Məhkəmə qərarları › İş №2(106)-747/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-747/2023

05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-747/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X2 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi X1, İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı dəymiş ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmək alətlərinin qaytarılması tələblərinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(032)-61/2022 saylı qətnaməsindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən hesablanmış 11382 manat məbləğində maddi ziyanın və tərəfindən ustalara zəhmət haqqı olaraq verilmiş 3680 manatın natura şəklində tam ödənilməsi, əlavə olaraq keyfiyyətsiz vurulmuş kafel, metlax və ağlay daşlarının pulu ödənilmək şərti ilə digər ustalar tərəfindən sökülməsi xərclərinin cavabdehlər tərəfindən ödənilməsi, ödənilmiş 139 manat məbləğdə dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən fərdi yaşayış ev özünə məxsusdur. Fərdi yaşayış evinə kafel-metlax və ağlay daşlarının vurulması üçün ustalar Valeh Əkbərov və Cavabdeh3 (1 kv metr 6 manat, 1 paqon metr 6 manat) 2020-ci il yanvar ayının əvvəlində şifahi razılaşma əldə etmişlər. 2020-ci ilin may ayında hələ işə başlamamışdan onlara 200 manat, 04 iyulda isə 150 manat +20 manat olmaqla, cəmi 370 manat pul vermişdir. Onlar söz vermişdilər ki, 2 ay ərzində işə başlayacaqlar. Usta Cavabdeh1 ona işə başlamaq üçün sentyabr ayında ağlay almalı olduğunu demiş, o da etiraz etməmişdir. Bu məqsədlə, o və arvadı birlikdə ağlay daşları alıb fərdi evi təmir etdirmək üçün 27 avqust 2020-ci ildə "xxxx" ASC-dən kredit götürmüşlər. 2020-ci ilin sentyabr ayının sonlarında Cavabdeh1la birlikdə Bakı şəhəri Güzdək qəsəbəsində yerləşən daş karxanasından Valehin tanışı Abid Abdurəhmanovun sexinə getmişdilər. Sexdə qarşılıqlı razılaşma əsasında 4500 manat məbləğində ağlay daşlar sifariş etmişlər. 2020-ci ilin oktyabr ayının sonlarında ağlay daşların bir hissəsi gəlmiş və Cavabdeh1 bir usta kimi daşlara baxaraq onları qəbul etmişdir. Ağlay daşın pulunu Cavabdeh4 ödəyəndə Valeh yanında Cavabdeh4la telefonla danışdı və bu danışıqdan sonra Abid ona çatacaq puldan 200 manat Cavabdeh1 verməyini xahiş etmiş, o da 200 manat vermişdir. Abid bu pulu Valehə onu ondan ağlay daşı almağa calaşdırmağa və verilən daşın keyfiyyətinə nəzarət etməməyi üçün vermişdir. 2020-ci ilin oktyabr ayının sonunda daşlar gəldikdən sonra Valehlə o, həyətdəki daşları qəbul etmək üçün gəlmişdilər. Daşları boşaldan fəhlələrlə birlikdə Füzuli həkimin həyətindən dəzgah onun həyətinə gətirildi. Lakin dəzgahın kimə məxsus olması ona məlum deyildi. Sonradan məlum oldu ki, dəzgah kustar üsulla hazırlanıb və istehsalata buraxılması üçün heç bir xüsusi lisenziyası yoxdur. 04 dekabr 2020-ci il tarixdə Valeh həyətdəki daşları ölçüyə salmağa başladı və ustaya ehtiyacı olduğunu, özündən başqa bir-iki ustanın işləyəcəyini bildirib 850 manat məbləğdə pul istəmişdir. 06 dekabr 2020-ci il tarixdə Valehə həmin pulu verdi. Ümumilikdə, işə başlayana qədər onlara 1220 manat pul ödəmişdir. Daşlar ölçüyə salındıqdan bir neçə gün sonra daşların keyfiyyətindən şübhələnməyə başladı. Bu məqsədlə istehsalçı, sexin müdiri Abidlə telefonla danışıb onu həyətinə dəvət etdi. Abid həyətə gəldi və usta Valehə tapşırdı ki, xoşu gəlməyən daşları seçib ayırsın. Valeh 28 kv metr daşı ayırdıqdan sonra qalan daşları ayırmaqdan imtina etdi. Abid həyətə gələn zaman daşlar hələ vurulmamışdı. Bir müddətdən sonra ustalar ağlayı yerə vurmağa başladılar. O, müşahidə etdi ki, yerə vurulmuş daşların müəyyən hissəsi qurumur. Bir müddətdən sonra onlar həyətində işi saxlayaraq, başqa müştərilərin həyətində işləməyə başladılar. Bu müddət ərzində həyətdəki mətbəxini səliqəyə salarkən 50 manat dəyərində inşaat feninin yerində olmadığını gördü. Ustalardan bunu soruşanda onlar bu barədə heç nə bilmədiklərini söylədilər. Bir neçə gündən sonra feni Məzahirin şəxsi avtomobilinin yük yerində gördü. Məzahir dedi ki, feni ona Rafiq verib. Daha sonra Valeh ondan 600 manat pul istədi. xx.xx.2021-ci ildə onlara 600 manat məbləğ pul verdi. Bir neçə gün sonra Məzahir usta əmək alətlərinin xarab olduğunu əsas gətirib pul istədi. xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2021-ci ildə isə 300 manat pul verdi. Beləcə, onlara ümumilikdə 2220 manat pul vermişdir. Bir müddətdən sonra Valehin atası vəfat etdiyi üçün onlar bir həftə işə gəlmədilər. Ondan sonra isə bəhanə gətirdilər ki, guya həyətdə material olmadığı üçün işi dayandırıblar. Məzahir həyətdəki 14 ədəd ağlay daşını bilərəkdən korlamışdır. Özü 2-ci qrup şəkərli diabet xəstəsidir. Hər dəfə həyətə girəndə qaralmış daşları görüb daxili əsəb keçirir. Ona 15000-16000 manat dəyərində maddi ziyan dəyib. Təkcə günlük düzəltmək üçün verdiyi zəhmət haqqı 600 manat olmuşdur. Evinin həm arxa, həm də ön hissəsində qoyulmuş su traplarına su getmir. Bütün sular evin giriş qapısındakı pilləkənin önünə 3 sm hündürlüyündə yığılır. Ona görə də, Şirvan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şirvan ŞPŞ-nın təhqiqatçısı tərəfindən tərtib olunmuş videogörüntülü protokolda daşların keyfiyyətsizliyi və həyətdəki səviyyənin düzgün verilmədiyi tam görünür. Cavabdehlər tərəfindən evdə kafel və metlax işləri keyfiyyətsiz görülmüş və bu işlərin yenidən görülməsi üçün xeyli məbləğdə pul vəsaiti tələb olunur. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, daş dəzgahı 1000 manat, 180 mm BOSH firmasına məxsus (Almaniya) laqonda 1 ədəd 265 manat, 115 mm BOSH firmasına məxsus (Almaniya) laqonda 1 ədəd 210 manat, 125 mm TCH firmasına məxsus (Çin) laqonda 1 ədəd 75 manat, 115 mm İnterskul firmasına məxsus (Rusiya) laqonda 1 ədəd 50 manat, 115 mm Makita firmasına məxsus (Çin) laqonda 1 ədəd 45 manat, Drel Evromaks 750 vatt (Çin) 1 ədəd 50 manat, Drel almaz 970 vatt (Rusiya) 1 ədəd 55 manat, çəkic taxta qulplu 1 ədəd 6 manat, nerj metrə 1 ədəd 5 manat, uzadıcı 30 m 1 ədəd 50 manat, uzadıcı 20 m 1 ədəd 35 manat, usta feni TCN 2000 vatt (Çin) 1 ədəd 35 manat, kəlbətin yaşıl dəstəkli orta ölçülü 1 ədəd 5 manat, mala suvaq vurmaq üçün plastik dəstəkli 1 ədəd 2 manat dəyərində alətlərin, alətlərin özləri olmadığı təqdirdə, dəyərini təşkil edən 1888 manat və ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əl və elektrik alətləri cavabdeh tərəfindən saxlanılaraq onlara qaytarılmır. Şirvan Şəhər Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(032)-61/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11382 manat məbləğində maddi ziyanın və ustalara zəhmət haqqı olaraq verilmiş 3680 manatın, əlavə olaraq keyfiyyətsiz vurulmuş kafelin, metlax və ağlay daşlarının pulunun ödənilmək şərti ilə digər ustalar tərəfindən sökülməsi xərclərinin (təxminən 1000 manat), 100 manat dəyərində istifadə olunmuş işıq və qaz kommunal xərclərinin və ödənilmiş 139 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia qismən təmin olunaraq cavabdeh İddiaçı daş dəzgahı 1000 manat dəyərində, 180 mm BOSH (Almaniya) firmasına məxsus laqonda 1 ədəd 80 manat dəyərində, 115 mm BOSH (Almaniya) firmasına məxsus laqondanın (işlək vəziyyətdə olmayan (ehtiyyat hissəsi kimi) 1 ədəd 5 manat dəyərində, 125 mm TCH (Çin) firmasına məxsus laqondanın 1 ədəd 40 manat dəyərində, 115 mm İnterskul firmasına məxsus (Rusiya) laqonda 1 ədəd 20 manat dəyərində, 115 mm Makita firmasına məxsus (Çin) laqondanın 1 ədəd 20 manat dəyərində, Evromaks 750 vatt (Çin) firmasına məxsus direlin 1 ədəd 20 manat dəyərində, direl almaz 970 vatt (Rusiya) 1 ədəd 20 manat dəyərində, taxta qulplu çəkicin 1 ədəd 1 manat, 20 metrlik uzadıcı 1 ədəd 15 manat, 30 metrlik uzadıcı 50 manat, TCN 2000 vatt (Çin) firmasına məxsus usta feninin 1 ədəd 5 manat, yaşıl dəstəkli orta ölçülü kəlbətinin 1 ədəd 2 manat, suvaq vurmaq üçün plastik dəstəkli malanın 1 ədəd 2 manat dəyərində olan əmək alətlərinin özlərinin, olmadığı təqdirdə dəyərini təşkil edən 1280 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 32 manat 80 qəpik məbləğində dövlət rüsumunun alınaraq iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bərabər qaydada bölünməklə verilməsi qət edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin və ilk iddia ərizəsinə qarşı verilmiş yazılı etirazın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qarşılıqlı iddia tələbi ilə bağlı tərəf olaraq təqdim etdikləri sübuta, yəni satıcı olan “Murad İnşaat” tərəfindən verilmiş arayışa hüquqi qiymət verilmədən məhkəmə cavabdehin etiraz sənədini əsas tutaraq, aldıqları elektrik alətlərini qiymətləndirmişdir. Digər bir məsələ ondan ibarətdir ki, iddiaçı ağlay daşlarını Cavabdeh4 razılıq əsasında aldığı halda, ona aid hissədə rədd olunmuşdur. Daşın qaralması iş üzrə mübahisələndirilən haldır. Məsələyə diqqət yetiriləndə görünür ki, iddiaçı əvvəl işin keyfiyyətsizliyini bununla sübut etməyi çalışdığı halda, sonradan suyun düzgün axmadığını, “trapa doğru” axmadığını bildirmişdir. Bu isə işin tamamlanmaması ilə əlaqədardır. Mülki iş üzrə 100 manat məbləğində qaz və su haqqının tutulması absurddur. Çünki, görülən işlər iddiaçıya məxsus həyətdə aparılmış və cavabdehin bu məsələyə qətiyyən aidiyyəti yoxdur. Maddi hüquq normalarının pozuntusu və düzgün tətbiq edilməməsi konteksindən məsələyə yanaşanda görülür ki, birinci instansiya məhkaməşi mübahisəli mülki işin həlli zamanı Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 220.5-ci maddələrinin tələblərin pozmuşdur. Çünki tam şəkildə araşdırma aparılmadan, natamam sübutlar əsasında qanuni və ədalətli qətnamənin qəbul edilməsindən söbət gedə bilməz. Eyni zamanda, sübut qismində təqdim edilmiş elektron qaimələrə və fakturalara hüquqi qiymət verilməmişdir. Bütün göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə həqiqəti əks etdirmir və onun qənaəti qanunsuz və əsassızdır. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, onun əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Etiraz ilk iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə yazılı etirazın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, 2019-cu ilin dekabr ayında Valeh adlı usta ilə görüşüb və evində kafel-metlax işlərinin görülməsi üçün F.Xoyski küçəsində yerləşən fərdi yaşayış evimə getdi. Qarşılıqlı razılaşma əsasında bu işləri Rafiq adlı digər bir usta ilə görəcəyini bildirdi. 2020-ci ilin yanvar ayının əvvəlində onlar, yəni o, arvadı və usta Valeh Sədərək Ticarət Mərkəzində xeyli gəzdikdən sonra və arvadı sonuncu mağazadan çıxdıqdan sonra Valeh mağazada satıcı ilə “him-cim” etdikdən sonra dedi ki, bu mağazada sənin zövqünə uyğun kafellər var. Onlar yenidən bu mağazaya qayıtdı və Valehin tövsiyəsi ilə kafel seçimi edib mağaza sahibinə 200 manat beh verib Şirvan şəhərinə qayıtdılar. Mağaza sahibi qeyd etdi ki, əgər kafellər kantla vurulsa, yüngül qüsurlar əhəmiyyətini itirəcək və bununla razılaşdı. Bu zaman Valeh də bunun məsuliyyətini öz üzərinə götürdü. Ona elə gəlir ki, Valeh bu mağaza sahibi ilə də razılaşmaya girmiş və buna görə də, mağazaya təkrar qaytarmaqda məqsədli olmuşdur. Lakin kafel-metlax döşənən zaman əyriliklər meydana çıxdı və buna görə də, Valehə narazılığını bildirdi. Sonradan ekspertiza keçirilərkən aydın oldu ki, hələ istifadə olunmamasına baxmayaraq, metlaxlar indidən suvaqdan aralanmışdır. Bu hal Valeh və Rafiqin vurduğu bütün kafel-metlaxlarda müşahidə olunur. İnşaat üzrə mütəxəsis deyil və işin keyfiyyətsizliyinin fərqinə yalnız ekspertiza zamanı dərindən şahid olmuşdur. Buna görə də, ekspertizaya qədər onlara narazlığını bildirməmişdir. Cavabdeh1 şikayətdə göstərir ki, guya onlar daş alarkən Abid adlı şəxsin sexinə təsadüfən getmişlər. Əslində isə Valeh Abidi əvvəlcədən tanımış, onlar arasında əvvəldən bəri iş birlikləri olmuşdur və onları bu sexə yönləndirməkdə Valehin xüsusi maraqları olmuşdur. Belə ki, Abidə daşın pulunu vermiş, daşların bir hissəsi gəldikdən sonra Abid zəng edərək demişdir ki, ona çatası pulun qalan hissəsindən 200 manat ayırıb Valehə versin. Buradan belə bir nəticəyə gəlmək olar ki, bu pul Valehə ona görə verilmişdir ki, Valeh alınan daşların keyfıyyətsizliyinə göz yumsun. Əgər Valeh bu sexə təsadüfən getmişdisə, nə üçün bildirirdi ki, Füzuli həkimin həyətinə vurulan daşları buradan almışlar. Yaxud necə olurdu ki, Abid təsadüfən sexə daxil olmuş birinə 200 manat borc verir? Valeh aldığı pul müqabilində daşların keyfiyyətsizliyinə göz yumduqdan sonra bildirmişdir ki, daşların keyfiyyətsiz olduğunu necə bilə bilərdi? Əgər daşların keyfiyyətini əvvəlcədən müəyyənləşdirməyi bacarsaydı, nə üçün Valehi özü ilə daş almağa aparırdı və Valeh də nə üçün işini-gücünü atıb onunla daş almağa getməyi qəbul edirdi? O, daşın keyfiyyətini müəyyən etməyi bacarmadığını əvvəlcədən deyə bilərdi. Daşların bir hissəsi ölçüyə salındıqdan bir neçə gün sonra daşların keyfiyyətindən şübhələnməyə başladı. Bu məqsədlə sexin müdiri Abidlə danışaraq onu həyətə dəvət etdi və həmin vaxt 1 kv. metr belə daş vurulmamışdı. Abid həyətə Namiq adlı şəxslə gəldi və usta Valehə tapşırdı ki, xoşu gəlməyən daşları seçib ayırsın, daşınma və fəhlə pulunu qarşılayacaqdır, əvəzində keyfiyyətli daşlar göndərəcəkdir. Valeh 28 kv.metr daşı ayırdıqdan sonra qalanlarını ayırmaqdan imtina etdi. Çünki Məzahir onu başqa bir müştəri həyətinə daşları ölçüyə salmaq üçün göndərirdi. Həmçinin qarşı tərəf iddia edir ki, guya daşların qaralmasının səbəbi onun həyətə daşların altına sement-beton örtüyü çəkməməyi ilə bağlıdır. Əgər həyətə ağlay daş döşətdirirsə, nə üçün ikiqat xərcə düşüb beton örtük də çəkdirməlidir? Ondan öncə həyətində işlədikləri Füzuli həkim və dərzi Sadıqov Möhübbətin həyətinə beton örtük vurmamışdılar, “trambovka” işləri aparılmamışdı və onların həyətində belə hal yaranmamışdı. Belə olan halda, ona tövsiyə etdilər ki, əgər beton örtük çəkdirmirsənsə, həyət “trambovka” olunsun. Həyət “trambovka” olunarkən öncə Cavabdeh2 müəyyən göstərişlər verdikdən sonra getdi və bir neçə dəqiqə sonra Valeh həyətə gəldi ki, bütün proses boyu orada oldu. Onların beton çəkdirmək istəyini bu işdə tamah məqsədi ilə əlavə pul qazanmaq istəklərinin bir təzahürü və keyfiyyətsiz daşları ört-basdır etməyin bir üsulu kimi qiymətləndirir. Çünki, o, Abiddən 200 manatı məhz bu səbəbə görə almışdı. Qarşı tərəf bildirir ki, guya münaqişə olan gün onların üzərinə mətbəx baltası ilə hücum etmişdir və Məzahiri öldürməklə hədələmişdir. Lakin hal şahidlərindən Babayev Şahmurad, Şahbazov Asif və Hüseynov Elnur öz izahatlarında bunun tamamilə şər-böhtan olduğunu təsdiq etmişlər. Həmçinin aparılan istintaq zamanı qarşı tərəfin bu iddiasının şər-böhtan olduğu sübuta yetirilmişdir. Bunu iş materiallarından görmək də mümkündür. İddiaçılar şikayətlərində Mülki Məcəllənin bir sıra maddələrini əsas gətirərək maddi hüquq normalarının pozulmasına dair dəlillər gətirirlər. İddiaçılar ekspertizanın rəyi ilə razı olmadıqlarını, guya tərəfindən onlara əngəl yaradıldığını, ekspertiza keçirilən zaman əlində armatur və taxta parçası ilə onlara hücum etdiyini göstərərək, Mülki Məcəllənin 752.1, 756.1 və 760.1-ci maddələrinin tələbləri pozulduğunu hesab edirlər. Əslində isə ekspertizanın keçirilməsində həmin gün həyətdə ondan başqa, hakim, ekspert, şahidlər və digər şəxslər də iştirak edirdilər. Bu zaman Valeh ailə üzvləri - arvadı və yaşlı atası, həmçinin hakimin yanında nalayiq sözlər işlətdiyi üçün Abidin yanında gələn şəxs tərəfindən bayıra çıxarılmışdır. İş materiallarında olan iki ekspert rəyində ona dəymiş ziyan bir-birinə çox yaxın miqdarda dəyərləndirilmişdir. Onların bu hərəkəti isə ölkədə inflyasiyanın dərinləşdiyi bir vaxtda məqsədli şəkildə işin süni surətdə uzadılmasına yönəlmişdir. Bundan başqa, onlar iddia edirlər ki, guya onların köhnə əmək alətləri ekspertiza tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, iş materiallarına əlavə olunan “Murad İnşaaf tərəfindən verilən qaimədə bu alətlərin yeni vəziyyətdə olan satış qiyməti göstərilmişdir. Lakin iddiaçıların əmək alətləri işlənmiş və pis vəziyyətdə olduğu üçün Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən doğru olaraq 232 manat dəyərində qiymətləndirilmişdir. Bunu iş materiallarına əlavə olunan əmək alətlərinin fotoşəkillərindən də görmək mümkündür ki, iddiaçıların öz əmək alətlərinə qoyduqları qiymət reallığı əks etdirmir. Bu alətlər hələ həyətində istifadə olunduğu zaman avtomobili ilə Bakıda Sədərək Ticarət Mərkəzində təmirə aparılmışdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, nə üçün “Murad İnşaat”ın qaiməsi deyil, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsas götürülür. Yəqin ki, iddiaçılar bu cür məsələlərin həllində rəsmi dövlət orqanının “Murad inşaat” deyil, Məhkəmə Ekspertizası Mərkəzi olmasından xəbərdar deyildir. Həmçinin, “Murad inşaat”ın ona verilmiş xx.xx.2022-ci il tarixil 02 nömrəli arayışında göstərilmişdir ki, onlar alətlərin köhnə olmasından xəbərsiz olmuşlar. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 249 nömrəli məktubunda idarənin rəis müavini Hüseyn Əlixanov göstərmişdir ki, ekspert rəyi (ustalar tərəfindən çağırılmış) tam və hərtərəfli tədqiqat aparılaraq tərtib olunmuşdur. İddiaçı tərəf qeyd edir ki, qətnamə çıxarılarkən MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 217.5 maddələrinin tələbləri pozulmuşdur. Guya iş üzrə tam şəkildə araşdırma aparılmamış, natamam sübutlar əsasında qətnamə qəbul edilmişdir. Lakin, qətnamə əsaslıdır. Qarşı tərəf iddia edir ki, iş üzrə komission ekspertiza tələbləri 1-ci instansiya məhkəməsində təmin edilməmişdir. Hakim iddiaçılara dəfələrlə izah etmişdi ki, bütün vəsatətlərinizi hazırlıq iclaslarında verməlisiniz. Bütün bunları bilə-bilə qarşı tərəfin vəkili Fərəcov Salman da işə məsuliyyətsiz yanaşmış və komission ekspertiza tələbini baxış iclasında təqdim etmişdir. Hakimin qanunvericiliyə uyğun olaraq onların bu tələblərini qəbul etməməsini düzgün hesab edir. Bundan əlavə, təkrar olaraq qeyd edir ki, iş materiallarındakı ekspert rəylərinin biri özünün tələbi, digəri isə qarşı tərəfin tələbi ilə keçirilsə də, hər ikisinin gəldiyi qənaətin demək olar ki, bir-birinə bərabər olması komission ekspertizanın lazımlığını istisna edir. Komission ekspertiza tələbində məqsəd isə sadəcə süni süründürməçilyə yol açmaqdır. İddiaçılar bildirir ki, guya Ali Məhkəmənin Plenumunun xx.xx.2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” qərarının müddəalarının tələbləri pozulmuşdur. Guya məhkəmə sübutları əlaqəli şəkildə şərh etməyib və ya sübutun qəbul edilib-edilməməsinin səbəbini göstərməyib. Lakin hesab edir ki, Şirvan Şəhər Məhkəməsi sübutlara diqqətlə yanaşmış, onları əsaslandırarkən qarşı tərəfin əsassız mülahizələrinə yox, Məhkəmə Ekspertizası Mərkəzinin mötəbər ekspert rəyinə əsaslanıb. Bütün göstərdiyi əsaslandırmaları, faktları və sübutları nəzərə alaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun şəkildə qəbul edilmişdir. Sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirir və məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli 2(106)-1753/2022 saylı qətnaməsi ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(032)- 61/2022 saylı qətnaməsi Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 birgə verdikləri apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ilkin və qarşılıqlı iddialara münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdehlər iddiaçı ilə bağlamış olduqları podrat müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca (keyfiyyətlə) icra etmədiyindən, iddiaçı birtərəfli qaydada müqavilə üzrə icradan imtina etməkdə və yetirilmiş zərərin əvəzinin ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Qarşılıqlı iddianın tam olaraq təmin edilməsindən ibarət apellyasiya şikayətinin dəlillərinə gəlincə kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların tələb etdikləri alətlərin qaytarılması təmin olunmuşdur. Həmin alətlərin dəyərinin isə aşağı qiymətlə müəyyən edilməsinə gəlincə qeyd edilməlidir ki, həmin qiymətlər iş üzrə təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi əsasında müəyyən edilmişdir. Bundan başqa, əmlak tələbinə dair iddialar üzrə alınması qət edilən əmlakın naturada mövcud olmadığı halda, dəyəri qarşı tərəfdən alınır. İşin müəyyən olunan hallarına görə isə alınması qət edilmiş əmlaklar faktiki olaraq mövcuddur. Odur ki, onların müəyyən olunan və iddiaçıların mübahisələndirdikləri dəyəri artıq əhəmiyyətini itirir. Cavabdeh1, Cavabdeh2 və Əmirov X8 Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli 2(106)-1753/2022 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh3 arasında razılaşmaya əsasən 2019-cu ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərində ona məxsus yaşayış evində kafel-metlax işlərinin görülməsi üçün 1 kv metr 7 manatdan hesablanmaqla, 100 kv metr çox ərazini işləmələri barədə razılığa gəlmiş, həmin kafelmetlax iddiaçı və onun arvadı tərəfindən Bakı şəhərində yerləşən “Sədərək” TM-dən alınmış və onlara təqdim edilmiş, onlar həmin kafel-metlaxa baxış keçirən zaman əyrilik səbəbindən vurulan sahənin düzgün alınmayacağını bildirsələr də, iddiaçı onların işinə davam etməyini, onlarlıq heç nə olmadığını bildirmiş, işləri bitdikdən sonra iddiaçı tam şəkildə pullarını ödəmiş, onlara qarşı hər hansı bir iradı və tələbi olmamışdır. Yəni, onlar işlərini icra etmiş, iddiaçı isə onlara razılaşdırılmış muzdu ödəmişdir. Bundan təxminən 1 il sonra iddiaçı onlara müraciət edərək, evinə məxsus həyətyanı sahəsinin ağlay daşı ilə döşənməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 və Cavabdeh3 iddiaçının evində kafelmetlax işlərini görsələr də, ona məxsus fərdi yaşayış evində işlənmiş asma-tavan işlərinin görülməsi onlar tərəfindən icra edilməmişdir. Hər iki instansiya məhkəməsi isə ekspert rəyinə istinad edərək, kafel-metlax işlərinin iddiaçı ilə onlar arasında razılaşdırılmış qiymətlə deyil, hazırkı bazar qiymətinə uyğun olaraq hesablanmasını nəzərə almamış, bu halı aydınlaşdırmadan yekun qərar çıxarmışdır. Bundan başqa, iddiaçıya məxsus fərdi yaşayış evində işlənmiş asma-tavan işlərinin onlar tərəfindən icra edilməməsini məhkəmədə bildirilsə də, hər iki instansiya məhkəməsi tərəfindən bu hala qiymət verilməmişdir. Məhkəmənin mühəndis-texniki ekspertizasının 09 sentyabr 2021-ci il tarixli rəyində iddiaçıya məxsus yaşayış evində kafel-metlax və ağlay işlərinin görülməsində istifadə edilmiş təmir materiallarının, həmçinin görülən işlərə dair bütün xərclər smetaya əsasən müəyyənləşdirilmişdir. Hər iki məhkəmə isə həmin rəyin əsasında cavabdehlərdən 11382 manat məbləğdə maddi ziyanın tutulmasını qət etmiş, həm də əlavə olaraq yenidən iddiaçı tərəfindən kafel-metlax və ağlay işlərinin görülməsinə görə cavabdehlərə zəhmət haqqı olaraq verilmiş 3680 manatın da tutulması barədə səhv qənaətə gəlmişdir. Belə ki, ekspert rəyi ilə müəyyənləşən 11382 manat məbləğdə maddi ziyana, eyni zamanda həmin görülmüş işlərə görə 3680 manat zəhmət haqqı da daxildir. Həmçinin, məhkəmənin orada işlənmiş ağlay daşları da iddiaçıya məxsus həyətdə qaldığı halda, yenidən onların dəyərinin cavabdehlərdən tutulması barədə gəldiyi qənaət də yanlış olmuşdur. Habelə, hər iki instansiya məhkəməsi iddiaçının ona məxsus evdə görülmüş işlərə görə cavabdehlərə 600 manat borclu qaldığını nəzərə almamışdır. Hər iki instansiya məhkəməsi əlavə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zəruri olduğu halda bunu etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi əlavə məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizasını təyin etməli, ekspert qarşısında iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evində görülən kafel-metlax işlərində müəyyən edilən qüsurların kafel-metlaxda olan qüsurlar səbəbindən va ya ustaların səhvi nəticəsində olubolmamasını aydınlaşdırmalı olsa da, bunu etməmişdir. İddiaçıya aldığı kafel-metlaxa baxış keçirən zaman onlarda olan əyrilik səbəbindən vurulan sahənin düzgün alınmayacağını bildirsələr də, iddiaçı onların işinə davam etmələrini bildirmiş, cavabdehlər də bu səbəbdən həmin işləri yerinə yetirmişdir. Bundan əlavə, ekspert qarşısında iş üzrə iddiaçıya məxsus həyətyanı sahəyə düzülmüş ağlay daşlarının keyfiyyətsiz olubolmaması, həmin daşların bəzilərində olan qaralmaların daşın keyfiyyətsizliyi səbəbindən və ya düzgün vurulmaması nəticəsində olub-olmamasını, həmçinin əgər həyətdə görülən ağlay işləri tamamlanarsa, göstərillən nöqsanların aradan qaldınlmasının mümkün olubolmamasını, həmçinin qüsurlu sahənin neçə kvadrat metr olması, həmin qüsurun aradan qaldırılmasının mümkün olub-olmaması hallarını aydınlaşdırmalı olduğu halda, bunu etməmiş, iş üzrə bütün hallar aydınlaşdırılmadan qətnamə çıxarmışdır. Çünki, iddiaçı əvvəl işin keyfiyyətsizliyini bununla sübut etməyi çalışdığı halda, sonradan suyun düzgün axmadığını, “trapa doğru” axmadığını bildirmişdir. Bu isə işin tamamlanmaması ilə əlaqədardır. Əgər iş tamamlanarsa, o zaman cavabdehlər tərəfindən görülən işdə hər hansı bir qüsur olmayacaqdır. Bundan əlavə, mülki iş üzrə 100 manat məbləğində qaz və su haqqının tutulması absurddur. Çünki, görülən işlər iddiaçıya məxsus həyətdə aparılmış və cavabdehlərin bu məsələyə qətiyyən aidiyyəti olmamış, həmçinin iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş, hər iki instansiya məhkəməsi isə sübutun təqdim edilməməsinə baxmayaraq, bu hala qiymət verməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus yaşayış evində kafel-metlax işləri Cavabdeh1 və Cavabdeh3 tərəfindən görülsə də, hər iki instansiya məhkəməsi Cavabdeh2 həmin işlərin görülməsində iştirak etməməsini nəzərə almamış, həmin işlərin görülməsi üçün müəyyən etdiyi məbləğin hər üç cavabdehdən tutulması barədə səhv nəticəyə gəlmişlər. Eyni zamanda, iddiaçı ağlay daşlarını Cavabdeh4 razılığı əsasında aldığını bildirdiyi halda, iddia ona aid hissədə rədd olunmuş, apellyasiya məhkəməsi isə bu hala qiymət verməmişdir. Məsələyə diqqət yetirildikdə, açıq şəkildə görünür ki, daşın qaralması iş üzrə mübahisələndirilən haldır. Buna görə də, Cavabdeh4 satdığı ağlay daşlarının keyfiyyətsizliyi müəyyənləşdirilməli və onun vurduğu maddi zərərə uyğun ondan müvafiq məbləğ tutulmalıdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1753/2022 nömrəli mülki iş üzrə 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyası ilk iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, bu məsələnin həlli zamanı apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, habelə tərəflərin təqdim etdikləri və məhkəmənin öz təşəbbüsü əldə olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bu da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamənin qəbul olunması ilə nəticələnmişdir. İşdən görünür ki, tərəflər arasında iddiaçının mülkiyyətində olan yaşayış evində təmir-tikinti işlərinin aparılması ilə bağlı podrat münasibətləri olmuş, podratçı-cavabdehlər müqavilədə nəzərdə tutulan işi qüsursuz icra etməyi, sifarişçi-iddiaçı isə cavabdehlərə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Görülən işlər cavabdehlərin deyil, iddiaçının materialları ilə icra edilməsi nəzərdə tutulmuş, sərf olunmuş mal-materiallarla podratçı-cavabdehlərin təmin olunmasını iddiaçı-sifarişçi öz vəsaiti hesabına həyata keçirmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 9/112-10/121 saylı rəyi ilə müəyyən edilmiş hallara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının evində və həyətyanı sahədə görülmüş işlərə sərf olunmuş 11318 manat, cavabdehlərə əmək haqqı kimi ödənilmiş 3680 manat, keyfiyyətsiz vurulmuş kafelin, metlax və ağlay daşlarının sökülməsi xərcləri kimi 1000 manat, 100 manat istifadə olunmuş işıq və qaz kommunal xərclərinin dəyəri və ödənilmiş 139 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı nəticəyə olmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, göstərilən ekspert rəyi ilə iddiaçının yaşayş evində və həyətyanı torpaq sahəsində təmir-tikinti işləri üçün sərf olunmuş tikinti materiallarının tamamilə sıradan çıxması, təkrar istifadə və ya satış üçün yararsız hala düşməsi müəyyən edilmir, iddiaçı da bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının evində və həyətyanı sahədə görülmüş işlərə sərf olunmuş vəsaiti müəyyən edərkən yararlı vəziyyətdə olan ağlay daşları, kafel, metlax və sair materialların dəyərini müəyyən edib ümumi məbləğdən çıxmamaqda səhvə yol vermişdir. İşdən daha sonra görünür ki, istifadə olunmuş ağlay daşlarını cavabdeh Abid Abdurəhmanovdan, kafel-metlax daşlarını isə digər şəxslərdən iddiaçı-sifarişçi almış, həmin materialların keyfiyyətsiz olmasını, 28 kv metr ağlay daşlarının qaytarılmasını iddiaçı da etiraf etmiş, iki rəngdə olan kafellərin ölçülərinin də fərqli olması müəyyən olunmuşdur. Cavabdehlər iddiaya etirazında bu barədə iddiaçıya bildirdiklərini, lakin iddiaçı həmin materiallar işlədilməklə işin görülməsini tapşırdığını, kafel işlərini qəbul edib əmək haqqını da ödədiyini göstərmişdir. Apellyasiya məhkəməsi görülən işə görə mal-materialların iddiaçı tərəfindən verilməsini, materialların keyfiyyətsiz olmasında və keyfiyyətsiz materiallardan istifadə olunmaqla iş görülməsində tərəflərdən kimin məsuliyyət daşımasını müəyyən etməmiş, bu halın aydınlaşdırılmasının dəymiş zərərin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb etməsini, podratçının sifarişçinin materiallarından yanlış istifadəyə görə məsuliyyət daşıdığını diqqətdən qaçırmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın qismən təmin olunması barədə gəldiyi nəticə, həmçinin qarşılıqlı iddianın təmin olunub-olunmaması ilk iddianın nəticəsindən asılı olduğuna görə qarşılıqlı iddianın təmin olunması qanuni və əsaslı sayıla bilməz. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, habelə cavabdehlərin apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Cavabdeh2 məhkəmədə izahatında bildirmişdir ki, 2019-cu ilin dekabr ayında Cavabdeh1 İddiaçı ilə onun Şirvan şəhəri F.Xoyski küçəsindəki evində kafel-metlax və ağlay işləri görmək üçün iddiaçı ilə razılığa gəlmişdir. 24 aprel 2021-ci il tarixdə işi bitirmişlər. Lakin iddiaçı pulu tam verməmiş və 600 manat borclu qalmışdır. İddiaçı bildirdi ki, yerə vurulan ağlayda qaralmalar var və daşları öz hesabınıza dəyişin sonra pul veriləcəkdir. Ona daşı özü aldığını bildirmişlər. Həmin daşlar vurulan zaman onlarda heç bir qaralma müşahidə edilməmişdir. İddiaçının evindən çıxanda həyətdə təxminən 15 kv m. ərazidə 122 ədəd qaralmış daş və çox sayda isə qaralmamış yararlı daş var idi. Sonra daşları yerə vurmamışdan qabaq keyfiyyətsiz olduğundan 28 kv metr ağlayı satıcı Abid adlı şəxsə qaytararaq dəyişdirmişlər. Daşlar görünüşünə görə çox yaxşı daşlar idi. Lakin, onları yerə vurduqdan sonra qaralmalar müşahidə olunmuşdur. Ağlayı Valeh və Rafiqlə vurmuşlar. Ağlayı vurmazdan əvvəl iddiaçıya məsləhət görmüşlər, əvvəlcə yerə beton tökülsün və daha sonra ağlay vurulsun. Bu çox vəsait tələb etdiyindən iddiaçı onlarla razılaşmadı. Buna görə də, ağlaya qumun üstündən 3 sm sement vurmaqla yerə vurmuşlar. Kafel-metlaxa gəldikdə isə, o, ancaq ağlay vurmuşdur. Kafel-metlaxı isə yalnız Cavabdeh1la Cavabdeh3 vurmuşdur. Tavana asma tavanın vurulması və bağ sahəsinin divarlarının mişar daşı ilə hörülməsi onlar deyil, İddiaçı sonradan gətirdiyi başqa ustalar tərəfindən həyata keçirilmişdir. Cavabdeh1 məhkəmədə izahatında bildirmişdir ki, kafel-metlaxı Bakı şəhəri Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzindən ağlayı isə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsindən iddiaçı ilə birlikdə almışlar. Qızıldaş qəsəbəsində çox sayda ağlay satan mağaza var idi. İddiaçı ilə birlikdə Abid adlı şəxsin sexinə gedərək həmin daşları almışlar. O, ağlay ustası olduğu üçün oradakı satıcıların çoxunu tanıyır. Əvəllər də Abidlə ağlay alış-verişi etdiyi üçün onu tanıyırdı. İddiaçı Abidin daş sexində daşları özü bəyənərək qiymətini razılaşdıqdan və beh verdikdən sonra qayıtmışlar. Abid daşı maşınla iş görüləcək ünvana göndərmişdir. Daşları yerə vurmazdan əvvəl keyfiyyətsiz olduğu üçün 28 kv metr dəyişdirmişlər. Daşlar görünüşünə görə yaxşı idi, lakin yerə vurduqdan sonra qaralmalar olmuşdur. Ümumilikdə 267 kv metr sahəyə ağlay vurmuşlar. Daşların keyfiyyətsiz olmasını həmin vaxt bilməzdi. Çünki qaralan daşların da yerə vurulandan sonra keyfiyyətsiz olduğu üzə çıxmışdır. İddiaçının həyətinə ağlay daşını vurmazdan əvvəl ona əvvəlcə həyətə beton örtük töküldükdən sonra onun üzərindən ağlay vurulmasını bildirmiş, lakin o, buna maddi imkanının olmadığını bildirmiş və onlar iddiaçının təkidi və razılığı ilə ağlay daşını torpaq örtüyün üstünə sement məhlulu tökməklə vurmuşlar. Tavana asma tavanın vurulması və bağ sahəsinin divarlarının mişar daşı ilə hörülməsi onlar deyil, İddiaçı sonradan gətirdiyi başqa ustalar tərəfindən həyata keçirilmişdir. Cavabdeh3 məhkəmədə izahatında bildirmişdir ki, ağlayı Məzahir və Valehlə birlikdə vurmuşlar. Kafel-metlaxı isə Valehlə özü vurmuşlar. İddiaçı məhkəmədə izahatında bildirmişdir ki, Şirvan şəhəri F.Xoyski küçəsində özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evinin həyətinə, hamam, ayaqyolu və evin giriş hissəsinə ağlay və kafel-metlax işləri gördürmək üçün Cavabdeh1la Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsinə ağlay almaq üçün birlikdə getmişlər. Bir neçə ağlay sexinə baxdıqdan sonra Valeh onu Abid adlı şəxsin ağlay sexinə apardı. Abidin daş sexində müxtəlif qiymətlərdə ağlay var idi. Valehin məsləhəti ilə Abidlə ağlayın 1 kv metrini 10 manata razılaşmış və buna görə də, Abidə beh vermişdir. Abid isə öz növbəsində ağlayı maşınla onun ünvanına göndərdi. Ağlay daşı həyətə gətirilərkən Cavabdeh1 baxaraq qəbul etmişdir. Kafel-metlaxı isə Sədərək Ticarət Mərkəzindən almışdı. Valehlə daş alamağa ona görə getmişdi ki, o ustadır və usta kimi daşın keyfiyyətindən anlayışı var. Daşlar aparatda ölçüyə salındıqdan bir neçə gün sonra keyfiyyətsiz olması məlum oldu. Ağlay daşları yerə vurulmamışdan əvvəl 28 kv metr sexə geri qaytarılaraq başqaları ilə əvəz edilmişdir. Hazırda həyətin bir tərəfində yığılaraq qalır. Cavabdehlər ağlay daşını həyətə vurduqdan sonra daşda qaralma baş verdi. Bundan əlavə, evin həm arxa, həm də ön hissəsində qoyulmuş traplara su getmədi. Həyətdə maillik olmadığı üçün həyət yuyularkən bütün sular evin giriş qapısındakı pilləkənin önünə 3 sm hündürlüyündə yığılır. Cavabdeh2 izahatında 600 manat onlara borclu qaldığını bildirdi ki, onlara borclu qalmamışdır. Onlar işi tamamlamadıqları üçün 600 manatı onlara verməmişdir. Kafelmetlaxa gəldikdə isə, o işi Valeh və Rafiq görmüşdür. Cavabdehlər tərəfindən evdə kafel və metlax işləri keyfiyyətsiz görülmüşdür. Metlaxı və kafeli vurarkən altına sementi az vurulmuş, kafelin və metlaxın altı boş olduğu üçün sınmışdır. Kafeli isə divara çox səliqəsiz vurmuşlar. Kafel və metlaxı yenidən istifadə etmək mümkün deyil. Əgər görülən işlərə əyani baxış keçirilərsə, cavabdehlərin gördükləri işin hansı səviyyədə olduğu məlum olacaqdır. Ağlay yerə vurmazdan əvvəl yerə beton örtük tökülməlidir. Lakin onlar beton örtüyün 1 kv m. 5 manata tökdükləri üçün və onun da buna maddi imkanı çatmadığı üçün ağlay vurulmazdan əvvəl beton tökdürməmişdir. Cavabdehlər ağlay daşını vurmazdan əvvəl həyətə torpaq tökdürərək xüsusi texnika vasitəsi ilə həmin torpaqda bərkitmə işləri aparılmışdır. Habelə tavana asma tavanın vurulması və bağ sahəsinin divarlarının mişar daşı ilə hörülməsi cavabdehlər deyil, başqa ustalar tərəfindən həyata keçirilmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmədə İddiaçı izahatına uyğun izahat vermişdir. Cavabdeh4 məhkəmədə 13 iyun 2023-cü il tarixli izahatında göstərmişdir ki, İddiaçı 1 kv metr 10 manat olmaqla, ona 3 sm qalınlıqda 300 kv metr ağlay daşı satmışdır. Başqa şəxslərə daşı standa standart olaraq 2,7 sm ölçüdə satılır. Lakin ağlay daşı daha keyfiyyətli olsun deyə Yalçın Zülfüqarova 3 sm ölçüdə verilmişdir. İddiaçıya verdiyi daşlar keyfiyyətli daşlar olub. Daşın qaralması və göbələkləməsi halları o vaxt baş verə bilər ki, ağlay daşının altı boş olarsa, daşın altına beton örtük tökülməzsə və ağlay daşı torpaq örtüyünün üstündən vurularsa və daşa su dəydikdən sonra qaralma və göbələkləmə halları baş verə bilər. Ağlay daşı beton örtüyün üstündən vurularsa, daşa su dəysə də belə, onda istər qaralma, istərsə də göbələkləmə halları baş verməz. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehlərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan Şirvan şəhər Polis Şöbəsinin 08 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarə ilə İddiaçı və Cavabdeh2 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan Şirvan şəhər prokurorunun 27 may 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 və İddiaçı müraciəti əsasında Şirvan şəhər PŞ-nin təhqiqat bölməsində toplanmış material üzrə təhqiqatçı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 may 2021-ci il tarixli qərarı ləğv edilmişdir. İşdə olan Şirvan şəhər polis şöbəsinin 07 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə Cavabdeh2 ərizəsi əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan Məhkəmə mühəndis-texniki ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 10/3160 nömrəli rəyi ilə mübahisəli fərdi yaşayış evində, yaşayış evinin birinci və ikinci mərtəbələrində yerləşən sanitar qovşaqların divarlarına kafelin və kantın, döşəməsinə metlaxın, tavanına isə asma tavanın vurulması, evə daxil olduqda döşəməyə metlax təbəqəsinin vurulması, evin digər qapısının çöl tərəfinə metlax təbəqəsinin vurulması, həyətyanı sahəyə ağlay daşının vurulması, həyətyanı sahəyə daxil olduqda sağ və sol tərəfdə bağ sahəsi olaraq ayrılmış sahənin sərhəddinə hasar hörülməsi və üzərinə ağlay daşının vurulması işlərinin görüldüyü, ünvan 1 ünvanda yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində təqdim olunmuş işlərin görülməsinə sərf olunan vəsaitin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribi 11382 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu mənada, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. MM-in 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. MM-in 759-cu maddəsinin tələbinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. MM-in 762-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. MM-in 763-cü maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Kollegiya hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyini əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı, uzlaşmırsa əsassız hesab edilir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin faktiki hallarına cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yuxarıda sadlanan normaların tələbləri üzrə hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, mötəbər sübut kimi apellyasiya instansiyasında hazırkı icraat dövründə əldə edilmiş 06 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4561 nömrəli ekspert rəyinə əsaslanmaqla düzgün nəticəyə gəlmək olar. Belə ki, həmin rəyə əsasən tədqiqat ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzrə aparılmışdır. Tədqiqat aparılması üçün məhkəmənin və tərəflərin iştirakı ilə təqdim edilmiş tədqiqat obyektlərinə baxış keçirilərək müvafiq ölçü işləri aparılmışdır. İlk öncə, fərdi yaşayış evinin İİ mərtəbəsində yerləşən sanitar qovşağa baxış keçirilmişdir. Baxış zamanı ölçmə işləri apardıqda sanitar qovşağın eninin 1.7 metr və uzunluğunun 2,3 metr, hündürlüyünün isə 2.7 metr olduğu, tavanına asma tavan quraşdırıldığı, divarlarına kafel və kant, döşəməsinə isə metlax təbəqəsi vurulduğu müəyyən olunmuşdur. Həmçinin baxış zamanı divarlara vurulmuş kafel təbəqələrinin kənarlarının bir-birinin üstündə və altında yerləşən kafel təbəqələri ilə müqayisədə düz xətt boyunca vurulmadığı, kafellər arasında qalan boşluqların (stık) bərabər ölçüdə olmadığı və kafellərin kənarlarının girintili-çıxıntılı vəziyyətdə vurulduğu, döşəməyə vurulmuş metlax təbəqənin altının düzgün doldurulmadığı müəyyən olunmuşdur. İ mərtəbədə yerləşən tualet otağının eni 1.2 metr, uzunluğu 1.4 metr, hündürlüyü isə 2.7 metrdir, hamam otağının eni 3.1 metr, uzunluğu 5.2 metr, hündürlüyü isə 2.7 metrdir. Baxış zamanı hamam və tualet otağının tavanına asma tavan quraşdırıldığı, divarlarına kafel və kant, döşəməsinə isə metlax təbəqəsi vurulduğu müəyyən olunmuşdur. Həmçinin baxış zamanı divarlara vurulmuş kantın altına və üstünə vurulmuş kafel təbəqələrinin çöl hissəsi ilə müqayisədə içəriyə doğru vurulduğu müəyyən olunmuşdur. Giriş qapısından fərdi yaşayış evinə daxil olduqda döşəmənin 5.7 m2 hissəsinə metlaxın vurulduğu, bu metlaxların 2.16 m2 hissəsinin rəsmli (dekor), digərlərinin isə sadə metlax olduğu və metlax təbəqənin birbiri ilə müqayisədə düz xətt boyunca vurulmadığı, metlaxlar arasında qalan boşluqların (stik) bərabər ölçüdə olmadığı və metlağın kənarlarının girintili-çıxıntılı vəziyyətdə vurulduğu müəyyən olunmuşdur. Digər giriş qapısının çöl hissəsinə 2x3.7 m ölçüdə metlax təbəqəsi vurulmuşdur. Baxış zamanı həmin hissəyə su buraxan zaman orta hissənin mailliyinin aşağı olması səbəbindən suyun orta hissədə toplandığı müəyyən olunmuşdur. Son olaraq, həyətə baxış keçirilən zaman həyətyanı sahənin 280 m2 hissəsi ağlay daşı ilə üzləndiyi müəyyən olunmuşdur. Həyətyanı sahəyə girişdə sağ və sol tərəflərdə isə bağ olaraq istifadə olunması üçün sahə yaradılmış hündürlüyü 0.50 m olan divar hörülmüş və ağlay daşı ilə üzlənmişdir. İlkin görünüşdə yerə vurulmuş aqlay daşlarının bəzilərində qaralmalar, boşluqlar müşahidə olunmuşdur. Həmçinin ağlay daşları vurularkən tullantı sularının traplar vasitəsilə kənarlaşdırılması üçün yaradılmalı olan mailliyin lazımi qaydada olmadığı müəyyən olunmuşdur. Belə ki, həyətyanı sahəyə su buraxılan zaman həmin suyun traplara doğru deyil, fərqli-fərqli istiqamətlərə axdığı və orada çalalanaraq toplandığı müşahidə olunmuşdur. Eyni zamanda, baxış zamanı müəyyən edilmişdir ki, həyətyanı sahəyə girişdə sağ və sol tərəflərdə bağ sahəsini ayırmaq üçün 0.50 metr hündürlükdə hörülmüş divarın bəzi hissələrində ağlay işlərinin tamamlanmadığı, evin arxa hissəsində hasara ağlay daşlarının vurulmadığı müəyyən edilmişdir. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında hesablama aparılmaqla, ümumilikdə 35 kv. metr hissədə ağlay işlərinin tamamlanmadığı, 12 kv. metr hissədə hasara ağlay daşlarının vurulmadığı müəyyən edilmişdir. Bundan əlavə, ikinci mərtəbədə balkon sahəsində uzunluğu 2 metr, eni 0.80 metr olan hissədə metlaxın vurulmasında qüsurlar mövcuddur. Tədqiq olunan ünvan 2 ünvanında yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına dair smeta tərtib olunur. Qərardadın birinci, ikinci sualı üzrə qeyd olunur ki, tədqiq olunan ünvan 2 ünvanında yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına dair smeta tərtib olunmuşdur. Smeta görüləcək işlər, materiallar və qiymətlər ətraflı şəkildə göstərilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində yerləşən sanitar qovşaqlarında kafel-metlax işlərinin görülməsi, evin girişində döşəməyə metlax vurulması, tavana asma tavan vurulması, həyətyanı sahədə ağlay işlərinin görülməsi üzrə sərf olunmuş tikinti materiallarının söküləcəyini nəzərə alaraq, həmin materialların yenidən vurulması və təkrar istifadə edilməsi məqsədəuyğun hesab edilmir. Tədqiq olunan ünvan 2 ünvanında yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun 11384.00 manat məbləğində müəyyən olunmasına dair smeta tərtib olunmuşdur. Smetada görüləcək işlər, materiallar və qiymətlər ətraflı şəkildə göstərilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində yerləşən sanitar qovşaqlarında kafel-metlax işlərinin görülməsi, evin girişində döşəməyə metlax vurulması, tavana asma tavan vurulması, həyətyanı sahədə ağlay işlərinin görülməsi üzrə sərf olunmuş tikinti materiallarının söküləcəyini nəzərə alaraq, həmin materialların yenidən vurulması və təkrar istifadə edilməsi məqsədəuyğun hesab edilmir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2023-cü il tarixli qərarında inikasını tapan göstərişlərə uyğun olaraq aparılmış araşdırmanın nəticəsi üzrə diqqətə çatdırır ki, işin mübahisəsiz hallarına əsasən Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətində ağlay daşlarının vurulması Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, kafel-metlax işlərinin görülməsi isə Cavabdeh1 və Cavabdeh3 tərəfindən həyata keçirilmişdir. Adıçəkilən 06 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4561 nömrəli ekspert rəyi üzrə tərtib edilmiş smetadan aydın olur ki, ünvan 2 ünvanında yerləşən həyətyanı sahədə və fərdi yaşayış evində ağlay daşlarının vurulması zamanı qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun 6864 manat, kafel-metlax işlərinin görülməsi zamanı qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun 3126 manat 50 qəpik məbləğində müəyyən olunmasına dair smeta tərtib olunmuşdur. Belə ki, nəzərə alınmalıdır ki, tavana asma tavanın vurulması və bağ sahəsinin divarlarının mişar daşı ilə hörülməsi onlar deyil, başqa ustalar tərəfindən həyata keçirilmişdir. Buna görə də, həmin işlərin görülməsi üzrə qüsurlu görülmüş işlərin aradan qaldırılması baxımından lazım olan və smetada nəzərdə tutulmuş (smeta, 2-ci bənd, 357 manat+ smeta, 7-ci bənd, 370 manat 50 qəpik) ümumilikdə 727 manat 50 qəpik məbləğ nəzərə alınmalıdır. Habelə hazırkı iş üzrə apellyasiya şikayətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin şikayət həddində mühakimə edilməsi səbəbindən ekspert rəyi üzrə tərtib edilmiş smetanın 4-cü bəndində əksini tapmış balkona metlaxın vurulması üzrə müəyyən edilmiş 66 manat məbləğin cavabdehlərdən tutulması MPM-in 372-ci maddəsinin tələbləri və Dispozitivlik prinsipinin şərtləri baxmından mümkün deyildir. Həmin qüsurlu işlərin görülməsi baxımından hazırkı iş üzrə verilmiş rəydə müəyyən edilmiş məbləğ məhkəmə mühəndis-texniki ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 10/3160 nömrəli rəyində öz əksini tapmamış və həmin məbləğin birinci instansiya zamanı cavabdehlərin tutulması qət edilməmişdir. Bundan əlavə, kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, tərəflər arasında podrat razılaşması əsasında işlərin görülməsində cavabdehlərdən kimin hansı hissədə məsuliyyət daşımasının müəyyən edilməsi iş üzrə zəruridir. Belə ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi bütün zərərin cavabdehlərdən müştərək qaydada tutulmasını qət etsə də, işin mübahisəsiz halları ilə təsdiq edilir ki, işlərin görülməsində iş bölgüsü olmuşdur. Bu hal işdə iştirak edən şəxslərin izahatları və digər iş materialları ilə də təsdiq edilir. Buna görə də, ağlay daşlarının vurulması və kafel-metlax işlərinin görülməsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş zərər cavabdehlərdən qeyd edilən qaydaya müvafiq tutulmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən keyfiyyətsiz vurulmuş kafelin, metlax və ağlay daşlarının pulunun ödənilmək şərti ilə digər ustalar tərəfindən sökülməsi xərclərinin (təxminən 1000 manat) tutulması qət edilsə də, kollegiya hesab edir ki, yuxarıda qeyd edilən rəy üzrə tədqiq olunan ünvan 2 ünvanında yerləşən, həyətyanı sahədə və fərdi yaşayış evində qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğin mövcud orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına dair qeyd edilən ekspert rəyinə əsasən müvafiq smeta tərtib olunmuşdur. Beləliklə də, yekun qərar qəbul edilərkən qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün lazım olan məbləğ də smetada tamamilə əksini tapdığından yenidən əlavə xərclərin tutulması zərurəti aradan qalxır. Nəzərə alınmalıdır ki, mötəbər sübut olan ekspert rəyindən aşkar olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı ilə razılaşma əsasında mövcud olmuş podrat razılaşması üzrə işlərin görülməsində qüsurlar mövcuddur. Buna görə də, həmin işlərin görülməsi zamanı vurulmuş zərərin tutulması əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2023-cü il tarixli qərarında qeyd edilən göstərişlərə uyğun olaraq aparılmış ekspertiza tədqiqi zamanı rəydə İddiaçı tərəfindən verilmiş mal-materialın deyil, görülmüş işlərin qüsurlu olması müəyyən edilmişdir. Hətta işdən də görünür ki, qüsurlu və keyfiyyətsiz olan 28 kv. metr ağlay dəyişdirilmişdir. Bu özlüyündə həmin məmulatın keyfiyyətinin yoxlanıldığını göstərir. Habelə cavabdehlər məmulatın alınarkən yararlı olduğunu və yalnız istifadədən sonra yararsız hala düşdüyünü öz izahatlarında təsdiq etmişlər. Bundan başqa, işlərin görülməsi zamanı müxtəlif kommunal xərclərin, eləcə də işıq və qazdan istifadə üzrə hər hansı məbləğdə zərərin cavabdehlərdən tutulması konkret iddia tələbində göstərilməklə hər hansı sübutla təsdiq edilmir. Hətta işin hallarına əsasən həmin işlərin görülməsi zamanı istifadə olunmuş sərfiyyatı ayrıca qeydə alan sayğac olmamışdır. Hətta qeyd edilən səbəbdən də, hər hansı qəbzin təqdim edilməsi məhz həmin işlərin görülməsi zamanı qeydə alınmış sərfiyyatın olmasına dair mötəbər sübut sayıla bilməz. Habelə Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətində ağlay daşlarının vurulması və kafel-metlax işlərinin görülməsi ilə əlaqədar zəhmət haqqı olaraq cavabdehlərə ümumilikdə 2220 (iki min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti verilmişdir. Həmin pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aralarında bölmək məqsədilə hansı şəxs olmasına fərq qoyulmadan verilmişdir. Bu iş materialları ilə sübuta yetirilir və mübahisəsiz olaraq qəbul edilir. Birinci instansiya məhkəməsi cavabdehlərdən zəhmət haqqı olaraq 3680 manat məbləğində pulun tutulması barədə işdə hər hansı mötəbər sübut mövcud deyildir. Ancaq işdə iştirak edən şəxslərin izahatları, işdə olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan da aydın olur ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zəhmət haqqı olaraq ümumilikdə 2220 manat məbləğində pul vəsaiti verilmişdir. Məhkəmə kollegiyası bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, MM-in 759-cu maddəsinin tələbinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hazırkı işin mülki işin müəyyən edilmiş faktiki hallarından və 06 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4561 nömrəli ekspert rəyindən də göründüyü kimi sifarişçi İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış müqaviləyə məhz sonuncuların ona zərər vuran təqsirli hərəkətlərinə görə xitam vermiş və bütün işlər qüsurlu yerinə yetirildiyi üçün İddiaçı həmin işlərə hansısa marağı müəyyən edilmir. Belə ki, bu hal işin mübahisəsiz halıdır. Çünki istər ağlay işlərinin, istərsə də kafel-metlax işlərinin nəticələrinin aradan qaldırılması da tələb edilir. Hətta bu fakt – görülmüş işlərin nəticələrinin aradan qaldırılmasının zərurliyi cavabdehlər tərəfindən də qəbul edilsə də, ancaq həmin halın qüsurlu məmulatın istifadəsi nəticəsində meydana gəldiyini bildirmişlər. Ancaq iş materialları, eləcə də ekspert rəyi ilə adıçəkilən qüsurun işlərin görülməsi nəticəsində meydana gəldiyi tam şəkildə isbat edilir. Həmin qüsurlar işdə olan fotoşəkillərlə də təsdiqini tapmışdır. Eyni zamanda, kollegiya qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair dəlil üzrə diqqətə çatdırır ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Habelə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus əl və elektrik alətlərinin qiymətləndirilməsi zamanı “Murad İnşaat” tərəfindən verilmiş arayışın mötəbərliliyinə hüquqi qiymət verərkən kollegiya hesab edir ki, müvafiq ekspertiza rəyi ilə müəyyən edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində öz əksini tapmış qiymətlərin daha dolğun, daha obyektiv və daha mötəbər olması qənaətindədir. Bununla yanaşı, kollegiya nəzərə çatdırır ki, qarşılıqlı iddia tələbində göstərilən həmin alətlərin hazırda da mövcudluğu İddiaçı tərəfindən etiraf edilir və ilkin iddianın həyata keçiriləcəyi təqdirdə onların qaytarılacağından imtina etmir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(032)-61/2022 saylı qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilməli, Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətində ağlay daşlarının vurulması nəticəsində İddiaçı dəymiş zərərin əvəzi qismində 6864 (altı min səkkiz yüz altmış dörd) manat, əlavə və nəqliyyat xərcləri qismində 600 (altı yüz) manat və zəhmət haqqı olaraq verilmiş 2220 (iki min iki yüz iyirmi) manat, ümumilikdə 9684 (doqquz min altı yüz səksən dörd) manat məbləğdə pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətində kafel-metlax işlərinin görülməsi nəticəsində İddiaçı dəymiş zərərin əvəzi qismində 3126 (üç min yüz iyirmi altı) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, ilk iddia digər hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 (yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Habelə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4561 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(032)-61/2022 saylı qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətində ağlay daşlarının vurulması nəticəsində İddiaçı dəymiş zərərin əvəzi qismində 6864 (altı min səkkiz yüz altmış dörd) manat, əlavə və nəqliyyat xərcləri qismində 600 (altı yüz) manat və zəhmət haqqı olaraq verilmiş 2220 (iki min iki yüz iyirmi) manat, ümumilikdə 9684 (doqquz min altı yüz səksən dörd) manat məbləğdə pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və onun həyətində kafel-metlax işlərinin görülməsi nəticəsində İddiaçı dəymiş zərərin əvəzi qismində 3126 (üç min yüz iyirmi altı) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 (yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4561 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar