Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-750/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, Cavabdeh iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı «diplomun etibarsız hesab edilməsi», qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh İddiaçınə və Azərbaycan Texnologiya Universitetinə qarşı «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi» tələblərinə iddiaları əsasında mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(069)-13/2023 saylı qətnaməsindən (hakim İ.Əliyev) iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «diplomun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Elm və Təhsil Mərkəzi Aqrar Ekologiya İnstitutu tərəfindən Cavabdeh adına 20 iyun 2001-ci il tarixdə verilmiş A seriyalı 093112 nömrəli diplomun dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Elm və Təhsil Mərkəzi Aqrar Ekologiya İnstitutu tərəfindən Cavabdeh adına yazılmış 20 iyun 2001-ci il tarixli A seriyalı 093112 nömrəli diplomun həqiqiliyinin yoxlanılması məqsədilə X14 tərəfindən Təhsil Nazirliyinə sorğu daxil olmuşdur. Cavabdehə məxsus sənədlər nazirlik tərəfindən araşdırılmış və sorğuya cavab olaraq diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının X14 tərəfindən daxil olmuş 02 avqust 2020-ci il tarixli, 01/xx-xx/2023 nömrəli məktubda Azərbaycan Texnologiya Universiteti tərəfindən cavabdehin adına verilmiş B seriyalı 114885 nömrəli diplom blankının ləğv edilməsi təklif edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh A seriyalı 093112 nömrəli diplomu təqdim etməklə, 2005-2008-ci illərdə Azərbaycan Texnologiya Universitetində «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə əlavə ali təhsil almış və onun adına 2008-ci ildə B seriyalı 114885 nömrəli diplom blankı yazılmışdır. Belə ki, cavabdehin əldə etdiyi əlavə təhsil üzrə diplom blankının ləğv edilməsi üçün onun adına yazılmış əsas baza təhsili diplomu məhkəmə qaydasında etribarsız hesab edildikdən sonra, əlavə təhsil üzrə diplom blankı ləğv edilməsi məsələsinə baxılacaqdır. Cavabdehə məxsus baza təhsili diplomunun surəti Təhsil Nazirliyinə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinin hüquqi əsası yoxdur. Araşdırma zamanı cavabdeh bildirmişdir ki, o 1999-2001-ci illərdə Gəncə Elm və Təhsil Mərkəzi Aqrar Ekologiya institutunda təhsil almış, 2005-ci ildə Azərbaycan Texnologiya Universitetinə köçürülmüş və 2008-ci ildə oranı bitirmişdir. Lakin, əldə olunan sənədlərdən görünür ki, cavabdeh İnstitutun 2001-ci ildə ona verdiyi diplomla 2005-ci ildə Azərbaycan Texnologiya Universitetinə əlavə ixtisasa qəbul olunmuşdur. Göründüyü kimi Gəncə Elm və Təhsil Mərkəzi Aqrar Ekologiya İnstitutunun fəaliyyəti 2001-ci ildə dayandırılmış və orada təhsil alan tələbələr müvafiq ali təhsil müəssisələrinə köçürülmüşdür. Digər tərəfdən təhsil qanunvericiliyinə əsasən diplom blankları Təhsil Nazirliyində qeydiyyata alınaraq, təhsil müəssisələrinə məzunlarının sayına uyğun olaraq verilir. Cavabdehə məxsus olan diplom blankı isə nazirlikdə qeydiyyata alınmamış və sifariş verilməmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun (1992-ci il tarixli) 8-ci maddəsində qeyd edilir ki, təhsil sənədi müvafiq əmək fəailyyətinə başlamaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. «Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında» Azərbaycan Respublikası təhsil nazirinin 09 noyabr 2000-ci il tarixli Təlimatının 5-ci bölməsinə əsasən, təhsil sənədi müvafiq təhsil pilləsini bitirmiş şəxslərə verilir. Təhsil sənədləri məzunlara təhsil müəssisəsini bitirdikdən sonra ən geci 10 gün müddətində verilir. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Cavabdehə məxsus diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel, 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi» Qaydasına uyğun gəlmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili» Qaydalarının 1.2-ci bəndində qeyd edilir ki, bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi» Qaydasının 5.1.3-ci bəndinə əsasən, Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə təhsili ala bilərlər. Qaydaların bu bəndindən göründüyü kimi, əlavə təhsilə qəbul olunmaq üçün mütləq ki, ali baza təhsili tələb olunur. Baza təhsili qanuni olmayan və adına dövlət nümunəli təhsil sənədi yazılmayan şəxsin təkrar ali təhsil alması qanunvericiliyin tələblərinə cavab vermir. Qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh İddiaçınə və Azərbaycan Texnologiya Universitetinə qarşı «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli e-21(114)-1513/2022 nömrəli qanuni qüvvəyə minmiş və icra olunmuş qərarına əsasən, onun adı (Cavabdeh) əlavə təhsil alması üçün qəbul olmuş tələbələrin siyahısından çıxarılaraq, Gəncə Elm- Təhsil Mərkəzi Azərbaycan X2 köçürülmüş tələbələr sırasına daxil edilməklə, müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirildiyi üçün, ilk iddia tələbinin mümkünsüz sayılması və Azərbaycan Texnologiya Universiteti tərəfindən onun (Cavabdeh) adına yazılmış «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə ali təhsil üzrə 18 iyun 2008-ci il tarixli, B seriyalı 114885 nömrəli, 5325-B nömrəsi ilə qeydiyyata alınmış dövlət nümunəli bakalavr diplomunun X8 Təhsil Nazirliyinin göstərdiyi xidmətlər bölməsinə yerləşdirilməsinin İddiaçınə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, 1999-cu ildə Gəncə şəhərində yerləşən Gəncə Elm-Təhsil Mərkəzi Aqrar X6 İqtisadiyyat Fakültəsinə qəbul olmuşdur. Həmin İnstitutun lisenziyası 2001-ci ildə ləğv olunsa da, tələbə olaraq 2002-ci ilə qədər orada təhsil almışdır. X19-Təhsil Mərkəzi Aqrar Ekologiya İnstitutunda təhsilini 3 il davam etdirdikdən sonra institutun fəaliyyəti tamamilə dayanmış və o, həmin təhsil müəssiəsindən təhsil pilləsinin bitirilməsini təsdiq edən diplomu ala bilməmişdir. Səbəb 2001-ci ildə Gəncə Aqrar-Ekologiya İnstitutunun lisenziyasının ləğv olunması olmuşdur. Bu vəziyyətlə bağlı müxtəlif aidiyyəti qurumlara müraciət etdikdən sonra məsələyə baxılmış və nəticədə o, 2003/2004-cü tədris ilində Gəncə Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini köçürülmə və bərpa şəklində yenidən 3 kursdan davam etdirərək, 2008-ci ildə həmin fakültədən məzun olmuşdur. Bununla bağlı ona Gəncə Texnologiya Universiteti tərəfindən «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə ali təhsil bitirmə haqqında B seriyalı № 114885 nömrəli diplom verilmişdir. 2011-ci ilin avqust ayının 1 dən hal-hazıradək Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyir. Dövlətinə sadiqdir və bu müddətdə müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur. Müxtəlif nazirlik və idarələrin 5 fəxri fərmanı, 44 günlük Vətən müharibəsindəki fəallığına görə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli 2702 nömrəli Sərəncamı ilə «X4 görə» Medalı, X1 2 Fərmanı, X17 X12 ilə təltif olunmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandanın əks hücum əmri ilə başlayan 44 gün davam edən ikinci Qarabağ müharibəsində bələdçi olaraq iştirak etmişdir. Lakin 2022-ci ildə iş yerinin dəyişdirilməsi ilə bağlı olaraq diplomun əlavəsini əldə etmək üçün Gəncə Texnologiya Universitetinə müraciət edərək, Universitetin arxivindən həmin sənəd istənilmişdir. Diplomunun əlavəsini əldə etdikdən sonra, onun şəxsi işində olan bəzi sənədlərin həqiqətə uyğun olmadığını görmüşdür. Göründüyü kimi o, 2002-ci ildə Aqrar-Ekologiya İnstitutunu bitirə bilməmişdir, çünki 2001-ci ildə adı çəkilən İnstitutun lisenziyası ləğv edilmişdir. Buna baxmayaraq, Gəncə Texnologiya Universitetində şəxsi işində olan Aqrar-Ekologiya İnstitutunun ali təhsil diplomunun surəti olmuşdur. Ancaq bu sənəd həqiqi deyildir, çünki həmin sənədin əsli heç bir zaman ona təqdim olunmamış, o, həmin təhsil sənədi ilə əmək fəaliyyətinə başlamamış, adı çəkilən diplomdan istifadə etməmiş və yararlanmamışdır. Onun doğum günü də daxil olmaqla, qəbul olduğu və bitirdiyi tarixlər və məlumatlar dəqiq deyildir. Ona görə ki, həmin sənəd ona aid deyildir. Gəncə Texnologiya Universitetində (və ya GTU) təhsilini universitetlərarası köçürmə və bərpa şəklində davam etdirmişdir. Buna baxmayaraq, Gəncə Texnologiya Universitetinin 14 sentyabr 2005-ci il tarixli 244 saylı Əmrində onun təhsilini davam etdirməyini köçürmə bərpa şəklində deyil, əlavə ixtisas təhsilində davam etməyi ilə bağlı qeydlər olmuşdur. 01 iyun 2022-ci il tarixdə düzəliş aparılmış həmin 2005-ci il tarixli əmr özü belə 1 il gecikmə ilə hazırlanmışdır. Belə ki, o, 2003/2004-cü tədris ilində Gəncə Texnologiya Universitetində təhsilini davam etdirmiş, buna baxmayaraq əmr 14 sentyabr 2005-ci il tarixdə verilmişdir. Həmçinin o, heç bir zaman əlavə təhsil üçün müraciət etməmiş və ümumiyyətlə həmin tarixdə əlavə təhsil almaqla bağlı istəyi olmamış, çünki həmin tarixdə onun əlavə təhsil almaq üçün əsas baza təhsil diplomu olmamışdır. Sənədlərdə olan bu qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədi ilə Azərbaycan Texnologiya Universitetinə 11 aprel 2022-ci il tarixdə etdiyi müraciətə 20 aprel 2022-ci il tarixdə verilən cavab məktubunda xahişi təmin olunmamış və imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş «Tələbə-məzun» dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə əsasən Sistemin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilməsi göstərilmişdir. Bununla da, Gəncə Texnologiya Universiteti tələbini qanunsuz saymamış, lakin bunu etməyə səlahiyyəti olmadığını bildirmişdir. Bu səbəblə də, əmrə düzəliş etməkdən imtinanı aşağıdakı formada qeyd etmişdir. «Tərəfinizdən aşkar edilmiş qeyri-dəqiqlikliklərin aradan qaldırılması və elektron hökumət portalına yerləşdirilməsi, həmçinin Azərbaycan Texnologiya Universiteti rəhbərliyinin 14 sentyabr 2005-ci il tarixli 244 saylı əmrinin 2-ci abzasının 5-ci bəndinin ləğv olunmaqla, həmin əmrə düzəliş aparılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz». Ona görə də, Gəncə İnzibati Məhkəməsinə müraciət olunmuş, iddiası məhkəmə tərəfindən təmin olunaraq qərar çıxarılmış və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı Gəncə Texnologiya Universiteti və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tam icra olunmuşdur. Hal-hazırda isə İddiaçı tərəfindən Xocavənd Rayon Məhkəməsinə müraciət olunaraq, onun adına yazıldığı iddia olunan əsas baza təhsili «Diplomun etibarsız hesab edilməsi» barədə iddia icraata götürülmüşdür. Onun əlavə təhsil almağı barədə verilmiş 14 sentyabr 2005-ci il tarixli 244 nömrəli əmrin müvafiq hissəsinin 2-ci abzasının (əlavə ixtisas təhsili ilə bağlı) 5-ci bəndinin ləğv olunmaqla, həmin əmrə düzəliş aparılmış və onun adı əlavə təhsil alması üçün qəbul olmuş tələbələrin siyahısından çıxarılaraq, Gəncə Elm-Təhsil Mərkəzi Azərbaycan X2 köçürülmüş tələbələr sırasına daxil edilməklə, müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi təmin edilmişdir. Belə olan halda onun əsas baza təhsil diplomu əsasında əlavə təhsil almağı ilə bağlı qaldırılmış iddianın hazırda hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1671/2021 saylı 20 oktyabr 2021-ci il tarixli Qərarının 40-cı bəndində qeyd edilmişdir ki, «X universitetinin filialında tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan təhsilləri qanuni sayılmalıdır və onlar yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar». Bir sözlə, onun təhsilini Gəncə Universitetində davam etdirməyi tamamilə qanuni olmuş, lakin bərpaköçürmə əməliyyatlarının sənədləşdirilməsi Gəncə Texnologiya Universiteti tərəfindən düzgün aparılmadığına görə, Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış və iddiası təmin edilmişdir. X13 Məhkəməsinin 28 aprel 2022-ci il tarixli e-21(114)-1513/2022 nömrəli qanuni qüvvəyə minmiş və icra olunmuş qərarı Xocavənd Rayon Məhkəməsi üçün preyudisial xarakter daşımalıdır. Hesab edir ki, Azərbaycan Texnologiya Universiteti iş üzrə icraatda cavabdeh kimi cəlb edilməli və Gəncə Texnologiya Universiteti tərəfindən ona 18 iyun 2008-ci il tarixdə verilmiş «Mühəndis İqtisadiyyatı və İdarəetmə İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə ali təhsil bitirmə haqqında B seriyalı 114885 nömrəli mübahisələndirilən diplomun qanuni yolla verildiyi və dövlət numünəli olduğu bir daha təsdiq olunmalıdır. Xocavənd Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(069)-13/2023 saylı qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddi isə təmin olunaraq, Azərbaycan Texnologiya Universiteti tərəfindən Cavabdeh adına yazılmış «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə 18 iyun 2008-ci il tarixli, B seriyalı 114885 nömrəli, 5325-B nömrəsi ilə qeydiyyata alınmış dövlət nümunəli bakalavr diplomunun X8 Təhsil Nazirliyinin göstərdiyi xidmətlər bölməsinə yerləşdirilməsi İddiaçınə həvalə edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi X9 apellyasiya şikayəti verərək ləğv olnmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilk iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosesində cavabdeh ilkin iddia tələbinə qarşı “Azərbaycan Texnologiya Universiteti tərəfindən Cavabdeh adına yazılmış «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə 18 iyun 2008-ci ıl tarixli, B seriyalı 114885 nömrəli, 5325-B nömrəsi ilə qeydiyyata alınmış dövlət nümunəli bakalavr diplomunun X8 Təhsil Nazirliyinin göstərdiyi xidmətlər bölməsinə yerləşdirilməsinin İddiaçınə həvalə edilməsi barədə” qarşılıqlı iddia ərizəsi vermişdir. İşə baxan məhkəmə ilkin iddia tələbini təmin etməmiş, lakin qarşılıqlı iddia tələbini təmin edərək, öz qərarını belə əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ildə iş yerinin dəyişdirilməsi ilə bağlı diplomun əlavəsini əldə etmək üçün Azərbaycan Texnologiya Universitetinin arxivinə müraciət etmiş, universitetin bərpa-köçürmə komissiyasının 14 sentyabr 2005-ci il tarixli 1 saylı protokolunda onun əlavə ixtisas təhsili alması və adına Gəncə Elm-Təhsil Mərkəzi Aqrar- Ekologiya İnstitutunu bırtirməsinə dair ali təhsil diplomunun kserosurətinin olmasını müəyyən etmişdir. Baxmayaraq ki, Cavabdeh 1999-cu ildə Gəncə Elm-Təhsil Mərkəzi Aqrar-Ekologiya İnstitutuna qəbul olmuş, 2001-cı ildə adı çəkilən institutun lisenziyası ləğv edildiyindən, həmin ildə institutu bitirməsi mümkün deyildir. Bununla bağlı Cavabdeh sənədlərində olan bu qeyri-müəyyənliyin aradan qaldırılması ilə bağlı Gəncə İnzibatı Məhkəməsinə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli e- 2-1(114)-1513/2022 nömrəli qərarı ilə iddiası təmin edilmiş və Azərbaycan Texnologiya Universitetinin Bərpa-köçürmə Komissiyasının 14 sentyabr 2005-ci il tarixli 1 saylı protokolunun dəyişdirilməsi, 14 sentyabr 2005-ci il tarixli 244 nömrəli əmrin müvafiq hissəsinin 2-ci abzasının (əlavə ixtisas təhsili ilə bağlı) 5-ci bəndini ləğv olunmaqla, həmin əmrə düzəliş aparılması, Cavabdeh adının köçürülən tələbələrin siyahısında qeyd olunacaq şəkildə dəyişdirilməsi və müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Texnalogiya Universitetinin üzərinə qoyulmuş, məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunmuş və onun adı əlavə təhsil alması üçün qəbul olmuş tələbələrin siyahısından çıxarılaraq, Gəncə Elm- Təhsil Mərkəzi Azərbaycan X5 köçürülmüş tələbələr sırasına daxıl edilməklə, müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi təmin edilmişdir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunlarn sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi tərəfindən verilir. Məhkəməyə X14nin məktubunun təqdim edilməsinə və cavabdehin baza təhsilinə aid diplomun dövlət sənədinin olmamasına baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır. İşə baxan məhkəmə təhsil qanunvericiliyinin müddüəlarından irəli gələn tələblərə düzgün qiymət verməmiş, yalnız onunla əsaslanmış ki, mübahisəli diplomun Cavabdeh verilməsi öz təsdiqini tapmır. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, yalnız qarşılıqlı iddia tələbində qeyd edilənlərə istinad edərək, formal əsaslarla qərar qəbul etmişdir. İşə baxan məhkəmə qətnamədə Cavabdeh sənədlərində olan bu qeyrimüəyyənliyi aradan qaldırması ilə bağlı Gəncə İnzibatı Məhkəməsinin 28 aprel 2022-cı il tarixli e-2-1(114)-1513/2022 nömrəli qərarının qanuni qüvvəyyə mindiyinə və qərarın icra edildiyinə qiymət verərək, ilkin iddia tələbinin əsassız olduğunu bildirmişdir. Azərbaycan Texnologiya Universitetində “Mühəndis iqtisadiyyatı və idarəetmə” istiqamətinin “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə əlavə ali təhsil almış və onun adına 2008-ci ildə B seriyalı 114885 nömrəli diplom blankının yazılması, Cavabdeh baza təhsilini təsdiq edən 20 iyun 2001-ci il tarixdə verilmiş A seriyalı, 093112 nömrəli diplomun etibasız hesab edilməsini istisna edə bilməz. Məhkəmə bu halı nəzərə almayaraq, nəticədə yanlışlığa yol vermişdir. Əlavə təhsilə qəbul olunmaq üçün mütləq ilkin ali baza təhsil tələb olunur. Bildiririk ki, baza təhsili qanuni olmayan və adına dövlət nümunəli təhsil sənədi yazılmayan şəxsin təkrar ali təhsil alması qanunvericiliyin tələblərinə cavab vermir. Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı və Cavabdeh apellyasiya şikayətinə qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış qarşılıqlı iddia üzrə digər cavabdeh Azərbaycan Texnologiya Universiteti məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi» tələbindən ibarət qarşılıqlı iddia hissədə işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Plenum Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Plenum Qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum Qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Plenum Qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi»ndən ibarət tələbi inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olaraq inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdeh İddiaçı nümayəndəsi X7 apellyasiya şikayəti qismən təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(069)-13/2023 saylı qətnaməsi «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi» vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət qarşılıqlı iddianın təmin edilməsi hissədə ləğv olunsun. Qarşılıqlı idia üzrə iddiaçı Cavabdehlər İddiaçınə və Azərbaycan Texnologiya Universitetinə qarşı «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi» vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla mübahisə predmeti üzrə müvafiq inzibati orqana, nəticəsindən asılı olaraq isə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-750/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-750/2023
17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver