Məhkəmə qərarları › İş №2(106)-782/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-782/2025

19.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-782/2025 19.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-130/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh2 münasibətdə 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibrasız hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və 300 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı X7, X23, X19 və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh4 və onun mərhum arvadı X8 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən paylarına düşən 1,66 ha hissəsini 1.100.000 manata İddiaçı satmışlar. Müqavilə bələdiyyə və icra nümayəndəsi tərəfindən təsdiqlənmişdir. Həmin vaxtdan etibarən, yəni 2005-ci ildən iddiaçı mübahisəsiz qaydada qeyd edilən torpaq sahəsindən istifadə etməyə başlamışdır. Lakin, iş üzrə digər cavabdeh, yəni Cavabdeh2 hazırki iş üzrə İddiaçı və X17 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus 4,6625 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-17/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı Cavabdeh2 mülkiyyətində olan, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin X15 istifadəsində olan 2,91 ha hissəsindən, İddiaçı istifadəsində olan 1,75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılması, iddianin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisindən Cavabdeh4, X4, X18, X9, X16, X10 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 5,56 ha pay torpaq sahəsi verilmişdir. Hər birinin payı 0,79428 ha təşkil edir. xx.xx.2005-ci il tarixdə aralarında olan qarşılıqlı razılaşmaya əsasən Cavabdeh4 özünə və ailə üzvlərinə məxsus 5,56 ha torpaq sahəsinin 1,66 hektarını ******* (bir milyon bir yüz min) manata İddiaçı ömürlük satmış, bu barədə aralarında müqavilə bağlanmış, həmin müqavilə Fəridə Əsədova tərəfindən də imzalanmışdır. Qeyd olunan müqavilə Rəncbərlər Bələdiyyəsinin və Rəncbərlər kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Buna baxmayaraq 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X7, X23, Cavabdeh4, X19 və X1 rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən ümumi sahəsi 4.6625 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hədiyyə verənlər: X7 0,79928 ha, X23 0,79928 ha, Cavabdeh4 1,46535 ha, X19 0,79928 ha və X14 0,79928 ha hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişlər. Bundan sonra, Cavabdeh2 öz adına daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixli çıxarış da almışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 20 yanvar 2020-ci il tarixdə ölmüşdür. Bundan başqa, araşdırma zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin bir hissəsi 15 aprel 2005-ci il tarixli müqaviləyə əsasən satıcılar Cavabdeh4 və X8 tərəfindən İddiaçı satılmışdır. Hazırda da mübahisəli torpaq sahəsi 15 aprel 2005-ci il tarixdən İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında göstərdi ki, iddia tələbi ilə razı deyildir və iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirməyir. Belə ki, Cavabdeh4 iddiada göstərilən torpaq sahəsini iddiaçıya satmamışdır. Həmin torpaq sahəsini nəvəsinə bağışlamışdır. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)17/2024 saylı qətnaməsindən də narazıdır. Həmin qətnaməni aldıqdan sonra savadsız olduğundan orada yazılanları oxuya bilməmişdir. Buna görə də, apellyasiya şikayəti vermək üçün olan müddəti ötürmüşdür. Hazırda ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də, ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X19 və X14 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X19 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-130/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Rəşad Nuriyev), iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı və bağlanmış hesab edilməsi, Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-142 nömrə ilə qeyd edilmiş 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən, yəni Cavabdeh4 və X4 münasibətdə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarış qismən, yəni Cavabdeh4 və X4 münasibətdə ləğv edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 300 (üç yüz) manat xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, babam Cavabdeh4 uzun illər xəstə olmuş və təxminən 20 il əvvəl onun müalicə olunması üçün məhrum nənəm X8 həmin pay torpağının 3 hektarını cavabdeh İddiaçı 5 il müddətə icarəyə vermiş və pul almışdır. Qalan pay torpağının 2.5 hektarını isə həmin ərəfədə 5 il müddətə cavabdeh X17 icarəyə vermişdir. Tərəflər arasında iddiaçının alqı-satqı müqaviləsi hesab etdiyi 15 aprel 2005-ci il tarixdə yazılmış kağız parçası notarial qaydada təsdiq edilməmiş, həmçinin Cavabdeh4 xəstəxanada müalicə aldığı vaxt mərhum nənəm X8 tərəfindən icarəyə vermək məqsədilə yazılmış yazıdır və heç bir hüquqi əhəmiyyəti yoxdur Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Məmmədov X5 Rayon Məhkəməsinin 2(017)-130/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun onun nümayəndəsi və vəkili Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin şifahi formada etiraz edərək, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 130/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin 2(017)-130/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. (Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş). 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 324.5-ci maddəsinə əsasə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-130/2025 saylı, 21 fevral 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan 15 aprel 2005-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə Cavabdeh4 və X8 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən onların payına düşən 1,66 ha hissəsini 1.100.000 manata İddiaçı satılması ilə əlaqədar olaraq İddiaçı ilə Cavabdeh4 arasında bağlanmışdır. Müqavilə Rəncbərlər bələdiyyəsinin və Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Rəncbərlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir İşdə olan 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən 4,6625 ha torpaq sahəsinin X7 0,79928 ha, X23 0,79928 ha, Cavabdeh4 1,46535 ha, X19 0,79928 ha və X14 0,79928 ha hissəsini hədiyyə alan Cavabdeh2 bağışlamışlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterinin 12 aprel 2023-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-17/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin X24 istifadəsində olan 2,91 ha hissəsindən, İddiaçı istifadəsində olan 1,75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılmaları qət edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir;

1. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı və bağlanmış hesab edilməsi;

2. Cavabdeh2 münasibətdə 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv hesab edilməsi; Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda qeyd olunan birinci xahişi, yəni İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı və bağlanmış hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh4 və onun mərhum arvadı X8 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən paylarına düşən 1,66 ha hissəsini 1.100.000 manata İddiaçı satmışlar. Müqavilə bələdiyyə və icra nümayəndəsi tərəfindən təsdiqlənmişdir. Həmin vaxtdan etibarən, yəni 2005-ci ildən iddiaçı mübahisəsiz qaydada qeyd edilən torpaq sahəsindən istifadə etməyə başlamışdır. Lakin, iş üzrə digər cavabdeh, yəni Cavabdeh2 hazırki iş üzrə İddiaçı və X17 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus 4,6625 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-17/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı Cavabdeh2 mülkiyyətində olan, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin X15 istifadəsində olan 2,91 ha hissəsindən, İddiaçı istifadəsində olan 1,75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisindən Cavabdeh4, X4, X18, X9, X16, X10 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 5,56 ha pay torpaq sahəsi verilmişdir. Hər birinin payı 0,79428 ha təşkil edir. xx.xx.2005-ci il tarixdə aralarında olan qarşılıqlı razılaşmaya əsasən Cavabdeh4 özünə və ailə üzvlərinə məxsus 5,56 ha torpaq sahəsinin 1,66 hektarını ******* (bir milyon bir yüz min) manata İddiaçı ömürlük satmış, bu barədə aralarında müqavilə bağlanmış, həmin müqavilə Fəridə Əsədova tərəfindən də imzalanmışdır. Qeyd olunan müqavilə Rəncbərlər Bələdiyyəsinin və Rəncbərlər kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Buna baxmayaraq 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X7, X23, Cavabdeh4, X19 və X1 rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən ümumi sahəsi 4.6625 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hədiyyə verənlər: X7 0,79928 ha, X23 0,79928 ha, Cavabdeh4 1,46535 ha, X19 0,79928 ha və X14 0,79928 ha hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişlər. Bundan sonra, Cavabdeh2 öz adına daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixli çıxarış da almışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 20 yanvar 2020-ci il tarixdə ölmüşdür. Bundan başqa, araşdırma zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin bir hissəsi 15 aprel 2005-ci il tarixli müqaviləyə əsasən satıcılar Cavabdeh4 və X8 tərəfindən İddiaçı satılmışdır. Hazırda da mübahisəli torpaq sahəsi 15 aprel 2005-ci il tarixdən İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 apelyasiya şikayətinin dəlillərində (birinci instansiya məhkəməsində iştirak etmədiyindən cavabdein apellyasiya şikayətinin dəlilləri həm də iddiaya etiraz kimi qəbul edilir) qeyd etmişdir ki, Ağcabədi rayon Rəncbərlər kəndində yerləşən 4.6625 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış əsasında onun mülkiyyətimdədir. Həmin torpaq sahəsi əvvəllər 5.56 hektar pay torpaq sahəsi göstərilməklə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN:0042 KOD 60807038 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən babam Cavabdeh4 və onun ailəsinə məxsus olmuş, xx.xx.2023-cü il tarixdən isə xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən onun mülkiyyətimə keçmişdir. Ağcabədi rayon Rəncbərlər kənd sakinləri İddiaçı və X24 hazırda mənim mülkiyyətimdə olan torpaq sahəsini qanunsuz olaraq istifadə etdiklərinə və torpağı ona təhvil vermədiklərinə görə Ağcabədi Rayon Məhkəməsində iddia qaldıraraq onların mənə məxsus 4.6625 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir. Ağcabədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(017)-17/2024 saylı qətnaməsi ilə iddia tələbim qismən təmin edərək Daşınmaz Əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mənim mülkiyyətimdə olan Ağcabədi rayon Rəncbərlər kənd ərazisində yerləşən 4.6625 ha torpaq sahəsinin X24 istifadəsində olan 2.91 ha hissəsindən, İddiaçı istifadəsində olan 1.75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılmaları qət etmiş, iddia tələbini qalan hissədə təmin etməmişdir. Məhkəməmin qətnaməsindən qismən yəni mənim mülkiyyətimdə olan Ağcabədi rayon Rəncbərlər kənd ərazisində yerləşən 4.6625 ha torpaq sahəsinin İddiaçı istifadəsində olan 1.75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılması hissəsindən narazı qalaraq apelyasiya şikayəti vermişəm. Hesab edirəm ki, qətnamənin həmin hissəsi mənim mülkiyyət hüququmu kobud şəkildə pozur və qəbul edilməzdir. Belə ki, babam Cavabdeh4 uzun illər xəstə olmuş və təxminən 20 il əvvəl onun müalicə olunması üçün məhrum nənəm X8 həmin pay torpağının 3 hektarını cavabdeh İddiaçı 5 il müddətə icarəyə vermiş və pul almışdır. Qalan pay torpağının 2.5 hektarını isə həmin ərəfədə 5 il müddətə cavabdeh X17 icarəyə vermişdir. Tərəflər arasında iddiaçının alqı-satqı müqaviləsi hesab etdiyi 15 aprel 2005-ci il tarixdə yazılmış kağız parçası notarial qaydada təsdiq edilməmiş, həmçinin Cavabdeh4 xəstəxanada müalicə aldığı vaxt mərhum nənəm X8 tərəfindən icarəyə vermək məqsədilə yazılmış yazıdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Üçüncü şəxs X7 izahatında göstərdi ki, iddia tələbi ilə razı deyildir və iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh4 iddiada göstərilən torpaq sahəsini iddiaçıya satmamışdır. Həmin torpaq sahəsini nəvəsinə bağışlamışdır. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)17/2024 saylı qətnaməsindən də narazıdır. Həmin qətnaməni aldıqdan sonra savadsız olduğundan orada yazılanları oxuya bilməmişdir. Buna görə də, apellyasiya şikayəti vermək üçün olan müddəti ötürmüşdür. Hazırda ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də, ona vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası tərəflərin məhkəməyə bildirdikləri ilə bağlı ilk öncə öhdəliyin əmələ gəlməsi əsası kimi müqavilənin subyekt tərkibi, məzmuna dair şərtləri, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi, forması, mühüm şərtləri və mahiyyəti barədə aşağıdakı qaydada aydınlıq (izah edilməsini) gətirilməsini zəruri hesab edir. Müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarından biridır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. İş materiallarından da görünür ki, 15 aprel 2005-ci il tarixli müqavilə ilə Cavabdeh4 və X8 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən onların payına düşən 1,66 ha hissəsini 1.100.000 manata (AZN) İddiaçı satmışlar. Həmin müqavilə İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış, Rəncbərlər bələdiyyəsinin və Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Rəncbərlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş, lakin sonradan cavabdehlər həmin torpaq sahəsinin notariat qaydasında rəsmiləşdirilməsindən imtina etmiş, nəticədə tərəflər arasında bağlanmış əqdin notarial qaydada məhz onların təqsiri ucbatından baş verməmiş, əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmış, əqdin özü qanuna zidd olmamaqla, onun yazılı formada tərtib edilməsinə dair tələblərə əməl edilmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçiləri onu imzalamışlar. Yazılı sənədin mətnində digər tərəf - alıcı İddiaçı adının xüsusi olaraq göstərilməsi, daşınmaz əşyanın dəyərini satıcıların qəbul etmələri, alıcının sahəni təhvil almaqla ona sahiblik etməsi, notarial rəsmiləşdirməni satıcılardan tələb etməsi və hətta bu iddianı qaldırması kimi faktiki hərəkətlərin İddiaçı alıcı olaraq iradəsini bəyan etməsi kimi qəbul edilməsi iş materiallarında olan sübutlarla da tam təsdiq olunur. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (§ 32-34). Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarında göstərmişdir ki, “notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir”. Bundan başqa o, da qeyd olunmalıdır ki, cavabdehlərin aralarında 15 aprel 2005-ci il tarixli sadə yazılı formada bağlanmış müqavilə ilə Cavabdeh4 və X8 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylarına düşən 1,66 ha torpaq sahəsini 1.100.000 manata (AZM) İddiaçı satmaları və həmin vaxtdan İddiaçı istifadəsinə verməsi, sonradan isə bağladıqları müqaviləni rəsmiləşdirilməməsi və bunu mübahisələndirməsi hüquqdan sui-stifadə kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Məhkəmə kollegiyası habelə qeyd edir ki, “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir birinə olan inamının da azalmasına gətirib çıxarardı. Göründüyü kimi, 15 aprel 2005-ci il tarixli sadə yazılı formada bağlanmış müqavilə ilə Cavabdeh4 və X8 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylarına düşən 1,66 ha torpaq sahəsini 1.100.000 manata (AZM) İddiaçı satmışlar. Həmin vaxtdan da İddiaçı maneəsiz olaraq göstərilən torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir. Bu hal İddiaçı torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Belə olan halda tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın onun iradəsi ilə əhatə edildiyini tam sübut edir. Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-17/2024 saylı qətnaməsi ilə də 15 aprel 2005-ci il tarixli müqavilənin etibarlılığı məhkəmə tərəfindən yoxlanılmış və həmin əqdin etibarlılığı məhkəmə tərəfindən təsdiq edilmişdir. Beləliklə kollegiya iddia tələbinin yuxarıda qeyd olunan birinci xahişi ilə bağlı yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 15 aprel 2005-ci il tarixli alğısatqı müqaviləsinin etibarlı və bağlanmış hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmuş, məhkəmə bu nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda qeyd olunan ikinci xahişi yəni, Cavabdeh2 münasibətdə 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh2 apelyasiya şikayətinin dəlillərində (birinci instansiya məhkəməsində iştirak etmədiyindən cavabdein apellyasiya şikayətinin dəlilləri həm də iddiaya etiraz kimi qəbul edilir) 15 aprel 2005-ci il tarixli müqavilənin alqı-satqı deyil, icarə müqaviləsini olduğunu və həmin müqavilə ilə mərhum nənəsi X8 və babası Cavabdeh4 1,66 ha torpaq sahəsini İddiaçı satmadığını, 5 illik müddətə icarə verdiyini bildirsə də, kollegiya cavabdehin apelyasiya şikayətinin dəlillərinə həmin hissədə qiymət verilməsinə zərurət görmür. Çünki mübahisəli torpaq sahəsinin 15 aprel 2005-ci il tarixli sadə yazılı formada bağlanmış müqavilə ilə Cavabdeh4 və X8 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylarına düşən 1,66 ha torpaq sahəsini 1.100.000 manata (AZM) İddiaçı satması yuxarıda qeyd olunan iddiaçının iddia tələbinin birinci xahişi üzrə hüquqi dəyərləndirmə aparılmış və bağlanmış müqavilənin etibarlı olması və bağlanmış hesab edilməsi təsdiq olunmaqla iddianın bu hissədə əsaslı olması və təmin edilməsi qət edilmişdir. Cavabdeh4 qətnamənin əqdin etibarlı hesab edilməsi hissəsi ilə razılaşaraq apellyasiya qaydasında mübahisə açmamışıdr. Odur ki, kollegiya yalnız Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri həddində bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavildir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış hesab sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal edilir. İş materiallarından görünür ki, 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X7, X23, Cavabdeh4, X19 və X1 rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən ümumi sahəsi 4.6625 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hədiyyə verənlər: X7 0,79928 ha, X23 0,79928 ha, Cavabdeh4 1,46535 ha, X19 0,79928 ha və X14 0,79928 ha hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişlər. Cavabdeh2 öz adına daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixli çıxarış da almışdır. Bundan sonra Cavabdeh2 məlum olmuşdur ki, Ağcabədi rayon Rəncbərlər kənd sakinləri İddiaçı və X24 onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiklər. Daha sonra Ağcabədi Rayon Məhkəməsində iddia qaldıraraq İddiaçı və X15 ona məxsus 4.6625 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarını tələb etmiş, Ağcabədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(017)-17/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Daşınmaz Əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mənim mülkiyyətimdə olan Ağcabədi rayon Rəncbərlər kənd ərazisində yerləşən 4.6625 ha torpaq sahəsinin X24 istifadəsində olan 2.91 ha hissəsindən, İddiaçı istifadəsində olan 1.75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılmaları qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq bu faktları qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar kimi qəbul etmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya iddia tələbinin 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibrasız hesab edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, nə qədər ki mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri (payçıları) Cavabdeh4 və onun mərhum arvadı X8 özlərinə məxsus paylarını 15 aprel 2005-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq İddiaçı satdığından yenidən həmin satılan yəni özgəninkiləşdirilən pay ilə bağlı hər hansı əqd bağlamaqla hər hansı şəxsə, o cümlədən Cavabdeh2 bağışlana bilməzdi. Məhz bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq 15 aprel 2005-ci il tarixdə Fəridə və Sadil tərəfindən onların özlərinə düşən payları satdığından sonradan satılan həmin hissənin Cavabdeh2 bağışlanmasına dair 16 mart 2023cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini həmin hissədə qismən etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Məhkəmə bağışlama müqaviləsinin qismən yəni satılan hissədə etibarsız hesab etdiyindən, həmin hissə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışı da ləğv etməkdə haqlı olmuşdur. Kollegiya məhkəmənin bu mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmə iddia tələbinin yuxarıda qeyd olunan ikinci xahişi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəliləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-130/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-130/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar