Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-923/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X15 LTD” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxs “X15 LTD” MMC) icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(050)-132/2023 saylı qətnaməsindən üçüncü şəxs “X15 LTD” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusunun 22 oktyabr 2022-ci il tarxli icra qeydinin ləğv edilməsi barədə iddia qaldırmışdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “X15 LTD” MMC Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək ondan 106452 manat 54 qəpik borcunun və 25 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra qeydinin verilməsini xahiş etmiş, Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi xx.xx.2022-ci il tarxili icra qeydini Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. O, “X15 LTD” MMC-nin mallarını Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarında satmaqla məşğul olaraq nümayəndəlik funksiyasını yerinə yetirmişdir. Mal dövriyyələri çox olmuş və onun qeyd edilən təşkilata borcu qalmamışdır. Hal-hazıradək onların onun Masallı rayonunda yerləşən anbarında 40000 manatdan çox vaxtı keçmiş malları qalmış və bu günə kimi təşkilat qeyd edilən malları ondan təhvil götürməmişlər. Yəni, iş üzrə araşdırılmalı çox məqamlar var. Belə ki, iş məhkəmə qaydasında araşdırılmalı, iş üzrə ekspertizalar təyin edilməli ekspertlərin rəyinə uyğun olaraq qərar verilməlidir. Bundan başqa, “X15 LTD” MMC dəbbə pulunun qeyri-mütənasib tələb edir. Dəbbə pulunu tələb edilən həcmdə ödəməyə imkanı yoxdur. İddia ərizəsində tələbin hüquqi əsası kimi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 164-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” nın 2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edilmişdir. Birinci instansiya məhkəməsində “X15 LTD” MMC-nin nümayəndəsi iddiaya qarşı etirazda göstərmişdir ki, “X16 LTD” MMC ilə İddiaçı arasında 10 fevral 2021- ci il tarixli 13/D1S-MS/21 saylı Distribüter müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Cəmiyyətə məxsus məhsulların Masallı, Lənkəran, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonları ərazisində satışının həyala keçirilməsi öhdəliyini üzərinə götürmüş, eyni zamanda “X16 LTD” MMC ilə İddiaçı, X2, X4, X7 və X9 arasında 10 fevral 2021-ci il tarixdə notarial qaydada ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı ona məxsus olan Masallı rayonu Xıl kəndi ərazisində yerləşən **********96- 10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini və ümumi sahəsi 253,7 kv.m olan fərdi yaşayış evini 10 fevral 2021-ci il tarixli 13/DİS-MS/21 nömrəli distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “X15 LTD” MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Masallı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(050)-132/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia təmin edilərək Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusunun 22 oktyabr 2022-ci il tarixli reyestrdə 8İ-18468 № ilə qeydə alınmış icra qeydinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X15 LTD” MMC apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin əsassız hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilən borcun ödənilməsi ilə bağlı mübahisəli məqamların olması ilə əlaqədar müddəalar tam əsassızdır. Belə ki, Distribüter müqaviləsi çərçivəsində edilən bütün ödənişlərin qaimələri mövcuddur və borcun mübahisəsizliyinin təsdiq edilməsi üçün tələb edilən bütün sənədlər təqdim edilmişdir. Dolayısı ilə, edilməyən ödənişlər barədə heç bir mübahisəli məqam yoxdur. İddiaçı Distribüter müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, nəticədə onlara ümumilikdə 106452,54 manat əsas borc və 25 manat məbləğdə dövlət rüsumu borcu yaranmışdır. Onlar tərəfindən iddiaçıya 11 mart 2022-ci il və 28 aprel 2022-ci il tarixlərdə bildiriş (xəbərdarlıq) göndərilmiş, öhdəliklərinin icrası tələb olunmuş, əks halda öhdəliklərinin icrasının İpoteka müqaviləsinin predmeti olan daşınmaz əmlaka yönəldiləcəyi ilə bağlı xəbərdarlıqlar edilmişdir. Lakin İddiaçı bu bildirişlərə məhəl qoymayaraq, borcun ödənilməsindən əsassız surətdə imtina etmişdir. 28 iyul 2022-ci il tarixdə onlar tərəfindən iddiaçıya bildiriş göndərilərək borcun ödənilmədiyi təqdirdə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı bu bildirişə də məhəl qoymadığından müvafiq icra qeydinin aparılması üçün xx.xx.2022-ci il tarixində “İpoteka haqqında” Qanunun 26.1.7-ci və “Notariat haqqında” Qanunun 76-cı maddəsini əsas tutaraq Masallı rayon ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinə müraciət ünvanlanmışdır. Qətnamədə qeyd edilən borcun ödənilməsi ilə bağlı mübahisəli məqamların olması ilə əlaqədar müddəalar tam əsassızdır. Belə ki, Distribüter müqaviləsi çərçivəsində edilən bütün ödənişlərin qaimələri mövcuddur və borcun mübahisəsizliyinin təsdiq edilməsi üçün tələb edilən bütün sənədlər təqdim edilmişdir. Dolayısı ilə edilməyən ödənişlər barədə heç bir mübahisəli məqam yoxdur. Apellyasiya baxışında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, bununla yanaşı, aidiyyət qaydaları pozulduğu təqdirdə, işin aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, aidiyyət qaydaları pozulduğu təqdirdə, işin aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X13 məhkəməyə göndərdiyi məktubunda iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, işə təmsilçisinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul etmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən İddiaçı vergi ödəyici olan fiziki şəxsdir, vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır (VÖEN: **********). Eyni zamanda işdən müəyyən edilir ki, “X15 LTD” MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır. Beləcə, hazırkı mübahisə kommersiya fəaliyyəti ilə bağlıdır, icra qeydinin verilməsi tələbkar və borclunun kommersiya fəaliyyətindən törəyir.Beləliklə, hazırkı mübahisədə borclu hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar, hazırkı iş üzrə üçüncü şəxs olan tələbkar isə hüquqi şəxsdir. Onların arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir ki, belə olan halda birinci instansiya məhkəməsi olaraq hazırkı işə ümumi məhkəmədə baxılmalı deyildi. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmiş, işə səlahiyyəti olmayan hakim tərəfindən baxılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş materialları məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X15 LTD” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(050)-132/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-923/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-923/2023
04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver