Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-977/2025 01.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X1 və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh İB-yə qarşı akt əsasında yazılmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 4147.20 manat cərimənin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır. Yaşadığı evin qaz abunə kodu onun adına olmaqla istifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən Cavabdeh hesabına ödəyir. Evinə gələn qaz xəttinin üzərinə istifadə etdiyi təbii qazın miqdarının müəyyən edilməsi məqsədi ilə küçədə, əhalinin gedib-gəldiyi yerə qaz sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə istifadə etdiyi qaz sayğacına cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları baxış keçirmiş və əvəzləmə ilə əlaqədar qaz sayğacını dəyişərək əvəzində yeni qaz sayğacı quraşdırmışlar. İstifadə etdiyi qaz sayğacı dəyişdirilərkən cavabdeh təşkilatın əməkdaşları 2023-cü ilin fevral ayında barəsində akt tərtib edildiyini və həmin akta əsasən ona 4147,20 manat məbləğində borc hesablandığını bildirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdeh "Azəriqaz” X2 Xidmət Sahəsinə müraciət edib barəsində tərtib olunan xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətini, dəymiş ziyanın bərpasına dair tələbnaməni və adına qeydə alınmış abonent saldosunu almışdır. Barəsində tərtib olunan xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda "Abonent həyətdə quraşdırılmış qaz sayğacının açıq hissəsini açaraq polietilen boru birləşdirmiş və daxili qaz xəttinə qoşularaq sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edir" qeyd edilmişdir. Əslində isə həyətdə olan polietilen boru qaz xəttinə deyil su borusuna qoşularaq sudan istifadə edilmişdir. Qaz sayğacına baxış keçirən cavabdeh təşkilatın əməkdaşları onun evdə olmadığından istifadə edərək polietilen su borusunun qaz xəttinə qoşulduğunu qanunsuz olaraq aktda qeyd etmişlər. Həmin ərəfədə, yəni cavabdeh təşkilatın əməkdaşları həyətdə quraşdırılmış qaz sayğacına baxış keçirərək bir ildən artıq müddətdə evdə yaşayış olmamışdır. Bu qanunsuz tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* aktın tərtibindən də aydın görünür. Birinci instansiya məhkəməsində iddiaçı tələbini dəqiqləşdirmiş, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, göstərmişdir ki, o evdə olmadığı vaxt uşaqları tərəfindən qaz sayğacına sayğacdan kənar qoşulma olmuşdur. Amma Cavabdeh İBnin əməkdaşları tərəfindən akt tərtib edildikdən sonra onlar 365 gün ərzində qazdan qanunsuz istifadə edilməsi barədə hesablama aparmışlar. Əslində qanunsuz qoşulma çox qısa müddətdə olmuş, sonradan cavabdeh qurumun əməkdaşları tərəfindən ləğv edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh təmsilçisi iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır Masallı Rayon Məhkəməsinin (hakim R.Mehdiyev) 10 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Ağsu X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 3456 (üç min dörd yüz əlli altı) manatın istehlakçı İddiaçı hesabından (abonent kodu:**********01650) silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 54,56 (əlli dörd manat əlli altı qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Cavabdeh İB-nin Ağsu RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı yaşadığı mənzilin qaz xətlərinə baxış keçirərəkən mənzildə qaz sayğacından kənar əlavə xətdən istifadə olunduğu müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, bu barədə video çəkliş aparılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə 25 iyun 2023-cü il tarixli, 218 saylı Qərarına əsasən 2011-ci il 12 may tarixli 80 nömrəli “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4-cü bəndə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, xx.xx.2023-cü ildə evə baxış keçirilən zaman qanunsuz qoşulma aşkar olunmuşdur. Aşkar olunmuş fakt əsasında akt tərtib olunmuşdur. Cavabdeh İB elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərdiyi etirazında da bildirmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixlərdə il tarixdə ”Azəriqaz” İB Kürdəmir XS-nin əməkdaşları İddiaçı məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli tələbnamə tərtib edilərək İddiaçı Kürdəmir XS-nin abonent bazasındakı **********01650 nömrəli abonent koduna 34560 m3 – 4147.20 manat (död min yüz qırx yeddi manat iyirmi qəpik), qaz sayğacının nominal qaz sərfi 4m3 /saat və orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilərək itirilmiş qazın bərpası üçün hesabat aparılmış 4x24x360=34560m3=4147.20 manat abonent hesabına vurulmuşdur. Qaz sayğacından kənar istifadə edilməsi ilə bağlı akt tərtib edilərkən İddiaçı həmin vaxtlarda orada iştirak etmiş tərtib edilmiş akta imza etmişdir. Müvafiq videoçəkilişdə aparılmışdır. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh İddiaçı Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, atası rəhmətə getdikdən sonra həmin evdə yaşayış olmamışdır. Bakıdan gəlmişlər. Qaz xəttinə qoşulma iki gün olmuşdur. Baxış keçriilmiş və akt tərtib olunmuşdur. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə edildiyinə görə Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. İstehlakçı İddiaçı tərtib edilmiş aktı imza etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli tələbnamədə dəymiş ziyan olaraq 34560 m3 qaz sərfiyyatı müəyyən edilmişdir. Abonentin hesabından elektron çıxarışdan görünür ki, akt əsasında iddiaçı üçün bir il qazdan qanunsuz istifadəyə görə, 4147,20 manat borc yazılmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən tərtib edilmiş akt üzrə sərf edilmiş (talan edilmiş) qazın dəyəri vurulmuş ziyan kimi hesablanaraq abonentin (iddiaçının) borc hesabına yazıldığından, iddiaçı hazırki tələbində hesablanmış ziyanın qanunsuz sayılmasını tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışında sayğacdan kənar xəttin mövcudluğu faktını etiraf etmişdir. Lakin iddiaçı sayğacdan kənar xəttin 2 gün ərzində olduğunu bildirmişdir. Cavabdeh İB tərəfindən isə tərtib edilmiş akt əsasında bir illik (360 günlük) sərfiyyat hesablanmışdır. İlk növbədə qeyd edilməlidir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Bununla yanaşı, qanunsuz qoşulma faktı vardır. Mübahisəli hal borcun hansı müddətə hesablanması barədədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Kollegiya məhkəmənin bu hissədə mövqeyini əsaslı sayır. Belə ki, qaz xəttinə qanunsuz qoşulma faktı müəyyən edilsə də Qazdan istifadə qaydalarının tələbləri nəzərə almadan sərfiyyat müddətinin 360 gün göstərilməsi əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 60 gün götürülməklə sutkanın 12 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Kollegiya akt üzrə borcun (qanunsuz sərfiyyatın) hesablanması müddəti üzrə aşağıdakıları qeyd edir: Qaz xəttinə qanunsuz qoşulma halı müəyyən edilsə də abonentin qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət, onun istifadəsində olan qaz qurğularının xüsusiyyətləri müəyyən edilmir. Halbuki, adı çəkilən Qaydaların 6.5-ci bəndinin tələblərinə görə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası kimi hallar nəzərə alınmalı idi. Cavabdeh şirkət tərəfindən iddiaçıya sutkanın 24 saatı və 360 günlük müddət nəzərə alınmaqla borc hesablanmışdır. Lakin sutkanın 24 saatı və 360 günlük müddət nəzərə alınmaqla borcun hesablanması əsaslandırılmamışdır. Kollegiya hesab edir ki, akt üzrə hesablanmış borcun məbləği də qanuni hesab edilə bilməz. Belə ki, əvvəla, borcun məbləği (vurulmuş ziyanın miqdarı) hesablanarkən «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin, “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinin tələbləri, akt üzrə borcun hesablandığı müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və s. nəzərə alınmamışdır. Bundan başqa, «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanunun və “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək hansı vaxtda qaz sayğacına baxış keçirildiyi vaxt müəyyən edilmir. İddiaçıya məxsus hesabdan çıxarışdan müəyyən edilir ki, akt tərtib edilməzdən əvvəl və sonra sayğac üzrə borc ödənişləri də olmuşdur. Aktdan sonra qanunsuz qoşulma aradan qaldırılandan sonra isə ödənşlərin məbləğində hər-hansı ciddi dəyişiklik olmamışdır (əksinə, azalma müşahidə edilr). Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçıya sutkanın 24 saatı və 360 günlük müddət nəzərə alınmaqla borcun hesablanması əsaslı sayıla bilməz. Kollegiya qeyd edir ki, akt əsasında hesablanmış borcun yaranmasına münasibətdə Şirkətə ziyanın vurulması, ziyanın abonent (cavabdeh) tərəfindən vurulduğu, onun qanunazidd hərəkətlərinin olması və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olması sübuta yetirilir. Mübahisəli hal vurulmuş zərərin miqdarı ilə bağlıdır. Hər bir halda bu zərərin vurulması qismən etiraf edilir. “Qazdan istifadə Qaydaları”nın tələblərinə görə, istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Bu baxımdan belə demək mümkündür ki, qaz paylayıcısı ən azı 3 aydan bir baxış keçirməli və aşkara çıxarılmış nöqsanlar barədə müvafiq akt tərtib etməli idi. Ona görə də aktın tərtib edilməsindən əvvəlki ən azı 3 aylıq müddət üzrə borcun hesablanması daha düzgündür. Borcun hansı müddətə hesablanmasında “Qazdan istifadə Qaydaları”nın 3.1.10, 6.5-2, 6.5-3-cü bəndlərinə əsaslanaraq Kollegiya hesab edir ki, akt üzrə orta sərfiyyatla hesablanmış borcun 3 aylıq müddət üzrə (4147,2 : 12 x 3 ay = 1036,8 manat) tutulması düzgündür. Ona görə akt üzrə orta sərfiyyatla hesablanmış 3110,40 manat borc cavabdehdən tutulmalıdır. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, Cavabdeh İB Ağsu X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış borcdan 3110,40 manat (üç min yüz on manat, 40 qəpik) istehlakçı İddiaçı hesabından silinməlidir. Dövlət rüsumu olaraq Cavabdehndən 46 (qırx altı) manat tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(041)-562/2025 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh İB Ağsu X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış borcdan 3110,40 manat (üç min yüz on manat, 40 qəpik) istehlakçı İddiaçı hesabından silinsin. Dövlət rüsumu olaraq Cavabdehndən 46 (qırx altı) manat tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-977/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-977/2025
01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver