Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-941/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh1 MMC-nin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə və Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, e-2(032)- 116/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi vermişdir. 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən - öhdəliklə müəyyən edilmiş müqavilə üzrə vaxtında ödənilməmiş 60000 manat əsas borc, 0 manat faiz borcu pulu olmaqla, cəmi 60000 manat həcmində tələb üzrə tutma İddiaçı mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 18.2 kv/m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 17.2 kv/m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 18.1 kv/m olan qeyri-yaşayış sahəsi olan əmlaklara tutma yönəldilməlidir. 29 iyun 2021-ci il tarixli əşyaların nisyə satılması müqaviləsinin 3.6-cı bəndinə əsasən “alıcı” bu müqavilənin 3.4-cü bəndində göstərilən ödəniş müddətini bir dəfə pozarsa, “satıcı” bu müqavilə üzrə yaranmış bütün borcları “alıcı”dan tələb edə bilər. 30 iyun 2021-ci il tarixli ipoteka müqaviləsinin 5.1-ci bəddində göstərilir ki, əşyaların nisyə satılması haqqında 05/21 saylı, 29 iyun 2021-ci il tarixli müqaviləyə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması daşınmaz əşyaya tutmanın yönəldilməsi hüququnun yaranmasına səbəb olur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1399 manat 87 qəpik məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2346 manat 74 qəpik məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. Qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı Cavabdeh1 MMCyə 29408 ABŞ dolları məbləğində borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhər 1 saylı Notariat Ofisinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 iyun 2021-ci il tarixdə onunla Cavabdeh1 MMC arasında “əşyaların nisyə satılması” haqqında 05/21 saylı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqaviləyə əsasən müxtəlif növ məişət avadalıqlarını və mobil telefonları (əşyaları) “Alıcı”ya verməyi, “Alıcı” isə əşyaları qəbul edib, məişət avadanlıqlarını və mobil telefonların (əşyaların) qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Onunla Cavabdeh1 MMC arasında olan razılaşmaya əsasən cəmiyyət ona 60000 manat dəyərində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verməyi öhdəsinə götürmüş və bunun təminatı olaraq ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 18.2 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 17.2 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 18.1 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlakların hər birinin dəyəri tərəflərin qarşılıqlı razılığa əsasən 20000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh1 MMC iddia edir ki, guya sözügedən müqaviləyə əsasən ona ümumi dəyəri 60000 manat olan müxtəlif növ məişət avadalıqları və mobil telefonları vermişdir. Lakin o müqavilə öhdəliyimi pozaraq həmin əmlakların dəyərini təşkil edən 60000 manat məbləğində pulu cəmiyyətə ödəməmişdir. İlk olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 MMC tərəfindən ona 60000 manat məbləğində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verilməmiş və bunu təsdiq edən hər hansı sübut yoxdur. Cəmiyyət tərəfindən ona hazırki vaxtadək cəmi 3746,61 manat dəyərində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verilmişdir. Bundan əlavə tərəfindən həmin mallara görə müxtəlif vaxtlarda cəmiyyətə ödənişlər edilsə də, nədənsə cəmiyyət həmin pulların ödənilməsini də qeyd etməmişdir. Belə ki, hazırda özündə saxladığı xx.xx.2022-ci il tarixli, OD3 saylı və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, tərəfindən 1399,87 manat və 2346,74 manat pul cəmiyyətə ödənilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 MMC Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət edərək, guya onun cəmiyyətə 60000 manat borcunun olduğunu və borcun ödənilməsinin təmin kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə tutma yönəldilməsini xahiş etmişdir. Şirvan şəhər 1 saylı notariat ofisi isə onun həqiqətən Cavabdeh1 MMC-yə 60000 manat məbləğində borcunun olub-olmamasına dair heç bir araşdırma aparmadan “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli, 8İ-7414 nömrəli İcra qeydi vermişdir. İddiaçı nümayəndəsi Vəkil bildirdi ki, tərəflər arasında xx.xx.2021-ci ildə əşyaların nisyə satılması barədə müqavilə bağlanıb. Tərəflər təqdim etdiyi qaimə fakturaların tarixlərinə fikir verəndə görünür ki, qaimə-faktura xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə aiddir. Yalnız iki qaimə-faktura xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə aiddir. Bu qaimə-fakturaların bağlanmış müqaviləyə aidiyyatı yoxdur. Təqdim edilmiş fakturalardan altı ay sonra müqavilə bağlanıb. Müqavilənin öhdəlikləri onun bağlandığı vaxtdan sonra həyata keçirilir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, 1399 manat və 2346 manat pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Notariat ofisi heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir. Cavabdehin 60000 manat borc olması barədə sübutu yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, nisyə satış müqaviləsi bağladıqdan sonra malları sahibkarla təhvil verirlər. Cavabdeh1 MMC olaraq onlar həm istehsalakçılara satış edirlər, həm də, rayonlarda və Bakı şəhərində sahibkarlara topdan satış qiymətinə mallar verirlər. Mallar verildikdən sonra sahibkarlar malı satıb pulundan ödənişlərini edirlər. İddiaçıla uzun müddətli alış-verişləri olub. Bir neçə müddətdən sonra İddiaçı pulu ödəyə bilməmişdir. O, pulu ödəyə bilməməyi ailə vəziyyəti ilə və malların pulunu yığa bilməməsi ilə əlaqədar əsaslandırmışdır. İpotekada üç əmlak qoyulmuşdur. Tərlana verdikləri malların məbləğini ödəməsini bildirmişlər. Tərlan isə qeyd edir ki, aldığı malların ödənişini etmişdir. Lakin alınan malların qaiməsi və eyni zamanda qarşılıqlı üzləşmə aktı var. Qarşılıqlı üzləşmə aktında 29408 ABŞ dolları məbləğində iddiaçının onlara borcu var. Borcu olduğuna görə əmlakın hər üçünə yönəltmə olub. İpoteka müqaviləsinin 5.1-ci bəddində göstərilir ki, əşyaların nisyə satılması haqqında 05/21 saylı, 29 iyun 2021-ci il tarixli müqaviləyə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması nəticəsində daşınmaz əşyaya tutmanın yönəldilməsi hüququ yaranır. Şirvan Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, e-2(032)-116/2025 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia rədd edilmişdir. Məhkəmə mövqeyini «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə, 9-cu hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1.1-ci bəndinə, “İpoteka haqqında” Qanunun 34.1.1, 38.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 107, 119.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyil, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və Siyahının 1-1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir. İşin faktiki hallarından göründüyü kimi, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, həmin əsas borc iddiaçı tərəfindən aidiyyatı məhkəmədə mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci ildə əşyaların nisyə satılması barədə müqavilə bağlanmışdır. Tərəflər təqdim etdiyi qaimə fakturaların tarixlərinə fikir verəndə görünür ki, qaimə-faktura xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə aiddir. Yalnız iki qaimə-faktura xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə aiddir. Bu qaimə fakturaların bağlanmış müqaviləyə aidiyyəti yoxdur. Təqdim edilmiş fakturalardan altı ay sonra müqavilə bağlanıb. Müqavilənin öhdəlikləri onun bağlandığı vaxtdan sonra həyata keçirilir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, 1399 manat və 2346 manat pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Notariat ofisi heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir. Cavabdehin 60000 manat borc olması barədə sübutu yoxdur. Lakin, buna baxmayaraq Cavabdeh1 MMC Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət edərək, guya onun cəmiyyətə 60000 manat borcunun olduğunu və borcun ödənilməsinin təmin kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə tutma yönəldilməsini xahiş etmişdir. Şirvan şəhər 1 saylı notariat ofisi isə onun həqiqətən Cavabdeh1 MMC-yə 60000 manat məbləğində borcunun olub-olmamasına dair heç bir araşdırma aparmadan “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli, 8İ-7414 nömrəli icra qeydi vermişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakımünasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu hallarda verilə bilər. Lakin icra qeydi vermiş notarius onun hazırda həqiqətən də Cavabdeh1 MMC-yə 60000 manat məbləğində borcunun olub-olmamasını müəyyənləşdirmədən sözügedən icra qeydini vermişdir. Lakin təəssüflər olsun ki, işə baxmış birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, sonda qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, Cavabdeh1 MMC 60000 manat dəyərində müxtəlif növ məişət avadalıqlarını və mobil telefonları (əşyaları) ona təhvil verməsinə dair heç bir sübutu nə icra qeydini vermiş notariusa, nə də məhkəməyə təqdim edə bilməmişlər. Onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, alınan malların qaiməsi və eyni zamanda, qarşılıqlı üzləşmə aktı var. Qarşılıqlı üzləşmə aktında 29408 ABŞ dolları məbləğində iddiaçının onlara borcu var. Bu isə o deməkdir ki, cavabdehin nümayəndəsi özü də etiraf edir ki, İddiaçı cavabdehə 60000 manat məbləğində borcu yoxdur. Tərəfindən Cavabdeh1-dən alınan malların dəyəri tam olaraq Cavabdeh1-ə ödənilmişdir. Onun həmin quruma heç bir borcu yoxdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: xx.xx.2025-ci il tarixdə apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətininin dəlillərini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında mobil telefonun nisyə alqı-satqı barədə müqavilə bağlanmış, tərəf hissə-hissə malları alaraq, hissə-hissə ödənişləri etmişdir. Tərəflər arasında ödənişlərlə bağlı mübahisə var. Tərəf qaimə-fakturalar təqdim edir və müəyyən məbləğdə ödəniş etdiyini bildirir, digər tərəf razılaşmır. Qətnamə təsviri, əsaslandırıcı və nəticə hissəsindən olmalıdır, birinci instansiya məhkəməsinin qətnaməsində əsaslandırıcı hissə aydın deyil. Cavabdeh tərəf etiraf edir ki, 10000 manat ödəniş edilib, icra qeydində isə 60000 manat qeyd edilib. İcra qeydi verildikdən sonra ödəniş edilməyib, daha əvvəl ödənilmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. İş materiallarına əlavə edilmiş üzləşmə aktı var. Həmin aktda 29408 dollar borcun olması ilə bağlı etirafı var. İddiaçı tərəf icra qeydini mübahisələndirir. İcra qeydinin verilməsində və notariat hərəkətlərinin yerinə yetirilməsində hər hansı səhvə yol verilməyib, tərəfə bildiriş də göndərilib. İddiaçı öhdəliyini yerinə yetirmədiyi üçün ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra qeydi çıxarılıb. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdiyini, X2 izahatına əlavəsinin olmamasını bildirdi. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sonuncu apellyasiya baxışı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə göndərərək üzürlü səbəbdən iştirak edə bilməməsini bildirərək, məhkəmə iclasının təxirə salınması xahiş etmişdir. Kollegiya qeyd edir ki, nümayəndə-Vəkil xx.xx.2025-ci il tarixdə də eyni məzmunlu vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Həmin Qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Həmin Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndinə əsasən icra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2- ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarı: Borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi notariusun apardığı icra qeydi publik münasibətləri deyil, xüsusi hüquqi münasibətlərin nizama salınmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilməlidir; - göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilməlidir; - qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş apellyasiya şikayətinin dəlilləri əsassızdır, göstərilən dəlillər iş üzrə qəbul olunmuş hüquqi nəticəni dəyişmək gücündə deyildir və ona görə də apellyasiya şikayətinin təmin olunması üçün hüquqi və qanuni əsas mövcud deyildir. Kollegiya apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd edir. İş materialları və məhkəmənin araşdırdığı sənədlər göstərir ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında 29 iyun 2021-ci il tarixli, 05/21 saylı “əşyaların nisyə satılması” müqaviləsi bağlanmış, həmin öhdəliyin icrasının təminatı kimi 30 iyun 2021-ci il tarixli ipoteka müqaviləsi üzrə iddiaçıya məxsus üç ədəd qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsinin 5.1-ci bəndi ilə öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması halında ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən isə əsas öhdəliyin icrasının 90 təqvim günü və daha çox gecikdirilməsi ipoteka predmetinə tutma yönəltmək üçün ayrıca qanuni əsasdır. İşdə olan 11 sentyabr 2023-cü il tarixli, 8İ-7414 reyestr saylı icra qeydi notariusun ipoteka saxlayanın tələbi üzrə məhz bu mexanizmə istinad etməklə verildiyini təsdiq edir; icra qeydində 60.000 manat əsas borc üzrə tutmanın ipoteka ilə yüklü edilmiş üç daşınmaz əmlaka yönəldilməsi qeyd olunmuşdur. “Notariat haqqında” Qanunun 76-cı maddəsi notariusa icra qeydi aparmaq səlahiyyətini yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdikdə verir. Bu müddəanın tətbiqi texnikiformal yoxlama yükü qoyur: notarius borcun “məzmunu”nu məhkəmə kimi həll etmir, “mübahisəsiz” meyarını Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı Qərarı ilə təsdiq olunmuş Siyahının 1.1-ci yarımbəndində göstərilən sənədlərin mövcudluğu və düzgünlüyü kontekstində qiymətləndirir. Siyahıya görə ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi üçün (ipoteka kağızı və ya ipoteka müqaviləsinin əsli və onun dövlət qeydiyyatını təsdiq edən sənəd, “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun bildirişin (ipoteka qoyana və qeyd olunan digər şəxslərə sifarişli poçt və/və ya elektron üsulla göndərilmiş, reyestrdə qeydiyyata alınmış) əsli və göndərilməni təsdiq edən sübutlar təqdim edilməlidir. Qanunun 36.1-ci maddəsində bildirişin təqdim edilmiş sayılması qaydası açıq qaydada təsbit olunub: ölkə daxilində sifarişli poçtla göndərilmiş rəsmi bildiriş poçta təqdim olunduğu gündən 5 gün, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün sonra təqdim edilmiş sayılır. İş materialları üzrə birinci instansiya məhkəməsi həmin sənədlərin mövcudluğunu, yəni ipoteka müqaviləsi/qeydiyyat sənədləri və 36.2-yə uyğun bildiriş və onun göndərilmə sübutlarının notariusa təqdim edildiyini müəyyən etmiş, buna görə də notariusun icra qeydi aparması üçün tələb olunan formalhüquqi şərtlərin təmin olunduğu qənaətinə gəlmişdir. İddiaçının əsas arqumentlərindən biri ondan ibarətdir ki, mallar ümumiyyətlə verilməyib və 60.000 manat məbləğində borc mövcud deyil; təqdim olunmuş qaimə-fakturalardan bəzilərinin müqavilədən daha əvvəlki tarixlərə aid olması da müqavilə ilə bağlılıqdan şübhə doğurur. Bu arqument hüquqi cəhətdən iki səbəbdən nəticəsizdir. Birincisi, notariat icra haqqında qeyd proseduru öhdəliyin faktiki icrası və ya mal dövriyyəsinin həcmi üzrə maddi-hüquqi mübahisəni həll etmir; notariusdan tələb olunan, “borcu müəyyən edən sənədlər”in Siyahıya uyğun təqdim olunub-olunmamasını və Qanunda nəzərdə tutulmuş şərtlərin (xüsusilə 34.1.1 üzrə 90 günlük gecikmə və 36.2 üzrə bildiriş) sənədlərlə təsdiqlənibtəsdiqlənməməsini yoxlamaqdır. İkincisi, nisyə satış münasibətlərində tərəflər təchizatları bir çərçivə müqaviləsi altında konsolidasiya edə, əvvəlki dövr təhvil-qəbul sənədlərini sonradan bağlanmış təminat (ipoteka) ilə təmin edə bilərlər; həlledici olan ipoteka müqaviləsinin təmin etdiyi öhdəliyin müqavilə ilə identifikasiyası və qeydiyyatıdır. Həm də işdə iki qaimə-fakturanın xx.xx.2022 və xx.xx.2022 tarixlərinə aid olması, eləcə də eyni tarixli ödəniş tapşırıqlarının (1399,87 manat və 2346,74 manat) mövcudluğu tərəflər arasında faktiki dövriyyənin olduğunu göstərir; bu isə “heç bir mal verilməyib” mülahizəsini özüözlüyündə təkzib edir. Qanunvericiliyə, həmçinin müqaviləyə görə qismən ödənişin edilməsi gecikməni və akselerasiyanı avtomatik ləğv etmir; öhdəliklərin hansı hissəsinin ödənilməsi və qalıq məbləğin həcmi kimi məsələlər borc münasibətinin mahiyyəti üzrə ayrı iddianın predmetidir, notariat mərhələsində isə yalnız sənədli şərtlər qiymətləndirilir. İddiaçı “borcun mübahisəli” olduğunu bildirməklə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tətbiqinə mane olan hal yarandığını iddia edir, lakin “mübahisəsiz” meyarı subyektiv etirazın mövcudluğu ilə deyil, təqdim edilmiş sənədlərin Siyahının tələblərinə uyğunluğu ilə müəyyənləşir. Əgər borclu ipoteka saxlayanın bildirişi əsasında tutmanın yönəldilməsi ilə razılaşmırsa, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə uyğun olaraq bildirişi aldığı andan (qanunda nəzərdə tutulan təqdim edilmiş sayılma müddətləri nəzərə alınmaqla) 21 gün ərzində məhkəməyə şikayət edə bilər; həmin mexanizm məhz maddi-hüquqi mübahisənin (mal təhvili, borcun həqiqi qalığı, qarşılıqlı üzləşmənin nəticələri və s.) məhkəmə qaydasında həllinə xidmət edir. İş materiallarından görünən odur ki, iddiaçı 37.1 əsasında müddətində belə şikayət verməmiş, sonradan icra qeydinin ləğvi tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmiş, lakin təqdim etdiyi sübutlar (iki ödəniş tapşırığı və ümumi izahatlar) notariat qaydasında icra qeydi aparılması üçün tələb olunan formal şərtlərin pozulduğunu sübuta yetirmək gücündə deyil. Mülki prosessual hüququn sübutetmə qaydalarına görə (sübut yükü prinsipi) iddianın əsası olan halları sübut etmək vəzifəsi iddiaçının üzərindədir; notariat prosedurunun pozulduğunu, bildirişin göndərilmədiyini və ya 90 günlük gecikmə şərtinin sənədlə təsdiqlənmədiyini göstərən etibarlı sübut təqdim edilməmişdir. Cavabdeh nümayəndəsinin məhkəmədə “qarşılıqlı üzləşmə aktında 29.408 ABŞ dolları məbləğində borc”un görünməsi barədə izahatı da icra qeydinə hüquqi təsir göstərə biləcək ziddiyyət yaratmır. Birincisi, ipoteka müqaviləsi və ipoteka təminatının limiti milli valyutada müəyyən edilir və notarius icra qeydində tələbi bu çərçivədə rəsmiləşdirə bilər; müqavilə üzrə akselerasiya nəticəsində tələb olunan məbləğin valyuta ekvivalentlərinin daxili uçot fərqləri icra qeydi mexanizmini etibarsız etmir. İkincisi, tutmanın konkret hesablanması və artıq tutmanın yolverilməzliyi icra mərhələsinin (məhkəmə qətnamələrinin icrası haqqında qanunvericilik qaydaları və “Notariat haqqında” Qanunun 78-ci maddəsinə istinad edilən prosedurlar) predmeti olub, borclunun icra prosesində də tutmanın həcminə dair müdafiə vasitələri mövcuddur. Deməli, valyuta ifadələri və ya hesablaşma baxımından fərziyyələr icra qeydinin verilməsi üçün tələb olunan formal şərtlərin pozulduğunu göstərmir. İddiaçı tərəfindən müxtəlif tarixli qaimə-fakturaların müqavilədən əvvəl tarixləri daşıması ilə bağlı irad da hüquqi baxımdan həlledici deyil. Tərəflərin təsərrüfat münasibətlərində əvvəlki təchizatların çərçivə müqaviləsi altında konsolidasiyası və həmin çərçivə üzrə öhdəliklərin ipoteka ilə təmin edilməsi kommersiya dövriyyəsində qəbul edilmiş praktika olub, həlledici meyar ipoteka müqaviləsinin hansı öhdəlikləri təmin etdiyinin mətni və dövlət qeydiyyatı faktıdır. Mövcud işdə ipoteka müqaviləsi konkret olaraq 05/21 saylı nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasını təmin edir; bu müqavilənin ödənilmə müddətlərinin pozulması və ya 34.1.1 üzrə 90 günlük gecikmə sənədlə təsdiqləndikdə, notariusun icra qeydi aparması üçün normativ şərt yaranır. Əksini sübut etmək, yəni nə akselerasiya şərtinin, nə də 90 günlük gecikmənin mövcud olmadığını göstərmək iddiaçının sübutetmə yükündə idi; bu isə həyata keçirilməyib. Beləliklə, birinci instansiya məhkəməsi “Notariat haqqında” Qanunun 76-cı maddəsi, “İpoteka haqqında” Qanunun 34.1.1, 36.1–36.2, 37.1 və 38.1-ci maddələri, habelə Nazirlər Kabinetinin 156 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 1.1-ci bəndinin tələblərini düzgün tətbiq etmiş, notariat qaydasında icra qeydi aparılması üçün zəruri sənədlərin mövcudluğunu və qanuni şərtlərin təmin olunduğunu faktiki sübutlarla müəyyən etmişdir. İddiaçının dəlilləri notariat prosedurunun məzmununa aid olmayıb, borc münasibətinin mahiyyətinə dair etirazlar səviyyəsində qalmış, bu etirazlar isə ayrıca borcun həcmi və mövcudluğu barədə iddia ilə həllini tappa bilərdi. İcra qeydi prosedurunun özündə isə nə bildiriş mexanizminin pozulması, nə 90 günlük gecikmə şərtinin sənədlə təsdiqlənməməsi, nə də Siyahıda nəzərdə tutulan zəruri sənədlərin çatışmaması sübuta yetirilib. Qismən ödənişlərin mövcudluğu akselerasiyanı aradan qaldırmır və notariat icrasının dayandırılması üçün müstəqil əsas yaratmır. Göstərilənlərə görə apellyasiya şikayətində irəli sürülən dəlillər işin faktiki hallarını və tətbiq olunan hüquq normalarını dəyişəcək mahiyyətdə deyil, notariusun səlahiyyətlərinin hüdudları və icra qeydi aparılmasının formal tələbləri haqqında yanlış hüquqi yanaşmaya söykənir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, ləğv edilməsi üçün Mülki Prosessual Məcəllə ilə tələb olunan əsaslar mövcud deyil; apellyasiya şikayəti təmin olunmamalı, iddianın rədd edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı …çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, e-2(032)-116/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, e-2(032)-116/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-941/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-941/2025
03.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver