Məhkəmə qərarları › İş №2(106)-908/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-908/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-908/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), X27 və X7 ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə*, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X*3 İdarəsinə qarşı “işdən azad edilmə barədə əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə təzminat tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 2(069)-*43/2022 saylı, *7 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X*3 İdarəsi rəisinin 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi, 2*.*0.202*-ci ildən əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq cavabdehdən tutularaq ona ödənilməsi, İddiaçı məxsus əmək kitabçasına, X*3 İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntular, *5.09.202*-ci ildən 2*.*0.202*-ci ilədək * ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılması, işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00000 manatın cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X32 və “Yaşat” Fonduna köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X*3 İdarəsinin Ağcabədi şəhəri, Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində işləmiş, onunla *5 sentyabr 202*-ci il tarixdən *7 aprel 2022-ci il müddətinədək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin dövrdə elektron imza ilə təsdiq olunmuş xxxxxxx000208 nömrəli əmək müqaviləsi bildirişinə əsasən bağlanmış əmək müqaviləsinin müddəti *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək dövrü əhatə etmişdir. Heç bir hüquqi əsas olmadan verilən qanunsuz əmri əsaslandırmaq üçün X*3 İdarəsinin rəisi Nümayəndə2 aşağıda göstərilən hüquqa zidd nəticələrə səbəb olan addımlar atmışdır. Belə ki, *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək müqavilə bağlanması razılaşdırıldıqdan sonra uzun illər olduğu kimi içərisi doldurulmamış 2 nüsxə əmək müqaviləsi onun tərəfindən imzalanaraq, idarənin əməkdaşı R.Əmirovaya verilmiş və heç nədən şübhələnmədən əmək fəaliyyətini davam etdirmişdir. 2*.*0.202*-ci il tarixdə iş günü başa çatdıqdan sonra idarənin rəisi Nümayəndə2 idarənin əməkdaşı Rövşanə Əmirovanı məcbur edərək onun işdən azad olunması barədə əmr və * ay əvvəlki müddətə, yəni * ay müddəti olan müqavilə hazırlamağı tapşırmışdır. Eyni zamanda, yeni müqaviləyə məktəbin direktoruna, yəni iddiaçıya imza etdirməyəcəyi təqdirdə onu işdən azad edəcəyini bildirmişdir. Həmin anda qüvvədə olan *5.09.202*-ci ildən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin mövcud olan * nüsxəsini onun gözləri önündə cıraraq məhv etmişdir. Sonradan işdən çıxarılma təhdidi altında olan R.Əmirova təsadüfən qovluğun arasında imzalanmış, lakin içərisi tam yazılaraq doldurulmamış əmək müqaviləsi blankının ikinci nüsxəsini Nümayəndə2 göstərmiş və onun təhriki ilə müəyyən pozuntular aparılmaqla qanunsuz olaraq tərtib etmişdir. Qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bərdə Regional ərazi Şöbəsinə müraciət olunmuş və ** yanvar 2022-ci il tarixli məktubla bildirilmişdir ki, çalışmanın yaş həddi 202*-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi uzadılmışdır. Bu barədə əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. X*3 İdarəsinin Bərdə Regional ərazi Şöbəsinə 08.*2.202*-ci il tarixli, 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, onunla *5.09.202*-ci ilin sentyabr ayından *7.*0.202*-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilə sabiq baş mühasib tərəfindən elektron informasiya sisteminə düzgün daxil edilməmişdir. Sabiq mühasib X*4 izahat verərək bildirmişdir ki, əmək müqaviləsini sistemə daxil edərkən, texniki səhv olaraq * ay əvəzinə 6 ay uzadıldığını qeyd etmişdir. İdarənin kargüzarı X*0 təqdim etdiyi izahatda isə işdən çıxmağı barədəki əmr əmək kitabçasına işlənilərkən tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir. Araşdırma zamanı həmçinin əmək müqaviləsinə xitam verilərkən, ona mövcud qanunvericiliyə uyğun olaraq son haqq-hesabın hesablanıb ödənilmədiyi məlum olmuşdur. Yol verilmiş nöqsanlarla əlaqədar X*3 İdarəsinin rəisi Nümayəndə2 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq 23.*2.202*-ci il tarixli, *053*70 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, vəkil vasitəsi ilə sorğu edərək işdən azad olunma barədə əmrin təsdiq edilmiş surətinin verilməsi cavabdehdən tələb edilsə də, cavabdeh mübahisəli əmri təqdim etməkdən yayınmışdır. Lakin mübahisəli əmrin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatların surəti 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bərdə Regional ərazi Şöbəsinə vəkil vasitəsi ilə sorğu ilə müraciət olunaraq əldə edilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tərkibi süni surətdə, əslində ciddi qanun pozuntusuna yol verməklə yaradılmışdır. Göründüyü kimi *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək bağlanmış əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatın portalda mövcudluğu və məlumat əmək kitabçasına daxil edilmiş *5.09.202*-ci il tarixli 93 nömrəli əmrlə imzalanmışdır. İddiaçıya məxsus əmək kitabçası sonradan tərtib edilmiş, *5.09.202*-ci ildən 2*.*0.202*-ci il tarixədək * ay müddətinə saxta müqavilənin tarixləri dəyişdirilmişdir. X*3 İdarəsinin əmr kitabında portalda mövcud olan *5.09. 202*-ci ildən *7.04.2022-ci ilədək olan 7 ay müddətli əmək müqaviləsi qeydiyyatı yazılışda pozularaq saxtakarlıq edilmişdir. Əmr kitabından əmək kitabçasına köçürülərkən edilən bu pozuntular virtual olaraq mövcud deyilsə, bu o deməkdir ki, əmr kitabı bütövlükdə dəyişdirilərək, 202*-ci ilin dekabr ayının sonlarında yenidən yazılmışdır. Yuxarıda göstərilən halların ekspertiza edilməsi, “Azercell” mobil operatoru vasitəsi ilə 22.*0.202*-ci il, 23.*0.202*-ci il, 26.*0.202*-ci il, 27.*0.202*-ci il tarixlərdə R.Əmirovaya məxsus 050-529-42-*7 nömrəli mobil telefon ilə aparılan danışıqlar idarə rəisinin tabeliyində olan R.Əmirova üzərinə basqının və saxtakarlığa təhrik etməsinin sübutudur. Beləliklə, qanunsuz əmri əsaslandırmaq heç bir halda mümkün deyil və əmək müqaviləsinin ləğv edilməsi ciddi qanun pozuntuları ilə icra edilmişdir. Həmin faktiki hallardan görünür ki, əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin kobud şəkildə pozulması ilə başa yetmişdir. Yəni 7 ay müddətinə mövcud olan əmək nüqaviləsi ciddi saxtakarlıq edilərək, müdaxilə edilməklə müddətin birtərəfli qaydada azaldılması ciddi qanun pozuntusu olmaqla yolverilməzdir. Odur ki, Regional Mədəniyyət İdarəsinin rəisinin 2*.*0.202*-ci il tarixli 6* nömrəli əmri ləğv edilməlidir. 24 ildən çox məktəbin direktoru vəzifəsində qüsursuz çalışmaqla kollektivdə və ictimaiyyətdə nüfuz qazanmış, rəhbərlik etdiyi kollektiv üzvləri dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə laureat adı almış, Mədəniyyət nazirinin əmri ilə 20*5-ci ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş, 20*8-ci ildə Prezidentin Fərmanı ilə “X2*” fəxri adı və medalı ilə təltif edildiyi halda, bu cür saxta və qeyri-etik qaydada işdən azad olunması ciddi iztirab keçirməsinə, işgüzar nüfuzuna və ləyaqətinə ağır zərbə olmuşdur. Beləliklə, hesab edir ki, cavabdeh idarənin rəisi bu hərəkəti ilə iddiaçıya *00000 manat mənəvi ziyan vurmuşdur. Bu məbləğ cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X32 və “Yaşat” Fonduna ödənilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı qaydada etiraz edilmiş, etirazda iddia tələbinin tam şəkildə rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də müqavilə müddətinin bitməsidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mahiyyətindən də görünür ki, müqavilə nə işəgötürən olaraq X*3 İdarəsinin, nə də işçi kimi İddiaçı təşəbbüsü ilə sonlandırılmamışdır. İddiaçının işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşir. Onun müqaviləsinə xitam verilərkən o, artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilmiş şərtlərlə ehtiva etmişdir. Yəni burada sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır. Həmin razılıq isə məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, nazirlik tərəfindən verilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən əsaslı olaraq müqavilə müddətinin uzadılmasından imtina edilmişdir. İddiaçının müqaviləsinin * ay kimi qısa müddətə uzadılmasına səbəb isə nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olmuşdur. Bu rəsmi cavabı 6-7 ay gözləmək isə heç bir məntiqə sığmır. Həmçinin, müqaviləyə işəgötürənin təşəbbüsü ilə xitam verilmədiyi üçün bu məsələdə işəgötürənin hansısa məsuliyyəti mövcud deyil, yəni əmrin ləğv olunması üçün hər hansı bir hüquqi əsas yoxdur. Həmin müqavilə müddətinin elektron informasiya ehtiyatında daha uzun göstərilməsi yalnız texniki səhvdir. İddiaçı özü də elektron informasiya qeydiyyat sistemində iddia etdiyi kimi 2022-ci ilin aprel ayına qədər müqaviləsi olduğunu bilməmişdir. Əgər bilsəydi, idarənin rəisindən çalışma müddətinin artırılması ilə bağlı Mədəniyyət Nazirliyinə məktub göndərilməsini xahiş etməzdi. Əgər bu barədə rəisin məlumatı olsaydı, iddiaçının çalışma müddətinin artırılması barədə Mədəniyyət Nazirliyinə məktub ünvanlamazdı. Bu faktlar da elektron informasiya qeydiyyat sistemində 2022-ci ilin aprel ayına qədər yazılmış məlumatın texniki səhv olduğunu təsdiq edir. İddiaçı 2022-ci ilin aprel ayına qədər idarənin əmrlər kitabında qeydiyyat aparıldığını və əgər bu qeydiyyat əmrlər kitabında yoxdursa, əmrlər kitabının dəyişdirildiyini iddia edir. İddiaçının çalışma müddətinin 2022-ci ilin aprel ayına qədər uzadıldığı barədə idarənin əmrlər kitabında heç bir qeydiyyat aparılmamışdır. İddiaçının iddia etdiyi kimi əmrlər kitabının dəyişdirilməsi mümkün deyil, çünki Nümayəndə2 202*-ci ilin avqust ayında vəzifəyə təyin edilmiş, əmrlər kitabı isə onun təyinatından 4 ay öncə tərtib edilmiş, əvvəlki rəhbərlik tərəfindən təsdiq edilmiş, möhürlənmiş və may ayından avqust ayına qədər olan əmrlər əvvəlki rəhbərliyin imzası ilə əmrlər kitabına işlənilmişdir. İddiaçı idarənin müvafiq jurnalına imza ataraq əmək kitabçasını təhvil almış, hər hansı bir qaralama olması barədə heç bir qeyd etməmişdir. İddiaçı iddia edir ki, guya əmək müqaviləsinə oxumadan boş şəkildə imza atmışdır. İddiaçı kimi təcrübəli bir vəzifəli şəxsin onun özü üçün bu qədər həssas bir mövzuda guya bu cür davranması başa düşülən deyil. X*3 İdarəsinin Baş kargüzarı Rövşanə Əmirova ərizə ilə X*3 İdarəsinin rəisinə və Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, *5.09.202*-ci il tarixindən *7.*0.202*-ci il tarixinə qədər müddəti əhatə edən əmək müqaviləsinin iki nüsxəsini də iddiaçının onun xidməti otağında oxuduğu, imza etdiyi və bir nüsxəsini iddiaçının götürdüyü barədə yazılı məlumat vermişdir. İddiaçı onunla 2022-ci ilin aprel ayına qədər idarənin Baş kargüzarı Rövşanə Əmirova tərəfindən doldurulub imzalanmış və Nümayəndə2 tərəfindən imzalanmış və möhürlənmiş müqavilə olduğunu iddia edir. Belə bir müqavilə heç vaxt mövcud olmamışdır. Əgər belə bir müqavilə mövcud olmuşdursa, iddiaçı məhkəməyə təqdim edə bilər. Nümayəndə2 20.09.202*-ci il tarixində aktla elektron imzasını keçmiş baş mühasib N.Muxtarova təhvil vermiş və 0*.**.202*-ci il tarixində elektron imzasını geri təhvil almışdır. Keçmiş baş mühasib N.Muxtarov X25 Xidmətinə ünvanladığı izahatda iddiaçının əmək müqaviləsinin *5.09.202*-ci il tarixindən *7.*0.202*-ci il tarixinə qədər olduğunu təsdiq etmiş və əmək müqaviləsinin texniki səhv olaraq elektron informasiya sistemində artıq müddətə göstərildiyini yazılı olaraq bildirmişdir. Bu fakt da iddiaçının iddiasının əsassız olduğunu bir daha göstərir. Xocavənd Rayon Məhkəməsinin 2(069)-*43/2022 saylı, *7 avqust 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlqar Əliyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Xocavənd Rayon Məhkəməsinin 2(069)-*43/2022 saylı, *7 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə işə baxan zaman iddia tələbinin mahiyyətinə dair qüvvədə olan inzibati xəta haqqında qərarın hüquqi nəticəsini qəbul etmir. Məhkəmələrə təqdim edilmiş əmr vaxtında iddiaçıya təqdim edilməmiş, ona əmək kitabçası təqdim edilərkən üzərində düzəliş edilmiş və həmin düzəlişlər əvvəlki şəxs tərəfindən gözlə göründüyü qədər icra edildiyi təsdiqini tapır. İşə baxan məhkəmə iddiaçının yaş həddinə münasibət bildirsə də, onun xüsusi statusuna münasibət bildirməmiş, hüquqi qiymət verməmişdir. İddiaçının 50 ilə yaxın qüsursuz fəaliyyəti yüksək qiymətləndirilmişdir, çoxsaylı təltiflər verilmişdir, X2*dir. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, cavabdehlə iddiaçı arasında 7 aylıq əmək müqaviləsi bağlanmış, sonradan boş müqavilə iddiaçıya imzalatdıraraq doldurulub * aylıq əmək müqaviləsi tərtib edilmişdir. Buna baxmayaraq həqiqi əmək müqaviləsi (7 aylıq) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin e-sisteminə daxil edilmişdir. Daha sonra başqa əmr, yəni * aylıq əmək müqaviləsi daxil edilmiş, buna dair müvafiq icra orqanı olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X25 Xidməti müvafiq cərimə tənbehi tətbiq etməklə cavabdeh barəsində İXM-də nəzərdə tutulmuş əməli törətdiyi müəyyən edilməklə onu qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb etmişdir. İddiaçı saxta əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən sonradan xəbərdar olmuş, bununla bağlı heç bir bildiriş almamışdır. Cavabdeh məhkəməyə qeyri-dəqiq məlumat verməklə hakimi inandırmağa nail olmuşdur ki, iddiaçı barəsində korrupsiya ilə əlaqədar cinayət işi açılıb. Cavabdeh qurum iddiaçının razılığı olmadan əmək müqaviləsini saxtalaşdırmış və əmək münasibətlərinə xitam verərək qərar qəbul etmişdir. Bu qərarla iddiaçı tanış edilməmiş, üstəlik əmək kitabçasına cavabdeh qurum tərəfindən müdaxilə edilmişdir. Əmək müqaviləsinin saxtalaşdırılması ilə bağlı olaraq xüsusi qərardadın çıxarılıb prokurorluğa göndərilməsi hissəsində iddia təmin edilməmişdir. Qətnamənin 5-ci səhifəsinin 7-ci abzasında iş materiallarına istinad edilərək göstərilmişdir ki, 20.09.202*-ci ildə sistemə daxil edilmiş əmək müqaviləsi bildirişindən göründüyü kimi, cavabdeh qurum ilə iddiaçı arasında 05.0*.20*7-ci ildə müddətli əmək müqaviləsi bağlanmış və bu müqavilənin qurtardığı tarix *7.04.2022-ci il kimi qeyd olunmuşdur. Bu müqavilə hüquqi qüvvəsini itirmədiyi halda yeni saxta müqavilə, yəni *5.09.202*-ci ildən 2*.*0.202*-ci il tarixə dəyişdirilmişdir. Qətnamənin 6-cı səhifəsinin 3-cü abzasında göstərilir ki, *7.04.202*-ci ildə iddiaçının 65 yaşı tamam olduğu halda əmək müqaviləsi daha 6 ay, yəni *7.*0.202*-ci ilə qədər uzadılmışdır. Cavabdeh məhkəməyə yalan izahat verərək * aylıq müqavilənin bağlanmasına səbəb kimi Mədəniyyət Nazirliyinin razılığının tələb olunmasını göstərmişdir. Bu razılıq əslində tələb olunmur. Məktəb direktorunun işdən azad olunması Regional Mədəniyyət İdarəsinin səlahiyyətidir. Digər tərəfdən, həmin dövrdə əmək müqaviləsinin başa çatmasına hələ * ay vaxt var idi ki, yeni təkrar * aylıq müqavilənin bağlanmasına heç bir lüzum yox idi. Cavabdeh bu müqaviləyə istinad edərək iddiaçını işdən azad edə bilərdi. Bunu edə bilməməsinin səbəbi elektron informasiya sistemində *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək əmək müqaviləsinin mövcud olması idi. İşəgötürən *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək olan əmək müqaviləsi ilə * gün müddətində tanış olmuşdur. Əgər yanlışlıq olmuşdursa, bu hərəkətə yol verənlər haqqında uyğun tədbir görülər və həmin anda dəyişiklik edilərdi. Lakin * aylıq saxta müqavilə elektron informasiya sisteminə * aydan çox sonra, yəni 2*.*0.202*-ci ildə sistemə vurulmuş və həmin gün müqaviləyə xitam verilmişdir. İddiaçı ilə işəgötürən arasında 7 aylıq müqavilə bağlanmasına baxmayaraq, işəgötürən iddia edir ki, bağlanmış əmək müqaviləsi 7 ayı əhatə etmir və bu əməkdaşın elektron portalda buraxdığı səhv nəticəsində baş vermişdir. Lakin *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək qüvvədə olacaq əmək müqaviləsinin portala daxil olması ilə əlaqədar *5.09.202*-ci il tarixli, 93 nömrəli əmr var. İşəgötürən əvvəlcə iddiaçı ilə müddətli əmək müqaviləsini qarşılıqlı razılığa əsasən bağlasa da, daha sonra qanuna zidd olaraq əmək müqaviləsinin xitamına tək tərəfli iradə ifadəsi bildirmişdir. İş üzrə mühüm əhəmiyyət kəsb edən hallara aid (maddi sübutlara) sənədlərə münasibət bildirməmiş, iş üzrə ekspertiza təyin edilməmişdir. Qüvvədə olan vəzifəli şəxs barəsində qərarın hüquqi qüvvəsinə dair məhkəmə münasibət bildirməmişdir. Elektron portalda aparılan əməliyyatların məhkəmə tərəfindən cavabdehin izahatına uyğun qəbul etməsinə dair düzgün hüquqi qiymət verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(*06)-2*30/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin *7 avqust 2022-ci il tarixli, 2(069)-*43/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(*06)- 2*30/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *4 mart 2023-cü il tarixli, 2(*02)-***0/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(*06)- 2*30/2022 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin norma əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsinin mümkünlüyünü müəyyən edir. Bu halda mübahisənin düzgün həlli (əmək müqaviləsinə xitam verilməsi zamanı qanunun tələbinə əməl olunmasının yoxlanması) üçün ilk növbədə əmək müqaviləsi müddətinin müəyyən edilməsi zəruridir. İşçinin işə qəbul olunduğu müddəti müəyyən edən əsas sənəd əmək müqaviləsidir. İddiaçı onda əmək müqaviləsinin nüsxəsinin olmadığını bildirib. Cavabdehin təqdim etdiyi əmək müqaviləsinin surətində isə müqavilə müddəti *7.*0.202*-ci ilədək qeyd olunub və işə baxmış məhkəmələr də həmin müqaviləni sübut kimi qəbul ediblər. Lakin iddiaçı onunla *5.09.202*-ci ildə bağlanmış əmək müqaviləsi ilə müqavilə müddətinin *7.04.2022-ci ilədək müəyyən edildiyini bildirir. Cavabdeh isə bu dəlili rədd edir və müqavilə müddətinin *7.*0.202*-ci il tarixədək müəyyən edildiyini iddia edir. İddiaçı öz mövqeyini əsaslandırmaq üçün sübut kimi onunla bağlanmış əmək müqaviləsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində əksini tapmış məlumatlara istinad edir və əmək müqaviləsi bildirişini təqdim edir. Həqiqətən də elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlandığı qeyd olunmuşdur. Əmək müqaviləsi bildirişinə daxil edilmiş məlumatların həqiqiliyinə kifayət qədər hüquqi təminatlar vardır. Həmin bildirişə daxil edilən məlumatlar işəgötürən tərəfindən əmək müqaviləsi əsasında tərtib olunur və elektron imza vasitəsilə təsdiq olunur. Başqa sözlə, əmək müqaviləsi bildirişi əmək müqaviləsində olan məlumatları əks etdirməklə yanaşı, hüquqiliyi və mötəbərliyi şübhə doğurmur. Bundan başqa, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin iddiaçının əmək kitabçasında düzəliş edilmişdir. İddiaçı həmin düzəlişin də işəgötürənin işçisi – kargüzar X*8 tərəfindən icra edildiyini bildirmişdir. İddiaçı bunu təsdiq edən sübut kimi Əmək Müfəttişliyinin ona ünvanladığı **.0*.2022-ci il tarixli məktubunu təqdim etmişdir. Həmin məktubda göstərilir ki, X*8 izahatında iddiaçının əmək kitabçasına düzəliş etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında da əmək müqaviləsinin müddəti işəgötürən tərəfindən pozuntu ilə dəyişdirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi əmək müqaviləsinin surətinə, habelə Mədəniyyət Nazirliyi X*3 İdarəsində əvvəllər mühasib işləmiş X4 məhkəməyə ünvanladığı yazılı izahata istinad etməklə müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış *5.09.202*-ci il tarixli əmək müqaviləsində müqavilə müddəti *7.*0.202*-ci ilədək müəyyən olunmuşdur. Halbuki, MPM-in 89.3-cü maddəsi yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməsini tələb edir. Ancaq əmək müqaviləsinin əsli təqdim olunmamışdır. Həmçinin işə əlavə olunmuş əmək müqaviləsi işəgötürən tərəfindən təsdiq olunsa belə, işin halları, araşdırmanın obyektiv aparılması üçün müqavilənin əsli əsasında tədqiqat aparılmasını tələb edirdi. Bundan başqa, X4 məhkəməyə ünvanladığı yazılı izahata sübut kimi istinad edilməsi də qanunauyğun olmamışdır. Belə ki, MPM-in 62.*-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahidin ifadəsi MPM-in 83 və 84cü maddələrinə uyğun alındıqda da sübut kimi tədqiq oluna bilər. Qanunvericilikdə şahidin dindirilməsi üçün xüsusi qaydalar müəyyən olunmuşdur (MPM-in *95 və *96-cı maddələri). Yalnız prosessual qaydalara uyğun alınmış ifadə sübut kimi qəbul oluna və həmin məlumatlata istinad oluna bilər. Lakin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi X4 yazılı izahatı bu qaydalarla əldə edilməmişdir. Ümumiyyətlə, həmin izahatda olan imza notariat qaydada təsdiq edilməmişdir. Məhkəmənin X4 həqiqətən də Mədəniyyət Nazirliyi X*3 İdarəsində əvvəllər mühasib işləməsi barədə nəticəyə nəyin əsasında (əmək müqaviləsi, işə qəbul əmri) gəldiyi də əsaslandırılmayıb. Məhkəmənin bu araşdırması MPMin *4-cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi, iddiaçının onunla *5 sentyabr 202*-ci il tarixdən *7 aprel 2022-ci il müddətinədək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qanunsuz xitam verilməsi barədə dəlillərinə münasibət bildirəndə qeyd edib ki, əmək müqaviləsi elektron informasiya sistemində 7 ay, *7 aprel 2022-ci il tarixədək uzadılmasının qeydiyyata alınmasına baxmayaraq, iddiaçının *7 aprel 202*-ci ildə 65 yaşı tamam olmaqla çalışmanın yaş həddinə çatdığından iddiaçı ilə 2* oktyabr 202*-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur. Məhkəmənin bu əsaslandırması ziddiyyətlidir. Çünki iddiaçı ilə əmək müqaviləsinə əmək müqaviləsi müddətinin bitməsi (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi) əsası ilə xitam verilmişdir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması isə əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində müəyyən edilmişdir. Bundan başqa, cavabdeh iddia tələbinə qarşı izahatında bildirmişdir ki, iddiaçının 65 yaşı tamam olduqdan sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır, həmin razılıq isə məhkəməyə tədim etdiyi sənədlərdən də göründüyü kimi, Mədəniyyət Nazirliyi tərəfindən verilməmişdir. Lakin işin hallarından görünür ki, cavabdeh *5.*0.202*-ci il tarixli 242 saylı məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək, iddiaçının 65 yaşı *7 aprel 202*-ci ildə tamam olduğuna görə, *7 oktyabr 202*-ci ildən onunla yeni əmək müqaviləsi bağlanmasına münasibət bildirilməsini xahiş edib. Mədəniyyət Nazirliyi cavabdehə 25.*0.202*-ci il tarixli məktubla cavab verərək, iddiaçı ilə əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun sayılmadığını bildirib. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh Mədəniyyət Nazirliyinin cavabını gözləyirdi və Mədəniyyət Nazirliyinin 25.*0.202*-ci il tarixli cavab məktubu cavabdeh X*3 İdarəsinə 02.**.202*-ci ildə daxil olmuşdur. İddiaçı ilə əmək müqaviləsinə isə artıq həmin cavab gələnədək – 2*.*0.202*-ci ildə xitam verilmişdi. Yəni, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə, əmək müqaviləsi müddətinin bitməsi əsası ilə xitam verdiyi mübahisəsizdir. Əmək Məcəlləsinin 76-cı maddəsinin birinci hissəsinin imperativ tələbinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, məhkəmənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsini həm də onun dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əsaslandırması həm işin hallarına, həm də qanuna (Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə) ziddir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə* apellyasiya şikayətini müdafiə etdiyini qeyd etmiş və bildirmişdir ki, iddiaçı onun bacısıdır. İddiaçı ilə X*3 İdarəsi arasında *5 sentyabr 202*-ci il tarixində sonuncu əmək müqaviləsi 7 ay müddətinə bağlanılmış, müqavilənin müddəti *7 aprel 2022ci ilədək müəyyən edilmişdir. Həmin vaxt əmək müqaviləsi 2 nüsxədə tərtib olunmuş, həmin nüsxələrdən biri doldurulmaqla tərtib edilmiş, digərində isə müqavilənin tarixi kimi məlumatlar boş buraxılmışdır. İddiaçı hər iki nüsxəni imzalamışdır. Onda olan əmək müqaviləsi nüsxəsində müqavilənin *7 aprel 2022-ci ilədək olması qeyd edilmişdir. Digər nüsxə isə sonradan saxtalaşdırılaraq müqavilənin *7 oktyabr 202*-ci ilədək bağlanıldığı qeyd edilmişdir. Lakin hazırda iddiaçıya verilmiş *7 aprel 2022-ci ilədək nəzərdə tutulmuş əmək müqaviləsi iddiaçıda deyil və həmin müqavilə idarənin rəisi Nümayəndə2 tərəfindən cırılmışdır. Həmçinin, iddiaçının əmək kitabçasının üzərində düzəlişlər edilməklə saxtakarlığa yol verilmişdir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, həqiqətən də Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində aşkar edilmiş faktlarla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılmışdır. O əmindir ki, həmin cinayət işi üzrə araşdırmanın yekununda iddiaçının hər hansı bir təqsirinin olmaması öz təsdiqini tapacaqdır. Həmin cinayət işi üzrə araşdırma zamanı cavabdeh idarənin müdiri Nümayəndə2 və həmin idarənin əməkdaşlarının yol verdikləri saxtakarlıqlarla bağlı da müvafiq sənədlər təqdim ediləcək və inanır ki, cavabdeh idarənin işində yol verilmiş nöqsanlara görə onların təqsiri sübut olunacaqdır. Apellyasiya məhkəməsinin *2 iyul 2023-cü il tarixli iclasında iştirak edən iddiaçının vəkili Vəkil* çıxış edərək bildirmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi və onun əmək kitabçası saxtalaşdırılmışdır. Əslində iddiaçı ilə cavabdeh arasındakı sonuncu əmək müqaviləsinə əsasən iddiaçı *7 aprel 2022-ci ilədək işləməli idi. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tam qanuni şəkildə olmuşdur. Belə ki, *5 sentyabr 202*-ci il tarixində bağlanılmış əmək müqaviləsində müqavilənin bitmə tarixi kimi *7 oktyabr 202*-ci olaraq qeyd edilmişdir. Bu halı təsdiq etmək üçün həmin əmək müqaviləsinin əslini də təqdim etmişdir. Həmçinin qeyd etdi ki, iddiaçı dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatdıqdan sonra onunla əmək müqaviləsinin müddəti 2 dəfə uzadılmışdır. Bununla yanaşı bildirdi ki, iddiaçının hələ idarədə işlədiyi dövrdə mənimsəməyə və yeyintiyə yol verməsi faktı ilə bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılmışdır. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və onun təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin *2 iyul 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X*8 çıxış edərək bildirmişdir ki, o, 20*7-ci ilin aprel ayından X*3 İdarəsində “Baş kargüzar” vəzifəsində çalışır. İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrində olan saxtalaşdırıldığı iddia edilən əmək müqaviləsinin *7 oktyabr 202*-ci il tarixədək olmasına dair qeyd onun tərəfindən icra edilmişdir. O bildirdi ki, ağardıcının üzərindən qeyd edilmiş “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” sözləri də onun tərəfindən icra olunmuşdur. Lakin ağardıcının altındakı ilkin yazı da “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” yazısı kimi onun tərəfindən icra olunmuşdur. Ağardıcı ilə düzəlişin hansı şəraitdə əmələ gəlməsinə dair hər hansı izah verə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *4 mart 2023-cü il tarixli, 2(*02)-***0/2023 saylı qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Azərbaycan Respublikası vətəndaşının AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx *956-cı ildə doğulmuşdur. X26 “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 24 dekabr 202*-ci il tarixli, ***8 saylı məktubun məzmunundan görünür ki, 24 dekabr 202*-ci il tarixli ərizəyə Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində baxılmışdır. Ərizəyə əlavə edilmiş X*5 adına olan 040**66 nömrəli əmək kitabçasının surətinin 57-ci səhifəsindəki pozulma ilə əlaqədar həmin əmək kitabçasının notarial qaydada surətinin təsdiq edilməsi qanuna zidd olduğundan mümkün deyil və bu səbəbdən notariat hərəkətlərini aparmaqdan imtina edilmişdir. İşdəki 03 sentyabr *980-cı il tarixli, İT-İ 040**66 seriya nömrəli əmək kitabçasından görünür ki, *5.09.202*-ci il tarixli, 93 nömrəli əmrlə Sevda Lətif qızı X20 adına şəhər Uşaq İncəsənət məktəbinin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən *5 sentyabr 202*-ci il tarixdən əmək müqaviləsinin müddəti *7 oktyabr 202*-ci il tarixədək * (bir) ay müddətinə uzadılaraq müqavilə bağlanmışdır. İşdəki 03 sentyabr *980-cı il tarixli, İT-İ 040**66 seriya nömrəli əmək kitabçasından görünür ki, 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmrlə Sevda Lətif qızı X20 adına şəhər Uşaq İncəsənət məktəbinin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2* oktyabr 202*-ci il tarixdən işdən azad edilmişdir. İşdəki İ-JQ 347*59 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X24 *976-cı ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Malışov, arvada Malışova soyadı verilmişdir. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bərdə regional ərazi şöbəsinin İddiaçı ünvanladığı ** yanvar 2022-ci il tarixli, 22*3000522* saylı məktubun məzmunundan görünür ki, sonuncu Ağcabədi rayonu Ü.Hacıbəyli adına uşaq incəsənət musiqi məktəbinin direktoru vəzifəsində işləmişdir. Çalışmanın yaş həddi 202*-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi uzadılmışdır. Bu barədə əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. X*3 İdarəsinin Bərdə regional ərazi şöbəsinə 08.*2.202*-ci il tarixli, 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə *5.09.202*-ci ilin sentyabr ayından *7.*0.202*-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilə sabiq baş mühasib tərəfindən elektron informasiya sisteminə düzgün daxil edilməmişdir. Sabiq mühasib X*4 izahat verərək bildirmişdir ki, əmək müqaviləsini sistemə daxil edərkən texniki səhv olaraq * ay əvəzinə 6 ay uzadıldığını qeyd etmişdir. İdarənin kargüzarı X*0 təqdim etdiyi izahatda isə iddiaçının işdən çıxması barədəki əmr əmək kitabçasına işlənilərkən onun tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir. Araşdırma zamanı həmçinin əmək müqaviləsinə xitam verilərkən, iddiaçıya mövcud qanunvericiliyə uyğun olaraq son haqq-hesabın hesablanıb ödənilmədiyi məlum olmuşdur. Yol verilmiş nöqsanlarla əlaqədar X*3 İdarəsinin rəisi Nümayəndə2 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq 23.*2.202*-ci il tarixli, *053*70 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayət tələbi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdəki *5 sentyabr 202*-ci il tarixində bağlanmış əmək müqaviləsindən (kontraktından) görünür ki, X*3 İdarəsi ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, sonuncu *5 sentyabr 202*-ci il tarixdən *7 oktyabr 202*-ci il tarixədək * (bir) ay müddətinə Üzeyir Hacıbəyli adına şəhər Uşaq İncəsənət musiqi məktəbinin direktoru vəzifəsinə işə qəbul edilmişdir. İşdəki X*3 İdarəsinin 2* oktyabr 202*-ci il tarixli, *6* saylı əmrindən görünür ki, Sevda Lətif qızı X20 adına şəhər Uşaq İncəsənət məktəbinin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, 2* oktyabr 202*-ci il tarixdən işdən azad edilmişdir. İşdəki 20.09.202*-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X*3 İdarəsi ilə İddiaçı arasında 05.0*.20*7-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və İddiaçı Üzeyir Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qutardığı tarix *7.04.2022-ci kimi qeyd olunmuşdur. İşdəki 2*.*0.202*-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X*3 İdarəsi tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 2*.*0.202*-ci il tarixdə imzalanmışdır. İşdəki 2*.*0.202*-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X*3 İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 2*.*0.202*-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdəki Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X*3 İdarəsinin xx.xx.2022-ci il tarixli, *90 saylı məktubundan görünür ki, Ü.Hacıbəyli adına Şəhər uşaq incəsənət məktəbinin keçmiş direktoru İddiaçı son haqq-hesabı 400,65 manat hesablanmış, hesablanmış son haqq-hesabdan (gəlir vergisi 28,09 manat, sosial sığorta haqqı 3 faiz -*2,02 manat, işsizlik 0,5 faiz - 2,0 manat, tibbi sığorta - 8,0* manat və YAP üzvlük haqqı - 4,0* manat) cəmi - 54,*3 manat tutulmaqla kart hesabına 24 dekabr 202*-ci il tarixdə 346,52 manat köçürülmüşdür. İşdəki əmək kitabçasının təhvil verilməsi haqqında kitabdan çıxarışdan görünür ki, 040**66 saylı əmək kitabçası 27.*0.202*-ci il tarixdə İddiaçı tərəfindən kitaba imza edilməklə təhvil alınmışdır. İşdəki əmrlər kitabından çıxarışdan görünür ki, İddiaçı *5 sentyabr 202*-ci il tarixli 93 nömrəli əmrlə Üzeyir Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbinin direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən *5 sentyabr 202*-ci il tarixdən əmək müqaviləsinin müddəti *7 oktyabr 202*-ci il tarixədək * (bir) ay müddətinə uzadılaraq müqavilə bağlanmışdır. İşdəki əmrlər kitabından çıxarışdan görünür ki, İddiaçı 2* oktyabr 202*-ci il tarixli *6* nömrəli əmrlə Üzeyir Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbinin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, 2* oktyabr 202*-ci il tarixdə işdən azad edilmişdir. İşdəki Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X*3 İdarəsi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ünvanlanmış *5.*0.202*-ci il tarixli, 242 saylı məktubun surətindən görünür ki, Üzeyir Hacibəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin direktoru İddiaçı 65 yaşı *7 aprel 202*-ci ildə tamam olmuşdur. Həmin dövrdə X*3 idarəsinin rəisi vəzifəsi vakant olduğu üçün İddiaçı 6 ay daha, yəni *7 oktyabr 202*-ci il tarixədək məktəbin direktoru vəzifəsində çalışacaqdır. İddiaçı 20*5-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət İşçisi” fəxri adı və 20*8-ci ildə “X2*” adı ilə təltif olunmuşdur. *7 oktyabr 202*-ci ildən İddiaçı ilə yeni əmək müqaviləsi bağlanılmasına münasibət bildirilməsi xahiş edilmişdir. İşdəki Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25.*0.202*-ci il tarixli, 08/04-2*33/202* saylı məktubunun surətindən görünür ki, Ağcabədi şəhər Üzeyir Hacibəyli adına Uşaq İncəsənət məktəbinin direktoru İddiaçı çalışma müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. İşdəki Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 649-k saylı, 28.*2.20*6-cı il tarixli əmrinin surətindən görünür ki, 2-ci dərəcə dövlət qulluqçusu X*2 05 yanvar 20*7-ci il tarixindən X*3 və Turizm İdarəsinin baş mühasibi vəzifəsinə təyin edilmişdir. İşdəki 20.09.202*-ci il tarixli aktın surətindən görünür ki, X*3 İdarəsinin rəisi X*9 məxsus 00204630*572 seriyalı Elektron imza Regional idarənin baş mühasibi X8 idarənin elektron imza ilə görüləcək işlərinin aparılması üçün verilmişdir. İşdəki 0*.**.202*-ci il tarixli aktın surətindən görünür ki, X*3 İdarəsinin elektron imza ilə görüləcək işlərinin aparılması üçün idarə rəisinə məxsus 00204630*572 seriyalı Elektron imza 0*.**.202*-ci il tarixindən İdarənin baş mühasibi X3 alınaraq idarənin rəisi Nümayəndə2 təhvil verilmişdir. İşdəki Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 5**-k saylı, 0*.**.202*-ci il tarixli əmrinin surətindən görünür ki, X*3 İdarəsinin baş mühasibi X5 dövlət qulluğuna 0* noyabr 202*-ci il tarixindən xitam verilmişdir. X2 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş **.07.2023-cü il tarixli ərizədən görünür ki, X*3 İdarəsinin sabiq baş mühasibi X*4 bildirmişdir ki, X*3 İdarəsinin rəisi Nümayəndə2 ilə Ağcabədi rayon Uşaq İncəsənət məktəbinin sabiq direktoru İddiaçı arasında imzalanmış əmək müqaviləsi *5 sentyabr 202*-ci il tarixindən *7 oktyabr 202*-ci il tarixinə qədər olan müddəti əhatə edir. Bu müqavilənin bitmə tarixini elektron informasiya sisteminə Namizəd Muxtarov texniki səhv olaraq 2022-ci ilin aprel ayı olaraq daxil etmişdir. İddiaçı son haqq-hesabını ödəməyi oktyabr ayının 28-29-u verməyi nəzərdə tutmuşdur, lakin noyabr ayının *-də öz ərizəsinə əsasən işdən çıxdığı üçün İddiaçı son haqq-hesabını ödəyə bilməmişdir. İşdəki X*3 və Turizm İdarəsi üzrə 69 nömrəli, 05.04.20*7-ci il tarixli əmrin surətindən görünür ki, X*8 3 aylıq sınaq müddətinə X*3 və Turizm İdarəsinin Mərkəzləşdirilmiş mühasibatlığının Baş mütəxəssis kargüzarı vəzifəsinə təyin edilmişdir. İşdəki X*3 və Turizm İdarəsi üzrə *96 nömrəli, 3*.07.20*7-ci il tarixli əmrin surətindən görünür ki, X* Regional Mədəniyyət və Turizm İdarəsinin Mərkəzləşdirilmiş mühasibatlığının Baş mütəxəssis kargüzarı 05 iyul 20*7-ci il tarixdən sınaq müddəti bitdiyi üçün daimi işə keçirilmişdir. İşdəki xx.xx.2022-ci il tarixdə X*3 İdarəsinin baş mühasibi vəzifəsini icra edən Zaur Adilov, idarənin məsləhətçisi Rza Nizami, idarənin məsləhətçisi Azər Əliyev, idarənin aparıcı mütəxəssisi İlkin Mamedov, idarənin baş kargüzarı Rövşanə Əmirova tərəfindən tərtib edilmiş aktın məzmunundan görünür ki, həqiqətən də X*3 İdarəsinin rəisi Nümayəndə2 idarə rəisi təyin olunduğu gündən qəbuluna gəlmiş şəxsləri tək qəbul etməmiş, idarənin əməkdaşları ilə birlikdə qəbul etmişdir. Bununla bağlı idarə rəisinin qəbullarının təşkili və tənzimlənməsi, qəbula gələn şəxslərin qəbullarının şəffaflığının təmin edilməsi, qəbulların qeydə alınması və məzmununun aktlaşdırılmasının təmin edilməsi barədə *54 nömrəli əmrlə idarə rəisinin qəbulları tənzimlənir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *2 iyul 2023-cü il tarixli, 2(*06)-908/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin 2-ci sətrindəki “*7 oktyabr 202*-ci” və 3-cü sətrindəki “* (bir)” sözlərinin hər hansı bir dəyişikliyə, pozuntuya və ya düzəlişə məruz qalıbqalmamasına, əgər qeyd edilən yazılar dəyişikliyə, pozuntuya və ya düzəlişə məruz qalmışdırsa, onların əvvəlki məzmununun necə olmasına dair suallar qoyulmuş, əmək kitabçasının əsli ekspertin sərəncamına təqdim edilmişdir. İşdəki *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X*5 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022ci” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyevin 2* iyun 2022-ci il tarixli, **/04-*574/2022 saylı məktubunun surətindən görünür ki, Cavabdeh tabeliyində fəaliyyət göstərən Üzeyir Hacibəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində Nazirlik tərəfindən xidməti araşdırma aparılmış, araşdırma nəticəsində cinayət əməlləri olan hüquqpozmalar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.*ci maddəsinə uyğun olaraq sözügedən müəssisədə aparılmış araşdırma ilə bağlı sənədlər hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədova göndərilmişdir. İşdəki Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müraciəti əsasında Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində törədilmiş cinayət xarakterli hüquqpozmalara dair rayon prokurorluğunda araşdırma aparılaraq fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə 2302360** nömrəli cinayət işi başlanmışdır. Məktuba əlavə edilmiş Ağcabədi Rayon Prokurorluğunun 22 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarının məzmununda qeyd edilir ki, aparılan araşdırma zamanı toplanmış materiallara və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 5 nömrəli X9 tərəfindən aparılmış maliyyə-təsərrüfat fəaliyyətinə dair yoxlamanın nəticələri haqqında *2 may 2023-cü il tarixli akta əsasən Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində işləmiş İddiaçı 0* iyul 20*8-ci il tarixdən 0* mart 202*-ci il tarixədək olan dövrdə öz qulluq mövqeyindən istifadə etməklə müəllimlərin adlarına tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, fənlərin tədrisinin aparılmadığı halda bəzi müəllimlərə əmək haqqı hesablanaraq ödənilməsi, inventarların əsassız silinməsi, inzibati-xidmətedici heyətə daxil olan bəzi işçilərin işə çıxmamaqla əmək funksiyalarını yerinə yetirmədikləri halda onlara əmək haqqı hesablanaraq ödənilməsi və sair hüquqpozmalar nəticəsində ona etibar edilmiş dövlət əmlakını vahid niyyətlə mənimsəyərək və israf edərək külli miqdarda ziyan vurmaqla talamışdır. İşdəki Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Nümayəndə2 xx.xx.2023-cü il tarixli, 82 nömrəli məktubundan görünür ki, İddiaçı iddia ərizəsində 26 il qüsursuz olaraq fəaliyyət göstərdiyini qeyd etsə də, onun direktor olduğu Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində Mədəniyyət Nazirliyinin Daxili nəzarət və Audit şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı cinayət əməlləri, hüquqpozma faktları müəyyən edilmiş və həmin faktlar Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Ağcabədi Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti tərəfindən 0* yanvar 20*8-ci il tarixdən 0* mart 202*-ci il tarixinə kimi olan dövrün maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılması tapşırılmışdır. Yoxlamanın nəticəsində *3*025,82 manat mənimsəmə aşkar edilmişdir. Nəticədə Ağcabədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 26 oktyabr tarixində İddiaçı ilə görüşü zamanı onunla *5.09.202*-*7.*0.202*-ci il tarixlərini əhatə edən əmək müqaviləsi imzaladıqlarının onun özü tərəfindən təsdiq edildiyini sübut edən video görüntünün səs yazısını təqdim edir. Bildirir ki, bu səs yazısı xidməti otağında açıq gözlə görünən yerdə quraşdırılmış kamera tərəfindən qeydə alınmışdır. Bu səs yazısında İddiaçı *5.09.202*-*7.*0.202*-ci il tarixlərini əhatə edən əmək müqaviləsi imzaladıqlarını açıq şəkildə təsdiq edir. X*7 tərəfindən onun haqqında tərtib olunmuş protokolla bağlı bildirir ki, onun imzaları saxtalaşdırılmışdır. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Qarabağ regional şöbəsinin ünvan ünvanladığı 3*.07.2023-cü il tarixli məktubun surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə baxış keçirilən zaman İddiaçı 05.0*.20*7-ci ildə X*3 İdarəsinə işə daxil olduğu və 2*.*0.202*-ci ildə əmək müqaviləsinə xitam verildiyi müəyyən olunmuşdur. Həmin müqavilə üzrə (xxxxxxx000208) əmək müqaviləsinin müddətinin *7.04.2022-ci ildə qurtardığı tarix kimi göstərilmişdir. 20.09.202*-ci ildə həmin əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında *7.04.2022-ci il tarixədək müqavilədə elektron informasiya sisteminə daxil edən şəxs işəgötürən səlahiyyətlərini yerinə yetirən Nümayəndə2 olmuşdur. 2*.*0.202*-ci il tarixdə olmuş həmin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini imzalayaraq sistemə daxil edən şəxs işəgötürən qismində Nümayəndə2 olmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx xxxxx *956-cı il təvəllüdlü İddiaçı Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində çalışmış, *5 sentyabr 202*-ci il tarixli, 93 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən *5 sentyabr 202*-ci il tarixdən onun əmək müqaviləsinin müddəti *7 oktyabr 202*-ci il tarixədək * (bir) ay müddətinə uzadılaraq müqavilə bağlanmışdır. 20.09.202*-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində isə müddətli əmək müqaviləsinin qurtardığı tarix *7.04.2022-ci il kimi qeyd edilmişdir. Bundan sonra, 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmrlə iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2* oktyabr 202*-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı əmək kitabçasını 27.*0.202*-ci il tarixində kitaba imza etməklə təhvil almışdır. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi göstərilmişdir. Bu halda mübahisənin düzgün həlli (əmək müqaviləsinə xitam verilməsi zamanı qanunun tələbinə əməl olunmasının yoxlanması) üçün ilk növbədə əmək müqaviləsi müddətinin müəyyən edilməsi zəruridir. İşçinin işə qəbul olunduğu müddəti müəyyən edən əsas sənəd əmək müqaviləsidir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən, əmək müqaviləsində mütləq əmək müqaviləsinin müddəti göstərilməlidir. Əmək Məcəlləsinin 44-cü maddəsinin *-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İddiaçı tərəf əmək müqaviləsinin nüsxəsinin onda olmadığını bildirmiş, həmin nüsxənin cavabdeh idarənin rəisi Nümayəndə2 tərəfindən cırıldığını qeyd etmişdir. Cavabdeh idarənin təqdim etdiyi əmək müqaviləsinin əslində isə müqavilənin müddəti *5.09.202*-ci ildən *7.*0.202*-ci ilədək qeyd olunmuşdur. Lakin iddiaçı tərəf iddiaçı ilə *5.09.202*-ci ildə bağlanmış əmək müqaviləsində müqavilə müddətinin *7.04.2022-ci ilədək müəyyən edildiyini bildirmiş, qeyd etmişdir ki, əmək müqaviləsi 2 nüsxədə tərtib olunmuş, həmin nüsxələrdən biri doldurulmaqla tərtib edilmiş, digərində isə müqavilənin tarixi kimi məlumatlar boş buraxılmışdır. İddiaçı hər iki nüsxəni imzalamışdır. İddiaçıya verilmiş, lakin sonradan idarənin rəisi tərəfindən cırılmış nüsxədə müqavilənin müddəti *7.04.2022-ci ilədək olmuş, digər nüsxə isə sonradan saxtalaşdırılaraq müqavilənin *7.*0.202*-ci ilədək bağlanıldığı qeyd edilmişdir. Cavabdeh tərəf isə bu dəlili rədd edərək müqavilənin *7.*0.202*-ci ilədək bağlandığını qeyd etmişdir. İddiaçı öz mövqeyini əsaslandırmaq üçün sübut kimi onunla bağlanmış əmək müqaviləsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində əksini tapmış məlumatlara istinad etmiş, əmək müqaviləsi bildirişini təqdim etmişdir. Həqiqətən də, elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlandığı qeyd olunmuşdur. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-*-ci hissəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 20*4-cü il tarixli, *83 nömrəli ilə qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.3.9-cu və 4.3.*0-cu bəndlərinə əsasən, “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən başqa məlumatlarla yanaşı, əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz) və müddətli əmək müqaviləsinin qurtardığı tarix barədə məlumatlar da sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir. Göründüyü kimi əmək müqaviləsi bildirişinə daxil edilmiş məlumatların həqiqiliyinə kifayət qədər hüquqi təminatlar var. Həmin bildirişə daxil edilən məlumatlar işəgötürən tərəfindən əmək müqaviləsi əsasında tərtib olunur və elektron imza vasitəsilə təsdiq olunur. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 20.09.202*-ci il tarixində sistemə daxil edilmişdir. İşdəki 20.09.202*-ci il tarixli və 0*.**.202*-ci il tarixli aktlardan isə göründüyü kimi, X*3 İdarəsinin rəisi X*9 məxsus 00204630*572 seriyalı Elektron imza 20.09.202*-ci il tarixindən 0*.**.202*-ci il tarixədək Regional idarənin sabiq baş mühasibi X8 idarənin elektron imza ilə görüləcək işlərinin aparılması üçün verilmişdir. Namizəd Muxtarovun məhkəmə iclasında şahid qismində dindirilməsi baş tutmasa da, onun notarial qaydada təsdiq edilmiş yazılı ərizəsi alınmış, Namizəd Muxtarov X*3 İdarəsinin rəisi Nümayəndə2 ilə Ağcabədi rayon Uşaq İncəsənət məktəbinin sabiq direktoru İddiaçı arasında imzalanmış əmək müqaviləsinin *5 sentyabr 202*-ci il tarixindən *7 oktyabr 202*-ci il tarixinə qədər olan müddəti əhatə etdiyini, bu müqavilənin bitmə tarixini elektron informasiya sisteminə texniki səhv olaraq 2022-ci ilin aprel ayı olaraq daxil etdiyini bildirmişdir. Namizəd Muxtarovun cavabdeh idarədə vəzifəyə təyin edilməsi və dövlət qulluğuna xitam verilməsinə dair 649-k saylı, 28.*2.20*6-cı il tarixli və 5**-k saylı, 0*.**.202*-ci il tarixli əmrlər iş materiallarına əlavə olunmuşdur. Bundan başqa, iddiaçı əmək kitabçasında düzəlişlərin edilməsinə də istinad edərək, əmək kitabçasının əslini təqdim etmişdir. *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, X*5 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022ci” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsinin *-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr *996-cı il tarixli, *86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: ... İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən, işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında düzəliş edilmişdir. İddiaçı da həmin düzəlişin cavabdehin işçisi kargüzar X*8 tərəfindən icra edildiyini bildirmişdir. Təkrar apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X*8 bildirmişdir ki, o, 20*7-ci ilin aprel ayından X*3 İdarəsində “Baş kargüzar” vəzifəsində çalışır. İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrində olan saxtalaşdırıldığı iddia edilən əmək müqaviləsinin *7 oktyabr 202*-ci il tarixədək olmasına dair qeyd onun tərəfindən icra edilmişdir. Ağardıcının üzərindən qeyd edilmiş “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” sözləri də onun tərəfindən icra olunmuşdur. X** cavabdeh idarədə işləməsi ilə bağlı X*3 və Turizm İdarəsi üzrə 69 nömrəli, 05.04.20*7-ci il tarixli və *96 nömrəli, 3*.07.20*7-ci il tarixli əmrləri iş materiallarına əlavə olunmuşdur. MPM-in 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. MPM-in 89.3-cü maddəsinin tələbinə uyğun olaraq işin hallarının obyektiv araşdırılması üçün müqavilənin əsli əsasında tədqiqat aparılmışdır. *5 sentyabr 202*-ci il tarixində bağlanmış əmək müqaviləsinin (kontraktının) əslindən görünür ki, X*3 İdarəsi ilə İddiaçı arasında bağlanmış həmin müqavilənin müddəti *5 sentyabr 202*-ci il tarixdən *7 oktyabr 202*-ci il tarixədək * (bir) ay müddətinə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsi bildirişindəki və əmək kitabçasındakı məlumatların doldurulmasının əmək müqaviləsinə uyğun aparılmalı olması ilə bağlı qaydanı nəzərə alaraq belə hesab edir ki, iddiaçı ilə bağlanmış *5.09.202*-ci il tarixli müddətli əmək müqaviləsinin tarixi həqiqətən də *7.*0.202*-ci ildə bitmişdir. Bu barədə elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində və əmək kitabçasında texniki səhvlərə yol verilməsi və ya düzəlişlərin edilməsi əmək müqaviləsində nəzərdə tutulmuş müddətin fərqli müəyyən edilməsini düşünmək üçün əsas vermir. Odur ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin qurtarmasına görə xitam verilməsi qanuni və düzgün olmuşdur. Ona görə də X*3 İdarəsinin 2* oktyabr 202*-ci il tarixli, *6* saylı əmrinin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir və birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. İddia tələbinin iddiaçının Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi və 2*.*0.202*-ci ildən əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq cavabdehdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, həmin hissələrdə tələb bilavasitə 2*.*0.202*-ci il tarixli, *6* saylı əmrin ləğv edilməsi ilə bağlı olduğundan, həmin əmrin ləğv edilməsinə dair hissədə isə tələb təmin edilmədiyindən, birinci instansiya məhkəməsi işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı hissələrdə də iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00000 manatın cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X32 və “Yaşat” Fonduna köçürülməsini tələb etmişdir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı həmin hissədə tələbini əsaslandırarkən bildirmişdir ki, 24 ildən çox məktəbin direktoru vəzifəsində qüsursuz çalışmaqla kollektivdə və ictimaiyyətdə nüfuz qazanmış, rəhbərlik etdiyi kollektiv üzvləri dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə laureat adı almış, Mədəniyyət nazirinin əmri ilə 20*5-ci ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş, 20*8-ci ildə Prezidentin Fərmanı ilə “X2*” fəxri adı və medalı ilə təltif edildiyi halda, bu cür saxta və qeyri-etik qaydada işdən azad olunması ciddi iztirab keçirməsinə, işgüzar nüfuzuna və ləyaqətinə ağır zərbə olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının işdən azad olunması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyindən, cavabdeh tərəfindən ona hər hansı mənəvi ziyanın vurulması ağlabatan deyil. Belə ki, iddiaçının işdən azad olunması ilə bağlı cavabdehin qanunsuzluğa yol verməsi müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyana dair hissəsində də iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı həm də ona məxsus əmək kitabçasına, X*3 İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntular, *5.09.202*-ci ildən 2*.*0.202*-ci ilədək * ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası bildirir ki, həmin hissədə də tələb təmin edilə bilməz. Belə ki, hazırkı iş materiallarında olan Ağcabədi Rayon Prokurorluğunun 22 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində törədilmiş cinayət xarakterli hüquqpozmalara dair rayon prokurorluğunda araşdırma aparılaraq fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə 2302360** nömrəli cinayət işi başlanmışdır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının qeyd etdiyi xüsusatların həmin cinayət işi üzrə araşdırılması mümkün olduğundan hazırda həmin hallarla bağlı xüsusi qərardadın çıxarılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası bildirir ki, ekspert rəyi ilə iddiaçıya məxsus əmək kitabçasında düzəlişin edilməsi müəyyən edildiyindən, *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 70 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.*, 385.2, 392, 393, 402.* və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 2(069)-*43/2022 saylı, *7 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 70 manat cavabdehdən tutularaq, X6, Kod 2*0005, VÖEN *40*55507*, müxbir hesab AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN *70032662*, AZ34CTRE**********000208850* nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar