Məhkəmə qərarları › İş №2(106)-931/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-931/2024

20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-931/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X12 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X20, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun vəkili və nümayəndəsi X10 iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödənilmiş 55000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 255 manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə onun arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödədiyi 55000 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh Aabdulhəsən qızı ilə İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzili sonuncunun mülkiyyətinə verilmişdir. Sonra Cavabdeh 2020-ci ildə Xətai Rayon Məhkəməsinə müraciət edərək X5 ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia vermiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış müqavilə etibarsız hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş və Cavabdeh iddia tələb rədd olunmuşdur. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarından sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmiş və məlum olmuşdur ki, Apellyasiya Məhkəməsinin birinci iclasından sonra xx.xx.2021-ci ildə məhkəmə icraatı zamanı Gülşən xanım həmin mübahisəli evi xx.xx.2021-ci ildə X1. 2022-ci ildə Vüsalə xanım Gülşən və Nurlana qarşı alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Məhkəmə Nurlanı vicdanlı alıcı hesab edərək, ziyan tələbi ilə bağlı Vüsaləyə hüquqları izah olunmuşdur. Sonradan apellyasiya şikayəti verilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də ziyanla bağlı tələb irəli sürülmüşdür. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, oğlu Şahid2 ilə İddiaçı 4 il münasibəti olmuş və ər-arvad kimi yaşamışlar. 2-3 il əvvəl oğlunu nişanlamışlar. Evlənməsinə az qalmış Vüsalə toya gəlib onları biabır edəcəyini demişdir. Övladını qorumaq üçün notariusda alqı-satqı edərək evi onun adına keçirmişdir. 2020-ci ildə Vüsalə makler gətirərək pulu Banka qoymuşdur. Özü toyu etmiş və sonradan evi geri almaq üçün şikayət vermiş, nəticədə evi geri almışlar. Toya bir həftə qalmış Vüsaləyə kreditini ödəməsi üçün 3000 manat vermişdir. Evi sonradan 31500 manata Nurlana satmışdır. Vüsaləyə evi satarkən ona pul verilməmiş, pulu Vüsalənin gətirdiyi makler banka qoymuş və həmin pulu Vüsalə götürüb ona pul verilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Vəkil2 iddianı qəbul etməmiş, bildirmişdir ki, pul Vüsalə xanımın özünə verilmiş və şahidlər bunu görmüşlər. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, iş üzrə mühüm əhəmiyyətli olan hal- 55000 manat pulun iddiaçı Bashiri X17 tərəfindən gətizdirilməsidir. Məhkəmə prosesi zaman iştirakı təmin edilmiş şahidlərin ifadəsindən də göründüyü kimi pulu iddiaçı özü gətizdirmiş və alqı satqıdan sonra götürüb pulu gətirən şəxsə qaytarmışdır. Bundan əlavə hal yoxdur ki məhkəmə onu araşdırsın. İş üzrə olan bütün məhkəmə qətnamələrində bu tam aydınlaşdırılmamışdır deyə həmin qətnamələrdə qeyd olunmuşdur ki, mənzili alan şəxs vicdanlı alıcıdır deyə iddiaçı dəymiş ziyanı tələb etmək hüququ izah edilmişdir. Şikayətdə göstərilir ki, tərəflərin aralarında bağlanmış müqavilənin bağlanması səbəbi iddiaçının oğlunun Rəhmana qarşı olan şantaj xarakterli hərəkətləridir. Təbii ki uydurma və ya yalançı əqd olsa belə notariusa gedildiyi anda müqavilənin təsdiq edilməsi üçün pul mütləq şəkildə ban hesabına qoyulmalı və alqı satqıdan sonra notariusun verdiyi qəbz əsasında götürülməlidir. Göründüyü kimi onun (Gülşənin) mənzili Vüsaləyə satmaq niyyəti olmayıb deyə və həmin vaxt oğlunun toyuna hazırlaşdığı vaxtda toyu sağ salamat sakitliklə yola verilməsindən ötrü və Vüsalənin toyu dağıdacağından ehtiyat etdiyinə görə notariusa gələrək sənədləri imzalamışdır. İmza atmasaydı notarius müqaviləni təsdiq etməyəcəkdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi də birbaşa vurğulamışdır ki, pulun verilməsi halı müəyyən edilmədiyindən qətnamə əsassızdır və belə olan halda 55000 manat pulun qaytarılması müəyyən edilmədiyindən ilkin Xətai rayon Məhkəməsinin qətnaməsi əsassızdır. Bunu eyni Ali Məhkəmədə izah etmişdir. Hər iki instansiya məhkəməsi müəyyən etməmişdir ki, pulu bu iş üzrə cavabdeh olaraq o almışdır və ondadır. Şikayətə görə, Salyan rayon Məhkəməsi qətnaməni əsaslandırarkən bir cümlə yazaraq kifayətlənmiş və qalan əsaslandırmanı yalnız qanunvericiliyin normalarını qeyd etməklə kifayətlənmişdir. Halbuki qətnamə əsaslandırılarkən 55000 manat tələb edilən pulun onda olduğunu təsdiq edən sübutu göstərməmişdir. Halbuki, təqdim edilmiş şahidlər də təsdiq etmişlər ki həmin pul iddiaçı tərəfindən əldə edilərək götürülüb notariusun bank hesabına qoyulmuş və alqı satqı təsdiq edildikdən sonra dərhal İddiaçı tərəfindən gətirən şəxsə qaytarılmışdır. Pulun hansı qaydada təşkil edilməsi, bank hesabına qoyulması, müqavilədən sonra götürülməsi və götürüldükdən sonrakı aqibəti heç bir məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X19 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Xətai rayon məhkəməsi tərəflər arasında olan müqaviləni ləğv edib. Qeyri rəsmi nikahla maklerə 500 manat pul verib, naturada müqavilə bağlayıb, sonradan həmin pulu makler ondan alıb. İddianı əsassız sayır. 55000 manat pul tələbini qəbul etmir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Bakı şəhəri, Xətai rayonu, Naximov (indiki Polad Həşimov) küçəsi, 13 saylı evin 34 saylı mənzili əvvəlcə Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzili sonuncunun mülkiyyətinə verilmişdir. Sonra tərəflər arasında həmin mənzilin alqı-satqısı üzrə əqdlərin mübahisələndirilməsi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3337/2020 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X3 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təstiq edilmiş Cavabdeh ilə İddiaçı arasında 26 fevral 2020-ci il tarixində bağlanmış “Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi və cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması, mənzilin iddiaçı Cavabdeh sahibliyinə qaytarılması qət edilmişdir. İşə apellyasiya qaydasında baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsi ilə X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2733/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mülkiyyətinə qayıtdıqdan sonra, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilini X4, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi Bakı şəhəri 6 saylı Notariat Konturunda rəsmiləşdirilmişdir. Bundan sonra sonuncu müqaviləni X21 mübahisələndirmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-5187/2022 saylı qətnaməsi ilə X2 cavabdehlər Cavabdeh, X11, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı Notariat Konturuna qarşı- Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə X18 arasında Bakı şəhəri 6 saylı notariat konturunda bağlanmış 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X9 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və X9 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə iddia tələbi rədd edilmişdir. Bu zaman sonuncu alıcı N.Rəhimov vicdanlı alıcı hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1791/2023 saylı qətnaməsi ilə X16 apellyasiya şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin 2(011)-5187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2787/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1791/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Faktiki olaraq mənzil onun mülkiyyətinə verilmədiyindən iddiaçı hazırki tələbində mənzilə görə ödənilmiş 55000 manatı tələb edir. Kollegiya hesab edir ki, iddia aşağıdakılara əsasən keçərlidir. Kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091-1092ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış mənzilin alqısatqısına dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı müqavilədir. Bu müqaviləyə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzili X21 55000 manat pul ödəməklə satın almışdır. Həmin qətnaməyə görə mənzil X16 mülkiyyətinə verilmişdir. Qətnamənin məzmunundan görünür ki, X21 55000 manat pulu notariat orqanının depozit hesabına köçürmüş və Cavabdeh həmin məbləği almışdır. Bununla yanaşı, Cavabdeh sözügedən mənzili müəyyən pul müqabilində X1. Qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş hal həm də ondan ibarətdir ki, Cavabdeh həm X16 ödədiyi 55000 manatı, həm də mənzilin sonrakı alqı-satqısından olan vəsaiti əldə etmişdir. MPM-in 82.3-cü maddəsinə əsasn bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya hesab edir ki, cavabdeh iddiaçının hesabına əsas olmadan zənginləşən (varlanan) şəxsdir, bunun müqabilində iddiaçı yoxsullaşmışdır; onların arasında əvvəl müqaviilə olmuş olsa da həmin müqavilə əsasında mənzil faktiki olaraq iddiaçının mülkiyyətinə keçməmiş, nəticə etibarı ilə 55000 manat pulun cavabdehdə qalması üçün yetərli bir səbəb də yoxdur. Ona görə də əldə edilən məbləğ cavabdehdən tutlub iddiaçıya ödənilməlidir. Kollegiya həm də məhkəmə qətnamələrinin preyudisiallığını diqqətə çatdırır. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2021-ci il tarixli Qərarında və başqa qərarlarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış mənzilin alqısatqısına dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı müqavilə hesab edilmiş, həmin müqaviləyə uyğun olaraq sözügedən mənzili satın alarkən X21 55000 manat pulu notariat orqanının depozit hesabına köçürmüş və Cavabdeh həmin məbləği almışdır. Bununla yanaşı, Cavabdeh mənzili başqasına satmışdır. Mənzil X21yə verilməmiş, eyni zamanda pul da qaytarılmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi haqlıdır. Birinci instansiya məhkəməsi mahiyyətcə doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayəti verilməsi ilə əlaqədar ödənilmiş rüsum cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(057)-252/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar