Məhkəmə qərarları › İş №2(107)-1004/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1004/2020

09.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1004/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçılar - Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi (hakim Tural Həsənov) ilə iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X6, X7 və X1 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/4 hissədən ibarət olmaqla payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********91 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1ində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (əkin) iddiaçı Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının 1/3 hissədən və iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/3 hissədən ibarət olmaqla paylarının müəyyən edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı, Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan 9113,0 kv.m kənd təsərüffatı təyinatlı torpaq sahəsində İddiaçı1 və İddiaçı2, 0,21 ha həyətyanı torpaq sahəsində isə İddiaçı2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının, Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının və Cavabdeh1 ümumi-birgə mülkiyyətində olan 9113 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, 0,1931 ha həyətyanı torpaq sahəsindən isə iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Süleymanova (Əhmədova) Kəmalə Mövlüd qızı və Süleymanova (Əhmədzadə) Aşurey Şaban qızına Zaqatala rayonu X10 xx xxxxxx 1997-ci il tarixli 64 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 0,1931 ha həyətyanı, Zaqatala rayon X9 xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 9113.0 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələri ayrılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iş №2(033)101/2019 saylı qətnaməsi ilə iddiaçı Süleymanova (Əhmədova) Kəmalə Mövlüd qızına Zaqatala Rayon AİK-nin xx xxxxxx 1997-ci il tarixli 64 saylı qərarı ilə seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-nın reyestrindən çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, ünvan 1ində yerləşən 0,1931 ha həyətyanı torpaq sahəsindən payı 1/4 hissədən ibarət olmaqla müəyyən edilmişdir. Lakin, Cavabdeh1, Süleymanova Kəmalə Mövlüd qızının və X4 ümumi-birgə mülkiyyətinə verilmiş ünvan 1i ünvanında yerləşən 9113,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A №16 4436 saylı, torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən hüquqlarını müdafiə etdiyi şəxslərə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payları müəyyən olunmamışdır. Belə ki, cavabdehlər həmin torpaq sahəsindən nümayəndəsi olduğu iddiaçılara istifadə etməyə qoymur. Bununla da onların mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, iddiaçı Süleymanova (Əhmədova) Kəmalə Mövlüd qızının, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə dair A №164436 saylı, sənədinə əsasən Zaqatala rayonu X10 xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 9113 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən Süleymanova Kəmalə Mövlüd qızına 1/3 hissə, Süleymanova (Əhmədzadə) Aşurey Şaban qızına 1/3 hissə, Zaqatala rayon X9 xx xxxxxx 1997-ci il tarixli 64 saylı qərarına əsasən, 0,1931 ha həyətyanı torpaq sahəsindən isə Süleymanova (Əhmədzadə) Aşurey Şaban qızına 1/4 hissədə payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh1 birinci instansiya məhkəməsinə etiraz ərizəsi göndərərək iddianı qəbul etmədiyini, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə işə baxarkən nəzərə almamışdır ki, 0,1931 ha həyətyanı torpaq sahəsində tərəflərin payları Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-101/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə əsasında mübahisəli torpaq sahəsi üzərində yeni çıxarış alınmalı, yəni, həmin qətnamə icra olunmalı, tərəflərin paylarının müəyyən edilməsinə dair qeydiyyat DƏDRX-də qeydiyyata alındıqdan sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna məxsus şəxsin payı müəyyən olunmadığı halda yenidən həmin məhkəmədə işə baxıla bilər. Hazırkı vəziyyətdə isə Zaqatala Rayon Məhkəməsinin qətnaməsi icra olunub-olunmaması aydınlaşdırılmadan eyni torpaq sahəsi və eyni çıxarışda qeyd olunmuş torpaq sahəsi üzərində payların müəyyən edilməsinə dair məhkəmədə işə baxılmışdır. Bu da məhkəmədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə təkrar baxılmasını göstərir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında istirak edən iddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)- 141/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X11 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)- 141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********91 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş X18 Məhkəməsində xx xxxxx 2019-cu il tarixli 2-1(84)- 38/2019 nömrəli qərarına əsasən iddia qismən təmin edilərək, JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə üçüncü şəxs X2 adının qanunsuz daxil edilməsi müəyyən edilməsi, həmin şəhadətnamə əsasında 0,1931 ha torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyatın dəyişdirilərək onun adının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15 üzərinə qoyulması, iddiaçılar X3 və Cavabdeh1 iddiası üçüncü şəxs İddiaçı1 aid hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,1931 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-101/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Zaqatala rayonu, AİK-nın xx xxxxxx 1997-ci il tarixli 64 saylı qərarı üzrə Seriya RX №1078901 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı Süleymanova Kəmalə Mövlüd qızının payı 1/4 hissədən ibarət olmaqla müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2739/2019 nömrəli xx xxxxxxx 2019-cu il trixli qətnaməsindən görünür ki, cavabdehlər X5 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-101/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 0,1931 ha həyətyanı torpaq sahəsinə dair Zaqatala Rayon X9 xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarı əsasında verilmiş xx xxxx 2006-cı il tarixli JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1, X3 və X2 adları qeyd olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi şəhadətnamədə adları qeyd edilən şəxslərin ümumbirgə mülkiyyətinə verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-38/2019 nömrəli qərarına əsasən JN-482A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə X2 adının qanunsuz daxil edilməsi müəyyən edilmiş və həmin şəhadətnamə əsasında 0,1931 ha torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış xx.xx.2017ci il tarixli ********** nömrəli qeydiyyatın dəyişdirilərək onun adının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15 üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,1931 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və X3 hüquqları qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-101/2019 xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Zaqatala rayonu, X9 xx xxxxxx 1997-ci il tarixli 64 saylı qərarı üzrə Seriya RX №1078901 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı Süleymanova Kəmalə Mövlüd qızının payı 1/4 hissədən ibarət olmaqla müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuşdur. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar