Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-884/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(032)251/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 17000 (on yeddi min) manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət göndərərək işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Vəsatətə görə hazırkı mülki iddia üzrə onun yaşayış yeri ünvan 1 ünvanı göstərilmişdir. Halbuki o ünvan 2- də qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak edən İddiaçı vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdı. Şirvan Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(032)251/2023 saylı qərardadı (hakim C.Mustafayev) ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 17000 (on yeddi min) manat alınıb ona verilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət vermişdir. Şirvan Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(032)251/2023 saylı qərardadı ilə, Şirvan Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(032)251/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və gəlinəcək nəticənin daha aydın izah olunması baxımından birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Şirvan şəhər məhkəməsinin mövqeyinə görə məhkəmə baxışına hazırlığın icraatı mərhələsində Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olması müəyyən edildiyindən və mülki işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə vəsatət verildiyindən, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. İş materiallarında əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 17000 (on yeddi min) manat alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi 26 yanvar 2023-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc alan Cavabdeh Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, ev 27A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. 31.1 Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İşin faktiki halından da göründüyü kimi iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etdiyi zaman birinci instansiya məhkəməsi ərazi aidiyyət qaydalarına riayət edərək iddia ərizəsini icraatına qəbul etmişdir. Lakin daha sonradan cavabdehin vəsatəti əsasında mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şirvan şəhər məhkəməsi tərəfindən prosessual məcəllənin yuxarıda qeyd olunan normalarına əməl olunmadan İddiaçı Cavabdeh qarşı Cavabdeh 17000 (on yeddi min) manat alınıb ona verilməsi tələbinə dair mülki işi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi qanunvericilik aidiyyət qaydalarına riayət edilməklə işin icraata qəbul edildiyi halda, işin sonradan başqa məhkəməyə aid olduğu müəyyən edildiyi aşkar olunarsa işə mahiyyəti üzrə həmin məhkəmədə baxılmasını nəzərdə tutmuşdur. Şirvan şəhər məhkəməsi hazırkı iddia tələbini icraata qəbul edərkən Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 4i mülki işin ərazi aidiyyəti üzrə digər məhkəməyə göndərilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də mülki prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, mülki işin məhkəmə aidiyyəti qaydasında baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə Şirvan şəhər məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(032)251/2023 saylı qərardadı qanuni və əsaslı olmadığından, Şirvan şəhər məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(032)251/2023 saylı qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.1, 263-264-cü 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(032)251/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh 17000 (on yeddi min) manat alınıb ona verilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-884/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-884/2023
08.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver