı) bu imkanından məhrum olmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 öz izahatında mübahisəli xəbərnamədəki imzanın iddiaçının ailə üzvlərindən birinə məxsus ola biləcəyini bildirsə də, istinad etdiyi həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, sadəcə ehtimallara əsaslanmış, sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, xəbərnamədə imza edən şəxsin adının və ya soyadının göstərilməməsi onun kim tərəfindən icra edilməsinin müəyyən edilməsini də qeyri-mümkün edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh3ndə aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair hissədə iddiaçının tələbi əsaslıdır və həmin hissədə iddia tələbi təmin edilərək, Cavabdeh3ndə aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydi onun “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun aparılmaması səbəbindən ləğv edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin ikinci – icra qeydinin icraatına xitam verilməsi hissəsinə dair isə aşağıdakıları qeyd etməyi zəruri sayır: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.*.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. İcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydası isə “İcra haqqında” Qanunun 20-ci maddəsində təsbit olunmuşdur. Həmin Qanunun 20.*.4-cü maddəsinə əsasən, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə, icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, “İcra haqqında” Qanunun 6.*.4-cü maddəsinə uyğun olaraq icra sənədi sayılan notariusun icra qeydinin ləğv edilməsi icra sənədi üzrə icraata xitam verilməsi üçün əsasdır. Lakin “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Qanunun qeyd edilən normalarını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, icra qeydinin ləğv edilməsinə baxmayaraq, icra sənədi (icra qeydi) üzrə icraata xitam verilməsi icra məmuru tərəfindən həyata keçirilməli, bu barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Odur ki, icra qeydinin icraatına xitam verilməsinə dair hissədə iddia təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3ndə aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.*-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, mübahisəli xəbərnamədəki imzanın İddiaçı məxsus olmaması müəyyən edildiyindən, 3-*6-*6/2-4/**49 nömrəli, 24 iyul 2023-cü il tarixli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan *25 manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.*, 386, 387.*, 392, 393, 402.* və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-597/202* saylı, 08 aprel 202*-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh3ndə aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 3-*6-*6/2-4/**49 nömrəli, 24 iyul 2023-cü il tarixli ekspert rəyinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan *25 manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq, X*, kodu 2*0005, VÖEN *40*55507*, müxbir hesab AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN *70032662*, AZ34CTRE**********000208850* nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-744/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-744/2023
04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver