Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-858/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsibushi L200” markalı, 90PG336 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İşdə olan “X4” MMC tərəfindən Avtomobildə dəyişdiriləcək ehtiyyat hissələrin və görüləcək işlərin hesablanması ilə bağlı tərtib edilmiş 24 mart 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, 90PG336 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə, dəymiş ziyanın məbləği ümumilikdə 19329,58 manat təşkil etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(073)- 867/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 3(106)- 435/2023 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023- cü il tarixli, 3(073)-867/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qərardadından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı avtomobilə vurulmuş zərərə görə 19329 manat pulun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Qeyd olunan qərardad, icrasının təmin edilməsi məqsədi ilə və təyin edilmiş ekspertizanın keçirilməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” 28 oktyabr 2024-cü il tarixli məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün, iş materiallarında olan “X4” MMC tərəfindən tərtib edilmiş 24 mart 2023-cü il tarixli qüsur aktında qeyd edilən 2016-cı il buraxılışlı, “Mitsibushi L200” markalı, 90PG336 dövlət qeydiyyat nişanlı avtomobilə məxsus, ehtiyyat hissələrinə dair yerli internet saytlarında elan olmadığından, qiymətləndirmə aparılması mümkün olmamışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 oktyabr 2025-ci il tarixli, 0266 saylı hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Mitsibushi L200” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə köhnəlmə faizi nəzərə alınmaqla dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla aşağıdakı kimi müəyyən olunmuşdur: 11,700 manat. Qərardadın ikinci sualı üzrə: qiymətləndirilən nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi baş verdikdən sonra satıldığı müəyyən olunmuşdur. Belə olduqda, zədələnmiş hissələrin gələcəkdə dəyişdirilibdəyişdirilməyəcəyi hansı müddətdə və hansı keyfiyyət səviyyəsində bərpa olunacağı qiymətləndirici tərəfindən müəyyən edilə bilməz. Qiymətləndirmə rəyi yalnız mövcud qüsur aktı əsasında zədələnmiş ehtiyat hissələrinin bazar dəyərinin hesablanmasına əsaslanır. Qiymətləndirmə rəyində digər mümkün xərclər, hissələrin dəyişdirilməsi və ya əlavə bərpa işləri qiyəmətləndirilməmişdir. Çünki bu məsələlər qiymətləndiricinin bilik və səlahiyyət səviyyəsinə daxil deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə avtomobilə vurduğu zərərə görə 19329 (on doqquz min üç yüz iyirmi doqquz) manat pulun və ödənilmiş 148 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək, iddianı tam müdafiə etdiyini bildirərək, mülki işə onların iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı iddianı əsaslandıraraq ərizəsində göstərmişdir ki, İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, 27 dekabr 2022-ci il tarixdə etibarnamə əsasında cəmiyyətin baş aqronomu Hikmət Cəfərov tərəfindən idarə edilərkən, saat 06:30 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbarı kəndindən keçən hissəsində öz yolu ilə hərəkətdə olan zaman, qarşıdan gələn Cəlilabad rayonu Şabanlı kəndi sakini Cavabdeh idarə etdiyi “Qazel” markalı **-BS-*** qeydiyyat nişanlı avtombillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsi ilə bağlı aidiyyatı ərazi üzrə Biləsuvar rayon Polis şöbəsinin yol patrol xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmuş və hadisə yeri müayinə edilmişdir. Hadisənin kimin tərəfindən törədilməsini müəyyən etmək məqsədi ilə, hadisə yerinin müayinəsi haqqında materiallar Biləsuvar Rayon Polis Şöbəsi təfəfindən avtotexniki ekspertizaya göndərilmişdir. Keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh idarəetməni itirməsi nəticəsində qəza törətmişdir. Bununla bağlı Biləsuvar RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi X1 icraatında olan HK-1/2180 nömrəli materialı nəzərdən keçirib, 03 avqust 2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsi nəticəsində MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 19329 manat dəyərində zərər vurulmuşdur. Qarşı tərəfin sığortası olmadığı üçün avtobilə vurulmuş zərərə görə dəymiş ziyan ödənilməmişdir. Avtomobilə dəymiş ziyan dəfələrlə cavabdehdən tələb edilmiş, lakin hazıradək ödənilməmişdir. MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 2016-cı il buraxılışlı olmasına baxmayaraq, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobil yararsız hala düşmüşdür. Müstəqil qiymətləndirmə təşkilatı olan “X4” MMC tərəfindən yararsız hala düşən ehtiyyat hisssləri qiymətləndirilmiş və avtomobilə dəyən ümümi ziyan hesablanmışdır. Qiymətləndirmə nəticəsində avtomobilə 19329 manat dəyərində zərər vurulması müəyyən edilmiş və beləliklə MMC-yə məxsus “Mitsibushi L200” markalı, 90- PG-336 dövlət qeydiyyat nişanlı avtomobil 19329 manat məbləğində dəyərini itirmişdir. Ona görə də, iddiaçı cəmiyyət hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, hazırki mülki iş üzrə Cavabdeh təqsirli olmasını təsdiq edən hər hansı bir qərar mövcud deyildir. Belə ki, 16 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və inzibati xəta haqqında Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(073)-867/2023 saylı qərarında Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 08:00-da idarə etdiyi “QAZ 33021” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu Nərimankənd kəndi istiqamətində hərəkətdə olarkən “Mercedens Vito” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verməsi göstərilmişdir. Belə ki, baş vermiş həmin yol nəqliyyat hadisəsindən sonra Cavabdeh məxsus “QAZ 33021” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayandığı halda, İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı tərəfdən gələrək cavabdehə məxsus “QAZ 33021” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Belə olan halda, Cavabdeh İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı avtomobilə dəymiş zərərə görə məsuliyyət daşıya bilməz. Bundan ələvə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan həddindən artıq şişirdilmiş rəqəmlərlə hesablanmış və ümumiyyətlə həmin avtomobilə ziyanın dəyməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-94/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddianın təmin edilməsi, Cavabdeh vurulmuş zərərə görə 19329 (on doqquz min üç yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 (bir yüz qırx səkkiz) manat alınıb İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.8, 1096.1, 1096.2, 1108.1, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 88, 106.1, 14.2, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, 27 dekabr 2022-ci il tarixdə etibarnamə əsasında cəmiyyətin baş aqronomu Hikmət Cəfərov tərəfindən idarə edilərkən, saat 06:30 radələrində BiləsuvarBəhrəmtəpə yolunun Arazbarı kəndindən keçən hissəsində öz yolu ilə hərəkətdə olan zaman, qarşıdan gələn Cavabdeh idarə etdiyi “Qazel” markalı **-BS-*** qeydiyyat nişanlı avtombillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsində Camalov X2 Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(073)-867/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, 90-PG336 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız hala düşmüş, müstəqil qiymətləndirmə təşkilatı olan “X4” MMC tərəfindən yararsız hala düşən ehtiyyat hisssləri qiymətləndirilmiş və usta xərcləri ilə birlikdə avtomobilə dəyən ümümi ziyan 19329,58 manat dəyərində müəyyən edilmişdir. Qarşı tərəfin sığortası olmadığı üçün avtobilə vurulmuş zərərə görə dəymiş ziyan ödənilməmişdir. Avtomobilə dəymiş ziyan iddiaçı tərəfindən dəfələrlə cavabdehdən tələb edilmiş, lakin hazıradək ödənilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, Cavabdeh idarə etmiş olduğu avtomobil yoldan bir metr kənarda hərəkətsiz olduğu halda başqa şəxsə necə ziyan vura bilərdi. Məhkəmə prosesləri zamanı iddiaçı tələbini əsaslandıran heç bir əsaslı dəlil məhkəməyə təqdim etməmiş və məhkəmədə iddianı təmin edərkən MİTSUBİSHİ markalı avtomobilə məhz Cavabdeh təqsirindən zərər vurulmasını qətnamədə əsaslandırmamışdır. Cəlilabad rayon Məhkəməsi öz qətnaməsində yalnz maddi və prosessual hüquq normaları sadalamaqla kifayətlənmişdir. Cəlilabad Rayon Məhkəməsi iş üçün bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, Cavabdeh idarə etdiyi avtomobillə MİTSİBUSHİ markalı avtomobilin toqquşması zamanı Cavabdeh əməlində hər hansı yol nəqliyyat hadisəsi qaydalarının pozulması müəyyən edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardanda ğörünür ki, Cavabdeh idarə etdiyi avtomobil MERSEDES markalı avtomobil ilə toqquşduqdan sonra yoldan çıxmış və yoldan 1 metr kənarda dayandığı vəziyyətdə MİTSİBUSHİ markalı avtomobil ona gəlib dəymişdir. Yəni yoldan bir metr kənarda hərəkətsiz halda dayanmış avtomobilə MİTSİBUSHİ markalı avtomobilinin gəlib dəyməsi zamanı Cavabdeh təqsirinin olub-olmaması araşdırılmamışdır. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarlarında Cavabdeh idarə etdiyi avtomobil ilə MİTSİBUSHİ markalı avtomobilin toqquşmasına dair heç bir hüquqi mövqe qeyd edilməmişdir. Cəlilabad rayon məhkəməsinin iddianın təmin edilməsi üçün istinad etmiş olduğu sübut Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(073)-867/2023 saylı qərara əsaslanmışdır.Hansı ki, həmin qərarla onun yalnız Mersedes VİTO markalı avtomobil ilə toqquşması inzibati xəta hesab edilmişdir. Daha həmin qərarla MİTSHBUSHİ markalı avtomobil ilə toqquşmada onun təqsirinin olması müəyyən edilməmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh vəkili bildirdikləri ilə razı olduğunu, izahatına əlavəsi olmadığını bildirdi. Apellyasiya baxışında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Cavabdehin avtomobili idarə edərkən “Mersedes VİTO” markalı avtomobilə dəyir, onunla toqquşmaması üçün yolunu dəyişir, yolun sağına keçir, Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nə məxsus “Mitsibushi L200” markalı avtomobilin qabağına çıxır və qəza baş verir. Cavabdehin təqsiri, inzibati xəta törətməsi ilə bağlı polis orqanları inzibati protokol tərtib edilmişdir. Cavabdeh tərəfindən cərimə ödənilmişdir. Cavabdehin təqsiri polis orqanları tərəfindən müəyyənləşdirilmiş, qarşı tərəf bu qərardan şikayət vermiş və qüvvədə saxlanılmışdır. Cavabdehin hərəkəti nəticəsində avtomobil yararsız hala düşmüşdür, avtomobil dəmir tullantısı kimi verilmişdir. Avtomobilin ümumi dəyəri daha çoxdur, cavabdehdən onun bir hissəsini tələb edilir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətində göstərilən dəlilləri və proses iştirakçılarının izahatlarını hərtərəfli təhlil edib sübutları qarşılıqlı əlaqədə qiymətləndirməklə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli halların, xüsusilə də dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı sübutların tam və hərtərəfli araşdırılması təmin edilməmiş, iddiaçının təqdim etdiyi 24 mart 2023-cü il tarixli qüsur aktını mötəbər sübut kimi qiymətləndirməklə nəticəyə gəlmişdir. Bu səbəbdən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti zərərin məbləğinin müəyyən edilməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi dəymiş zərərin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki hüquq doktrinasında delikt anlayışı hüquqa zidd hərəkət (və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə vurulan zərərə görə yaranan müstəqil məsuliyyət institutudur. Delikt öhdəliyi müqavilə öhdəliklərindən fərqli olaraq tərəflər arasında əvvəlcədən formalaşmış hüquqi münasibətin mövcudluğunu tələb etmir, əksinə, hüquq pozuntusunun baş verməsi ilə əmələ gəlir və zərərvuranın zərərçəkən qarşısında əmlak və ya qeyri-əmlak xarakterli məsuliyyət daşımasını təmin edir. Doktrinaya görə delikt məsuliyyətinin yaranması üçün dörd əsas elementin mövcudluğu zəruridir: hüquqa zidd əməl, zərər faktı, həmin əməl ilə zərər arasında səbəb-nəticə əlaqəsi və zərərvuranın təqsiri. Bununla belə, yüksək təhlükə mənbəyinin istismarı kimi hallarda məsuliyyət obyektiv xarakter daşıyır, məsuliyyətdən azadolma yalnız səbəb-nəticə əlaqəsinin qırılması ilə əsaslandırıla bilər. Delikt hüququnun məqsədi cəzalandırma yox, zərərin ədalətli kompensasiyasıdır. Bu institut zərərçəkənin pozulmuş hüquqlarının bərpasını mümkün edir və hüquqi dövriyyədə sabitliyin təmin edilməsinə yönəlir. Apellyasiya şikayətində cavabdeh və onun nümayəndəsi əsasən bu arqumentləri irəli sürürlər ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları tam aydınlaşdırmamış, Cavabdeh “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə təqsirli olmasını və yol hərəkəti qaydalarını pozmasını sübut edən mötəbər sübutlar təqdim edilməmiş, həmçinin Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-867/2023 saylı inzibati xəta haqqında qərarı yalnız “Mercedes Vito” markalı avtomobillə toqquşma epizodu üzrə qəbul edildiyindən, həmin qərardan “Mitsibushi” markalı avtomobilə dəymiş zərərə görə mülki məsuliyyət barədə nəticə çıxarmaq olmaz. Apellyasiya şikayətində həmçinin bildirilir ki, Cavabdeh idarə etdiyi avtomobil “Mercedes Vito” ilə toqquşmadan sonra yoldan çıxaraq yolun kənarında, hərəkətsiz vəziyyətdə dayanmış və məhz bu vəziyyətdə “Mitsibushi L200” markalı avtomobil gəlib ona dəymişdir, belə olduqda cavabdehin təqsiri və səbəb-nəticə əlaqəsi araşdırılmadan iddianın təmin edilməsi yolverilməzdir. Kollegiya qeyd edir ki, göstərilən arqumentlər iş materialları, inzibati xəta işi üzrə qəbul edilmiş məhkəmə aktları və bilavasitə məhkəmə iclasında verilmiş izahatlarla birlikdə qiymətləndirildikdə, cavabdehin zərərə görə məsuliyyətini istisna etməyə və ya Cəlilabad Rayon Məhkəməsinin qətnaməsini bu hissədə ləğv etməyə əsas vermir. İş materiallarından, o cümlədən Biləsuvar RPŞ-də aparılmış yoxlama materialları, avtotexniki ekspertiza nəticələri və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-867/2023 saylı, habelə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-435/2023 saylı qərarlarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, yol hərəkəti qaydalarını pozmaqla yolnəqliyyat hadisəsinin yaranmasına səbəb olmuşdur. İnzibati iş üzrə qəbul edilmiş qərarlarda təsvir edilən hadisə dinamikası, cavabdehin “Mercedes Vito” markalı avtomobillə toqquşmadan sonra yol zolağını dəyişməsi, hərəkət trayektoriyasından çıxması və sonrakı vəziyyəti bütövlükdə bir yolnəqliyyat hadisəsinin mərhələləri kimi qiymətləndirilməlidir. Cavabdehin apellyasiya şikayətində iddia etdiyi kimi avtomobilin hərəkətsiz vəziyyətdə dayanması və bu halda “Mitsibushi L200” markalı nəqliyyat vasitəsinin ona təsadüfi şəkildə dəyməsi barədə versiya nə inzibati iş materialları, nə də mülki iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Cavabdeh hazırkı zərərə görə mülki-hüquqi məsuliyyətini istisna edə biləcək hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən cavabdehin delikt məsuliyyətinin mövcud olmadığı barədə iddiaları əsassızdır və onun delikt məsuliyyətinin istisna edilməsi üçün hüquqi əsas yoxdur. Apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin qətnaməsində hüquqi mövqenin kifayət qədər əsaslandırılmaması, yalnız maddi və prosessual hüquq normalarının sadalanması iradı irəli sürülmüşdür. Kollegiya bu iradı müəyyən dərəcədə əsaslı hesab etməklə, eyni zamanda xatırladır ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005ci il tarixli, 4 saylı Qərarına və Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmalı, hüquqi nəticələr aydın şərh edilməlidir. Lakin birinci instansiya məhkəməsinin əsaslandırma hissəsində yol hərəkəti qaydalarının pozulması və cavabdehin təqsiri ilə bağlı arqumentlərin tam açılmaması, özlüyündə, əgər iş üzrə faktiki hallar apellyasiya instansiyasında tam və hərtərəfli aydınlaşdırılıb, hüquq normaları düzgün tətbiq edilibsə, qətnamənin mütləq ləğv edilməsini şərtləndirmir. Mülki Prosessual Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxır və aşağı instansiyanın hüquqi mövqeyini dəqiqləşdirməklə, onun buraxdığı əsaslandırma boşluqlarını doldura bilər. Hazırkı iş üzrə kollegiya məhz bu funksiyasını həyata keçirərək cavabdehin zərərə görə məsuliyyət daşıması barədə nəticəni düzgün hesab edir, lakin dəymiş zərərin məbləğinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyini qəbul etmir. Apellyasiya şikayətində həmçinin iddiaçının avtomobilə dəymiş ziyanı sübut etmədiyi, “X4” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın şişirdilmiş rəqəmlər əsasında tərtib olunduğu irəli sürülür. Kollegiya bu arqumenti sübutların qiymətləndirilməsi kontekstində nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi həqiqətən də zərərin məbləğini müəyyən edərkən servisin aktına həddindən artıq sübut qüvvəsi vermiş, həmin aktın tərtib olunma qaydasını, tərtib edən subyektin maraqlarını, köhnəlmə faizinin nəzərə alınmamasını nəzərə almamışdır. Belə ki, “X4” MMC-nin aktı zərərçəkən tərəfin təşəbbüsü ilə onun seçdiyi qurum tərəfindən tərtib olunmuş, dəymiş zərərin məbləğini servis xidmətləri və ehtiyat hissələrinin dəyəri əsasında hesablayan sənəddir. Aktda hansı metodologiya üzrə hesablamalar aparıldığı, köhnəlmə faizinin nəzərə alınıbalınmaması, bazar qiymətləri ilə müqayisə aparılıb-aparılmaması, eləcə də tərtib edən şəxsin müstəqil, neytral ekspert statusuna malik olub-olmaması göstərilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatında da göstərilir ki, məhz həmin aktda qeyd edilən ehtiyat hissələri üzrə yerli bazarda məlumat çatışmazlığı səbəbindən dövlət ekspert qurumu qiymətləndirmə apara bilməmişdir. Bütün bunlar aktın obyektivliyini və elmi əsaslandırma dərəcəsini şübhə altına almağa imkan verir. Bu çatışmazlıqların aradan qaldırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq əlavə sübut toplamaq, konkret olaraq qiymətləndirmə ekspertizası keçirmək zərurətini görmüş və "xxxx" MMC-dən müvafiq rəy almışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyində avtomobilin istehsal ili, bazar dəyəri, köhnəlmə faizi, qüsur aktında göstərilən zədələnmiş hissələr və bazar qiymətləri nəzərə alınmaqla dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərcin ƏDV nəzərə alınmadan 11.700 manat məbləğində olduğu hesablanmışdır. Rəydə aydın şəkildə göstərilir ki, qiymətləndirmə avtomobilin hadisə nəticəsində dəyər itkisinin və zədələnmiş hissələrin bazar dəyərinin müəyyən edilməsinə yönəlib, əlavə bərpa işlərinin faktiki aparılıb-aparılmaması, gələcəkdə hansı keyfiyyət səviyyəsində təmir ediləcəyi və s. qiymətləndiricinin səlahiyyətindən kənardır. Kollegiya hesab edir ki, göstərilən ekspert rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq daha obyektiv, metodoloji cəhətdən əsaslı və neytral sübutdur. Ekspertiza dövlət ekspertiza mərkəzinin imtinasından sonra müstəqil peşəkar qiymətləndirmə subyekti tərəfindən aparılmış, mübahisəli məbləğ konkret elmi-texniki meyarlar və bazar məlumatları əsasında müəyyən edilmişdir. Buna görə də zərərin məbləğinin hesablanmasında "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi üstün sübut kimi qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı yalnız 11.700 manat məbləğində dəymiş maddi ziyanın mövcudluğunu yetərli və mötəbər sübutlarla əsaslandırmış, tələb edilən 19.329,58 manat məbləğin bu məbləği aşan hissəsində sübutetmə yükünü daşıya bilməmişdir. Bu səbəbdən iddianın həmin hissədə təmin edilməsi üçün hüquqi və faktiki əsas yoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi zərərin məbləği ilə bağlı daha dəqiq və obyektiv nəticəyə gəlmək məqsədilə məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC-nin rəyini işdə olan digər sübutlarla birlikdə hərtərəfli qiymətləndirərək mübahisənin həlli üçün əhəmiyyətli bütün halları tam şəkildə müəyyən etmişdir. Belə şəraitdə Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsi tətbiq edilməklə qətnamənin zərərin məbləği hissəsində dəyişdirilməsi, iddianın Cavabdeh İddiaçı MMC-nin xeyrinə 11.700 (on bir min yeddi yüz) manat məbləğində tutulması hissəsində təmin edilməsi, həmin məbləği aşan qalan hissədə isə sübut olunmamış sayılaraq rədd edilməsi zərurəti yaranır. Cavabdehin apellyasiya şikayəti bu mənada yalnız zərərin məbləğinin həddindən artıq müəyyən edilməsi hissəsində əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsi isə yalnız zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan dəymiş zərərin məbləği 11.700 manat müəyyən edilməli, qətnamənin qalan digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetirib-yetirmədiyini qiymətləndirir. MPM-in 402.1.-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsi dəymiş zərərin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan dəymiş zərərin məbləği 11.700 (on bir min yeddi yüz) manat müəyyən edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 oktyabr 2025-ci il tarixli, 0266 saylı hesabatını verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (benefisiarın bankı: RabitəBank, kodu 507280, SWİFT KOD RBTAAZ22, müxbir/hesab AZ61NABZ********************, hesabın sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, VÖEN **********, hesab/iban AZ74RBTA******************** nömrəli hesab) köçürülsün. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-858/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-858/2025
26.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver