Məhkəmə qərarları › İş №2(106)-875/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-875/2025

29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-875/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən “borc pulun alınıb ona verilməsi” tələbinə dair mülki iş üzrə Calilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49300 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh ondan 49300 manat məbləğində borc almış, lakin borclu olduğu məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Belə ki, cavabdeh onunla birlikdə N saylı hərbi hissədə kapitan rütbəsində xidmət etmiş, hərbi hissədə nəinki ona, hətta digər hərbçi yoldaşlarına da müəyyən məbləğlərdə borcu olmuşdur. Cavabdehlə fərdi söhbətlər aparılmış və cavabdeh qeyd edilən halları təsdiq etməklə fərdi söhbətlərin qeydiyyatı kitabında öz xətti və imzası ilə 02 aprel 2022-ci il tarixdə həqiqətən də ona 49300 manat borcunun olduğu barədə qeydiyyat aparmış və həmin qeyd hərbi hissənin möhürü ilə təsdiqlənmişdir. Cavabdeh qeyd etdiyi banklardan götürdüyü məbləğləri ona verməmiş, ola bilsin, başqa borclu olduğu şəxslərə ödəmişdir, çünki cavabdehin ondan başqa da digər şəxslərə çoxlu borcu vardır. O, uzun müddət məhkəmədən kənar şəkildə borcunu cavabdehdən tələb etsə də, cavabdeh hər dəfə müxtəlif vədlər verərək ona olan borcunu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İddiaçı izahatına əlavəsi olmadığını bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, o, 2019-cu ilin noyabr ayında hərbi hissədə şəxsiyyət üzrə müavin vəzifəsinə təyin olunmuşdur. Həmin ərəfələrdə İddiaçı başqa hərbi hissədən yerdəyişmə alaraq onun xidmət etdiyi hərbi hissəyə xidmətə gəlmişdir. İddiaçı gəldikdən sonra aralarında dostluq münasibətləri yaranmışdır. 2021-2022-ci illərdə aralarında borc söhbətləri olmuş və iddiaçıya olan borcunu tam-tamına qaytarmışdır. 2022-ci ildə İddiaçı atası onların yaşadıqları evə gələrək bildirmişdir ki, “oğlun Vahidin mənim oğluma borcu var”. Bundan sonra o, borcundan hissə-hissə İddiaçı ona ödəməyə göndərdiyi plastik bank kartlarına ödəməyə başlamışdır. Bundan sonra 23 iyun 2022-ci il tarixdə anası X3 adına "xxxx" ASCdən 15000 manat, 12 sentyabr 2022-ci il tarixdə gəlinləri X1 adına “Finca Azerbaijan” MM QBKT-dan 5000 manat, 18 avqust 2022-ci il tarixdə xalası X2 adına "xxxx" ASC-dən 10000 manat və 5000 manat olmaqla, ümumilikdə, 15000 manat götürərək onun iddiaçıya olan borcuna ödəmişlər. Bundan əlavə özlərinə məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsini 4500 manata satıb, həmin məbləği də İddiaçı olan borcuna vermişlər. O, ümumilikdə, 39500 manat məbləği atası Şamil Rzayevlə birlikdə aparıb İddiaçı vermişlər. O, İddiaçı olan borcunu tam ödəmiş, iddiaçıya borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev), iddia qismən təmin edilərək, Cavabdeh borca görə 45806,06 (qırx beş min səkkiz yüz altı manat altı qəpik) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Cavabdeh 49300 manat pul tələbinə dair iddiası Cəlilabad Rayon Məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Sübutlar sübut edilən fakta birmənalı olaraq bağlı olmalıdır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyi məhkəmə tərəfindən tam araşdırılmamışdır. İş materiallarından da görünür ki, borc kimi tələb olunan məbləğ 3000 manatdan çoxdur və tərəflər arasında heç bir yazılı müqavilə mövcud deyildir. Cəlilabad Rayon Məhkəməsi mülki işi araşdırarkən iş üzrə İddiaçı məhkəməyə vermiş olduğu izahatında cavabdehə vermiş olduğu məbləğlərdən özünə çatası müəyyən məbləğləri götürmüşdür. Lakin Cəlilabad Rayon Məhkəməsi həmin məbləğin nə qədər olmasını aydınlaşdırmamışdır. Cəlilabad Rayon Məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş valideynləri tərəfindən götürülmüş kreditlərlə iddiaçıya olan məbləğin tam ödənilməsi kifayət qədər sübut olunsa da, məhkəmə buna sübut kimi qiymət verməmişdir. İddiaçı öz tələbini 49300 manat kimi qoymuş, lakin məhkəmədə müəyyən edilmişdir ki, həmin puldan iddiaçıya 2294,94 manat qaytarılmışdır. Buradan belə çıxır ki, iddiaçı almış olduğu pulları da etiraf etmir. Bu hal da işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Rzayev X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən hallar iş materialları ilə öz təsdiqini tapmaqdadır. Məhkəmə tərəflər arasında mövcud olan mülki hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq norması kimi qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmamış, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar maddi və prosessual hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, İddiaçı 2021-ci ilin fevral ayında 1270 manat və 1200 manat, mart ayında 2300 manat, 4000 manat və 4216 manat, aprel ayında 550 manat, 365 manat və 9500 manat, may ayında 2000 manat, iyun ayında 5000 manat, 1400 manat, avqust ayında 500 manat və əlavə 500 manat, dekabr ayında "xxxx" ASC-nin Kürdəmir filialından 15300 manat kredit götürərək, ümumilikdə, 48101 manat borc qismində Cavabdeh vermişdir. Cavabdeh İddiaçı olan borcundan 465 manat qaytarmış, qalan borcu 47636 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh N nömrəli hərbi hissə komandirinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh İddiaçı 2021-ci ilin fevral ayında 1270 manat və 1200 manat, mart ayında 2300 manat, 4000 manat və 4216 manat, aprel ayında 550 manat, 365 manat və 9500 manat, may ayında 2000 manat, iyun ayında 5000 manat, 1400 manat, avqust ayında 500 manat və əlavə 500 manat, dekabr ayında 15300 manat olmaqla, ümumilikdə, 48101 manat borc almış, həmin borcundan 465 manat qaytarmış, İddiaçı qalan borcunun 47636 manat olduğunu etiraf etmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıdan aldığı pul məbləğini 23 iyun 2022-ci il tarixdə anası X3 adına "xxxx" ASC-dən 15000 manat, 12 sentyabr 2022-ci il tarixdə gəlinləri X1 adına “Finca Azerbaijan” MM QBKT-dan 5000 manat, 18 avqust 2022-ci il tarixdə xalası X2 adına "xxxx" ASC-dən 10000 manat və 5000 manat olmaqla, ümumilikdə, 15000 manat götürərək onun iddiaçıya olan borcuna ödəmişlər. Bundan əlavə özlərinə məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsini 4500 manata satıb, həmin məbləği də İddiaçı olan borcuna vermişlər. O, ümumilikdə, 39500 manat məbləği atası Şamil Rzayevlə birlikdə aparıb İddiaçı vermişlər. O, İddiaçı olan borcunu tam ödəmiş, iddiaçıya borcu qalmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlili ilə əlaqədar qeyd edir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehə borc pulun verilməsini sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı 48101 manat pulun verilməsini sübut edə bilmiş, həmçinin cavabdeh də iddiaçıdan həmin məbləğdə pul almasını etiraf etmişdir. Hazırkı halda cavabdeh iddiaçıdan aldığı pul məbləğini qaytardığını göstərirsə bu halda sübutetmə yükü borcun qaytarılması hissəsində cavabdehin üzərinə düşür. Məhkəmə iclasında Cavabdeh anası X3 adına "xxxx" ASC-dən 15000 manat, gəlinləri X1 adına “Finca Azerbaijan” MM QBKT-dan 5000 manat, xalası X2 adına "xxxx" ASC-dən cəmi 15000 manat götürərək və özlərinə məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsini 4500 manata sataraq, ümumilikdə, 39500 manat məbləği atası Şamil Rzayevlə birlikdə aparıb İddiaçı verdiyini qeyd etsə də, həmin məbləğlərin İddiaçı verməsi ilə bağlı cavabdeh tərəfindən həmin halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı da həmin hal öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh müxtəlif tarixlərdə İddiaçı 48101 manat borc almışdır. Həmin məbləğdən 2294,94 manat cavabdeh iddiaçıya qaytarmış, lakin 45806,06 manat məbləğini qaytarmamışdır. Həmin hal iş materialları ilə öz təqsdini tapır. Bununla da, cavabdehin iddiaçıya 45806,06 manat borcu yaranmışdır. Göstərilənlərlə yanaşı, kollegiya qeyd edir ki, tərəflərin də izahatlarından görünür ki, tərəflər arasında mövcud olan hüquq münasibəti 2021-2022-ci illərə təsadüf edir. İddiaçı həmin illərdə cavabdehə borc verdiyini, cavabdeh isə həmin illərdə iddiaçıdan borc aldığını bildirir. Bunu əsas götürən kollegiya qeyd edir ki, tərəflər arasında yaranan hüquq münasibətinə mübahisəli hüquq münasibəti yaranan zaman həmin hüquq münasibətinə tətbiq edilməli maddi hüquq norması kimi MM-nin 740.1 və 740.2-ci maddələrinə uyğun deyil, MM-in əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbində cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə, ümumilikdə, 48101 manat borc pul verdiyini bildirmişdir. Kollegiya onu da nəzərdən qaçırmır ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin birbaşa göstərişi 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanması tələb olunurdu. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin pulu iddiaçıdan alması, daha sonra həmin pulları tam qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsinə və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv təfsir etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Calilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh X4 45806,06 manat pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Calilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-1094/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 45806,06 manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar