Məhkəmə qərarları › İş №2(106)-800/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-800/2025

24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-800/2025 24.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49300 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh borca görə 45806,06 (qırx beş min səkkiz yüz altı manat altı qəpik) manat alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Cavabdeh (onun nümayəndəsi və vəkili Vəkil) 05 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qərardadı ilə Cavabdeh (onun nümayəndəsi və vəkili Vəkil) tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Cavabdeh (onun nümayəndəsi və vəkili Vəkil) sözügedən qətnamədən təkrar apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qərardadı ilə Cavabdeh (onun nümayəndəsi və vəkili Vəkil) tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Cavabdeh (onun nümayəndəsi və vəkili Vəkil) Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadında apellyasiya şikayətinin bütünlüklə faktiki halların aydınlaşdırmamışdır. Belə ki, apellyasiya şikayəti MPM-nin tələblərinə riayət edilməklə verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(073)-1094/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(073)- 1094/2024 saylı qərardadı ləğv edilməli, Cavabdeh tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət etmədən, yəni cavabdeh məhkəmə qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməsinə dair dəlilləri, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları göstərsə də, həmin halları təsdiq edən (qətnamənin əsassızlığına dair sübutları) sübutları apellyasiya şikayətinə əlavə etməmiş, apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarını sadalamış və Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində yalnız Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh qanunvericiliyin müəyyən etdiyi tələblərinə əməl etmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət əsaslıdır. Ona görə də, şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qərardadı ləğv edilməli Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar