Məhkəmə qərarları › İş №2(106)-974/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-974/2025

18.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-974/2025 18.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızına qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi”. Şirvan şəhəri, 18 dekabr 2025-ci il X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X21 katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızının etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızına qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(041)-20/2025 saylı (hakim.M.Kazımov) qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1ində cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızının təsərrüfatında birgə nikah dövründə əldə edilmiş vəsait hesabına fərdi yaşayış evinin inşası və təmiri üçün sərf edilmiş vəsaitin (pul şəkilində) müəyyənləşdirilərək paylarına uyğun şəkildə tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızı ilə xx.xx.2007-ci il il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından övladları olmadığı üçün birgə ərizələri ilə Kürdəmir rayon Qeydiyyat şöbəsində nikahları pozulmuşdur. O, cavabdehlə birgə nikah dövründə (2008- 2023-cü illər) olarkən ünvan 1ində əldə edilmiş vəsait hesabına iki otaq və aynəbənddən, mətbəx və hamam, həmçinin həyətdə tikilmiş tualet və fərdi yaşayış evinin ətrafına çəkilmiş 100 kv.metr hasar da daxil olamqla fərdi yaşayış evi tikmişlər. Fərdi yaşayış evi daşınmaz əmlıakın reystrində qeydiyyatdan keçməmiş, lakin ayrıca təsərrüfat kimi Atakişili kənd icra Nümayəndəliyinin 19 saylı təsərrüfatbaşına kitabının 16-cı səhifəsində X7 adına qeydə alınmışdır. Evin tikintisi və təmiri üçün çəkilən xərclərin mütəxəsiss tərəfindən qiymətləndirilməsinə cavabdeh və onun ailəsi tərəfindən maneə yaradıldığına görə onun qiymətləndirilməsi mümkün olmamışdır. Hesab etmişdir ki, fərdi yaşayış evi birgə nikah dövründə inşa edildiyi üçün onun tikintisi və təmiri üçün çəkilən xərclər müəyyənləşərək paylarına uyğun şəkildə tərəflər arasında bərabər bölünməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, özü ustadır və evi özü tikmişdir. Onun yaşaması üçün başqa evi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızı məhkəmə iclasında iddia tələbini etiraf etməmiş və izahatında göstərmişdir ki, iddiaçı onun qohumudur. Onlar 2007ci ildə evləndikdən sonra bir müddət iddiaçnın valideynlərinə məxsus Şüşün kəndində yerləşən evlərinə gəlin getmiş və həmin evdə şərait olmadığı üçun qardaşı Kənanın iddiaçının iddia etdiyi Kürdəmir rayonu, Atrakişili kəndində yerləşən yarımçıq tikili vəziyyətdə olan evini atası Əlcavan tikmiş və onlar həmin evdə yaşamışlar. İddiaçının valideynlərinə məxsus ev şəraitsiz olduğu üçün müvəqqəti yaşamaq üşün qardaşı Kənana məxsus yarımçıq tikiliyə köçmüşlər və aralarında olan nikah pozulanadək orada yaşamışlar. Bir yerdə yaşadıqları müddətdə kommunal xərci iddiaçı ödəsə də, evin tikintisinə bütün xərcləri atası Əlcavan çəkmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş kürəkənidir. Onlar 2007-ci ildə evlənmiş və iddiaçının valideynlərinə məxus Kürdəmir rayonu, Şüşün kəndində yerləşən evlərində yaşamışlar. Evin şəraiti açınacaqlı olduğu üçün o və arvadı qızları Könül üçün ev tikmək qərarına gəlmişlər. 2016-cı ildən həmin vaxtı oğlu Kənanın adına olan torpaq sahəsində yarımçıq tikilinin materiallarıı öz vəsaiti hesabına alınaraq özü usta olmaqla tikmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia tələbinə etiraz edərək göstərmişdir ki, Könül onun bacısıdır. Könül 2007-ci il tarixdə qohumları İddiaçıla evlənmiş, onlar bir müddət idiaçının valideynlərinə məxsus Kürdəmir rayonu, Şüşün kəndində yerləşən evlərində yaşamışlar. Sonradan onun Bələdiyyədən aldğı və adına olan torpaq sahəsi üzərində olan yarımçıq tikilini 2016-cı ildə atası Əlicavan materiallar alaraq tikmişdir. Sahilin həmin evin tikintisində heç bir rolu olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, özü ustadır. Sahil 12 yaşından onun himayəsində olmuş və ustalığı öyrənmişdir. Mübahsiəli evin tikintisində və material alınmasında o, Sahilə kömək etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, cavabdeh Könül onun qızıdır. Həmin evi əri Əlicavan tikmişdir. Belə ki, əvvəl ev bir otaqlı yarımçıq tikili olmuş, oğlunun qazancı yaxşı olmuş və material alaraq həmin evi tikmişlər. Sahil həmin evə heç bir xərc çəkməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 01 aprel 2025-cü il tarixli, 2(041)-20/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızına qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 50 manat mediasiya xərci və ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat. a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki işi araşdırarkən təəssüf ki, məhdud şəkildə yalnız cavabdehin irəli sürdüyü, lakin heç bir mötəbər sübut olmadan ehtimalla qətnamə çıxarmışdır. İddiaçı cavabdehlə demək olar ki, bir ailə kimi nikaha girdiyi gündən bir yerdə yaşamışlar. İddiaçı cavabdehlə birlikdə 17 il yaşadığı müddət ərzində həmin evi öz imkanları hesabına ərsəyə gətirmişdir. Məhkəmə iclasında cavabdeh özüdə etiraf etmişdir ki, iddiaçı usta kimi nə qazanc əldə edirdisə həmişə evə gətirir və ona saxlamağa verirmiş. Hətta evin tikintisində də cavabdehin özünün də etiraf etdiyi kimi Sahil həm usta kimi, həm də müəyyən tikinti materiallarını alıb gətirərək yaşamaq üçün evi normal hala gətirmişdir. Cavabdeh məhkəmə iclasında evin məhz onlar tərəfindən tikilərək hazır vəziyyətdə iddiaçıya yaşamaq üçün verilməsinə dair heç bir mötəbər sübut göstərə bilməmişdirlər. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi formal mülahizələrlə, yəni cavabdehin nümayəndəsi kimi atası Əlcavan və qardaşı Kənanın evin tikintisində məhz hansı qaydada iştirakları olduğunu konkret göstərməmişdir. Məhkəmə qərardadına əsasən keçirilmiş “Uniprice “MMC-nin mütəxəssis rəyindən görünür ki, evin likvid dəyəri xx.xx.2024-cü il tarixinə 20000 (iyirmi min) manat təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsini ona qaynatası Əlicavan vermiş, cavabdehlə birlikdə həmin torpaqda ev inşa etdirmiş və 17 il həmin evdə yaşamışlar. Özü usta olduğundan evin inşasını bilavasitə özü həyata keçirmiş, qaynatası və öz atası da onlara evin tikintisində köməklik etmişlər. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini əsassız hesab etmiş və göstərmişdir ki, mübahisəli torpaq sahəsini 2007-ci ildə Bələdiyyədən oğlu Kənanın adına almışdır. Həmin vaxt Kənanın 21-22 yaşı olmuşdur. İddiaçı ilə cavabdeh ailə qurduqdan sonra bir müddət öz evlərində yaşasalar da sonradan köçüb onların evində yaşamışlar. Mübahisəli torpaqda balaca bir daxma inşa etmiş və sonradan iddiaçı ilə cavabdehi köçürüb orada yaşamasına icazə vermişdir. 2014- 2015-ci illərdə həmin daxmanı da sökərək onun yerində hazırkı mübahisəli evi tikdirmişdir. Həmin ev tikilən zaman iddiaçı həmin evin tikintisinə sadəcə fiziki olaraq köməklik edib. Lakin iddiaçı tərəfindən evin inşasına hər hansı maddi vəsait xərclənməyib. Evi özü oğlu Kənan üçün inşa etdirmişdir. Hazırda da Bələdiyyədən torpağa dair çıxarış alaraq həmin evin yerləşdiyi torpaq sahəsini oğlu Kənanın adına alqı-satqı etdirmişdir. Lakin hələlik evə dair çıxarış əldə etməmişlər. Kollegiyanın iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətini rədd etmiş və göstərmişdir ki, mübahisəli torpaq sahəsi 2007-ci ildə Bələdiyyədən onun üçün alınmışdır. Həmin torpaq sahəsi üzərində ilk vaxtlar yarımçıq tikili olmuşdur. Sonradan onlar tərəfindən həmin daxmanın yerində hazırkı evi inşa etdirmişlər. Ev onun üçün tikdirilmişdir. Həmin evin iddiaçıya heç bir aiddiyyəti yoxdur. Hazırda Bələdiyyədən torpağa dair çıxarış almış və həmin evin yerləşdiyi torpaq sahəsini öz adına notarial alqı-satqı etdirmişdir. Hələlik evə dair çıxarış əldə edə bilməmiş, lakin yaxın gələcəkdə çıxarış da alacaqdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdehə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Müki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. -225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcələnin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, № 1/2024 Qərarı. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Azərbaycan Respublikasının MPM-in; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı və yeni əsasla iddia rədd edilməlidir. Belə ki, işdə olan AZ-İ 413565 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavadova (Sadıqova) Könül Əlcavan qızı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşdə olan Kürdəmir RİHB-nın X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1810 nömrəli arayışından görünür ki, Sadıqov X4 İcra Nümayəndəliyinin 19 saylı təsərrüfatbaşına kitabının 16-cı səhifəsinə əsasən X7 təsərrüfatında qeydiyyatdadır. İşdə olan "xxxx" ASC-nin abonent kartının çıxarışından görünür ki, abonent kodu **********000:34665005 nömrəli sayğac İddiaçı adına qeydə alınmışdır. İşdə olan Atakişili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli ümumi 04 saylı iclas protokolunun surətindən görünür ki, ünvan 1 sakini X6 ərizəsinə əsasən ona ev tikmək üçün 0.06 ha ölçüdə torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İşdə lan Atakişili Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 1i ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi X8 ölçülüb verilmişdir. İşdə olan Atakişili Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 34 nömrəli məktubundan görünür ki, X6 ərizəsinə əsasən məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Restri publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş,16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən X5 istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işləri aparılaraq koordinatlar dəqiqləşdirilmiş və 0.049 ha torpaq sahəsi müəyyən edilmişdir. Hal hazıra torpaq sahəsi üzərində mülkiyyət sənədinin hazırlanması istiqamətində işlərin aparıldığı göstərilmişdir. İşdə olan məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin xx.xx.2024-cü iul tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızının sahibliyində və istifadəsində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinin (özbaşına tikili) və 100 kv.m hasarın likvid dəyəri 27 dekabr 2024-cü il tarixinə 20.000 (iyirmi min) manat təşkil edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 2007-ci il tarixdə evlənmiş və bir müddət iddiaçının valideynlərinə məxsus və Kürdəmir rayonu Şüşün kəndində yerləşən evdə yaşamışlar. Həmin evin şəraiti olmadığı üçün onlar müvvəqqəti yaşamaq üçün cavabdehin qardaşı X8 məxsus torpaq sahəsinin üzərində olan bir otaqlı evə köçərək orada yaşamışlar. İddiaçı həmin evin tikilməsinə xərc çəkdiyini göstəsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi iddia, iddiaçının mübahisəli evin birgə nikahları dövründə inşa etməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməməsi əsası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili iddiaçının mübahisəli evin birgə nikahları dövründə inşa edilməsini iddia etməsi ilə bağlıdır və hesab etmişdir ki, həmin məbləğ müəyyən edilərək bölünməlidir. Apellyasiya araşdırması zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında Kürdəmir rayonunun Atakişili kəndində yerləşən mübahisəli evin, Atakişili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, ümumi 04 saylı iclas protokolundan çıxarışa əsasən X8 ayrılmış 0.06 ha ölçüdə torpaq sahəsi üzərində yerləşib- yerləşməməsinin müəyyən edilməsi göstərilmişdir. xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-3858/2025 saylı Mütəxəssis araşdırmanın nəticəsi olaraq aşağıdakılar müəyyən edilmişdir. - Kürdəmir rayonu Atakişili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, ümumi 04 saylı iclas protokolundan çıxarışa əsasən X8 ayrılmış 0.06 ha ölçüdə torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayrıma sxemi mövcud olmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. - İdarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, fərdi yaşayış evinin koordinatları əldə edilmiş, aparılan araşdırma zamanı mübahisəli fərdi yaşayış evinin Kürdəmir rayonu Atakişili bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış (**********17 reyestr nömrəli çıxarış) 0.0409 ha torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Sözügedən 0.0409 ha torpaq sahəsi bələdiyyə tərəfindən notarial qaydada X9 ilə alqı-satqı edilmişdir. - Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunmuşdur. Kollegiyanın iclası zamanı X9 bələdiyyə ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsini surətini məhkəməyə təqdim etmişdir. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən 29 sentyabr 2025-ci il tarixində verilmiş **********17 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında olan 0.0409 ha torpaq sahəsi Kürdəmir Rayon Atakişili Bələdiyyəsinin mülkiyyətindədir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Kürdəmir Rayon Atakişili Bələdiyyəsinin mülkiyyətində olan xx.xx.2025-ci il tarixində ********** qeydiyyat nömrəli Çıxarışla verilmiş 0.0409 ha torpaq sahəsi 2740 manata X1. Müəyyən edilir ki, Atakişili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı iclas protokolu ilə ünvan 1 sakini X6 ərizəsinə əsasən ona ev tikmək üçün 0.06 ha ölçüdə torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bələdiyyə tərəfindən tərtib edilmiş aktından görünür ki, ünvan 1i ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi ölçülərək X8 verilmişdir. Hazırda həmin torpaq sahəsinin 0.0409 ha olması müəyyən edilmiş və notarial qaydada 2740 manata X1. İddiaçı özü də kollegiyanın iclası zamanı bildirmişdir ki, Atakişili kəndində olan mübahisəli evi tikdiyi torpaq sahəsi ona qaynatası Əlicavan tərəfindən verilmişdir. Ümumiyyətlə həm iddiaçı həm də cavabdeh tərəf mübahisəli evin Atakişili kəndində olan torpaq sahəsində yerləşib-yerləşməməsini mübahisələndirməmişlər. Göründüyü kimi mübahisəli torpaq sahəsinin ilkin sənədləri 2007-ci ildən X6 adına olmuş, sonradan o torpaq sahəsinə dair bələdiyyənin adına çıxarış almış və həmin torpaq sahəsini notarial alqı-satqı yolu ilə almışdır. Həmçinin iddiaçının cavabdehin qardaşı X8 məxsus olan torpaq sahəsində inşa edilmiş özbaşına tikilidə yaşaması tərəflərin birgə nikahda olduqları dövrə təsadüf etdiyi də tərəflər tərəfindən mübahisələndirilməmişdir. Müəyyən edilir ki, hazırda iddia iddiaya cavab verməli olmayan şəxs - cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızına qarşı yönəlmişdir. Belə ki, torpaq sahəsi X8 aid olduğundan və onun həmin torpaq sahəsi üzərində yerləşən evə “gözlənilən” mülkiyyət hüququ yarana biləcəyindən həmin iddiaya da cavab verməli olan şəxs X2. Bu səbəbdən də Kollegiya hesab edir ki, iddia ona cavabdehlik daşımayan şəxsə qarşı yönəldiyindən – bu əsasla qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək yeni əsasla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Bütün yuxarıda şərh edilənlərə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 01 aprel 2025cü il tarixli, 2(041)-20/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızına qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 50 manat mediasiya xərci, iddia verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 60.48 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 01 aprel 2025-cü il tarixli, 2(041)-20/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızına qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci, iddia verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 60.48 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar