Məhkəmə qərarları › İş №2(106)-86/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-86/2023

11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-86/2023 11.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən evin arxa hissəsində xırda və iri buynuzlu mal-qaranın saxlandığı fermaya oxşar (stilli) tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu mal-qaranın və cücələrin saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması” tələbi ilə bağlı mülki iş üzrə Açar sözlər : “mülkiyyətə maneçiliyin qadağan edilməsi” X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən evin arxa hissəsində (xırda və iri buynuzlu mal-qaranın saxlandığı fermaya oxşar (stilli) tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi) xırda və iri buynuzlu mal-qaranın və cücələrin saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)-339/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh tərəfindən evinin arxa hissəsində xırda və iri buynuzlu mal-qaranın saxlandığı fermaya oxşar (stilli) tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu mal-qaranın və cücələrin saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbələbini onunla əsaslandırmışdır ki, iddiaçı onun atasıdır. Hazırda Cəlilabad rayonu Cəfərxanlı kəndində cavabdehlə qonşuluqda yaşayır. Yaşadıqları torpaq sahəsində əvvəllər iddiaçının atası Əzizağa Ağayevin evi olmuş, sonradan İddiaçı həmin torpaq sahəsində cavabdehlə həmsərhəd yerdə özünə fərdi yaşayış evi inşa edərək orada yaşamağa başlamışdır. Daha sonra isə həmin torpaq sahəsi və fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 noyabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışa əsasən 0,36 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən həmin torpaq sahəsində fərdi yaşayış evi tikməklə ailəsi ilə birlikdə yaşayır. İddiaçı ilə qonşuluqda yaşayan Cavabdeh iddiaçının evinin arxa hissəsində tikdiyi ferma stili tövlədə xırda və iri buyunzlu mal-qara saxlayır. Mal-qaranın ifrazatından qalxan üfunət və qara milçək iddiaçının və ailə üzvlərinin səhhətinə ciddi ziyan vurduğundan dəfələrlə cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh mal-qaranı evinin arxa hissəsindəki tikdikləri ferma stili tövlədə və açıq qəhəldə saxlamaqda davam edir. Bunun nəticəsində üfunətli ifrazatdan yaranan peyini də evinin arxa hissəsinə tökür. Cavabdehə xəbərdarlıq edilmişdir ki, saxladığı malqaranı, əmələ gələn tullantıları iddiaçının evinin yaxınlığından uzaqlaşdırsin və iddiaçının ailəsini zərərli amillərin təsirinə məruz qoymasın, mal-qaranı təcili olaraq həyətin başqa hissəsinə köçürsünlər. Lakin cavabdeh heç bir əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirir. Cavabdehin həyətində saxladığı iri və xırda buynuzlu mal-qaranı onun evinin çox yaxınlığında yerləşdirməsi, orada əmələ gələn peyin, qara milçək və pis qoxu nəticəsində iddiaçının və ailəsinin sağlamlığını təhlükə altında qoymuşdur. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən evinin arxa hissəsində inşi edilmiş cücə damından axan yağış suları evinin bünövrəsinə tökülməklə evin divarlarına çatlayaraq deformasiyaya uğramasına səbəb olur və evdə çökmələr və çatlar başlyır. Eyni zamanda cücələrin damından gələn üfunəti iyindən yaşamaq mümkünsüz hala gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilərək, Cavabdeh tərəfindən evinin arxa hissəsində inşa edilmiş xırda və iri buynuzlu mal-qaranın saxlandığı ferma stilli tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu mal-qaranınvə cücələrin saxlanmasına, peyinin tökülməsinə qadağa qoyulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində Cavabdeh Ağababa oğlu iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayırlar. İddiaçının uzun müddətdir ki, onunla ədavəti vardır. Bu səbəbdən ona qarşı əsassız iddialar qaldırmaqla onun dinc yaşamasına mane olur. Sözügedən mübahisəli tövləni o, yaşadığı evlə birlikdə 1982-ci ildə tikmişdir. Hazırda həmin tövlədə 7-8 baş iri və xırda buynuzlu heyvan saxlayır. Belə ki, kənd camaatı kimi ailəsini dolandırmaq üçün ehtiyacı olan vaxt artım olduqca heyvanlardan satır, dolanışığını təmin edir. O, fərdi yaşayış evini və tövləni tikən zaman İddiaçı həmin yerdə yaşayaş evi olmamışdır. Həmin yerdə əvvəllər iddiaçının atası Əzizağa Ağayevin yurdu olmuş və iddiaçının atasına məxsus balaca ölçüdə tikilmiş ev həmin həyətin ortasında onun evindən və tövləsindən xeyli kənarda olmuşdur. Onun evi və tövləsi tikiləndən 15-20 il sonra, yəni 1990-cı illərin sonlarında İddiaçı ata yurdu olan həmin yerdə onun tikdiyi evin və tövlənin yaxınlığında fərdi yaşayış evi inşa edərək orada yaşamağa başlamışdır. İddiaçı özü də yaşadığı evin həyətində malqara saxlamaq üçün tövlə tikmiş və onun tikdiyi tövlə qonşu evinin yaxınlığındadır. Belə olan halda iddiaçının tikdiyi tövlə gərək sökülsün. İddiaçı uzun müddətdir ki, həmin ərazidə yaşayır və bu müddətdə tövlənin sökülməsi barədə heç bir iddia etməmişdir. İndi isə aralarında olan torpaq mübahisəsi oldğu üçün iddiaçı qərəzli olaraq ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin edilmiş mütəxəssis mübahisəli tövləyə baxış keçirmiş, lakin iddiaçının ərizəsində göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Ona görə də iddianı etiraf etmir və əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Cəlilabad Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)-339/2021 saylı qətnaməsi ilə (sədrlik edən E.Əmirəliyev) İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən evin arxa hissəsində xırda və iri buynuzlu mal-qaranın saxlandığı ferma stilli tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu malqaranın və cücələrin saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyasında birinci icraat. İddiaçı Ağayev X1 Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)- 339/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov, iş N 2(106)-3607/2021) şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2313/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 3607/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi “tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə” tələblərin həllinə aid hissədə ləğv edilməsi və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Ağayev X1 Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)- 339/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)-339/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, cavabdehin həyətində saxladığı iri və xırda buynuzlu mal-qaranı onun evinin çox yaxınlığında yerləşdirməsi, orada əmələ gələn peyin, qara milçək və pis qoxu nəticəsində iddiaçının və ailəsinin sağlamlığını təhlükə altında qoymuşdur. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh tərəfindən evinin arxa hissəsində inşa edilmiş cücə damından axan yağış suları evinin bünövrəsinə tökülməklə evin divarlarına çatlayaraq deformasiyaya uğramasına səbəb olur və evdə çökmələr va çatlar başlayır. Eyni zamanda cücələrin damından gələn üfunəti iyindən yaşamaq mümkünsüz hala gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilərək, Cavabdeh tərəfindən evinin arxa hissəsində inşa edilmiş xırda və iri buynuzlu mal-qaranın saxlandığı ferma stilli tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu malqaranın və cücələrin saxlanmasına, peyinin tökülməsinə qadağa qoyulmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, iş üzrə mütəxəssiz rəyinin alınması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin mütəxəssizlərinin iştirakı ilə yerində müayinələr aparılmışdır. Həmin vaxt o özü də monitorinqdə iştirak etmişdir. Bildirmişdir ki, mütəxəssizlər həmin ərizidə xüsusi cihazla havadakı zərərli qazların miqdarını ölçmüş, həmçinin peyinin tökülməsi yerinə baxmışlar. Lakin mütəxəssizlər ora gələn ərəfdə cavabdeh ərazidən peyinləri təmizləmiş, heyvanları isə uzaqlaşdırmışlar. Əsas odur ki, cavabdeh heyvanların peyinlərini həyətinə yığaraq onları bir müddət sonra daşıyır. Həmin müddətdə isə kəskin iy-qoxu yaranır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Yuxarıda da qeyd olunduğu kimi iddiaçı Ağayev X1 Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)-339/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, işə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. iddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2313/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3607/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi “tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə” tələblərin həllinə aid hissədə ləğv edilməsi və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Buna görə də hazırda apellyasiya məhkəməsi iddianın “tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə” hissəsində baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Hazırki halda İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə “tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması” hissədə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 noyabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,36 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı və onun ailə üzvlərinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 noyabr 2013-cü il tarixli, RX **********-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,36 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və tikililərə dair İddiaçı adına tərib edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 yanvar 2020-ci il tarixli, **********80-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,44 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, **********80-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,44 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və tikililərə dair Cavabdeh adına tərib edilmişdir. İşdə olan Cəlilabad rayon Üçtəpə bələdiyyəsi tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh bələdiyyə ərazisində yerləşən 0,43 hektar həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi üzərində 1982-cildən yaşayış evi və mal-qara saxlamaq üçün tövlə inşa etmişdir. Yaşayış evində ailəsi ilə birgə yaşayır, tövlədə iri buynuzlu və xırda buynuzlu heyvan saxlayır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və təbii sərvətlər Nazirliyi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, 1524 nömrəli mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Cəfərxanlı kənd sakini Cavabdeh həyətyanı sahəsinə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh həyətyanı sahəsində inşa edilmiş 20x10=200 kv.metr həcmində olan tövlənin içərisinə və ətrafına yerində baxış keçirilərkən mal-qaranın saxlandığı tövlədə əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy ufunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığı müəyyən olunmuşdur. Hal-hazırda qonşuluqda yaşayan İddiaçı və ailəsinin səhhətinə və normal həyat tərzinə hər hansı ziyanlı təsiri yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5985 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 noyabr 2013-cü il tarixli, RX ******* seriyali çıxarışa əsasən Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,36 hektar həyətyanı torpaq sahəsində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan fərdi yaşayış evi ilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, **********80-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,44 hektar həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh adına tərtib edilmiş texniki pasporta əsasən xırda və iri buynuzlu mal-qaranın saxlanıldığı fermaya oxşar (stilli) tövlə və cücə saxlanılan dam arasında 2,1 metr məsafə olduğu və həmin məsafənin “Dövlət şəhərsalma norma və qaydaları"nın AzDTN2.6-1 Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının 4.20-ci bəndinə uyğun olmadığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuy cavab məkubundan görünür ki, monitorinq zamanı Cəlilabad rayonu, Cəfərxanlı kəndində şikayətçi İddiaçı evinin ətraf ərazilərindən atmosfer havasına buraxılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə BOSEAN səyyar cihazı vasitəsilə ölçmə işləri aparılaraq X4 Monitorinq İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli 00048 saylı akt tərtib edilmişdir. Müəyyən olunmuş nəticələrə əsasən atmosferə atılan zərərli qazın miqdarı CO- 3,2 mq/m3 (norma:5.0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Göründüyü kimi həm birinci instansiya həm də apellyasiya instansiyası mərhələsində cavabdehin həyətinə tökülən peyinlərlə və heyvanların saxlanıldığı yerlə bağlı müvafiq həmin yerlərdə monitorinq keçirilməklə mütəxəssizlərin rəyləri alınaraq işə əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və təbii sərvətlər Nazirliyi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, 1524 nömrəli və xx.xx.2023-cü il tarixli mütəxəssiz rəylərində monitorinq zamanı Cəlilabad rayonu, Cəfərxanlı kəndində şikayətçi İddiaçı evinin ətraf ərazilərindən atmosfer havasına buraxılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə BOSEAN səyyar cihazı vasitəsilə ölçmə işləri aparılaraq X4 Monitorinq İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli 00048 saylı akt tərtib edilmişdir. Müəyyən olunmuş nəticələrə əsasən atmosferə atılan zərərli qazın miqdarı CO-3,2 mq/m3 (norma:5.0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyən edilmişdir. Həmçinin Cəlilabad rayonu Cəfərxanlı kənd sakini Cavabdeh həyətyanı sahəsinə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh həyətyanı sahəsində inşa edilmiş 20x10=200 kv.metr həcmində olan tövlənin içərisinə və ətrafına yerində baxış keçirilərkən mal-qaranın saxlandığı tövlədə əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy ufunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığı müəyyən olunmuşdur. Hal-hazırda qonşuluqda yaşayan İddiaçı və ailəsinin səhhətinə və normal həyat tərzinə hər hansı ziyanlı təsiri yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1-171.3. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı belə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ekspertiza xərci 50 manat cavabdeh İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Buna görə də kollegiya hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)-339/2021 saylı qətnaməsi - tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)-339/2021 saylı qətnaməsi - tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 manat cavabdeh İddiaçı alınaraq Dövlət büdcəsinə- AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar