Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-832/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı Kərimova (Cəfərova) Sevinc Laçın qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət, cehiz, əmlak və birgə yaşayış dövründə əldə olunan əmlakların bölünməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkalətli nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Beyləqan rayon məhkəməsinin hakimi X3 və Beyləqan rayon məhkəməsinin bütün tərkibinə edilmiş etiraza Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərimova (Cəfərova) Sevinc Laçın qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət, cehiz, əmlak və birgə yaşayış dövründə əldə olunan əmlakların bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkalətli nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron qaydada ərizə göndərərək mülki işə Beyləqan rayon məhkəməsinin hakimi X4 və Beyləqan rayon məhkəməsinin bütün tərkibi tərəfindən baxılmasına etiraz etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsindən görünür ki, iddiaçı Kərimova (Cəfərova) Sevinc Laçın qızı nümayəndəsi və vəkili olduğu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət, cehiz, əmlak və birgə yaşayış dövründə əldə olunan əmlakların bölünməsi tələbinə dair Beyləqan rayon məhkəməsində iddia qaldırmışdır. İddiaçı əvvəllərdə eyni iddia ilə Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Həmin mülki işə baxılarkən Beyləqan rayon məhkəməsinə olan etirazı Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə təmin edilmiş, mülki iş baxılması üçün Xocavənd rayon məhkəməsinə göndərilmişdir. Xocavənd rayon məhkəməsində iddiaçı iddia ərizəsini geri götürdüyündən ərizə baxılmamış saxlanılmışdır. İddiaçı hal-hazırki iddia ərizəsi ilə yenidən müraciət edəərk ərizəsində göstərmişdir ki, cavabdehlərlə razılığa gəldiklərindən iddia ərizəsini geri götürmüşdür. Əvvəlki məhkəmə işində Beyləqan rayon məhkəməsində hakim Ramiz Nurullayevə etirazlarının əsası ondan ibarət olmuşdur ki, hakimin xidməti avtomobilini idarə edən Ramiz Əliyev İddiaçı bibisi oğludur. iddiaçı ayrı-ayrı adamların yanında bibisi oğlunun onun işini həll etdiyini danışdığından onlarda ədalətli məhkəmə qərarının çıxarılmasında şübhələr yaranmışdır. Həmin etiraz mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasını qərardadı ilə etiraz təmin edilmiş və mülki iş baxılması üçün Xocavənd rayon məhkəməsinə göndərilmişdir. Lakin iddiaçı Xocavənd rayon məhkəməsində işə baxılarkən ərizə yazaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən Xocavənd rayon məhkəməsi iddia ərizəsini baxılmamış saxlamışdır. Belə qənaətə gəlmişlər ki, iddiaçının ərizənin baxılmamış saxlanılmasında məqsədi işin yenidən Beyləqan rayon məhkəməsində baxılmasına nail olmaqdır.Hal-hazırda hesab edirlər ki, etiraz üçün əsas olan hal aradan qalxmamış, iddiaçının bibisi oğlu Ramiz Əliyev hal-hazırdada hakimin sürücüsü işləyir, məhkəmə baxışının nəticəsinə təsir imkanına malikdir, ona görə də ədalətli məhkəmə araşdırılması aparılmasına inamları yoxdur. Ona görə də Beyləqan rayon məhkəməsinin tək hakimi X2 mülki işə baxmasına etiraz edirlər və etiraz məsələsinin həll edilməsi üçün mülki işi apellyasiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edilən halla bağlı aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən hakimin, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Etirazın dəlillərindən görünür ki, iddiaçının bibisi oğlu X1 Rayon Məhkəməsinin sədri Ramiz Nurullayevin sürücüsüdür və bu məhkəmədə işin obyektiv baxılmasını şübhə altına alır. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə eyni əsasla verilmiş etiraz təmin edilərək mülki iş materialları baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Kərimova (Cəfərova) Sevinc Laçın qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət, cehiz, əmlak və birgə yaşayış dövründə əldə olunan əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmış, daha sonra iddiaçı eyni əsasla Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası verilmiş etirazla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özözünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.Həmin qərarın 2.2-ci bəndinə əsasən, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Mülki Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6-ci maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası mülki işin tam, hərtərəfli araşdırılması, tərəflərin mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hesab edir ki, tərəflərin gələcəkdə qəbul olunacaq qətnamənin qanuniliyi və əsaslılığına şübhə yaranmaması üçün iddiaçı Kərimova (Cəfərova) Sevinc Laçın qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət, cehiz, əmlak və birgə yaşayış dövründə əldə olunan əmlakların bölünməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkalətli nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Beyləqan rayon məhkəməsinin hakimi X3 və Beyləqan rayon məhkəməsinin bütün tərkibinə edilmiş etiraz təmin olunmalı, mülki iş baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-22, 263-264-cü-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Kərimova (Cəfərova) Sevinc Laçın qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət, cehiz, əmlak və birgə yaşayış dövründə əldə olunan əmlakların bölünməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkalətli nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Beyləqan rayon məhkəməsinin hakimi X3 və Beyləqan rayon məhkəməsinin bütün tərkibinə edilmiş etiraz təmin olunsun. Mülki iş baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-832/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-832/2024
15.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver