Məhkəmə qərarları › İş №2(106)-959/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-959/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-959/2025 15.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı borcun silinməsi, Cavabdeh İB-nin İddiaçı qarşı debitor borcun tutulması tələblərinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(041)-347/2025 saylı qətnaməsindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək Cavabdeh İB-nin X6 İsteismarı İdarəsi tərəfindən hesablanmış 2341.7 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh İB İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 2341.71 manat əsas borcun, 44 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı izahat verərək bildirmişdir ki, anası X3 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və qaz sayğacı da onun adına olmuşdur. Anası vəfat etməmişdən əvvəl Kürdəmir rayonu Atakişili kəndində yerləşən evinə gələn qaz xəttində sızıntılar olmuş və dəfələrlə qaz idarəsinə müraciət edərək qazın sızması barədə məlumat vermişdir. Cavabdehın əməkdaşları da etinasızlıq göstərək sızıntını aradan qaldırmamış və yaşlı adamın adına 2341,71 manat borc yazılmışdır. Mərhum anası vəfat etməmişdən əvvəl hər ay istifadə etdiyi qazın dəyərini vaxtında ödəmiş və az miqdarda debitor borcu qalmışdır. Anası vəfat edəndən sonra həmin evdə heç kim yaşamamışdır. Oğlu həmin evə köçüb yaşamaq istəyərkən anasının adına verilən bildirişdə qaza görə borcun olduğunu bilmişdir. Qaz sayğacı küçədə olub heç bir qoruma vasitəsi ilə təmin edilməyib. Vətəndaşlıq hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd etdiyi detallar yazılan borcun qanunsuz olmasını və etibarsız hesab edilməsinə əsas verir. Hesablanan borcu mərhum anasının adına olan hesabdan silinməlidir. Beləlikə, Cavabdeh İB-nin Kürdəmir qaz İdarəsinin işçiləri onlara verilmiş hüquqlardan sui-istifadə edərək qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozurlar. Birinci instansiya məhkəməsində Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi məbləğ 2341.71 manat borc mərhum anası X1 adına məxsusdur. (**********0063) Qeyd olunan məbləğin yaranmasının səbəbi mənzildə təbii qazdan istifadə edilmiş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsinin nəticəsində yaranmışdır. Hazırda mübahisə predmeti olan mənzil qaçqın abonent kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən mənzilində təbii qazdan istifadə etmiş və dəyərini tam şəkildə ödəniş etməməsinin nəticəsində yaranmışdır. Hal-hazırda mənzildə təbii qazdan istifadə ilə bağlı ödənişlər Elter G-4 markalı ******* saylı sayğac üzrə hesablamalar aparılır. İşdə olan: -xx.xx.2019-cu il tarixdə Kürdəmir rayonu Atakişili kəndində X1 adına abonent kodu **********02190 üzrə Smart G-4 İTRON GALLUS PAY tipli **********6 nömrəli sayğac quraşdırılmış və 1403.71 manat cari borc hesablanmışdır. -Azərbaycan Respublikası Kürdəmir rayon Qarasaqqal kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ 958739 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. -Abonentin saldosundan görünür ki, 2010-cu ilin oktyabr ayından heç bir borcu olmamış, lakin 2019-cu ilin mart ayında abonentin hesabına 2341.70 manat məbləğində qaçqın abonent kimi qeydiyyat aparılmışdır. -Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-56-29/2-Ə-07/2025 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində vəfat edən mərhum anası X2 məxsus olmuş fərdi yaşayış evi Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşir. Hazırda sözügedən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli **********22-10301 reyestr nömrəli Çıxarışına əsasən nəvəsi X4 mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evində mərhum X3 vəfat etdiyi tarixə kimi yaşamamışdır. - Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 16 nömrəli arayışından görünür ki, mərhum X3 xx.xx.2019-cu ildə Qarasaqqal kəndində vəfat etmişdir. O, vəfat edənə kimi Qarasaqqal kəndində oğlu İddiaçı evində birgə yaşamışdır. Kürdəmir Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rahid Mehdiyev) İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 2341.70 manat pulun İddiaçı hesabından silinməsi, 43.41 manat dövlət rüsumunun Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İB-nin İddiaçı qarşı ondan 2341.71 manat əsas borcun, 44 manat dövlət rüsumunun tutularaq Cavabdeh İBnin xeyrinə ödənilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsi və Cavabdeh İB-nin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus olan mənzilin qaz xətti üzərində qaz sayğacı quraşdırılmış hesabat qaz sayğacının göstəricisi əsasında aparılmış və hər ay iddiaçıya borcla bağlı bildiriş təqdim edilmişdir. Cavabdeh İB tərəfindən ona təqdim edilmiş bildiriş üzrə borcunu tam şəkildə ödəməmiş, nəticədə hesabında debitor borcu yaranmışdır. Hakim qanunsuz qətnamə çıxararaq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Baxmayaraq ki, iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəmədə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu mənada, apellyasiya şikayətinə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərində ifadə olunmuş dəlillərə əsasən tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4-cü bəndinin tələblərinə görə qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə 5.4-cü bəndə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə bağlı təqdim edilən apellyasiya şikayəti tam əsaslı və qanunauyğundur. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, nəticə etibarilə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarını formal mülahizələrlə qiymətləndirmiş, təqdim edilmiş sənəd və sübutları hərtərəfli təhlil etmədən qətnamə çıxarmışdır. Halbuki, mülki mübahisələrin həllində məhkəmə tərəfindən müvafiq sübutetmə standartlarına əməl olunması və tərəflərin təqdim etdiyi sübutların məntiqi ardıcıllıqla qiymətləndirilməsi vacibdir. Hazırkı iş üzrə qaşılıqlı iddia tələbi istehlakçı tərəfindən istifadə olunmuş, lakin dəyəri ödənilməmiş təbii qazın borcunun silinməsi məqsədilə irəli sürülmüşdür. İlkin iddiaçının abonent hesabında yaranmış borc, faktiki olaraq quraşdırılmış və işlək vəziyyətdə olan hesabat qaz sayğacının göstəricilərinə əsasən formalaşmışdır. Bu barədə qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş abonent hesabı və digər sənədlər açıq şəkildə sübut edir ki, ilkin iddiaçının qaz sərfi üzrə real debitor borcu mövcuddur. Məhkəməyə təqdim olunmuş bu sənədlər və xüsusilə də müqavilə münasibətlərinə dair sübutlar göstərir ki, tərəflər arasında qazın verilməsi ilə bağlı bağlanılmış müqavilə mövcuddur və həmin müqaviləyə görə istehlakçı qaz sayğacı üzrə hesablanan qaz sərfinin dəyərini təqdim edilən bildirişdən etibarən bir ay müddətində tam şəkildə ödəməyə borcludur. Belə ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi yalnız alğı-satqı müqaviləsinə əsasən həyata keçirilə bilər və həmin müqavilənin şərtlərinə əməl etmək istehlakçının hüquqi borcudur. İstehlakçı tərəfindən müqavilə öhdəliklərinin pozulması, yəni istifadə edilmiş qazın dəyərinin ödənilməməsi nəticəsində yaranmış borcun hüquqi və iqtisadi əsası vardır. Qətnamənin əsaslandırılmasında cavabdeh tərəfin təqdim etdiyi sübutların tamamilə nəzərə alınmaması və ilkin iddiaçının öhdəliklərini pozmasına baxmayaraq tələbin təmin edilməsi, məhkəmə araşdırmasının formallığa çevrildiyini göstərir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia təmin edilməməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İddiaçı 2341.71 manat əsas borc, 44 manat dövlət rüsumu alınaraq Cavabdehnə ödənilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bundan əlavə, MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh İB-nin X6 İstismarı İdarəsi tərəfindən hesablanmış 2341.7 manat borc məbləğinin silinməsi barədə ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia təmin edilərək İddiaçı 2341 (iki min üç yüz qırx bir) manat 71 (yetmiş bir) qəpik borc tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməlidir. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, İddiaçı iddia ərizəsinin verilməsilə əlaqədar 44 (qırx dörd) manat və apellyasiya şikayətinin verilməsilə əlaqədar ödənilmiş 21 (iyirmi bir) manat 70 (yetmiş) qəpik manat məbləğlərində dövlət rüsumu tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərkibi hesab edir ki, göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, və 393 maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(041)-347/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İB-nin X6 İstismarı İdarəsi tərəfindən hesablanmış 2341.7 manat borc məbləğinin silinməsi barədə ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı 2341 (iki min üç yüz qırx bir) manat 71 (yetmiş bir) qəpik borc, iddia ərizəsinin verilməsilə əlaqədar 44 (qırx dörd) manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 21 (iyirmi bir) manat 70 (yetmiş) qəpik manat məbləğlərində dövlət rüsumu tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar