Məhkəmə qərarları › İş №2(106)-798/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-798/2025

21.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-798/2025 21.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2(106)1668/2016 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)151/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh X15 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 02 dekabr 1998-ci il tarixdə bağlanmış nikaha xitam verilmişdir. Qətnamədən cavabdeh X19 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-151/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, X16 ilə X19 arasında bağlanmış 02 dekabr 1998-ci il tarixli, 101 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 04 fevral 2000-ci il tarixdə anadan olmuş X12 anası X13 yanında saxlanılması, yetkinlik yaşına çatmamış X1 üçün X6 hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq X15 verilməsi, alimentin iddiaçı X5 nikahın pozulması üçün məhkəməyə müraciət etdiyi 02 noyabr 2015-ci il tarixdən hesablanması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(106)-699/2018 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2722/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Hilal Xəlilov) iddiaçı X13 cavabdehlər İddiaçı və X11 qarşı fərdi yaşayış evinə köçürülmə, onların fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Elnarə Sadıqovanın yetkinlik yaşına çatmayan (04 fevral 2000-ci ildə doğulmuş) uşağı X12 ilə birlikdə cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovun istifadələrində olan Masallı şəhəri, Talışxanov küçəsi, ev 3 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, onların həmin fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi, cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovdan müştərək qaydada ödənilmiş hüquqi yardıma görə 250 (iki yüz əlli) manat və və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində pulun tutularaq iddiaçı Elnarə Sadıqovaya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X19 və cavabdeh İddiaçı apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçı X19 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı X13 cavabdehlər İddiaçı və X11 qarşı fərdi yaşayış evinə köçürülmə, onların fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Masallı rayon Məhkəməsinin 2(050)- 2722/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsinin iddiaçı Elnarə Sadıqova və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********65 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı şəhəri, Heydər Əliyev prospekti giriş 154 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı 1/5 hissədə, X7 1/5 hissədə və Cavabdeh 3/5 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 yanvar 2025-ci il tarixli, 5-66-1/2-11/2025 saylı məktubundan görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə X2 və ailə üzvlərinə verilmiş 0.04 ha torpaq sahəsinin çızgiləri daxilində 1960-cı ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı və 2014cü ildə tikilmiş 2 mərtəbəli 3 otaqlı (birinci mərtəbədə 1 otaq təmirli) fərdi yaşayış evləri vardır. İddiaçı 1 mərtəbəli iki otaqdan ibarət olan fərdi yaşayış evində yaşayır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, xx xxxxxx 1975-ci il təvəllüdlü Cavabdeh 28 oktyabr 2005-ci il tarixdən ünvan 2 ünvanında; 13 iyul 1998-ci il təvəllüdlü X14 18 yanvar 2013-cü il tarixdən ünvan 3 ünvanında; 04 fevral 2000-ci il təvəllüdlü X12 22 aprel 2017-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadılar. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən otağına vurulmuş qıfılın açılaraq Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyalarını onun evindən çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1951-ci ildə Masallı rayonu, Sərçuvar kəndində anadan olmuşdur. Hazırda ünvan 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. X4 hazırki Cavabdeh ilə 1997-ci ilin sentyabr ayında faktiki ailə münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Nikahlarını isə 101 sayla, xx.xx.1998-ci il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü X14 və xx.xx.2000-ci təvəllüdlü X12 adlı iki nəfər uşaqları olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1668/2016 saylı, xx.xx.2016- cı il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 2(050)151/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilərək, X16 ilə X19 arasında bağlanmış 02 dekabr 1998-ci il tarixli, 101 saylı nikah qeydi pozulması qət edilmişdir. Nikah pozulmamışdan öncə onların ailə münasibətləri pozulmuşdur. Yəni, 2015-ci ildən faktiki ayrıdılar. Cavabdeh 2015-ci ildən evdən çıxmış, özünə məxsus gərəkli cehiz əmlaklarını apararaq, lazım olmayan istifadəyə yararsız divan, kreslo və digər istifadə etmədiyi əşyalarını bir otağa qoyub, qapını kilidləyərək, ona evində darısqallıq yaratmışdır. On ilə yaxındır ki, o, otaqda yatmır. Eyvanda qalır. Onun evi iki otaqdan ibarətdir. Övladı, Fəxrəddin X3 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurduqdan sonra, evin bir otağında hazırki ailəsi ilə yaşayır. Digər otağını da hazırki cavabdeh, sabiq gəlini Cavabdeh gərəksiz əşyaları tutub. Cavabdeh bu hərəkətlərinin məqsədi ona zülm etməkdir. On ilə yaxındır ki, zəhməti ilə tikdiyi evdə yox, eyvanda yatır. Bundan da əlavə, ömrünün sonunu qorxu-həyəcan içərisində keçirir. Odur ki, məcburiyyət qarşısında qalıb, Cavabdeh onun evində olan əmlakları 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyalarını onun evindən çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Otağa qıfıl vurduğundan digər əşyalarının adını bilmir. Qanunvericliyin tələblərinə əsasən tələb edilmiş müxtəlif məişət əşyalarından ibarət cehiz əşyaları toy hədiyyəsi kimi verildiyindən onun ayrıca mülkiyyəti hesab edilir. Lakin, Cavabdeh qeyri-rəsmi həyat yoldaşı X16 ilə faktiki olaraq ayrı yaşamağına baxmayaraq cavabdeh qeyd edilən əmlakları onun evindən götürməməklə mülkiyyətindən istifadə hüquqlarını pozur. Cavabdeh İddiaçı qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Dadva y/m kəndi, yeni qaydalarla: Masallı şəhəri, Heydər Əliyev prospekti, giriş 154 ünvanında, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, **********8 qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Çıxarışla cavabdehlə paylı mülkiyyətlərində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən istifadəsində yaradılmış süni maneələrin aradan qaldırılaraq, həmin evə yığılmış buğda məhsulu və ot bağlarının, eləcə də qeyd olunan evin yeganə təmirli otağına yığılmış çarpayı və digər əşyaların oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi, ərizənin və ona əlavə edilmiş sənədlərin Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadından şikayət verərək, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)- 3108/2024 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsini qəbul edərək icraata götürülməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2024-cü il tarixli, 2(106)- 2004/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisəli əmlaklar olan otağa cavabdeh tərəfindən qıfıl vurulduğundan əmlakların tam siyahısı yoxdur, Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyaları iddiaçının evində olduğu üçün və iddiaçının hüquqlarını məhdudlaşdırdığı üçün həmin əmlakların çıxarılmasının təmin edilməsini xahiş etdi. Məkhəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Qanunvericiliyə əsasən şəxs özünə məxsus evdən əmlakları çıxara bilər. Fərdi yaşayış evi daşınmaz əmlakdır və dövlət reyestrindən qeydiyyatdan keçdikdən sonra hüquq yaranır. Fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmayıb. Dövlət reyestrində qeydiyyata alınan yalnız torpaqdır və həmin torpaq sahəsinin 3/5 hissəsi cavabdehə məxsusdur. Yəni torpaq sahəsinin çox hissəsinə cavabdeh hüquqa malikdir. Torpaq sahəsinin üzərində olan fərdi yaşayış evlər sənədləşsə 3/5 hissəsi cavabdehə məxsus olacaq. Hazırda əmlak üzərində iddiaçının heç bir üstünlüyü yoxdur. Cavabdeh və onun övladları həmin evdə qeydiyyatdadılar. Həmin fərdi yaşayış evində qeydiyyatda olduğu halda cavabdehin əmlakı evdən çıxarıla bilməz. Masallı Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Zeynal Zeynalov) xx.xx.2025-ci il tarixli, 2(050)-94/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 158.4, 152.1, 152.2, 157.4, 158.4-cü maddələri, Mülki Porsessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmış, hesab etmişdir ki, hazırki mübahisə üzrə cavabdehin əmlaklarının iddiaçının istifadəsində olan fərdi yaşayış evinin otağında qalmasının hüquqi əsası yoxdur. Bu hal iddiaçının hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Beləliklə, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, göstərmişdir ki, məhkəmə evdən çıxarılmasını qət etdiyi əmlakların dəqiq siyahısını müəyyən etməmiş, həmin evə dair iddiaçının hüquqlarının qeydiyyata alınmamasını, evin yerləşdiyi torpağın paylı mülkiyyətdə olmaqla, həmin torpaq üzərində onun payımın iddiaçıdan 3 dəfə çox olmasını nəzərə almamış, düzgün olmayan və mülkiyyət hüquqlarımın pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Lakin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********65 reyestr nömrəli Çıxarışla 3/5-nün mülkiyyətimdə olduğu torpaqdakı evdən əşyalarının çıxarılması təmin edilməklə mülkiyyət hüququnun qorunması ilə bağlı norma pozulmuşdur. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Hesab edir ki, mübahisəli evin mülkiyyətçisi olmasa da, (iddiaçı da həmin mənzilin mülkiyyətçisi deyildir) sözügedən evə gəlin köçdüyündən, əşyaları həmin mənzildə olduğundan, uşaqları orada doğulub böyüdüyündən, həyətdə olan digər evin yeganə təmirli otağına iddiaçı əşyalar yığmaqla həmin evə köçməsinə süni maneələr yaratdığına görə əşyalarını yığmağa başqa yeri olmadığından, evin yerləşdirildiyi torpağın paylı mülkiyyətçisi olmaqla payı iddiaçıdan 3 dəfə çox olduğundan həmin evdən əşyalarının iradəsinə zidd olaraq çıxarılması İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Qanunvericiliyin (Mülki Məcəllənin 139,146-cımaddələri) tələbinə əsasən iddiaçının mübahisəli evin mülkiyyətçisi statusunda çıxış etməsi üçün ilk öncə həmin evə dair onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Ancaq iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Azərbaycan RespublikasıMPM-nın 77.1-ci maddəsinə əsasən tələbin əsası kimi istinad olunan həmin xüsusatı sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olumuş sübutlarla əsaslandırdığından, lakin iş materialında iddiaçının mübahisəli evin nəinki mülkiyyətçisi, həmin evə hər hansı hüququnun olmasına dair sübut olmadığından bu barədə iddia subyektiv hüququn olmaması əsası ilə rədd edilməli idi. Lakin təəssüf olsun ki, bu iddia təmin edilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfin apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, bütün əşyaları hazırda həmin evdədir. Evin rəsmi qeydiyyatı yoxdur.Ünvan dəyişdiyinə görə, torpağa mülkiyyət hüququna dair çıxarışda və digər sənədlərdə fərqli ünvanlar göstərilir. Evi atası tikmiş, məhkəmə qərarı ilə həmin evə köçürülmüşdür. Apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. 25. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın; Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Masallı şəhəri, Heydər Əliyev prospekti giriş 154 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı (iddiaçı) 1/5 hissədə, X7 1/5 hissədə və Cavabdeh (cavabdeh) 3/5 hissədə payları dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur, həmin evin bir otağına cavabdehin əşyaları yığılmışdır. Tərəflər arasında mübahisə, sözügedən evdə olan otaqda qıfılın açılaraq Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyaların çıxarılması ilə bağlıdır. İddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi evdən çıxarılmasını qət etdiyi əmlakların dəqiq siyahısını müəyyən etməmiş, həmin evə dair iddiaçının hüquqlarının qeydiyyata alınmamasını, evin yerləşdiyi torpağın paylı mülkiyyətdə olmaqla, həmin torpaq üzərində onun payının iddiaçıdan 3 dəfə çox olmasını nəzərə almamış, düzgün olmayan və mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Mülkiyyət hüququ əşyaya həm sahiblik, həm istifadə, həm də sərəncam vermək hüquqlarının ayrı-ayrılıqda mövcudluğun, həm də bu hüquqların məcmusunu ifadə edir. Hazırkı iş üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********65 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan torpaqda yerləşən evdən əşyalarının çıxarılması qət edilməklə paylı mülkiyyətçi olduğu daşınmaz əmlaka sahib olmaq, ondan istifadə etmək, üzərində sərəncam vermək hüquqları faktiki olaraq pozulmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bununla əlaqədar aşağıdakıları qeyd edir. Kollegiya ilk öncə vurğulayır ki, ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Bu halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur ki, mülkiyyətin çoxsubyektliliyi forması yaranır. Ümumi mülkiyyətin iki növü vardır. Bunlar paylı mülkiyyət və paylı mülkiyyət adlanırlar. Paylı mülkiyyət-həm mülkiyyətçilərin ümumi mülkiyyətdə payları müəyyənləşdirilmiş mülkiyyət formasıdır. Ümumi mülkiyyətdə olan əmlaka həmmülkiyyətçilər birlikdə sahiblik edir, ondan istifadə edir və onun barəsində sərəncam verirlər. Buna görə də hər bir mülkiyyətçi kimi onlar da ümümi mülkiyyətdə olan əşyanın mühafizəsində və salamatlığında maraqlıdırlar. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Nə qədər ki, ümumi mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüququnu bütün həmmülkiyyətçilər birlikdə həyata keçirirlər, onların ümumi razılaşma əsasında həmin əmlak üzərində mülkiyyət hüququ həyata keçirilə bilər. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən əmlakları onun evindən götürməməklə mülkiyyətindən istifadə hüquqlarının pozulmasına istinad etsə də, nəzərə alınmalıdır ki, ünvan 7 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi - iddiaçının, cavabdehin və keçmiş ərinin paylı mülkiyyətindədir. Torpağın 3/5-i cavabdehin, digər şəxslərin isə hər birinin 1/5 payı vardır. Lakin hazırkı iş üzrə paylı mülkiyyətində olan torpaqdakı evdən əşyalarının çıxarılması qət edilməklə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mülkiyyət toxunulmazlığı hüququ pozulmuşdur. Bununla yanaşı iddiaçının mübahisəli evin mülkiyyətçisi statusunda çıxış etməsi üçün ilk öncə həmin evə dair onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Ancaq iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Həmçinin, Kollegiya tərəfindən iş materialları və daşınmaz əmlakın dövlət reyestrindən təqdim olunmuş Çıxarış əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, çıxarışda göstərilən ünvan fərqi texniki xarakter daşıyır. Belə ki, əvvəllər ünvan 8 ünvan müvafiq icra hakimiyyəti və ərazi struktur qurumlarının qərarları əsasında dəyişdirilərək sonradan ünvan 7 ünvanı ilə əvəz edilmişdir. Bu dəyişiklik daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin hüquqi statusuna və mülkiyyət hüquqlarına hər hansı təsir göstərmir və ünvan dəyişikliyi yalnız texniki və qeydiyyat xarakterlidir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. AR Mülki Məcəlləsinin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Ona görə də, məhkəmə tərkibi hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Məhkəmə Kollegiyası - cavabdeh tərəfindən otağına vurulmuş qıfılın açılaraq Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyalarını onun evindən çıxarılması – tələbinə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, hazırkı tələbin təmin olunması eyni statusda olan tərəflərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla bərabərlik prinsipinə ziddir. Nəzərə alınmalıdar ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçı X13 cavabdehlər İddiaçı və X11 qarşı iddia tələbi əsasında iddiaçının Masallı şəhəri, Talışxanov küçəsi, ev 3 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, onların həmin fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi qət olunmuşdur. Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdehin əşyaları mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Hüquq elmi onlan subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bu hüquq və vəzifələrin vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-94/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “əmlakların evdən çıxarılması və cavabdeh tərəfindən otağına vurulmuş qıfılın açılması” tələbinə dair iddiası təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar