Məhkəmə qərarları › İş №2(106)-931/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-931/2025

18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-931/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər X5 və X4 qarşı “pul” tələbinə mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və X1 müştərək qaydada 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddiasını müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdi ki, X5 və X2 ona 3000 manat pul borcu vardır. Cavabdehlər ilə pulun qaytarılması barədə dəfələrlə danışmağına baxmayaraq ona olan borclarını ödəməkdən imtina edirlər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər X5 və X1 müştərək qaydada 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmədə cavabdeh X6 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı borc almamışdır. İddiaçı tərəfindən borcun verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdeh X5 iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsi ilə (Hakim: İlqar Məmmədov) İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər X5 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Hesab edir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsi ləğv edilməlidir. İddiaçı ilə cavabdehlər arasında olan məbləğ 3000 manatdan az olduğundan və cavabdehlərə etibar etdiyindən aralarında yazılı müqavilə bağlanmamışdır. Buna baxmayaraq cavabdehlərin Ruslana borcu olmaları barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Bildirir ki, işə baxılarkən sübut qismində iddia ərizəsinə əlavə etdiyi səsyazıları məhkəmə iclasında tədqiq edilməmiş, ümumiyyətlə, həmin səsyazmalara və whatsapp yazışmalarına hakim tərəfindən qiymət verilməmişdir. Hakim qətnamədə qeyd edir ki, məhkəməyə İddiaçı tərəfindən iddiasının əsası kimi cavabdehlər X5 və X4 borc pul verilməsinə dair hər hansı bir əsaslı sübut təqdim edilmədi. Təqdim etdiyi səsyazmalar və whatsapp yazılarına hakim tərəfindən heç bir münasibət bildirilməmişdir. Bildirilməməsinə səbəb də həmin sübutlar ilə tanış olmaması, onlara qulaq asmaması, həmin sübutları tədqiq etməməsi olmuşdur. Məhkəmə tərəfindən sübut qismində təqdim etdiyi səsyazmalar səsləndirilməli, cavabdehlərin həmin səsyazılarına münasibəti aydınlaşdırılmamlı idi. Cavabdehlər həmin səsyazılardan sonra sübutun olduğunu görüb çox güman ki, səsyazının onlara məxsus olmadığını qeyd edərdilər. Belə olan halda da məhkəmə tərəfindən linqvistik ekspertiza təyin edilməli idi. O, iddiaçının nümayəndəsi kimi bütün bunları məhkəmənin nəzərinə çatdırmağa çalışsa da, dediklərinə əhəmiyyət verilməmiş, sanki boş sözlər danışırmış kimi sözləri hakim tərəfindən kəsilmişdir. Hakim tərəfindən ona iddiaçının nümayəndəsi kimi normal danışmaq üçün belə şərait yaradılmamışdır. Cavabdehlər etiraz ərizələrində qeyd edirlər ki, onlar götürdüyü krediti tam olaraq "xxxx" MMC-nin Astara filialına ödəmişlər. Onların hal-hazırda həmin kredit təşkilatına heç bir borcları yoxdur. Bununla bağlı qeyd edir ki, cavabdehlər ilə "xxxx" MMC arasında olan borcun ödənilməsinin ona heç bir aidiyyatı yoxdur. Həmin kredit ilə iddiaçıya olan borcun heç bir aidiyyatı yoxdur. Belə ki, cavabdehlər iddiaçıya 3000 manat borcludurlar və bu səsyazmalar və whatsapp yazışmaları ilə təsdiq edilir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər X5 və X6 İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “müştərək qaydada 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsi ilə iddia tələbini rədd etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə həmin qətnaməni mübahisələndirərək ləğv olunması barədə apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 2(106)-931/2025 nömrə ilə Şirvan Apellyasiya Məhkəməsinin icraatına daxil olmaqla 18 iyun 2025-ci il tarixə, saat 14:15-a məhkəmə baxış iclasına təyinat verilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yaşadığı ünvana 19 may 2025-ci il tarixli, 2(106)- 931/2025 nömrəli mülki işin məhkəmə bildirişi ilə, Şirvan Apellyasiya Məhkəməsindən 31 may 2025-ci il tarixli, saat 08:46-da poçt "StrixKodu" SS932928754AZ olan məktubla yaşadığı ünvanda ona daxil olmuşdur. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiya şikayətinin surətini rəsmi qaydada aldıqdan sonra 20 gün müəyyən edilmiş prosessual müddət tərəfindən ötürülmədiyi üçün cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi barədə etirazla Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Belə ki, apellyasiya şikayətinə nəzər saldıqda məlum olur ki, həmin şikayət uzun-uzadı olmasına baxmayaraq əsasən maddi və prosessual hüquq normalarının formal olaraq sadalanmasından və eyni halların təkrarən qeyd olunmasından ibarətdir. Apellyasiya şikayətini ümumiləşdirdikdə iddiaçı "onlar tərəfindən məhkəməyə təqdim olunan sübutlara qiymət verilməməsini” qeyd etməklə həmin hallara əsaslanmışdır. Aşağıdakı xüsusatlardan və səbəblərdən verilmiş apellyasiya şikayətinə etiraz olaraq Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)- 231/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması, konstitutsiya hüquqlarının Şirvan Apellyasiya Məhkəməsi tərəfindən müdafiəsi kimi haqlı tələbini qanunamüvafiq hesab edir. İddiaçının nümayəndəsi verdiyi apellyasiya şikayətinin 6-cı - "Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər" bəndində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə istinad edərək "İddiaçı ilə cavabdehlər arasında olan məbləğ 3000 (üç) manatdan az olduğundan və cavabdehlərə etibar edildiyindən aralarında yazılı müqavilə bağlanmamasını" qeyd etmişdir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, pulun məbləği 3000 manat təşkil edir. Yəni məbləğ 3000 manatdan az deyil. Bu o deməkdir ki, iddiaçı qeyd etdiyi Mülki Məcəllənin müvafiq maddəsinə istinad edərək yazılı formada, notarial təsdiq edilmiş müqavilə bağlamağa borclu idi. Eyni zamanda, iddiaçı Mülki Məcəllənin 740-cı maddəsini əsas götüb yazmaq əvəzinə, iddiaçı yanlış olaraq Mülki Məcəllənin 739-cu maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının nümayəndəsi verdiyi apellyasiya şikayətinin 7-ci - "Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər" bəndində "İşə baxılarkən sübut qismində iddia ərizəsinə əlavə edilmiş səsyazılar məhkəmə iclasında tədqiq edilməmiş, ümumiyyətlə, həmin səsyazmalara və whatsapp yazışmalarına hakim tərəfindən hüquqi qiymətin verilməməsi" qeyd etmişdir. Çünki iddiaçı ilə olan həmin səsyazmaları və whatsapp yazışmalarında, 2022-ci il tarixində iddiaçı "xxxx" MMC-nin Astara filialının müdiri vəzifəsində işləyərkən həmin kredit təşkilatından kredit pul götürməyi, götürdüyü krediti tam olaraq "xxxx" MMC-nin Astara filialına ödəməyi, onların hal-hazırda həmin kredit təşkilatına heç bir pul borclarının olmaması tam sübuta yetirilmiş olur. Bu barədə Astara Rayon Məhkəməsinə verilmiş etirazda "ASEL KREDİT BOКТ” MMC-nin Astara filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 010 və 011 nömrəli verdiyi arayışlar etiraza əlavə edilir. İddiaçının nümayəndəsi verdiyi apellyasiya şikayətinin 7-ci - "Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər" bəndində “Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarını dinləməyə, videogörüntülərə baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borclu" olmasını qeyd etmişdir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı məhkəməyə hər hansı bir tərəfin və ya üçüncü şəxsin izahatını və ya şahid qismində şəxs vətəndaş cəlb edilməmiş təqdim etməmişdir. Həmçinin məhkəməyə hər hansı bir yazılı və ya maddi sübut təqdim etməmişdir. Səsyazmalar barədə isə yuxarıda aydınlıq gətirib qeyd edilmişdir. İddiaçının nümayəndəsi verdiyi apellyasiya şikayətinin 8-ci - “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” bəndində "Cavabdehlər etiraz ərizələrində qeyd edirlər ki, onlar götürdüyü krediti tam olaraq “ASEL KREDİT BOKT" MMC-nin Astara filialına ödəmişlər. Onların halhazırda həmin kredit təşkilatına heç bir borcları yoxdur. Bununla bağlı qeyd edir ki, cavabdehlər ilə "xxxx" MMC arasında olan borcun ödənilməsinin ona heç bir aidiyyəti yoxdur" olmamasını qeyd etmişdir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, ümumiyyətlə, onların iddiaçı ilə heç bir tanışlıqları yoxdur. Onu ancaq "xxxx" MMC-nin Astara filialında müdir işləyərkən tanımışlar. Yəni iddiaçıdan 3000 manat məbləğində borc pulun hansı tarixdə (ay, gün göstərilməlidir), şəraitdə, hansı səbəbdən götürülməsini və hansı müddətə qaytarılması barədə təsdiq edən əsaslandırılmış sübut növü məhkəməyə təqdim edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Ümumiyyətlə, iddiaçı apellyasiya şikayətinin dəlillərini tam və ətraflı əsaslandırmamış, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, iddianı ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi hallara kifayət qədər aydın şəkildə və qanunun normaları ilə şərh edilməklə qiymət verilmiş və həmin hallar formal mülahizələrdən ibarət olduğundan əsaslı sayılmamışdır. Lakin apellyator hazırki şikayətində də eyni halları təkrarlamaqla birinci instansiyası məhkəməsinin konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozmasını göstərməmiş, maddi və prosessual hüquq normalarının müddəalarının pozulmasının nədə ifadə olunmasını əsaslandırmamış, faktlara və hüquqa əsaslanmaq əvəzinə şəxsi mülahizə xarakterli sözlərə əsaslanmışdır. İddiaçı nümayəndəsi Nümayəndə Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsassız və formal mülahizə xarakterli olduğundan təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsinin qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdehlər X5 və X6 məhkəməyə teleqram ünvanlayaraq bildirmişlər ki, səhhətləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmirlər. Odur ki, iştirakları olmadan mülki işə baxıb məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli etirazı nəzərə alaraq apellyasiya şikayətinin rədd edilməsini və Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)- 231/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan) maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətində iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Qeyd olunmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçı iddia ərizəsində cavabdehlərin ona 3000 manat məbləğində borcunun olmasını qeyd etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi səsyazmalar və whatsapp yazılarına məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və qeyd edir ki, həm whatsapp yazıları, həm də səsyazmalar məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş və həmin məlumatlarda iddia tələbinin əsaslı olmasını təsdiq edən xüsusatlar müəyyən edilməmişdir. Belə ki, nə yazışmalarda, nə də ki səsyazmalarda tərəflər arasında 3000 manat borcla bağlı hər hansı yazışma, səs yazısı aşkarlanmamışdır. Əksinə, həmin yazışma və səs yazılarının iddiaçı ilə cavabdehlər arasında cavabdehlərin "xxxx"dan götürdükləri kreditin ödənişi ilə əlaqədar yaranmış mübahisə ilə bağlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-231/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar