Məhkəmə qərarları › İş №2(106)-757/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-757/2023

11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-757/2023 11.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və üçüncü şəxs Füzuli rayon notariat ofisinə qarşı mirasda payın müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: mirasda payın müəyyən edilməsi X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X9, ilk iddia üzrə Cavabdeh1, onun vəkili Vəkil, ilk iddia üzrə cavabdeh X10 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və üçüncü şəxs Füzuli rayon notariat ofisinə qarşı mirasda payın müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş birgə apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, ** CT *** dovlət nömrə nişanlı, buraxılış ili 2007 olan, göy rəngli, “HYUNDAİ COUNTY” markalı avtobus, ** MA *** nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metalik rəngli, “OPEL ZAFİRA” markalı avtomobil, ** ZN *** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, ağ rəngli “FORD TRANSİT” markalı mikroavtobus, ** CK *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, gümüşü metallik rəngli, “MERSEDES BENZ E200 CDİ” markalı minik avtomobili üzərində onun 1/4 hissədə vərəsəlik hüququnun tanınması və qeyd olunan miras əmlaklarda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X7 15 dekabr 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Atasının vəfatından sonra miras əmlakdan ona çatası payın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün Füzuli rayon Dövlət notariat ofisinə müraciət etmişdir. Füzuli rayon Dövlət notariat ofisinin notariusu Fəxrəddin İbadullayevin 19 iyun 2021-ci il tarixli 211 nömrəli məktubuna əsasən digər vərəsələrlə aralarında mirasın bölünməsi ilə bağlı mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması və bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyə olundu. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atasının daşınar və daşınmaz əmlakları kifayət qədər olmuş, onlardan çox az qismi rəsmi reyestrdə qeydiyyatdan keçmişdir. Atası rəsmi reyestrdə qeydiyyatdan keçmiş daşınar və daşınmaz əmlakları bunlardır: Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, ** CT *** dovlət nömrə nişanlı, buraxılış ili 2007 olan, göy rəngli, “HYUNDAİ COUNTY” markalı avtobus, ** MA *** nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metalik rəngli, “OPEL ZAFİRA” markalı avtomobil, ** ZN *** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, ağ rəngli “FORD TRANSİT” markalı mikroavtobus, ** CK *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, gümüşü metallik rəngli, “MERSEDES BENZ E200 CDİ” markalı minik avtomobili. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X12 miras qalmış Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 və 6,92 manat, "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaitinin vərəsələr arasında bölüşdürülməsi, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri- yaşayış sahəsinin (qaraj), ** CT *** dovlət nömrə nişanlı, buraxılış ili 2007 olan, “HYUNDAİ COUNTY” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı, buraxılış ili 1999 olan, “FORD TRANSİT” markalı, ** CK *** dövlət nömrə nişanlı və ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, əri X19 15 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhumdan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 və 6,92 manat, "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaitinin vərəsələr arasında bölüşdürülməsi, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dovlət nömrə nişanlı, buraxılış ili 2007 olan, “HYUNDAİ COUNTY” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı, buraxılış ili 1999 olan, “FORD TRANSİT” markalı, ** CK *** dövlət nömrə nişanlı və ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı avtomobillər miras qalmışdır. Vərəsəliyin qəbul edilməsi ilə bağlı digər vərəsələrlə birlikdə notariat orqanına müraciət etmişlər, 6 ay keçdikdən sonra mirasdan onun xeyrinə imtina olduğu üçün adına şəhadətnamə verilmiş, İddiaçı payı isə açıq saxlanılmışdır. İddiaçı payını qəbul etmək istəmir. Belə ki, mirasın çox hissəsini tələb edir. Əsassız mübahisələr yaradır. Bu səbəbdən də, miras əmlakının razılıqla bölüşdürülməsi mümkün deyil. Ona görə də, miras əmlakının vərəsələr arasında bölüşdürülməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin ona vərəsələr arasında mübahisə olduğu üçün payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı-cavabdeh İddiaçı ilk iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı qanun üzrə digər vərəsələrin paylarının müəyyən olunmasına etiraz etmədiyini də bildirmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X15 ilk iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. E.Nəbiyeva həmçinin qanun üzrə digər vərəsələrin də paylarının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin həcmini artıraraq ilk iddia ərizəsində göstərilənlərlə yanaşı Sumqayıt şəhərində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsinin (qaraj) istifadə hüququnun, eləcə də "xxxx" ASC-də saxlanılan 509,35 manat, "xxxx" QSCdə saxlanılan 228,66 manat pul vəsaitinin, eləcə də "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin ¼ hissəsinə dair İddiaçı vərəsəlik payının tanınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mərhum ərindən miras qalmış əmlaklara dair vərəsələrin, o cümlədən oğlu İddiaçı qanunvericiliyə əsasən paylarının müəyyən edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh-iddiaçı Cavabdeh1 nümayəndəsi vəkil X25 ilk iddia üzrə vərəsə İddiaçı qanunvericiliyə əsasən payının müəyyən edilməsinə etiraz etmədiyini bildirdi və həmçinin Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə Cavabdeh3 ilk iddia üzrə iddiaçı qardaşı İddiaçı atalarından miras qalmış əmlaklara dair vərəsəlik payının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ilə ilk iddia təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərin ¼ hissəsi, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun ¼ hissəsi, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınmış. İlk iddia üzrə Cavabdeh3 63,66 manat vəsait alınaraq İddiaçı verilməsi, Qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin, "xxxx" ASC-də saxlanılan 509,35 manat vəsaitin ¼ hissəsinə Cavabdeh1 vərəsəlik payı tanınmış. Cavabdeh3 318,33 manat vəsait alınaraq Cavabdeh1 verilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş birgə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinə dair ədalətli qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından, həmçinin qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə faktlar və qanun əsasında yeni qərar qəbul edilməlidir. İşin hallarına əsasən tərəflər-İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ana (Cavabdeh1) və övladlardan ibarət olmaqla, onların hər dördü xx.xx.2020-ci ildə vəfat etmiş X14 1-ci növbə vərəsələridir. İşin halları ilə həmçinin mübahisəsiz qaydada müəyyən edilmişdir ki, X12 ilk iddiada sadalanan əmlaklar miras qalmışdır. Həmçinin işin mübahisəsiz hallarından biri də miras qoyan X19 ilə cavabdeh-ana Cavabdeh1 miras qoyanın ölüm tarixinə birgə nikahda olmaları faktıdır. Bununla yanaşı məhkəmə MM-nin 225.1-ci və 1162-ci maddələrinə və Ailə Məcəlləsinin 32-ci maddəsinə istinadi anlaşılmazdır. Həmin qanun normaları da ər-arvadın birgə nikah dövründə qazandıqları əmlakın onların ümumi mülkiyyəti hesab olunmasından bəhs edir. Bu baxımdan hesab edir ki, hazırkı halda mərhum X14 ölümündən sonra qalmış əmlaklardan onun həyat yoldaşı-Cavabdeh1 Tanriverən qızının payı ) əmlakların 1/2 hissəsi) çıxıldıqdan sonra vərəsələr (İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3) mərhum X14 payına düşən 1/2 hissəyə dair mübahisə aça bilərdilər. Bundan başqa, işin hallarından görünür ki, miras əmlaklardan – ** MA *** dövlət nömrə nişanlı “OPEL ZAFİRA” markalı avtomobil hələ mərhum X1 etibarnamə əsasında faktiki olaraq başqa şəxsə satılmışdır, yəni həmin əmlakın ilk iddia üzrə cavabdehlərdə olması iş materialları ilə təsdiq olunmur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri üzrə izahat verərək göstərmişdir ki, miras qoyandan miras qalmış əmlaklar üzərində bütün vərəsələrin payının müəyyən edilməsinə etirazları yoxdur. Lakin məhkəmənin diqqətinə çatdırmışdır ki, Cavabdeh1 miras qoyanın arvadı olduğundan bütün miras əmlakın ½ hissəsi ona məxsusdur. Həmçinin Cavabdeh1 mirasın digər ½ hissəsinin də payçılarından biridir. Həmçinin göstərmişdir ki, miras əmlaka daxil olan ** MA *** dövlət nömrə nişanlı “OPEL ZAFİRA” markalı avtomobil hələ mərhum X1 etibarnamə əsasında faktiki olaraq başqa şəxsə satılmış və həmin avtomobil miras qoyanın vəfatından sonra həmin şəxsin adına alqı-satqı edilmişdir. Həmin əmləkin miras əmlakları sırasından çıxarılmasını və payların müəyyən edilməməsini məhkəmədən xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 vəkilinin izahatına oxşar olan izahat verərək onunla razılaşdığını bildirmişdir. Cavabdeh X16 da eyni məzmunlu izahat vermiş və miras əmlaklar üzərində qanuna müvafiq olaraq payların müəyyən edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X15 apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkilinin verdiyi birgə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinə dair ədalətli qərar qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəyə görə isə bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51-ci maddəsinə əsasən; - Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. - İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İV-JQ seriyalı № 468978 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X4 arasındakı nikah xx.xx.1988-ci il tarixdə Azərbaycan SSR-nin Nikah evində bağlanmış və 1876 nömrəsi ilə qeyd edilmişdir. XİV-JQ № 385336 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixində Sumqayıt şəhərində doğulmuşdur. X7, anası Cavabdeh1dır. AZ-İİ № 174478 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 1156 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir ki, miras qoyan X2 yaşayış yeri Füzuli rayonu, Horadiz qəsəbəsidir. Bu səbəbdən ona Füzuli rayon dövlət notariat ofisinə müraciət etməsi izah edilmişdir. Füzuli rayon dövlət notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 211 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir ki, atasından qalmış mirasın bölünməsi ilə bağlı digər şəxslərlə mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir ki, xx.xx.1965-ci il təvəllüdlü X14 adına qeydə alınmış avtomobillər bunlardır: ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı avtobus, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı avtomobil, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANSİT” markalı mikroavtobus, ** CK *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı minik avtomobili. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, X14 Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququ 26 noyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AE № 089314 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dır. Qeydiyyat üçün əsas xx.xx.2021-ci il tarixli, 2V-8** AC ***939 vərəsəlik hüququ haqqında şəhadətnamədir. AE № 089316 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dır. Qeydiyyat üçün əsas xx.xx.2021-ci il tarixli, 2V-8** AD ***167 vərəsəlik hüququ haqqında şəhadətnamədir. Sumqayıt şəhər XDS-nin RH tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 43 saylı qərarına əsasən X17 yaşadığı ərazidə metal qaraj qoymaq üçün 18 kv.metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilir ki, qeyri-yaşayış binası (qaraj) 17,7 kv.metrdir. xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-865 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 18-ci mik-on ərazisi ünvanında yerləşən ümumi sahəsi 17,7 kv.metr olan qeyri-yaşayış binasının (dəmir qaraj) istifadə hüququndan ibarətdir. Miras əmlakdan ¾ hissədə Cavabdeh1 payı tanınmış, qalan ¼ hissədə pay açıq saxlanılmışdır. xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-864 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sumqayıt filialının xx.xx.2021-ci il tarixli, 211659 saylı məktubuna əsasən X14 514,50 manat pul məbləğindən ibarətdir. Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktubda qeyd edilmişdir ki, X12 miras qalmış əmlaklara dair xx.xx.2021-ci il tarixində 2V-862, 863, 864 və 865 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vərəsəlik işi üzrə şəhadətnamələrdə payı açıq qalmış vərəsənin miras payına qanunvericiliyə zidd olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Odur ki, payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, X14 bank hesabında 514,50 manat vəsait qalmışdır. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 04 saylı məktubunda qeyd edilir ki, X14 bank hesabında qalan vəsait 228,66 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, X14 bank hesabında olan 514,50 manat vəsaitdən xx.xx.2022-ci il tarixdə 509,35 manat vəsait qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə və Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh3 tərəfindən xəzinədən məxaric edilmiş, 5,14 manat isə bank tərəfindən xidmət haqqına tutulmuşdur. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, mərhum X14 AZ67NBCB4101007AZN********** nömrəli əmanət üzrə faiz hesabında 197,92 manat, sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı AZ54NBCB4104007AZN********** nömrəli bank hesabında isə 6,92 manat məbləğində vəsait mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən prosessual hüquq normalarının tələbini pozmaqla qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkilinin birgə apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. İddia tələbindən göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış miras kütləsinə daxil olan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququ, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərinin, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərinin üzərində onun vərəsəlik payı tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, miras qoyan A.Rüstəmovun xx.xx.2020-ci il tarixində vəfat etməsi ilə miras açılmışdır. Miras qoyan vəsiyyətnamə qoymamışdır. Miras qoyanın birinci növbəli vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X13r. Müəyyən edilmişdir ki, X3 miras qalmış miras kütləsinə daxil olan əmlaklar aşağıdakılardır. Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi (icarə hüququ); ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı; ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı; “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı; “MERCEDES BENZ E200 CDİ” markalı avtomobilləri; Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binası; "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitləri. Bundan başqa işin faktiki hallarından görünür ki, iddia tələbi Cavabdeh1 tərəfindən tam şəkildə mübahisələndirərək vərəsələr arasında miras əmlaklar üzərində ədalətli payların müəyyən edilməsini xahiş etmişdir. Ümumiyyətlə həm iddiaçı həm də cavabdehlər miras qoyandan qalan əmlaklardan onlara düşən payların ədalətli şəkildə müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Göründüyü kimi miras qoyan tərəfindən hər hansı vəsiyyətnamə qoyulmamışdır. Buna görə də miras qoyandan miras qalan əmlaklar üzərində onun qanun üzrə vərəsələrinin payları müəyyən edilməlidir. Mülki Məcəllənin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyanın ölümündən sonra onun 4 vərəsəsi qalmışdır. Onlaradn biri Cavabdeh1 miras qoyanın arvadı, digər 3 nəfər İddiaçı, Cavabdeh3 və Cavabdeh2 isə onun övladlarıdır. Cavabdeh1 miras qoyanın arvadı olduğundan və onların əldə etdikləri əmlakda ərarvadın payları bərabər hesab edildiyindən miras qoyandan qalmış miras kütləsinə daxil olan 15 ha torpaq sahəsi istisna olmaqla digər əmlaklar üzərində Cavabdeh1 5/8 hissə payı, 15 ha torpaq sahəsinin icarə hüququ üzərində isə ¼ hissə payı müəyyən olunmalıdır. Həmçinin 15 ha torpaq sahəsinin icarə hüququ üzərində digər vərəsələrin də ¼ hissə, digər əmlaklar üzərində isə onların 1/8 hissə vərəsəlik payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qeyd edilən məsələ ilə əlaqədar xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə daha məqsədəmüvafiq və uğurlu normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Almaniya Federativ Respublikasının mülki qanunvericiliyinə əsasən, imtina hüququnun mövcudluğuna baxmayaraq, mirasın açılması ilə miras əmlak vərəsəyə keçir. Əgər vərəsə mirası qəbul etmişsə və ya mirasdan imtina üçün nəzərdə tutulmuş müddət keçmişsə, o, mirasdan imtina edə bilməz. Mirasdan imtina müddətinin keçməsilə vərəsə mirası qəbul etmiş sayılır (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin 1942 və 1943-cü maddələri). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Məhkəmə Kollegiyası qarşılıqlı iddia tələbinin Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı, “FORD TRANZİT” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən tələbə hazırkı mərhələdə baxılması əsaslı və yol verilən deyildir. Belə ki, vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin tələbə ayrıca icraatda baxılması daha məqsədəmüvafiqdir. Odur ki, kollegiya qarşılıqlı iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi qismən təmin edilərək X3 miras qalmış miras kütləsinə daxil olan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi üzərində Cavabdeh1, ¼ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində Cavabdeh3, ¼ hissəsi üzərində Cavabdeh2, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərinin, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin 5/8 hissəsi üzərində Cavabdeh1, 1/8 hissəsi üzərində İddiaçı, 1/8 hissəsi üzərində Cavabdeh3, 1/8 hissəsi üzərində Cavabdeh2 vərəsəlik payları tanınmalı, iddia qalan hissədə təmin edilməməli, Qarşılıqlı iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçı və qarşılıqlı iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş birgə apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi qismən təmin edilsin. X3 miras qalmış miras kütləsinə daxil olan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi üzərində Cavabdeh1, ¼ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində Cavabdeh3, ¼ hissəsi üzərində Cavabdeh2, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərinin, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin 5/8 hissəsi üzərində Cavabdeh1, 1/8 hissəsi üzərində İddiaçı, 1/8 hissəsi üzərində Cavabdeh3, 1/8 hissəsi üzərində Cavabdeh2 vərəsəlik payları tanınsın. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar