Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-938/2024 02.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), X8 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, Cavabdeh3 qarşı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx/xx-121862/18- 22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)- 368/2023 saylı qətnaməsindən Cavabdeh3 vəkili və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qətnaməsinə əsasən cavabdeh X2 ödəniləcək günə manatla məzənnədə 300000 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmiş və hal-hazırda icra mərhələsindədir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qərardadı ilə X1 Cavabdeh3 ilə birlikdə paylı mülkiyyətlərində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə, ünvan 1 ünvanda yerləşən mənzilə və ünvan 2rləşən 1 nömrəli mənzilin üzərinə məhkəmənin icraatında olan mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmuşdur. Həmin qərardaddan Cavabdeh3 şikayət vermiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1001/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 3 ünvanda yerləşən mənzilə görə 96000 manat, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164000 manat, cəmi 260000 manat kompensasiya ödənilməklə Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi, ünvan 8vanda yerləşən mənzil ilkin satış qiyməti 570000 manat olmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib qaydada Cavabdeh3 və Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı və qət etdi hissəsində olan yanlışlığın düzəldilməsi, “Cavabdeh2 tərəfindən 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 3 ünvanda yerləşən mənzilə görə 96000 manat, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164000 manat, cəmi 260000 manat kompensasiya ödənilməklə Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin”. cümləsinin “Cavabdeh2 tərəfindən 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 3 ünvanda yerləşən mənzilə görə 96000 manat, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164000 manat, cəmi 260000 manat qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 gün ərzində kompensasiya şəkilində iddiaçıya ödənilməklə eyni anda iddiaçı Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdeh tərəfindən iddiaçı Cavabdeh3 kompensasiya ödənilmədiyi təqdirdə: Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manata və ünvan 1 ünvanda yerləşən mənzilin 240000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməsi” kimi oxunması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və qətnamədə qeyd olunan əmlaklar hərraca çıxarılmışdır. Lakin hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmədiyinə görə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3) qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393/21 saylı “hərracın nəticələri haqqında yekun protokol”un etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-534/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393\21 saylı “hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 faktiki olaraq heç bir ödəniş etmədən Cavabdeh2 əmlakda olan payını qanunsuz şəkildə ələ keçirmiş, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyinə görə onun nəticələri etibarsız hesab edilməlidir. Belə ki, qanunvericiliyə əsasən hərrac müqavilənin bağlanması üçün və ya əşyanın satışı üçün keçirilə bilər. Hərrac özü-özlüyündə o zaman baş tutmuş hesab edilə bilər ki, auksion formasında keçirilsin və ən yüksək məbləği ödəmiş şəxs hərracı udmuş şəxs hesab olunur. Hazırkı işin hallarından görünür ki, hərracı udmuş Cavabdeh3 tərəfindən hazıradək bağ evinin dəyəri nə "xxxx" MMC-nin, nə də sifarişçi Yasamal rayon İcra şöbəsinin bank hesabına köçürülmüş və tərəflər arasında buna dair hər hansı digər razılaşma əldə olunmamışdır. Dolayısı ilə ödəniş olmadığı halda ödənişin həyata keçirilməsinə dair formal görüntü yaradılaraq hərracın ən təməl qaydası pozulmuşdur. Həmçinin "xxxx" MMC-nin Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 393/21 saylı məktubdan da görünür ki, Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsi ev 83a mənzil 1 və ünvan 3 keçirilmiş hərracda satılmadığına görə iş geri qaytarılmışdır. Bundan sonra, borclu Cavabdeh3 Əfdər oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 ha toıpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manat qiymətlə ilkin olaraq hərraca çıxarılması, həmin əmlak açıq hərrac yolu ilə satıldığı halda pulun paylara mütənasib bölünərək digər iki əmlakın da hərraca çıxarılması, satılmadığı halda isə həmin əmlakın ona təklif olunmaqla adına rəsmiləşdirilməsi və onun digər iki əmlakda, yəni ünvan 8vanda yerləşən mənzildə və ünvan 6 ünvanında yerləşən mənzildə olan payına xitam verilməklə onların Cavabdeh2 adına rəsmiləşdirilməsi və ya Cavabdeh2 istəyi ilə həmin iki əmlakın açıq hərrac yolu ilə satılması zamanı ona çatacaq məbləğin Cavabdeh2 verilməsi qaydasında qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-624/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu Cavabdeh3 Əfdər oğlunun ərizəsi təmin edilməmişdir. Yasamal rayon icra şöbəsinin sifarişi əsasında icra sənədi üzrə artıq iki dəfə hərrac təşkil olunmuş və həmin hərraclar baş tutmamışdır. Belə olan halda isə qanunvericiliyin tələblərinə görə icra sənədi məhkəməyə qaytarılmalıdır. Lakin, həbsdə olan əmlaklar qanunsuz olaraq yenidən hərraca çıxarılmışdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişindən görünür ki, Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən birgə mülkiyyətdə olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi 410000 manata, ünvan 1 ünvanda yerləşən mənzil 240.000 manata "xxxx" MMC tərəfindən yenidən açıq hərraca çıxarılmışdır və hərrac 18 yanvar 2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı,xx.xx.2021-ci il tarixli sifariş məktubu və "xxxx" MMC-nin xx.xx.2022- ci il tarixli 469/22 saylı hərrac bildirişi etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişindən görünür ki, hərraca çıxarılan əmlaklar məhz Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklardır və həmin əmlaklar hərracda satıldığı təqdirdə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qətnaməsinin icrası qeyrimümkün hesab olacaqdır. Açıq-aşkardır ki, nə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunda, nə də "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişində Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evin və ünvan 1 ünvanda yerləşən mənzilin və ünvan 8vanda yerləşən mənzilin ilkin (başlanğıc) satış qiyməti onların bazar dəyərinə uyğun olaraq müəyyən olunmamış və göstərilməmişdir. Belə olan halda isə, həmin əmlaklar üzrə ümumiyyətlə açıq hərracın keçirilməsi Ali Məhkəmənin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan saılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021-ci il tarixli xx.xx.2021-ci tarixli qərardadı ilə ziddiyyət təşkil edir. Həmçinin, “https://e-herrac.com/page/herrac” saytında yerləşdirilmiş “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydaları”nın 1.14.3-cü bəndinə görə hərracın təşkilatcısı həmçinin hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. "xxxx" MMCyə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə hərracın dayandırılması ilə bağlı müraciətlər olunsa da, cavabdehlər bunu etməkdən imtina etmişlər. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-368/2023 saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia təmin edilərək Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubu və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh3 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsindən belə məlum olur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli, qanuni qüvvəsini almış qətnaməsi icra edilmədən qalmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-624/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Yasamal rayon məhkəməsinin 2(004)-918/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli icra sənədinin hansı qaydada icra olunması, yəni əmlakların hansı ardıcıllıqla hərraca çıxarılmalı olması qeyd olunmuş və həmin qərardad əsasında əmlaklar hərraca çıxarılmışdır. Belə olan halda necə ola bilər ki, şöbənin hərrac sifarişi qanunsuz hesab olunmuşdur. Eyni zamanda Kürdəmir Rayon Məhkəməsi şöbədən icra işinin surətini əldə etmədən, bu barədə rəsmi sorğu göndərmədən, icra məmurunun yazılı və ya şifahi izahatını almadan, digər qanuni qüvvəyə minmiş məhkəmə qərardadı əsasında verilən hərrac sifarişini qanunsuz hesab etmiş, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına mane olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən ərazi yurisdiksiyası pozulmuşdur. Belə ki, mübahisə predmeti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı İnzibati Məhkəməsinə aiddir. Bu əsasla da hesab edir ki, məhkəmənin 2(041)-368/2023 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi MPM-in 217.2-ci maddəsinin tələbi baxımından qanuni və əsaslı deyil. Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh3 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin nümayəndəsi Vəkil1 ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətlərinin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir Digər tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)- 14/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ilə Cavabdeh2 xx.xx.1997ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)- 14/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ilə Cavabdeh2 xx.xx.1997ci ildə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-918/2021 saylı qətnaməsinə əsasən Cavabdeh3 Cavabdeh2Sədrəddin qızına qarşı payların müəyyən edilməsi tələbinə dair ilkin, Cavabdeh2 Cavabdeh3 qarşı kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi tələbinə dair ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh2 tərəfindən 2/5 hissədə Cavabdeh3, 3/5 hissədə Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 10 ünvanda yerləşən mənzilə görə 96000 manat, Bakı şəhəri Sabunçu rayon Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli baş evinə görə 164000 manat, cəmi 260000 manat kompensasiya ödənilməklə Cavabdeh3 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilmiş, ünvan 8vanda yerləşən mənzil ilkin satış qiyməti 570000 manat olmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti paylarına mütənasib qaydada Cavabdeh3 və Cavabdeh2 ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)- 983/2021 saylı qərardadının surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 birlikdə paylı mülkiyyətlərində olan ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 106 kv. m olan mənzildən Cavabdeh2 3/5 hissədə, Bakı şəhəri Sabunçu rayon Bilgəh qəsəbəsi baş evi 863 ünvanda 0,0010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.52 kv.m olan Bağ evindən Cavabdeh2 3/5 hissədə və ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 210.50 kv.m olan mənzildən Cavabdeh2 3/5 hissədə olan paylarının üzərinə məhkəmənin icraatında olan mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)- 983/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2t Sədrəddin qızına qarşı pul tələbinə dair iddia tələbi təmin edilmiş, Cavabdeh2t Sədrəddin qızından ödəniləcək günə bank məzənnəsi ilə 300000 ABŞ dolları pul alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-534/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3) qarşı hərracın nəticələrinə dair iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y-393/21 saylı hərracın nəticələri haqqında yekun protokolu etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-624/2022 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 918/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu Cavabdeh3 ərizəsi təmin edilməmişdir. İş materiallarında olan DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8vanında yerləşən 210.50 kv. metr sahəsi olan mənzil 3/5 hissədə Cavabdeh2 adına xx.xx.2005-ci il tarixdə, 2/5 hissədə Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 16 ünvanında yerləşən, ümumi sahəsi 106 kv.metr olan mənzil 3/5 hissədəCavabdeh2 adına xx.xx.2002-ci il tarixdə, 2/5 hissədə Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ evi 863 ünvanında yerləşən ümumi sahəsi 232.52 kv.m sahəsi olan mənzil 3/5 hissədə Cavabdeh2 adına xx.xx.2019-ci il tarixdə, 2/5 hissədə Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2021-ci il tarixli 393/21 saylı hərrac bildirişində hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə təyin edildiyi göstərilmişdir. Ərizəyə, eyni zamanda Cavabdeh2 hərracın baş tutmadığı üçün işin Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qaytarılması barədə "xxxx" MMC-nin rəhbərliyinə ünvanladığı ərizələr, "xxxx" MMC-nin hərrac bildirişləri, hərracın baş tutmaması barədə arayışları və digər sənədlər əlavə edilmişdir. Belə ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə hesab edir ki, birinci instansiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməli olduğu halda yanlış olaraq iddia ərizəsinə baxaraq təmin etmişdir. İddia tələbi təhlil edildikdə müəyyən edilir ki, hazırkı iddianın əsasını Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı icra sənədinin icrası üzrə icra məmurunun hərəkəti ilə bağlıdır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsində göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 16 oktyabr 2012-ci il tarixli Qanununa əsasən həmin Qanunun 87.2-ci maddəsi çıxarılmış, icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfindən icra məmurunun olduğu yer ürzə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati- Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Qeyd edilməlidir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə” 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Məhkəməsinin digər – “Vasilesku Rumıniyaya qarşı iş üzrə” 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Bundan əlavə, eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 vəkili və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-368/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı iş” üzrə 29 iyun 2000-ci il tarixli, “Annoni di Gussola və digərləri Fransaya qarşı iş” üzrə 14 fevral 2001-ci il tarixli və digər qərarlarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətləri apellyasiya və ya kassasiya məhkəmələrini təsis etməyə məcbur etmir. Bununla belə, əgər həmin məhkəmələr yaradılıbsa, bu instansiyalarda proses 6-cı maddədə nəzərdə tutulmuş təminatları ehtiva etməli, həmçinin mübahisə edənlərə onların mülki hüquq və vəzifələrinə aid olan qərarlar üzrə məhkəməyə müraciət hüququ səmərəli dərəcədə təmin olunmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 2(041)-368/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, Cavabdeh3 qarşı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx/xx-121862/18- 22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadan həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-938/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-938/2024
02.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver