Məhkəmə qərarları › İş №2(106)-975/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-975/2023

31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-975/2023 31.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(049)-1816/2023 saylı qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Lənkəran 1 saylı Mediasiya Təşkilatına və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində Əliyeva (Kazımova) Günel Şaddıq qızı tərəfindən “atanın razılığı tələb olunmadan uşaqların anasının müşayiəti ilə yetkinlik yaşına çatanadək xarici ölkələrə aparılıb gətirilməsi tələbi”ndən irəli gələn ailə mübahisəsi üzrə Cavabdeh Lənkəran 1 saylı Mediasiya Təşkilatı (mediator X3) tərəfindən verilmiş MŞL-00465 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(049)-1816/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Kamran Süleymanov) İddiaçı, Lənkəran 1 saylı Mediasiya Təşkilatı və X2 üçüncü şəxslər qismində işə cəlb edilməklə, Cavabdeh qarşı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın məhkəmə qaydasında etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi Vəkil şikayət vermiş və şikayətində Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(049)-1816/2023 saylı qərardadının ləğv edilməsini və İddiaçı, Lənkəran 1 saylı Mediasiya Təşkilatı və X2 üçüncü şəxslər qismində işə cəlb edilməklə, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, onun barəsində vətəndaş Cavabdeh tərəfindən “atanın razılığı tələb olunmadan uşaqların ananın müşayiəti ilə yetkinlik yaşına çatanadək xarici ölkələrə aparılıb gətirilməsi” tələbindən irəli gələn ailə mübahisəsi üzrə Cavabdeh Lənkəran 1 saylı Mediasiya Təşkilatı (mediator X3) tərəfindən verilmiş MŞL-00465 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın məhkəmə qaydasında etibarsız hesab edilməsi barədə iddia ərizəsinin Lənkəran Rayon Məhkəməsinin icraatına qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(049)-1816/2023 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1816/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(049)-1816/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. “Mediasiya haqqında” Qanunun 29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. “Mediasiya haqqında” Qanunun qeyd edilən tələblərindən göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi arayış digər mülki iş üzrə iddiaçı Əliyeva (Kazımova) Günel Şaddıq qızına məhkəməyə müraciət edə bilmək imkanı vermişdir. Belə ki, Əliyeva (Kazımova) Günel Şaddıq qızı cavabdeh İddiaçı qarşı “atanın razılığı tələb olunmadan uşaqların anasının müşayiəti ilə yetkinlik yaşına çatanadək xarici ölkələrə aparılıb gətirilməsi tələbi”ndən irəli gələn ailə mübahisəsi üzrə məhkəməyə müraciət edərkən, ilkin mediasiya sessiyası ilə bağlı sübut kimi məhz hazırda mübahisələndirilən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ı təqdim etmişdir. “Mediasiya haqqında” Qanunun 21.9.1-ci maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. MPM-in 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın etibarsız hesab edilməsi halında, digər mülki iş üzrə iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Lakin həmin arayışın etibarlılığı məsələsi ayrıca mülki iş üzrə icraat çərçivəsində deyil, məhz həmin mülki işə baxılarkən qiymətləndirilməli, iddiaçının hazırkı iş üzrə iddia ərizəsində irəli sürdüyü dəlillər həmin iş üzrə irəli sürülməli və məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə yoxlanılmalıdır. Bu yerdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən mediasiya arayışı əsasında icraata qəbul edilərək baxılmış Əliyeva (Kazımova) Günel Şaddıq qızının İddiaçı qarşı “uşaqların atanın razılığı tələb olunmadan ölkədən getməsinə icazə verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 146/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minməmiş, həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(106)-782/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, lakin İddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-146/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul ediləcəyi təqdirdə onun hazırkı iddia ərizəsində irəli sürdüyü dəlilləri həmin iş üzrə məhkəmə icraatı çərçivəsində irəli sürməsi imkanı da aradan qalxmamışdır. Sadalananları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iş üzrə tələbinə ayrıca mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və hazırda mübahisələndirilən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın etibarlı olub-olmaması məsələsi həmin arayışın iddia ərizəsinin icraata qəbul edilməsi şərti kimi çıxış etdiyi mülki iş üzrə icraat çərçivəsində yoxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(049)-1816/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149-152, 263-269, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(049)-1816/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar