Məhkəmə qərarları › İş №2(106)-834/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-834/2025

16.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-834/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-255/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: BD 318115 nömrəli X3 Şəhadətnaməsindən görünür ki, ** BC *** dövlət qeydiyyat nömrəli, Opel Astra minik markalı avtomobilin sahibi İddiaçıdır. 25 dekabr 2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı, səlahiyyət ötürülən X4, etibar edilən Cavabdeh Opel Astra minik markalı, ** BC *** dövlət qeydiyyat nömrəli avtomobili xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/3366/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X7 VÖEN: **********” tərəfindən tərtib edilmis qüsur aktında 2005-ci il buraxılışlı "Opel Astra" markalı, 65-BC187 dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3165 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun günahı nəticəsində baş vermiş yol hərəkəti qəzasından sonra mülkiyyətində olan ** BC *** dövlət nömrə nişanlı, 2005-ci il istehsalı olan OPEL ASTRA (xetçbek) markalı, açıq boz metallik rəngli minik avtomobilinin təmiri üçün çəkdiyi 5880 manat xərcin (real zərərin), qəzadan sonra keşən 04 ay üçün hər ay 600 (altı yüz) manat icarə (günlük 20 manat) haqqı olmaqla, 2400 manat məbləğində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda), 105 manat ödədiyi məhkəmə rüsumunun, cəmi 8385 (səkkiz min üç yüz səksən beş) manat pul məbləğinin, bundan başqa işə baxılması ilə əlaqədar məsrəflər olaraq vəkilə etibarnamə vermək üçün ödədiyi 17 manat 25 qəpik notarius xərcinin, vəkillə müqavilə üçün ödədiyi 99 manat ödəniş haqqının və vəkilin (nümayəndənin) Xırdalan şəhərindən Masallı şəhərinə gəlib-qayıtması üçün hər dəfə 50 manat və ağlabatan olaraq azı üç dəfə gəliş-gedişə 150 manat yol xərcinin, cəmi 266 (iki yüz altımış altı) manat 25 qəpik pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh günahı nəticəsində baş vermiş yol hərəkəti qəzasından sonra mülkiyyətində olan ** BC *** dövlət nömrə nişanlı, 2005-ci il istehsalı olan OPEL ASTRA (xetçbek) markalı, açıq boz metallik rəngli minik avtomobilinin təmiri üçün çəkdiyi 6030 manat xərcin (real zərərin), qəzadan sonra keşən 04 ay üçün hər ay 600 (altı yüz) manat icarə (günlük 20 manat) haqqı olmaqla 2400 manat məbləğində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda), 105 manat ödədiyi məhkəmə rüsumunun, cəmi 8535 (səkkiz min beş yüz otuz beş) manat pul məbləğinin, bundan başqa işə baxılması ilə əlaqədar məsrəflər olaraq vəkilə etibarnamə vermək üçün ödədiyi 17 manat 25 qəpik notarius xərcinin, vəkillə müqavilə üçün ödədiyi 99 manat ödəniş haqqının və vəkilin (nümayəndənin) Xırdalan şəhərindən Masallı şəhərinə gəlib-qayıtması üçün hər dəfə 50 manat və ağlabatan olaraq azı üç dəfə gəliş-gedişə 150 manat yol xərcinin, cəmi 266 (iki yüz altımış altı) manat 25 qəpik pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ** BC *** dövlət nömrə nişanlı, 2005-ci il istehsalı olan OPEL ASTRA (xetçbek) markalı, açıq öz metallik rəngli minik avtomobilini “Nəqliyyat vasitəsinə sərancam verilməsinə dair” xx.xx.2022-ci il tarixli etibarnamə əsasında oğlu, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 etibar etmişdir, oğlu da öz növbəsində (onun razılığı əsasında) “Nəqliyyat vasitəsini idarə etməyə dair” xx.xx.2022-ci il tarixli, etibarnamə ilə hər gün üçün 20 (iyirmi) manat ödəmək şərti ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün hazırki iş üzrə Cavabdeh vermişdir. Bir müddət belə davam etmişdir. Cavabdeh avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur və hər gün üçün 20 (iyirmi) manat məbləğində vəsaiti hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ödəmişdir. Oğlu da öz növbəsində həmin pulu ona verir və ya ailənin xərclərinə ödəmişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixdə Masallı şəhərində sözügedən avtomobil ilə ağır yol qəzası keçirmiş və avtomobilə ciddi ziyan dəymişdir. Bundan sonra cavabdeh onlarla əlaqə saxlayıb hadisə barədə məlumat vermiş və bildirmişdir ki, avtomobili təmir etmək üçün pulu yoxdur. Əgər 3000 (üç min) manat verilərsə oda Masallı şəhərində tanıdığı ustalara təmir etdirər və bundan sonra hər gün ödədiyi 20 manatla yanaşı həmin 3000 manatı da aylara bölüb ödəyər. Onlar avtomobilin Bakı şəhərinə gətirilmə xərclərinin çox olmasını, həm də usta xərclərinin yüksəkliyini nəzərə alaraq bununla razılaşmışlar. Oğlu Ənnağı 3000 (üç min) manat vəsaiti cavabdehin verdiyi kart hesabına köçürülmüşdür. Bundan sonra xeyli vaxt keçmişdir. Cavabdehlə hər dəfə əlaqə saxlayanda cavabdeh təmir işlərinin getdiyini demişdir. Nəhayət üç aydan sonra onlara demişdir ki, vəsait çatışmır və əlavə pula ehtiyac var. Bundan sonra cavabdeh oğlu Ənnağını 29 oktyabr 2023-cü il tarixdə Masallı şəhərinə göndərmişdir. Məlum olmuşdur ki, avtomobilə hələ ki, xeyli xərc lazımdır. Verdikləri 3000 manat vəsaitlə görülmüş təmir işləri isə çox keyfiyyətsizdir. Həmin vaxt cavabdeh Bakı şəhərində olduğundan cavabdehlə telefon əlaqəsi saxlanılmış və cavabdeh bildirmişdir ki, bəzi xırda detallar lazımdır. Qalan məsələləri özü həll edəcəkdir. Bir neçə gün keçmişdir. Cavabdehə bəzi detalları alıb göndərmişlər, yenə də avtomobil hazır vəziyyətə gətirilməmişdir. Nəhayət onlar avtomobili Bakı şəhərinə gətirməli olmuşlar. Cavbdehlə əlaqə saxlayıb bildirmişlər ki, avtomobilin hazır vəziyyətə gətirilməsi üçün əlavə xərclər lazım olacaqdır. Belə ki, aparılmış təmir işləri keyfiyyətsizdir. Əlavə edilmiş detalların əksəriyyəti işlək deyildir. Bu vəziyyətdə avtomobili istismar etmək mümkün deyildir. Cavabdehdə öz növbəsində sonda bütün xərcləri ödəyəcəyini bildirmişdir. Nəhayət qəzadan 4 ay sonra, yəni 7 noyabr 2023-cü il tarixdə avtomobil işlək vəziyyətə gətirilmişdir. Sonda isə təmirə ümumi olaraq 5880 (beş min səkkiz yüz səksən) manat pul xərclənmiş və keçən 4 ay üçün hər ay 600 (altı yüz) manat icarə (günlük 20 manat) haqqı olmaqla, 2400 (iki min dörd yüz) manat məbləğində real gəlirdən məhrum olmuşdur. O, hələ 2022-ci ilin dekabrında Almaniyada xüsusi olaraq seçilmiş, heç bir detalı dəyişməmiş, rənglənməmiş, hava yastıqları açılmamış bir avtomobinin demək olar ki, bütün işlək detalları dəyişmiş, tam şəkildə astarlanaraq rənglənmiş, hava yastıqları açılmış bir avtomobilə çevrilməsi ilə qiymətinin xeyli aşağı düşməsini nəzərə almamışdır. Məlum məsələdir ki bundan sonrakı istismarında da avtomobildə qəzanın fəsadları olacaq və əlavə xərclər tələb edəcəkdir. Avtomobil cavabdehin səhvi üzündən qəzaya düşüb və bu üzdən də ona dəyən zərərin cavabdehdən alınaraq ona verilməsini istəyir. Bundan başqa vəkilə etibarnamə üçün 17 manat 25 qəpik notarius xərci, vəkillə müqavilə üçün 99 manat ödəniş haqqı və vəkilinin (nümayəndənin) Xırdalan şəhərindən Masallı şəhərinə gəlibqayıtması üçün hər dəfə 50 manat və ağlabatan olaraq azı üç dəfə gəliş-gedişə 150 manat xərci çıxacaqdır. Bu səbəbdən də iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ** BC *** dövlət nömrə nişanlı, 2005-ci il istehsalı olan OPEL ASTRA (xetçbek) markalı, açıq öz metallik rəngli minik avtomobilini Bakı şəhərinə gətirdikdən sonra cavbdehlə əlaqə saxlayıb bildirmişdir ki, avtomobilin hazır vəziyyətə gətirilməsi üçün əlavə xərclər lazım olacaqdır. Sonda isə təmirə yeni şitin alınmasına 280 manat, iki ədəd hava yastığına 60 manat, sükan üçün 100 manat, bar üçün 60 manat, sobanın radiatoru üçün 40 manat, travers üçün 100 mant, hava korrektoru üçün 140 manat, 2 ədəd şaravoy sırğa üçün 40 manat, ventiliyator üçün 60 manat qabaq naklatka üçün 20 mant, stupitsa üçün 160 mant, abs datçik üçün 50 manat, mühərrik və sürətlər quqtusu yastıqları üçün 90 manat, akumiliyator üçün 100 manat, pompa üçün 60 manat, termostat üçün 40 manat, 1 ədəd arxa dayanma işığı (stop) üçün 90 manat, 1 ədəd yan güzgü üçün 190 manat, qabaq fara üçün 180 manat, sobanın termoststının salniki üçün 90 manat, karterin təmiri, praklatka və geramika üçün 70 manat, sükanın lentası üçün çaşka üçün 60 manat, iki krelaltı lenta üçün (podkrelnik) 100 manat, sükanın kalonkası və yağı üçün 140 manat OPEL ASTRA (xetçbek) markalı, açıq boz metallik rəngli minik avtomobilinin təmiri üçün çəkdiyi 6030 manat, yeni şüşəsilənlər, evakuvator üçün 180 manat və fartok üçün 100 manat və ümümi zəhmət haqqı üçün 500 manat olmaqla 2920 manat və əlavə olaraq da avtomobil Masallı rayonunda olarkən bir dəfə 60 manat və bir dəfə də 50 manat dəyərində ehtiyat hissəsi alaraq cavabdehə göndərmişdir (3000 manatdan başqa). Beləkillə də əvvəldən cavabdehə verdiyi 3000 manatıda hesablayaraq ümumi olaraq 6030 (altı min otuz) manat pulu xərclənib və keşən 4 ay üçün hər ay 600 (altı yüz) manat icarə (günlük 20 manat) haqqı olmaqla, 2400 (iki min dörd yüz) manat məbləğində real gəlirdən məhrum olmuşdur. İddiaçı hələ 2022-ci iln dekabrında Almaniyada xüsusi olaraq seçilmiş, heç bir detalı dəyişməmiş, rənglənməmiş, hava yastıqları açılmamış bir avtomobinin demək olar ki, bütün işlək detalları dəyişmiş, tam şəkildə astarlanaraq (Şpatlevka) rənglənmiş, hava yastıqları açılmış bir avtomobilə çevrilməsi ilə qiymətinin xeyli aşağı düşməsini nəzərə almır. Məlum məsələdir ki, bundan sonrakı istismarında da avtomobildə qəzanın fəsadları olacaq və əlavə xərclər tələb edəcəkdir. Avtomobil cavabdehin səhvi üzündən qəzaya düşüb və buna görə də ona dəyən zərərin cavbadehdən alınaraq iddiaçıya verilməsini istəyir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin və ücüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim: Z.Zeynalov) xx.xx.2024-cü il tarixli, 2(050)- 255/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh avtomobilin təmiri üçün çəkilmiş xərcə görə 6030 manat, əldən çıxmış faydaya görə 600 manat, 105 manat ödənilmiş dövlət rüsumu, 99 manat hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş pul olmaqla, cəmi 6834 (altı min səkkiz yüz otuz dörd) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manatın alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİKCTREAZ22) xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia qismən təmin edilərək Cavabdeh avtomobilin təmiri üçün çəkilmiş xərcə görə 6030 manat pul, əldən çıxmış faydaya görə 600 manat məbləğində pul alınıb iddiaçıya verilməsi işin faktiki və hüquqi hallarına uyğun olmaqla əsaslı hesab edilməlidir. Məhkəmə iddianın 105 manat məbləğində dövlət rüsumunun və 99 manat hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə əsaslı hesab etsə də, 17.25 (on yeddi, iyirmi beş) manat məbləğində notarius xərcinin tutulması və vəkilinin (nümayəndənin) Xırdalan şəhərindən Masallı şəhərinə gəlib-qayıtması üçün hər dəfə 50 manat və ağlabatan olaraq azı üç dəfə gəliş gedişə 150 manat yol xərcinin tutulmasına münasibətdə iddianı tam olaraq əsaslı hesab etmir. Belə ki, iş materiallarına qeyd edilən məbləğlərin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən isə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə cavabdehdən dövlət rüsumu üçün 105 manat, hüquqi xidmətin göstərilməsi üçün isə 99 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab etmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,101.7, 119.1-ci maddələri, S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin avtomobilin təmiri üçün çəkilmiş xərc olaraq müəyyən etdiyi 6030 manat məbləğ tamamilə yanlışdır. Belə ki, məhkəmə 6030 manatın formalaşmısını aşağıdakı qaydada hesablamışdır: 3030 (iddiaçının təqdim etdiyi rəqəmlərə görə təmirə çəkilmiş xərc) + 3000 (iddiaçının Cavabdeh göndərdiyi məbləğ) = 6030 manat. Məhkəmə tərəfindən sübut olaraq qiymətləndirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/3366/2024 nömrəli ekspert rəyinə görə 2005-ci il buraxılışlı "OpelAstra" markalı, 65-BC 187 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 3165 manat məbləğində olduğu müəyyən edilmişdir. Nə ekspert rəyində qeyd edilən, nə də iddiaçının təmirlə bağlı təqdim etdiyi ərizədə göstərilən qiymətlər qətiyyən reallığı əks etdirmir. Orada qeyd edilən ümumi detalların qiyməti 1000 manat civarında olmasına baxmayaraq məhkəmə qərəzli olaraq həm yanlış ekspert rəyini həm də iddiaçının iddia etdiyi absurd rəqəmləri əsas götürmüşdür. Həmin avtomobilin qəzalı vəziyyətinin fotoşəkilləri işdə mövcuddur. Fotoşəkillərdən də göründüyü kimi, avtomobilin qabaq tərəfi zərbəyə uğramışdır. Avtomobilin ən bahalı hissələri hesab olunan mühərrik və sürətlər qutusu qəza zamanı zədə almamış və həmin detallar dəyişilməmişdir. Eyni zamanda, avtomobilin qabaq tərəfindən başqa heç bir yeri qəza zamanı fiziki zədəyə məruz qalmamış və dolayısıyla da nə detal dəyişilməmiş nə də təmir edilməmişdir. Bazar qiyməti 8000-9000 manat civarında olan bir avtomobilin təmirinə (mühərrik və sürətlər qutusu dəyişilmədən) ümumilikdə 6030 manat təmir xərci hesablamaq absurddur. İddiaçının özünün aldığı deyə bildirdiyi detalların demək olar ki, hamısı Cavabdeh tərəfindən alınaraq avtomobilin üzərinə qoyulmuş və sadəcə olaraq elektrik və mühərrik ustası tərəfindən avtomobilin işə salınması prosesi qalmışdır. İddiaçı tərəf məhz bu mərhələdə avtomobili özləri götürüblər. Sonradan guya həmin detalları özləri yenidən alıblar. Halbuki məhkəmə iclası zamanı məhkəməyə iddaçı tərəfindən təqdim edilmiş CD proses iştirakçıları tərəfindən izlənilən zaman avtomobilin demək olar ki, hazır vəziyyətdə olduğu görünmüşdür. Məhkəmənin iclas zamanı tədqiq edilmiş CD diskinə qətnamədə heç bir münasibət bildirməməsi də özlüyündə bir sıra suallar doğurur. İddiaçı tərəfindən Cavabdeh ödənilmiş 3000 manat tam şəkildə iddiaçıya qaytarılmışdır. Bu faktı Cavabdeh bir neçə dəfə məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə bu barədə də qətnamədə heç nə qeyd etməmişdir. Cavabdeh həmin avtomobili ilk olaraq icarəyə götürdüyü zaman iddiaçının oğluna-üçüncü şəxs Məmmədov Ənnağıya depozit olaraq 1000 manat pul ödəmişdir. Məhkəmə çox yaxşı bilirdi ki, hazırkı dövrdə avtomobillərin icarəsi ilə bağlı işgüzar münasibətlər və adətlər hansı formadadır. Heç bir maşın icarəçisi depozit qoyulmadan avtomobili icarəyə vermir. Həmçinin Cavabdeh ona avtomobilin təmiri üçün göndərilən 3000 manatı artıqlaması ilə ödəmişdir. Belə ki, 1000 manat depozit olmuş, 480 manat 2023-cü ilin avqust və sentyabr aylarında iddiaçının oğlu Ənnağının kart hesabına göndərilmiş (Ənnağı özü də bu faktı məhkəmə zamanı təsdiq etmişdir), 1600 manat isə 2023-cü ilin oktyabr ayında iddiaçının oğlu Ənnağıya nağd formada verilmişdir. Bütün bu faktlar məhkəmədə Cavabdeh tərəfindən məhkəməyə deyilsə də, məhkəmə bu faktları nə nəzərə almış, nə də ki qətnamədə qeyd etmişdir. Məhkəmənin əldən çıxmış faydaya görə 600 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə gəldiyi nəticə də yanlışdır. Belə ki, avtomobil qəzaya düşən zaman iddiaçı tərəflə cavabdeh arasında razılaşma olmuşdur. Razılaşmaya əsasən, Cavabdeh avtomobilin keyfiyyətli şəkildə təmir etməyi, iddiaçı tərəf isə təmir müddəti ərzində heç bir pul vəsaiti tələb etməməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən sonradan iddiaçının əldən çıxmış fayda olaraq pul tələb etməsi, məhkəmənin isə iddianı həmin hissədə təmin etməsi doğru deyil. Masallı Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(050)-255/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, məhkəmənin qətnamə çıxararkən xüsusi bilik tələb edilən hallara dair səlahiyyətli orqanın verdiyi rəyə (ekspert rəyinə) əsaslanması heç bir qanun pozuntusu sayıla bilməz. Fotoşəkillərdə avtomobilin istismara tamamilə yararsız hala düşdüyü aydın görünür. Bunadan başqa əgər cvabdeh əvvəlcədən verdiyi vədi yerinə yetirərək (cavabdeh özü də etraf etmişdir ki, 3000 (üç min) manata avtomobili Masallı şəhərindəki tanıdığı ustalara cəmi iki ay müddətində tam təmir etdirb əvvəlki vəziyyətinə gətirəcəyi vədini iddiaçıya vermişdir.) İddiaçı tərəfindən ona ödənilmış toplam 3 min manatı avtomobilin təmirinə xərcləmiş olsa idi, sözsüz ki,təmir xərcləri 6030 manat yox, daha aşağı olardı. Lakin 2023-cü ilin oktyabr ayının sonunda iddiaçının oğlu Ənnağının Masallı şəhərinə gedərək avtomobilə baxışı zamanı məlum olmuşdur ki, avtomobilin təmirinə 1000-1200 manat civarında pul xərclənib.Qalan pul isə cavabdeh tərəfindən mənimsənib. Bundan başqa, məhkəmə iclasında cavabdeh avtomobilin arxa qapısının şüşəsinin yerinə bərkidilməməsinin səbəbini həmin arxa qapıya dəmirçi üstanın işləməsinə, bəzi batıq yerlərin təmir olunmasına ehtiyac olması ilə əlaqələndirmişdir. Maraqlı və məntiqi sual doğur. Əgər avtomobilin yalnız ön hissəsi zədə almış olsa idi onda arxa qapı şüşəsi niyə yenilənirdi və niyə həmin şüşənin yerinə bərkidilməsi üçün dəmirçi usta arxa qapının batıq yerləri çixarmalı idi? Şikayətin 3-cü bəndində apellyator bildirmişdir ki “Qeyd etmək istəyirik ki, iddiaçının özünün aldığı deyə bildirdiyi detalların demək olar ki, hamısı Cavabdeh tərəfindən alınaraq avtomobilin üzərinə qoyulmuş və sadəcə olaraq elektrik və mühərrik ustası tərəfindən avtomobilin işə salınması prosesi qalmışdır. İddiaçı tərəf məhz bu mərhələdə avtomobili özləri götürüblər. Sonradan guya həmin detalları özləri yenidən alıblar. Halbuki məhkəmə iclası zamanı məhkəməyə iddaçı tərəfindən təqdim edilmiş CD proses iştirakçıları tərəfindən izlənilən zaman avtomobilin demək olar ki, hazır vəziyyətdə olduğu görünmüşdür. Məhkəmənin iclas zamanı tədqiq edilmiş CD diskinə qətnamədə heç bir münasibət bildirməməsi də özlüyündə bir sıra suallar doğurur.” Bu əsasla bağlı bildirir ki, iddiaçının Bakı şəhərində aldığı və avtomobilin üzərinə qoyulmuş detalların hamısının video görüntüsü məhkəməyə təqdim edilmişdir. Şikayətin 4-cü bəndində apellyator bildirmişdir ki “iddiaçı tərəfindən Cavabdeh ödənilmiş 3000 manat tam şəkildə iddiaçıya qaytarılmışdır. Bu faktı Cavabdeh bir neçə dəfə məhkəmənin diqqətinə çatdırsa da məhkəmə bu barədə də qətnamədə heç nə qeyd etməmişdir. Cavabdeh həmin avtomobili ilk olaraq icarəyə götürdüyü zaman iddiaçının oğluna - üçüncü şəxs Məmmədov Ənnağıya depozit olaraq 1000 manat pul ödəmişdir. Məhkəmə çox yaxşı bilirdi ki, hazırkı dövrdə avtomobillərin icarəsi ilə bağlı işgüzar münasibətlər və adətlər hansı formadadır. Heç bir maşın icarəçisi depozit qoyulmadan avtomobili icarəyə vermir. Həmçinin Cavabdeh ona avtomobilin təmiri üçün göndərilən 3000 manatıartıqlaması ilə ödəmişdir. Belə ki, 1000 manat depozit olmuş, 480 manat 2023-cü ilin avqust və sentyabr aylarında iddiaçının oğlu Ənnağının kart hesabına göndərilmiş (Ənnağı özü də bu faktı məhkəmə zamanı təsdiq etmişdir), 1600 manat isə 2023-cü ilin oktyabr ayında iddiaçının oğlu Ənnağıya nağd formada verilmişdir. Bütün bu faktlar məhkəmədə Cavabdeh tərəfindən məhkəməyə deyilsə də, məhkəmə bu faktları nə nəzərə almış, nə də ki qətnamədə qeyd etmişdir.” Bu əsasla bağlı bildirir ki, cavabdehin avtomobili Masallı şəhərində tanıdığı ustalara 2 ay ərzində 3000 manata tam təmir etdirəcəyi vədi ilə iddiaçıdan aldığı pulun qaytarması tamamilə yalandır. Belə ki, apelyator guya sonuncu 1600 manat məbləği iddaçının oğlu Ənnağıya nəğd şəkildə ödəmişdir. Lakin avtomobil Bakı şəhərinə noyabr ayında gəlmiş və avtomobil Bakı şəhərinə evakuator vasitəsilə gətirildikdən sonra elə iddiaçının oğlu Ənnağı tərəfindən cavabdehə telefon zəngi olur. Həmin danışıqda Ənnağı avtomobili Bakıya gətirdiyini, Bakıda təmir etdirəcəyini və dayısının onda yəni cavabdehdə olan 3000 manatı gec-tez alacağını bildirir. Cavabdeh isə əvəzində dayın mənimlə mülayim danışsaydı həmin pulu alardı cavabını verir. Ənnağı isə cavabında onsuzda dayım həmin pulu səndən alacaq kimi bildirir. Yenə də maraqlı və məntiqi sual ortaya çıxır. Görəsən, Ənnağının dayısının cavabdehdən alacağı pul məbləği hansı pul məbləğidir? Tərəflər arasında məlum olmayan daha 3000 manatlıq hesab varmı? Bundan başqa, “2023-cü ilin avqust və sentyabr aylarında iddiaçının oğlu Ənnağının kart hesabına göndərilmiş (Ənnağı özü də bu faktı məhkəmə zamanı təsdiq etmişdir),” kimi qeyd edərək pulun ödənilməsi iddiası yalnışdır. Yuxarıda qeyd etdiyi kimi bu məsələ də birinci instansiya məhkəməsinə iddiaçının iştirakı ilə tədqiq olunub. Doğrudur, Ənnağı ona iddiaçının avqust və sentyabr ayında pul göndərdiyini, lakin həmin pulun avtomobilin aylığından olduğunu qeyd etmişdir. Çünki tərəflər avtomobilin aylıq icrasənin yalnız iki ay cavabdehin vəd verdiyi təmir müddətində ödənilməyəcəyi razılığına gəlmişlər .2023-cü ilin avqust və sentyabr aylarında artıq bu iki ay bitmiş və avtomobilin aylıq icrə haqqı ödənilməli idi. Onu da qeyd edim ki, məhkəmə iddia tələbində əldən çıxmış faydanı qismən təmin etmiş və həmin pul məbləğini və təmir üçün vəd olunmuş 2 ayı də əldən çıxmiş faydanın ödənməsinin bir qismi kimi hesablamışdır. Şikayətin 5-ci bəndində apellyator bildirmişdir ki, “Məhkəmənin əldən çıxmış faydaya görə 600 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə gəldiyi nəticə də yanlışdır. Belə ki, avtomobil qəzaya düşən zaman iddiaçı tərəflə cavabdeh arasında razılaşma olmuşdur. Razılaşmaya əsasən, Cavabdeh avtomobilin keyfiyyətli şəkildə təmir etməyi, iddiaçı tərəf isə təmir müddəti ərzində heç bir pul vəsaiti tələb etməməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən sonradan iddiaçının əldən çıxmış fayda olaraq pul tələb etməsi, məhkəmənin isə iddianı həmin hissədə təmin etməsi doğru deyil” Bu əsasla bağlı bildirir ki, məhkəmə bu məbləği qismən təmin etmişdir. Məhkəmə təmir üçün vəd olunmuş iki ayı 2x600 man=1200 manat və iddiaçı təfindən ödənilmiş 480 manatı çıxdıqdan sonra yuvarlaq olaraq 600 manat əldən çıxmış fayda kimi cavabdehdən alınmasını qət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Mqbahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(050)-255/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-255/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 255/2024 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Aşağıdakılar hazırkı işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir: 1) ** BC *** dövlət qeydiyyat nömrəli, Opel Astra minik markalı avtomobilin İddiaçı mülkiyyətində olması; 2) Hadisə baş verən Opel Astra minik markalı, ** BC *** dövlət qeydiyyat nömrəli avtomobilin Cavabdeh xx.xx.2023-cü il tarixədək idarə etmək üçün etibar edilməsi; 3) Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş olması; Cavabdehin apellyasiya şikayətinə əsasən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə kollegiyası tərəfindən mübahisəsiz olaraq müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə etmiş, başqa sözlə avtomobil onun qanuni sahibliyində olmuşdur, yol-nəqliyyat hadisəsi də məhz onun təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Demək ki, törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət- zərərin əvəzini ödəmək vəzifəsi də onun üzərindədir. İddia tələbindən göründüyü kimi iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini müvafiq olaraq 6030 manat məbləğində qiymətləndirir. Tərəflər arasında icarə münasibətlərinin olması, cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi mübahisə doğurmur. Hazırki işdə tərəflər arasında mübahisə dəymiş zərərin məbləği ilə bağlıdır. Məhkəmə kollegiyası zərərin məbləği ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/3366/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X7 VÖEN: **********” tərəfindən tərtib edilmis qüsur aktında 2005-ci il buraxılışlı "Opel Astra" markalı, 65-BC187 dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3165 manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan başqa,iş materiallarına nəzər saldıqda aydın olur ki, ekspert rəyində göstərilən dəyişilməli hissələrin əksəriyyəti iddiaçının özünün dəyişdirdiyini göstərdiyi detallarla eynilik təşkil edir. Bundan başqa, iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazında da qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən ödənilmiş toplam 3 min manatı avtomobilin təmirinə xərcləmiş olsa idi, sözsüz ki, təmir xərcləri 6030 manat yox, daha aşağı olardı. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında qeydə alınmışdır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, tərəflər bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyi ilə müəyyən edilmiş 3165 manatlıq təmir-bərpa xərci hüquqi baxımdan iş üzrə əhəmiyyətli sübut hesab edilməli və bu məbləğ birinci instansiya məhkəməsi tərəfindən əsas götürülməli idi. Lakin birinci instansiya məhkəməsi heç bir əsaslandırma vermədən iddiaçının təqdim etdiyi və subyektiv hesablamalara əsaslanan 6030 manatlıq xərci qəbul etmiş və ekspert rəyinə zidd nəticəyə gəlmişdir. Halbuki, rəydə qiymətləndirmə avtomobilin buraxılış ili, istehsal markası, zədələnmiş hissələrin cari bazar qiyməti və ehtiyat hissələrinin mövcudluğu nəzərə alınmaqla aparılmışdır. Təmir xərclərinin 6030 manat göstərilməsi subyektiv xarakter daşımışdır. Təmirin hansı detallar üzrə aparıldığı, iş həcminin nə olduğu, orijinal və ya bərpa detallarının istifadə edilib-edilmədiyi göstərilməmişdir. Avtomobilin istehsal ili 2005-ci il olduğuna görə bu qədər yüksək təmir xərci məntiqi və texniki baxımdan da əsaslandırıla bilməz. Həmçinin, Cavabdeh iddaçının tələb etdiyi avtomobilinə vurulmuş ziyanın məbləğinin, həmçinin ekspertiza tərəfindən müəyyənləşdirilmiş məbləğin də şişirildiyini bildirsə də, bununla bağlı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində hər hansı sübut təqdim etməmişdir. Odur ki, vurulmuş ziyanının məbləği ilə bağlı olaraq mötəbər sübut kimi iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunmuş nəticə əsas götürülməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh ödənilmiş 3000 manat tam şəkildə iddiaçıya qaytarılmışdır. Cavabdeh həmin avtomobili ilk olaraq icarəyə götürdüyü zaman iddiaçının oğluna-üçüncü şəxs Məmmədov Ənnağıya depozit olaraq 1000 manat pul ödəmişdir. Çünki heç bir maşın icarəçisi depozit qoyulmadan avtomobili icarəyə vermir. Həmçinin Cavabdeh avtomobilin təmiri üçün göndərilən 3000 manatı ödəmişdir. Belə ki, 1000 manat depozit olmuş, qalan məbləği isə iddiaçının oğlu Ənnağıya verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-Nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmənin əldən çıxmış faydaya görə 600 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə gəldiyi nəticə də yanlışdır. Belə ki, avtomobil qəzaya düşən zaman iddiaçı tərəflə cavabdeh arasında razılaşma olmuşdur. Razılaşmaya əsasən, Cavabdeh avtomobilin keyfiyyətli şəkildə təmir etməyi, iddiaçı tərəf isə təmir müddəti ərzində heç bir pul vəsaiti tələb etməməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən sonradan iddiaçının əldən çıxmış fayda olaraq pul tələb etməsi, məhkəmənin isə iddianı həmin hissədə təmin etməsi doğru deyil. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən əldən çıxmış faydaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsinin əldən çıxmış faydanı 1 aya münasibətdə hesablaması əsaslı və qanunauyğun hesab edilməlidir. Ona görə də apellyasiya şikayəti bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-255/2024 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh avtomobilin təmiri üçün çəkilmiş xərcə görə 3165 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-255/2024 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh avtomobilin təmiri üçün çəkilmiş xərcə görə 3165 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar