Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-770/2025 05.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə , İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Əli-X7 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 4204.80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evdə yaşayır. Evinə gələn qaz xətti yerin altından keçir və tez-tez içinə su dolur. Qaz idarəsinin işçiləri gəlib blombu qırdılar və nasos vasitəsi ilə suyu çəkdilər. Bu hal yenə baş verdikdə onun özü blombu qırıb və suyu çəkmiş və əlavə xəttə qoşulmuşdur.Sonra qaz idarəsinin işçiləri gəldilər və onun barəsində akt tərtib etmişlər. Sonradan heç bir araşdırma aparılmamış, onun barəsində inzibati qərar olmamışdır. Onun bu işdə günahı yoxdur. Ona görə də iddiasını təmin edilməsini, cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar elektron məhkəmə vasitəsi ilə ərizə göndərərək məhkəməyə gələ bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakı olamdan keçiriməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə cavabdehin iştirakı olamdan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi (Marif Kazımov) ilə, iddia tələbinin təmin edilməsi, Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 4204.80 manat məbləğində pul vəsaitinin İddiaçı abonent hesabından silinməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi Əli-X7 tərəfindən apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi Əli-X1 Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelllyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2025-ci il tarixli, 2(106)- 770/2025 saylı qərardadı ilə, Cavabdeh İB tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış borcun silinməsi hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9- cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsinin, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyinin sübut olunmaması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi Əli-X1 Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan və əlavə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla, apellyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının təqsirli hərəkətlərinin müəyyən edilməməsi qənaətinə gəlsə də, iş materiallarında olan sübutlara deyil, yalnız subyektiv mülahizələrə əsaslanmışdır. Halbuki birinci instansiya məhkəməsi həmin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir. Buna görə də kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış borcun silinməsi hissəsində ləğv edilməli və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbinə apellyasiya qaydasında yenidən hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakı sübutları müəyyən etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki,İddiaçı tanıyır və onun qonşusudur. Həqiqətən Cabirin evinə gələn boru xəttinə su dolduğunun şahidi olmuş və qaz idarəsinin işçiləri bir neçə dəfə gəlib həmin suyu özləri çəkmişlər. Axırıncı dəfə Cabir özü borudan suyu çəkdi və əlavə xəttə qoşuldu. Bundan sonra qaz idarəsi gəlib Cabir barəsində akt tərtib etmişlər. Aktı tərtib edəndə özü orada olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki,Cabir onun qardaşıdır. Cabirin evinə gedən boru xəttinə su dolmuş, evə qaz getmədiyi üçün Cabir əlavə qaz xətti çəkmişdir. Qardaşı Cabirin günahı yoxdur. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, İddiaçının yaşadığı yaşayış evində Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “abonentin mənzilində sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etdiyi tərəfimizdən aşkar edildi” qeyd olunmuşdur. Qeyd edilən akt Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin X11 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki,İddiaçının yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 35040 kub metr qaz hesablanmışdır Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında olan mübahisə iddiaçının iddia etdiyi kimi, cavabdeh tərəfindən akt üzrə borcun silinməsindən ibarətdir. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evdə yaşayır. Evinə gələn qaz xətti yerin altından keçir və tez-tez içinə su dolur. Qaz idarəsinin işçiləri gəlib blombu qırdılar və nasos vasitəsi ilə suyu çəkdilər. Bu hal yenə baş verdikdə onun özü blombu qırıb və suyu çəkmiş və əlavə xəttə qoşulmuşdur.Sonra qaz idarəsinin işçiləri gəldilər və onun barəsində akt tərtib etmişlər. Sonradan heç bir araşdırma aparılmamış, onun barəsində inzibati qərar olmamışdır. Onun bu işdə günahı yoxdur. Ona görə də iddiasını təmin edilməsini, cərimənin silinməsini xahiş edir. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, iddiaçının qaz xəttinə qanunsuz qoşulması özünün də izahatı ilə təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman sayğacdan kənar qanunsuz qoşulma halı aşkar edilmiş, birinci instansiya məhkəməsi isə bununla iddiaçının təqsirini təsdiq edən sübutların təqdim olunmaması əsası ilə iddianı təmin etmişdir. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında evinə gələn qaz xəttinin yerin altından keçdiyini və tez-tez içinə su dolduğunu, qaz idarəsinin işçilərinin blombu qıraraq nasos vasitəsi ilə suyu çəkdiklərini və bu hal yenə baş verdikdə onun özünün blombu qırıb suyu çəkdiyini və əlavə xəttə qoşulduğunu bildirmişdir. İkincisi apelyasiya icraatı zamanı Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş videoçəkilişdə də, sayğaca iddiaçının qanunsuz qoşulduğu müəyyən edilmişdir. İddiaçı özü də həmin videoçəkilişdə qanunsuz qoşulmanın onun tərəfindən edildiyini, lakin məqsədinin qaz xəttinə dolan suyun çəkilməsi olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma ilə bağlı pozuntu müvafiq qaydaların tələblərinə əsasən Cavabdeh əməkdaşları tərəfindən aktlaşdırma aparılmaqla təsdiq olunmuşdur. Kollegiya hesab edir ki, qaz sayğacına qanunsuz qoşulma ilə bağlı iddiaçı tərəfin təqsirinin olması tam sübuta yetirilir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı və cavabdeh tərəf hər ikisi də, qaz xəttinə sonuncu dəfə 2023-cü ilin mart ayında Cavabdeh əməkdaşları tərəfindən baxış keçirildiyini və qanunsuz qoşulma halının aşkar edilmədiyini bildirmişdir. İddiaçı isə 2023-cü ilin aprel ayında qanunsuz qoşulma halının aşkar edildiyini və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 4204.80 manat məbləğində pul vəsaitinin 1 ay ərzində istifadə olunmasının qeyrimümkün olduğunu bildirmişdir. Kollegiya bununla bağlı araşdırma aparmağa zərurət görmür. Çünki bu halın araşdıralaraq qiymət verilməsi yalnız iddiaçının xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış borcun azaldılması tələbi olduğu halda mümkün olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Cavabdeh nümayəndəsi Əli-X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış borcun silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddianın mübahisələndirilən hissəsində qiyməti 4204.80 manat, yəni 5000 manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 402-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; QƏT ETDİ: Cavabdeh nümayəndəsi Əli-X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-442/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış borcun silinməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-770/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-770/2025
05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver