Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-865/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, iddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsinin Cavabdeh qarşı “təhvil-təslim aktının icra edilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2(036)-979/2023 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsi Cavabdeh qarşı “təhvil-təslim aktının icra edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, bələdiyyənin möhür və ştampının, o cümlədən maliyyə sənədlərinin cavabdehdən alınıb bələdiyyəyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2(036)-979/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları 26 aprel 2023-cü il tarixdə apellyasiya şikayəti ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə müvafiq olaraq apellyasiyanın mümkünlüyü yoxlanılarkən cavabdeh tərəfindən qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilmədiyi müəyyən edilmişdir. Qeyd olunan çatışmamazlığın aradan qaldırılmasından ötrü 27 aprel 2023-cü il tarixdə cavabdehə rəsmi bildiriş göndərilərək 10 may 2023-cü il tarixinədək aradan qaldırılması xahiş olunmuş, əks halın apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə nəticələnəciyi bildirilmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir və məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki halda İddiaçı, cavabdeh isə fiziki şəxs olaraq Cavabdehdur və yuxarıda sadalanan normaların məzmunlarından göründüyü kimi, bələdiyyə məhkəməyə verilən iddia ərizəsi üzrə dövlət rüsumunu ödəməkdən azaddır, həmin məhkəmə aktından cavabdeh apellyasiya şikayəti verərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsində nəzərdə tutulan məbləğdə dövlət rüsumu ödəməli idi. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Cavabdehin apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (X3 vasitəsilə Şirvan Apellyasiya Məhkəməsi üçün 50 manat) əlavə edilməmişdir. Qeyd edilən hala isə birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməyərək, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq apelyasiya şikayətini geri qaytarmalı olduğu halda, qəbul edərək işlə birlikdə baxılmasından ötrü apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2(036)-979/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İmişli Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2(036)-979/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-865/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-865/2023
10.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver