Məhkəmə qərarları › İş №2(106)-977/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-977/2024

24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-977/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, iddia tələbini müdafiə edərək, iddialarının tam edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddialarının tam edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, X2 37 il Rusiya Federasiyasının Noyabrski şəhərində yaşamış. İş yerində aldığı “travmaya” görə artıq işləyə bilmədiyinə görə vətənə yəni doğulduğu yerə Azərbaycan Respublikasının Astara rayonun Balaca Şahağacı kəndinə qayıtmışdır. Həyatda onun üçün hər cür köməklik etdiyi ogey qardaşı Cavabdeh el içində utanmayaraq 1 metr torpaq üçün başıma gətirdiyi faciyəyə görə kaş Noyabrski şəhərindən qayıtmayaydı. Ona həyatda hər cür köməklik etmiş. O, Noyabrski şəhərindən vətənə dönərkən iş yerində aldığı travmaya görə İİ-ci qrup əlillik dərəcəsi ilə qayıtmış. İKİ dəfə məhkum olunmuş Cavabdeh xx.xx.2021-ci il tarixində torpaq mübahisəsi zamanı yaba ilə onun göbək nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Onu Astara rayon xəstəxanası qəbul etməmiş, oradan Lənkəran rayor xəstəxanasına göndərilmişlər. Lənkəran xəstəxanasında Cavabdeh dediyi kimi havadarları tərəfindən tapşırıldığına görə xəsarət yetirilən yabanın yeri sadəcə tikişlərlə bağlanmış, içəridə olan qan təmizlənməmişdir. Sonradan fəsadlar başlamış və onu ölüm həddinə çatdırmışdır. Təcili olaraq o, Bakı şəhərinin özəl klinikası olan “Real Hospitalında” əməliyyat olunmuşdur. Bu günə qədər müalicə alır.Əməliyyatda mülaicəsinə bu günə qədər dərmanlarla birlikdə 5000 (beş min) manat xərci çıxmışdır.Bu günə qədər müalicə alır. İki dəfə məhkum olunmuş Cavabdeh ona 5000 (beş min) manat maddi zərər vurmuşdur.Bildirmək istəyir ki, iki dəfə məhkum olunmuş Cavabdeh bu günə qədər onu, ailəsini, övladlarını ölümlə hədələyərək yaşadıqları evə narkotik və silah atacağını bildirir. Bu məsələni bütün kənd bilir. Ona mənəvi əzab verməyində ardıcıl davam edir.Bildirir ki, Astara rayon bütün hakimiyyət və məhkəmə orqanları onun arxasındadır.Bu məsələ ilə əlaqədar başda Müzəffər Ali Baş Komandan olmaqla bütün mərkəzi hakimiyyət orqanlarına müraciət etmişdir. Hətda Azərbaycanda Rusiya Səfirliyinə müraciət etmişdir. Onalara bildirilib ki, sizin məsələ artıq dövlət nəzarətindədir. İki dəfə məhkum olunmuş Cavabdeh onlara qarşı təkid edərək mənəvi zərər vurması barədə ərizələri Astara rayonuna Prokurorluğuna göndərilmiş və əsassız olaraq 20 sentyabr 2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, bu qərarın ləğv edilməsi barədə və bu işin Masallı və ya Lənkəran prokurorluğunda araşdırılması barədə Baş prokurorluqda olmuş və rəsmi qaydada müraciət etmişdir. İki dəfə məhkum olunmuş Cavabdeh Mahmud oğlu barədə Astara rayon hakimiyyət və məhkəmə orqanlarının ədalətsiz qərarı ona əzab verməyə və mənəvi zərər vurmağa sübutdur. Hesab edir ki, iki dəfə məhkum olunmuş Cavabdeh mənə maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat ödəməlidir.İki dəfə məhkum olunmuş Cavabdeh Mahmud oğlundan maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2021-ci ilin may ayında iddiaçı ilə aralarında baş vermiş davada yüngül xəsarət yetirdiyinə görə islah işlərinə məhkum edilmişdir. Xeyli müddət sonra iddiaçı qarnında olan yırtıqdan (qrija) əməliyyat olunmuş və bütün günühı onun üzərinə yıxır.Hansı ki, o Rusiyada 2-ci prup əlillik almışdır. Ona görədə göstərlənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: İlqar Məmmədov), İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, . işə əlavə etdiyim Astara rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2021 -ci il tarixli 1 (018)-153/2021 nömrəli hökmü ilə təsdiq olunur ki, Cavabdeh 07 may 2021-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığımız Astara rayon Balaca Şahağac kəndində yerləşən fərdi yaşayış evinin həyətində mübahisə zamanı əlində olan yaba ilə qarın nahiyyəmdən zərbə vuraraq həyatım üçün təhlükə olan xəsarət yetirmişdir. Bu əməlinə görə Cavabdeh Astara rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə təqsirli bilinərək islah işləri cəzasına məhrum edilmişdir. Məhkəmənin qeyd edilən hökmü qanunu qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmənin hökmü ilə bir daha təsdiq olunmuşdur ki, yaba ilə qarın nahiyyəmdən vuraraq deşici xəsarət yetirmişdir. Mən, həyatımı xilas edən həkimə pul vermişəm bu hal hamiya bəllidir. Hesab edirəm ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün işin hallarına uyğun deyildir. Beləliklə məhkəmə Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddənin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun deyildir. Belə halda məhkəmə qətnaməsi MPM-nin 385.1-ci maddəsinə əsasən apellyasiya qaydasında ləğv edilməlidir. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024cü il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsini İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışın 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 459.3. Zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur. 1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın rədd edilməsini iddia tələbinin sübut olunmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Astara rayon İHB-nın yanında Kakalos kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu, Şahağacı kəndində yaşayır. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 157C-23 nömrəli yoxlama materialının araşdırması zamanı hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, Astara rayon, Balaca Şahağacı kənd sakinləri İddiaçı və Nümayəndə təhqir olunmuş şəxs(lər)in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində (Böhtan və təhqir) nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı Epikrizdən görünür ki, xəstə İddiaçı deməsinə görə 1 ilə yaxın müddətdir ki, qarında periodik tutma şəkilli ağrılar qeyd edir. Periodik sağ qabırğaltı nahiyyədə, epiqastral nahiyyədə sağ kürəyə irradiasiya edən tutmaşəkilli ağrılar narahat edir. İş materiallarına əlavə olunmuş Astara Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmdən müəyyən olunur ki, Cavabdeh oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir.Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protestləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya cəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd olunmalıdır ki, mülki qanunvericilik sağlamlığı pozulmuş şəxslərin müalicəyə çəkdiyi xərclərin ödənilməsi ilə yanaşı, bununla bağlı gələcəkdə çəkəcəyi xərclərin qabaqcadan ödənilməsi imkanını da nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-in 459.3-cü maddəsinə əsasən zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Həmin Məcəllənin 1125.2-ci maddəsinə əsasən müəyyən edilmişdir ki, əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənil məsi zərurəti olduqda tibbi ekspertizanın rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün təyin edilə bilər. Göründüyü kimi mülki qanunvericiliyin sadalanan normaları zərərin əvəzini ödəməyə borclu olan şəxsdən gələcəkdə çəkiləcək müalicə xərclərini tələb etməsinin və belə tələbin təmin olunmasının hüquqi əsaslarını özündə əks etdirir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası işin araşdırılan hallarından müəyyən edir ki, Cavabdeh 07 may 2021-ci il tarixdə saat 16:00 radələrində Astara rayonu Balaca Şahağacı kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan yaba ilə qardaşı İddiaçı qarın anhiyyəsindən bir dəfə zərbə endirərək qarın nahiyyəsində deşilmiş yara və sıyrıqla müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İddiaçı iddia edir ki, İddiaçı tərəfindən ona xəsarət yetirildikdən sonra fəsadlar başlamış və onu ölüm həddinə çatdırmışdır. Təcili olaraq o, Bakı şəhərinin özəl klinikası olan “Real Hospitalında” əməliyyat olunmuşdur. Bu günə qədər müalicə alır. Əməliyyatda müalicəsinə bu günə qədər dərmanlarla birlikdə 5000 (beş min) manat xərci çıxmışdır. Bu günə qədər müalicə alır. İki dəfə məhkum olunmuş Cavabdeh ona 5000 (beş min) manat maddi zərər vurmuşdur. Bildirmək istəyir ki, iki dəfə məhkum olunmuş Cavabdeh bu günə qədər onu, ailəsini, övladlarını ölümlə hədələyərək yaşadıqları evə narkotik və silah atacağını bildirir. Bu məsələni bütün kənd bilir. Ona mənəvi əzab verməyində ardıcıl davam edir. Bildirir ki, Astara rayon bütün hakimiyyət və məhkəmə orqanları onun arxasındadır. Bu məsələ ilə əlaqədar başda Müzəffər Ali Baş Komandan olmaqla bütün mərkəzi hakimiyyət orqanlarına müraciət etmişdir. Hətda Azərbaycanda Rusiya Səfirliyinə müraciət etmişdir. Onalara bildirilib ki, sizin məsələ artıq dövlət nəzarətindədir. İki dəfə məhkum olunmuş Cavabdeh onlara qarşı təkid edərək mənəvi zərər vurması barədə ərizələri Astara rayonuna Prokurorluğuna göndərilmiş və əsassız olaraq 20 sentyabr 2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, bu qərarın ləğv edilməsi barədə və bu işin Masallı və ya Lənkəran prokurorluğunda araşdırılması barədə Baş prokurorluqda olmuş və rəsmi qaydada müraciət etmişdir. İki dəfə məhkum olunmuş Cavabdeh Mahmud oğlu barədə Astara rayon hakimiyyət və məhkəmə orqanlarının ədalətsiz qərarı ona əzab verməyə və mənəvi zərər vurmağa sübutdur. Hesab edir ki, iki dəfə məhkum olunmuş Cavabdeh mənə maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat ödəməlidir.İki dəfə məhkum olunmuş Cavabdeh Mahmud oğlundan maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Çünki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının işin faktiki halları ilə müqayisəli təhlilindən müəyyən edilir ki, Cavabdeh tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində qardaşı İddiaçı xəsarət yetirməsi və bunun nəticəsində İddiaçı qarın nahiyyəsində deşilmiş yara və sıyrıqla müşayiət olunan xəsarətlərin əmələ gəlməsi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinin məzmunundan da görünür ki, zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Göründüyü İddiaçı sağlamlığına zərər vurulması faktı öz təsdiqini tapsa da, onun həmin zərərin nəticəsində səhhətində olan problemlə bağlı “Real Hospitalında” əməliyyat olunması, həmin əməliyyatla bağlı 5000 (beş min) manat xərcinin çıxmasını sübut edə bilmir. Qısaca İddiaçı səhhəti ilə bağlı çəkdiyi 5000 (beş min) manat xərcinin Cavabdeh tərəfində yetirilmiş xəsarətlə bağlı olub-olmadığını sübut edə bilmir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi zərərə görə 15000 (on beş min) manat pul tələb etsə də, cavabdeh tərəfindən onun şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı hansı mənəvi zərərin vurulmasını da sübut edilə bilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri və işdə olan sübutları müqayisəli tətqiq edərək yekun olaraq belə qənaətə gəlirki birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini sübut olunmaması əsası ilə təmin etməməkdə haqlı olmuş, iş üçün mühüm əhəmiyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Odur ki, kollegiya iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-98/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar