Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-957/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X15 oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul” tələbinə dair iddiası üzrə mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-350/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 28600 manat məbləğində pulun və 175 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, iddiaçı Vüsalə Svertsen Cavabdeh2la sosial şəbəkə vasitəsi ilə tanış olmuş, cavabdeh özünü rieltor kimi təqdim etmiş və iddiaçı Bakı şəhərində ev almaq üçün cavabdehə 45000 manat pul göndərmişdir. Cavabdeh iddiaçıya Bakı şəhərində 20-ci sahə deyilən yerdən mənzil almasına köməklik göstərmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə işlərini idarə etmək üçün 5 il müddətinə etibarnamə, xx.xx.2018-ci ild isə iddiaçıya məxsus “Hyundai Tucson” markalı minik avtomobilini idarə etməyə dair Cavabdeh2 etibarnamə vermiş, cavabehin avtomobili satıb yaxşısını almaq barədə təklifi ilə iddiaçı razılaşmışdır. Onlarda olan məlumata görə cavabdeh iddiaçıya məxsus avtomobili 23500 manata satmışdır. İddiaçı özü Azərbaycana gələndən sonra əlavə olaraq cavabdehə 15000 manat pul verərək daha yaxşı avtomobil almasını tapşırmışdır. Bundan sonra Cavabdeh2 əmisi oğlu Cavabdeh1la torpaq alqısatqısı ilə məşğul olaraq, həmin torpaqda ev tikib daha baha qiymətə satdığını bildirərək, ucuz qiymətə torpaq aldıqlarını, orada ev tikmək üçün onlara iddiaçıya məxsus puldan borc olaraq götürüb istifadə etməyinə icazə istəmiş, iddaçı da razılaşmışdır. Cavabdeh2 iddiaçını inandırmaq məqsədi ilə Cavabdeh1 adından Cavabdeh2 200 kv.metr satmağa dair verdiyi xx.xx.2019-cu il tarixli etibarnamənin surətini göstərmişdir. İddiaçının pulları artıq Cavabdeh2 olduğu üçün aralarında münaqişə olmaması üçün o da razılaşmaq məcburiyyətində qalmışdır. Bir müddət sonra cavabdeh pulu qaytmağı gecikdiyi üçün iddiaçı ona şikayət edəcəyini bildirəndən sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında ona verdiyi və Bakı şəhəri, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 722 saylı sərəncamı ilə verilmiş torpaq sahəsini etibarnamə ilə iddiaçıya vermiş, bundan başqa Asif Məlikov iddiaçıya 38000 manat borc olmasına dair qəbz yazaraq 2022-ci ilin iyun ayına qədər həmin torpaq sahəsini sataraq iddiaçıya olan borcu tamamilə bağlayacağını bildirmiş, qəbzin surətini öz şəkili ilə birlikdə çəkərək iddiaçıya göndərmişdir. Həmin vaxta qədər Cavabdeh2 iddiaçıya 7500 manat borcu da olmuş, 2022-ci ilin may ayında Cavabdeh2 iddiaçıya olan borcundan 2400 manat, iyul ayında isə iddiaçıya vəd edilmiş torpaqı sataraq onun pulundan 15000 manat qaytarmışdır. İddiaçı dəfələrlə cavabdehlərdən pulun qaytarılmasını tələb etsə də, cavabdehlər pulu qaytarmamış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, iddia tələbi düzgün deyildir. Belə ki, onlar Vüsalıə ilə feysbukda tanış olmuş və Vüsalə ona ev almağı təklif etmiş, o da Vüsaləyə ev tapmışdır. Vüsaləyə iş görmək təklifi vermiş, auksionda dövlət təşkilatlarının maşınını ucuz alıb baha sataraq pul qazanmaq imkanını Vüsaləyə demiş, Vüsalə ona əvvəl 15000 manat vermişdir. O, həmin pulu əmisi oğlu Asimə vermiş, Asim də auksiona qoymuşdur. Vüsalə sonra onun maşını olduğunu, həmin maşını da satıb pulunu biznesə qoymağı demiş, o da Hundai Tekson markalı maşını 20000 manata satmış və Asimə vermişdir. Sonradan əmisi oğlu işdə problem olduğunu demiş, o da Vüsaləyə demiş, Vüsalə də heç bir problem olmadığını demiş və gözləyəcəyini bildirmişdir. Bundan sonra auksion işdə bunlara kömək edən şəxs problemin həlli üçün özünə məxsus avtomobili girov qoya biləcəyini demiş, lakin Vüsalə buna etiraz etmişdir. O, Vüsalədən əlavə olaraq 7500 manat da pul almış, həmin pulun 2400 manatını qaytarmış, qalan pulu isə Vüsalənin evinə avadanlıqlara xərcləmişdir. O, özü dənizdə işləyir və dənizdən gələndən sonra Vüsalə iki adamla onun yanına gələrək onu təhdid edib əmisi oğlu Asimgilə aparmış və təzyiq altında Asimə ərizə yazdırmşlar. Asim də təhdid atında olduğu üçün evi Vüsalənin adına rəsmiləşdirmiş, Vüsalə də evi 38000 manat sataraq pulu götümüşdür. Onun Vüsaləyə borcu yoxdur, Vüsalə əlavə faiz istəyir onlardan. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 Cavabdeh2la eyni məzmunda izahat verərək iddianı etiraf etməmiş və əlavə olaraq göstərmişdir ki, iddia tələbi və ifadələr səhvdir. Pulu Kamran ona vermiş, o da auksionda iştirak etmək üçün pulu Həsənov Seymur adlı şəxsə vermişdir. Seymur tutulduğu üçün onların auksionda maşın alveri alınmamış və Seymur pulun məbləğində özünə məxsus avtomobili verəcəyini bildirmiş, lakin Vüsalə etiraz etmiş, iki nəfər tanımadığı şəxs və Kamranla birlikdə onun yanına gələrək onu təhdid edib ağ vərəqdə məcburi şəkildə borc barədə ərizə yazmışdır. Sonra o, şikayət edəcəyini bildirəndən sonra Vüsaləgil ərizənin əslini cıraraq onlardan şikayət etməməsini xahiş etmişlər. Bundan sonra Vüsaləgil etibarnamə əsasında verdiyi və Bakı şəhərində yerləşən evi sataraq pulu götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil2 müdafiə etdiyi şəxslərlə eyni məzmunda izahat verib iddia tələbini etiraf etməmçiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında bildirmişdir ki, o, taksi şoferi Rəhim adlı şəxs vasitəsi ilə tanımış və ev almaq istədiyini Asimə bildirmiş, Asimlə görüşdükdən sonra bir nəfər şəxs vasitəsi ilə Vüsaləni tapmış, Vüsalə ona evi 40000 manat desə də, 38000 manata razılaşmışlar. O, evi almaq üçün 38000 manat pulu Asimə vermişdir. Pulu verəndə iddiaçı tərəfdən heç kimi görməmişdir. X4 məhkəmə iclasında bildirmişdir ki, Vüsalə onun xalasıdır. xx.xx.2022-ci il tarixdə xalası Vüsalə ona zəng edərək onunla birlikdə notariusa getmək lzaım olduğunu demiş və onlar birlikdə notariusa getmişdir. Orada bir nəfər şəxs onlara yaxınlaşmış və xalası Vüsalə həmin şəxsin onun bütün işlərini görəcəyini demişdir. Onlar birlikdə bir neçə notariusa getsələr də, həmin notariuslarda işləri alınmamış və sonda 43 saylı notariusa getmişlər. Həmin şəxs 15.000 manat pulu sayıb ona vermiş və 100 manat rüsumun notariusa ödəniləcəyini demiş, qalan 23000 manatı da sonra verəcəyini demişdir. O, həmin anları telefonla video çəkilişlə qeydə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-350/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 əsassız varlanmaya görə 25.100 (iyirmi beş min bir yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbinin təmin edildiyi hissədə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 250 manat məbləğində pulun Cavabdeh2 alınıb İddiaçı verilməsi, məhkəmə məsrəfinin qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində bildirmişdir ki, qətnamənin təmin olunmayan hissəsindən və Cavabdeh1 dair hissəsinin təmin olunmamasından narazıdır. Cavabdeh2 məhkəmədə verdiyi izahat əsasında onun avtomobilinin dəyərinin 20000 manat qiymətləndirərkən hansı səbəbdən Cavabdeh2 və Cavabdeh1 həmin pul əvəzi ona 38000 manat qaytardıqlarını aydınlıq gətirməmişdir. Halbuki cavabdehlərdən Cavabdeh2 onun avtomobilinin dəyərinin 20000 manat, ona verdiyi 15000 manat vəsait cəm şəkildə 35000 manat vəsait təşkil etmişdir. Bu halda cavabdehlər ona 35000 manat vəsait qaytarmalı idilər. Digər tərəfdən əgər doğrudan da Cavabdeh1 göstərdiyi kimi iddia tələbi və ifadələr səhvdir. “Pulu Kamran ona vermiş, o da auksionda iştirak etmək üçün pulu Həsənov Seymur adlı şəxsə vermişdir. Seymur tutulduğu üçün onların auksionda maşın alveri alınmamış və Seymur pulun məbləğində özünə məxsus avtomobili verəcəyini bildirmiş, lakin Vüsalə etiraz etmiş, iki nəfər tanımadığı şəxs və Kamranla birlikdə onun yanına gələrək onu təhqir edib ağ vərəqdə məcburi şəkildə borc barədə ərizə yazmışdır. Sonra o, şikayət edəcəyini bildirəndən sonra Vüsaləgil ərizənin əslini cıraraq onlardan şikayət etməməsini xahiş etmişlər. Bundan sonra Vüsaləgil etibarnamə əsasında verdiyi və Bakı şəhərində yerləşən evi sataraq pulu götürmüşdür” kimi olmuşdursa, Cavabdeh1 məxsus Bakı şəhərində yerləşən evin satılması nəticəsində əldə edilən hansı səbəbdən ona olan borc Cavabdeh1 əmlakı hesabına ödənilməlidir. Məhz Cavabdeh1 təqdim etdiyi qəbzlə o təsdiq olunur ki, ona məxsus 38000 manat vəsait cavabdehlərin hər ikisi tərəfindən əldə edilmiş və qanunsuz olaraq ona qaytarılmamışdır. Cavabdehlərdən Cavabdeh2 onun avtomobilini 20000 manata satıldığını göstərsə də, ona Cavabdeh1 əmlakı hesabına 38000 manat qaytarıldığını göstərməklə dolayı yolla ondan alınan vəsaitin 38000 manat olmasını təsdiq etmişdir. Cavabdeh1 isə onun imzaladığı qəbzin təhdid altında yazıldığını göstərsə də, məhz o təhdid altında etiraf etdiyi 38000 manat vəsaiti öz əmlakı hesabına ödənildiyini göstərməklə həmin vəsaitin Cavabdeh2la birgə tərəflərindən qanunsuz yolla əldə etdiklərini təsdiq etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2(041)-350/2025 saylı qətnaməsini iddianın təmin olunmayan hissəsində ləğv edib, həm cavabdehə, həm məbləğə münasibətdə iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini araşdırarkən məhdud şəkildə yalnız cavabdehin irəli sürdüyü, lakin heç bir mötəbər sübut olmadan ehtimalla qətnamə çıxarmışdır. İş materiallarında olan iclas protokollarından, həmçinin məhkəmə iclasının audio və videoçəkilişindən görünür ki, iddiaçı Cavabdeh2la uzun müddət yaxın münasibətdə olduğu üçün ona özü üçün ev alınmasında kömək etməsini, həmçinin əlavə pul qazanmaq üçün avtomobilini satıb daha yaxşı avtomobil almasına kömək etməsini demişdir. İddiaçı Azərbaycana gələn zaman Cavabdeh2la bir ailə kimi yaşamışlar. Cavabdehlərdən Cavabdeh2 Vüsalənin əvvəlcə 15 000 manat verdiyini, sonra da Kamran “Hyundai Acsent” markalı avtomobili 20000 manata satdığını və auksionda iştirak etmək üçün Asimə verdiyini demişdir. Birinci instansiya məhkəməsi 7400 manat pulun Vüsalə tərəfindən Kamrana verildiyini qeyd etsə də, Kamran yalnız 2400 manat götürdüyünü, onu da qaytardığını söyləmişdir. Qalan məbləğin isə Vüsalə tərəfindən faiz kimi tələb olunduğu deyilsə də, məhkəmə yalnız iddiaçı tərəfindən bir-birinə zidd səs yazıları, iddiaçının yalnız özünə aid olan səsyazılarının əsasında əsassız bir qətnamə çıxarmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında təqdim etdiyi birtərəfli hansı qaydada, həmçinin xarici dildə olan sübutlar təqdim edərək iddiaçının əsassız varlanmasına bir növ əsas yaradaraq verilən məbləğlərin ikiqat faizlə hesablanaraq cavabdehdən tələb etməsini dolayı yolla sübut etmişdir. Lakin birinci instansiya məhkəməsi fərdi yaşayış evinin şahid və sübutların əsasında İddiaçı tərəfindən satılaraq 38000 manat pulu götürməsini hansı əsasla rədd etməsini əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən 28600 manat pulun hansı formada hesablanması və cavabdehdən tələb olunması maraqlıdır və özünün tələb etdiyi həmin məbləğin özü tərəfindən Cavabdeh1 istifadəsində olan evi sataraq əldə etməsi və bununla da Cavabdeh2 yaşadığı evdən məhrum etməsi və əldə etdiyi məbləğin 38 000 manatı deyil, 15 000 manat olması ümumiyyətlə ağlabatan deyildir. İddiaçı xarici vətəndaşla evli olduğundan cavabdehləri buna görə dəfələrlə qorxutmuş və onlar barədə tədbir görəcəyini deyərək, cavabdehlərdən xeyli pul əldə etmişdir. Buna görə də Kürdəmir Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2(041)-350/2025saylı qətnaməsi ilə İddiaçı iddia tələbi, ümumiyyətlə, əsassızdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-350/2025 saylı qətnaməsini ləğv edərək iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 apellyasiya icraatı zamanı Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-350/2025 saylı qətnaməsini ləğv edərək iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Məlikov X10 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-350/2025 saylı qətnaməsini ləğv edərək iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da iddiaçının apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)- 350/2025 saylı qətnaməsini ləğv edərək iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh tərəf belə bir əsaslandırma olmadan işin baxılmasını məhz yeni sübut təqdim edəcəyi əsası ilə təxirə salınmasını tələb etmiş və məhkəmə də vəsatətini təmin etmişdir. Hazırki müddətə qədər isə belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Sübut təqdim ediləcəyi təqdirdə həmin sübutla tanış olmaqlarına şərait yaradılmasını, təqdim edilmədiyi təqdirdə işə iştirakları olmadan baxılaraq apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri həddində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-350/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından göründüyü kimi, İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 28600 manat məbləğində pulun və 175 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının mövqeyindən aydın olur ki, cavabdeh tərəfin ona 460000 manat borcu olmuşdur. Belə ki, 23500 manat iddiaçıya məxsus “Hyundai Tucson” markalı minik avtomobilinin satışından əldə edilmiş, 15000 manat əlavə verilmiş, daha sonra 7500 manat da borc verilmiş, yekun olaraq (23500+15000+7500) 46000 manat iddiaçıya borcu qalmışdır. İddiaçı həmin məbləğdən 15000 və 2400 manat pulun qaytarıldığını bildirərək 28600 (46000-15000- 2400=28600) manat pul tələb edir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə münasibətdə qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-350/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırki iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün, ilk növbədə, iddianın obyekti olan pulun məbləğinə aydınlıq gətirilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı pulun ümumi məbləğini 46000 manat, cavabdeh tərəf isə 42500 manat qiymətləndirir.Tərəflər arasında pulun məbləği ilə bağlı fikir ayrılığı iddiaçıya məxsus “Hyundai Tucson” markalı minik avtomobilinin satışından əldə edilmiş məbləğə görə yaranmışdır. İddiaçı avtomobilin 23500 manata, Cavabdeh2 isə 20000 manata satıldığını qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı avtomobilin 23500 manata satıldığı barədə sübut təqdim edə bilməmiş, hətta həm iddia ərizəsində, həm də nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında “onlarda olan məlumata görə avtomobilin 23500 manata satıldığını” qeyd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır və iddiaçının göstərdiyi hal mülahizə olmaqla fakta söykənmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sözügedən avtomobilin satışından əldə edilmiş pulun məbləğini cavabdehin etirafına əsasən 20000 manat qəbul etmişdir. Beləliklə, ümumi məbləğ 42500 qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin əsas mübahisəli halı pulun qaytarılıbqaytarılmaması ilə bağlıdır. İddiaçı ümumi məbləğdən 15000 və 2400 manat olmaqla, cəmi 17400 manat qaytarıldığını bildirir. Cavabdeh tərəf isə Cavabdeh1 məxsus evin 38000 manata satılıb pulun hamısının iddiaçıya verildiyini (iddiaçı bu halı qəbul etmir), iddiaçının verdiyi 7500 manat pulun 2400 manatının qaytarıldığını (iddiaçı da bu halı təsdiq etmişdir), qalan məbləğin isə iddiaçının evinə mebel alınmasına sərf edildiyini (iddiaçı bu halı təsdiq etmir), yəni iddiaçıya borcun qalmadığını göstərir. 2400 manat pulun qaytarılmasını tərəflər mübahisələndirmədiyindən məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə, qaytarılmış məbləğin 15000 manat yoxsa, 38000 manat olmasına aydınlıq gətirilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 ona iddiaçı tərəfindən 15.000, 7500, 20.000 manat pul verdiyini məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Bu faktların onun tərəfindən etiraf edilməsi MPM-nin 106.3-cü maddəsinə əsasən, iddiaçını bu faktların sübut etmə vəzifəsindən azad edir. Həmçinin Cavabdeh2 qeyd olunan pul vəsaitindən 38.000 manat nəgd olaraq iddiaçıya qaytardığını, 5100 manat pulun isə iddiaçıya məxsus evə mebel və digər avadanlıq aldığını bildirmiş, bunu sübut etmək üçün mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid Ə.Fərrəcov 38.000 manata ev aldığını bildirsə də, bununla əlaqədar hər hansı sübut olmadığını, aldığı evin sənədlərinin olmadığını, eləcə də pulun iddiaçıya verildiyini təsdiq edən hər hansı sübutun olmadığını bildirdi. Eləcə də iddiaçı tərəfindən dindirilən şahid Z.Xammədbəyli həmin vaxt 15.000 manat pulun iddiaçıya verildiyini bildirdi. Odur ki, şahid Ə.Fərəcovun ifadəsi cavabdeh tərəfindən 38.000 manat pulun iddiaçıya ödənilməsini təsdiq edəcək mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı cavabdeh tərəfindən ona 2400 manat və 15.000 manat pulun qaytarılmasını bildirdiyinə görə, MPM-nin 106.3-cü maddəsinə əsasən cavabdeh bu faktın sübut etmə vəzifəsindən azad edilir. Odur ki, məhkəmə iclasında işin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, Cavabdeh2 ayrı-ayrı vaxtlarda iddiaçının 15.000, 7500, 20.000 manat pul vəsaitini ələ keçirmiş, həmin puldan 2400 manat və 15.000 manat hissəsini qaytarmış, qalan hissəsini isə qaytarmayaraq əsassız olaraq varlanmışdır. Odur ki, iddiaçı Cavabdeh2 qeyd olunan 25.100 manat pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və mövqeyini aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, 35 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AR-İ 897583 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 onun faktiki istifadəsində olan torpaq sahəsi üzərində tikdiyi Bakı şəhəri, Sabunçu ryonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsi ərazisində yerləşən evini və həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətinə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq və yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 200 kv.metr hissəsini satmağı, alqı-satqı müqaviləsi imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsi ilə ödənildikdə onu bankada təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri, 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Asim Ağamalı oğlu və İddiaçı Fiodar qızına Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi xx.xx.2006-cı il tarixli, 772 saylı sərəncama əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi bələdiyyəsi ərazisində yerləşən 200 kv.metr torpaq sahəsi və üzərində tikilini özəlləşdirməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reystr çıxarışı almağı, tikinti işlərini aparmağı,məkəmədə iştirak etmək,notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqaviləni imzalaması, rüsum ödənilməsi, pulu almağı və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətəri etməyi etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri, 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X1 Vüsalə Fiodar qızı və X6 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi xx.xx.2006-cı il tarixli, 772 saylı sərəncama əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi bələdiyyəsi ərazisində yerləşən 200 kv.metr torpaq sahəsi və üzərində tikilini özəlləşdirməyi, kadastr planı,sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reystr çıxarışı almağı, tikinti işlərini aparmağı, məkəmədə iştirak etmək,notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqaviləni imzalaması, rüsum ödənilməsi, pulu almağı və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətəri etməyi etibar etmişdir. İş materiallarının 94-97-ci səhifələrində olan 07 aprel 2024-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə iclasında dindirilmiş X2 ifadəsində göstərir: “Mən Asimi taksi şoferi Rəhim adlı şəxs vasitəsilə tanımışam və ev almaq istədiyi Asimə bildirmişəm. Asimlə görüşdükdən sonra bir nəfər şəxs vasitəsi ilə Vüsaləni tapdəm, Vüsalə mənə evi 40000 manat desə də, 38000 manata razılaşmışdıq. Mən evi almaq üçün 38000 manat pulu Asimə vermişdim. Pulu verəndə iddiaçı tərəfdən heç kimi görməmişdim. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin 07 aprel 2024-cü il tarixli məhkəmə iclasının videoyazısına baxış keçirilmiş və müəyyən edilmişdir ki, X2nun ifadəsi məhkəmə iclas protokolu tərtib olunarkən təhrif olunmuş formada qeyd edilmişdir. Əksinə, məhkəmə iclasının videoyazısından görünür ki, Ərrəhman Fərəcov ifadəsində İddiaçı Fiodar qızı ilə notariusa getdiyini, cavabdehlərin həmin vaxt yanlarında olmadığını, sözügedən fərdi yaşayış evinin alınmasına görə 38000 manat pulu məhz İddiaçı Fiodar qızına verdiyini bildirir.” Məhkəmə kollegiyası şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, MPM-nin 76.2ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Lakin MPM-nin 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olub-olmamaları və s. hallar yoxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh tərəfin təqdim etdiyi X2 işdə hər hansı marağı olmayan, tərəflərlə qohumluq və ya digər yaxın münasibəti olmayan, neytral şəxsdir. İddiaçı evin satışından əldə edilmiş 38000 manat pulun ona verilmədiyini göstərsə də, şahid Ərrəhman Fərəcov ifadəsində 38000 manat pulu iddiaçıya verdiyini bildirir. İddiaçının təqdim etdiyi X4 isə iddiaçının bacısı oğlu olmaqla işdə maraqlı şəxsdir. Odur ki, həmin şəxsin ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə cavabdehin apellyasiya şikayətinin dəlili əsaslıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iş materiallarında surəti olan 13 noyabr 2021-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı Fiodar qızına olan 38000 manat borcunu 2022-ci ilin iyul ayına kmi qaytaracağını, əks halda evini satıb borcunu ödəyəcəyini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əlyazma iddia tələbinin əsaslı olmasına deyil, mahiyyət etibarilə cavabdeh tərəfin dəlillərinin daha inandırıcı olmasına dəlalət edir. Belə ki, cavabdeh tərəf iddiaçının təkidlə pulunu tələb etməsindən sonra həmin əlyazmanın yazıldığını, daha sonra pul qaytarılmadığından fərdi yaşayış evinin satılması üçün iddiaçıya etibarnamə verildiyini (evə dair hüquqmüəyyənedici sənədlər olmadığından), daha sonra isə iddiaçının həmin evi 38000 manata satıb pulunu götürdüyünü göstərir. İşin hallarından da görünür ki, əlyazma xx.xx.2021-ci ildə tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evinə dair iddiaçıya etibarnamə verilmiş, iddiaçı da xx.xx.2022-ci il tarixdə yenidən həmin fərdi yaşayış evinə dair alıcı (şahid) X6 etibarnamə verərək mənzili satmışdır. Beləliklə, İddiaçı Fiodar qızına qaytarılmalı olan 425000 manat pulun 38000 manatı Cavabdeh1 məxsus evin satışından əldə edilən vəsait hesabına qaytarıldığından, həmçinin 2400 manat pul da iddiaçının etirafına əsasən cavabdeh tərəfindən qaytarıldığından qətnamə iddianın təmin olunmuş 23000 manat hissəsində ləğv edilməli, iddia tələbi 2100 manat hissədə əsaslı hesab olunmalıdır. Bundan başqa, iddiaçı tərəfindən Cavabdeh2 7500 manat pul borc verilməklə bu barədə tərəflər arasından yazılı müqavilə olmadığından həmin hissədə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normaları tətbiq olunmalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 hər hansı pul vəsaitinin verilmədiyi, iddiaçı ilə danışıqların Cavabdeh2la aparıldığı, pul vəsaitinin Cavabdeh2 verildiyi, yalnız sonuncunun Cavabdeh1la birgə iş gördüyü müəyyən edildiyindən apellyasiya şikayətinin dəlili əsassızdır və birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 münasibətdə iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-350/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 23000 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-957/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-957/2025
20.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver