Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1017/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-90/2019 nömrəli qətnaməsindən X4 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hаkim Elbrus Məmmədov) xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə X1 cavabdeh X15 və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17 və Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli X3 aid hissədə, yəni ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X12 verilmiş A seriyalı 460917 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə tələbi rədd edilmişdir. İşin halları X4 (bundan sonra iddiaçı və ya Hürüney Qunuyeva) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X15 (bundan sonra cavabdeh və ya Şaban Qiniyev) və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17 və Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı (bundan sonra üçüncü şəxslər və ya DƏDRX-in 18 saylı X21, Zaqatala Rayon İcra Hakimiyyəti) Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli X3 torpaq verilməsi hissəsində, yəni ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X12 verilmiş AN 460917 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı 3 nəfərdən ibarət ailəsinin mülkiyyətinə 0,20 ha həyətyanı, 1,22 ha pay torpaq sahəsi, o cümlədən 1,02 ha bağ sahəsi verilmişdir. 1,02 ha bağ sahəsindən 0,67 ha bağ sahəsi 0,20 ha həyətyanı torpaq sahələrinə bitişikdir. Həmin bağ sahəsi 1948-1950-ci illərdə valideynləri tərəfindən əkildiyi üçün həmin əmlak kolxozdan alınacaq əmək töhfəsi əvəzinə ailəsinə (mərhum anası Soltanat Quniyevaya) verilmişdir. xx xxxx 1995-ci il tarixdə aidiyyəti məsul şəxslərin iştirakı ilə tərtib və təsdiq edilmiş aktdan görünür ki, keçmiş “Şəfəq” kolxozunun yerli İslahat Komissiyasının xx xxxxx 1995-ci il tarixli 4 saylı qərarına əsasən kolxozun həmişəlik istifadəsində olan torpağından 1,02 ha ayrılaraq X8 verilmiş, qonşu torpaq mülkiyyətçilərinin sərhədlərində mərz nişanları vurulmuşdur. X5 üzrə vərəsəsi olaraq o Zaqatala Rayon AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə DTXK-ın Zaqatala Rayon Şöbəsi tərəfindən X7 adına xx xxxx 2013-cü il tarixdə 221 nömrə ilə uçota alınaraq verilmiş AN 460916 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi üçün DƏDRX-in 18 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin sonuncunun xx xxxxxx 2018-ci il tarxili məktubu ilə AN 460916 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,4715 ha torpaq sahəsi ilə faktiki istifadə etdikləri torpaq sahəsinin ölçüsü 0,5927 ha ilə eynilik təşkil etmədiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina edildiyi bildirilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, faktiki olaraq daimi istifadəsində olan və heç vaxt qonşusunun istifadəsində olmamış aralarında keçmişdən çəpər ilə ayrılmış torpaq sahəsi üzərində qanunsuz olaraq Zaqatala RAİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə DTXK-ın Zaqatala Rayon Şöbəsi tərəfindən Cavabdeh adına xx xxxx 2013-cü il tarixdə 221 nömrə ilə uçota alınaraq AN 460916 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh verilmiş norma daxili torpaq sahəsi belədir: həyətyanı torpaq sahəsi 0,12 ha, cəmi torpaq sahəsi 1,14 ha, o cümlədən bağ 0,21 ha, əkin altı 0,81 ha, faktiki istifadəsində 4,5 ha torpaq sahəsi vardır. Hesab edir ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə mövcud olan 0.12 ha torpaq sahəsi üzərində sənəd əldə etmişdir. Mövcud vəziyyətdə müəyyən olunur ki, sənəd üzrə torpaq sahələri əksikdir. O, iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh adına işlənmiş AN 460917 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsin xx xxxxxxxx 2018-ci il tarixli qərardadında ona izah edilmişdir ki, onun ləğv edilməsini istədiyi plan-ölçü sənədi Zaqatala RAİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı əsasında verildiyi üçün həmin qərar ləğv olunmadan plan-ölçü sənədinin ləğv olunması mümkün deyildir. Zaqatala RAİK-ın sözügedən qərarı inzibati akt olmadığından onun həmin qərarın ləğvi ilə ümumi məhkəməyə müraciət etməsi izah edilmişdir. X4 birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən X15 izahatında iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-90/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı Hürüney Qunuyeva apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-1490/2019 nömrəli qətnaməsi ilə iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi iddiaçı Hürüney Qunuyevaya münаsibətdə dəyişdirilmədən, оnun apelyasiya şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-1490/2019 nömrəliqətnaməsindən iddiaçı Hürüney Qunuyeva tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-1314/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-1490/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri X14 apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən X4 apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-90/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X15 apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)- 90/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər Azərbaycan Repsublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi və Zaqatala Rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)- 1314/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-1490/2019 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla, iddia ərizəsindən görünür ki, iddiaçı, Zaqatala rayon AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarını cavabdehə torpaq sahəsinin ayrılması hissəsində, yəni onun və ailə üzvlərinin torpaq sahəsi ilə üst-üstə düşən hissəsində, həmçinin həmin qərar asasında cavabdehin adına verilmiş A 460917 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədini mübahisələndirir və ləğv edilməsini iddia edir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin mənasına görə, mübahisənin məhkəmə aidiyyəti məsələsi həll olunarkən mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri və bu münasibətlərin iştirakçılarının subyekt tərkibi nəzərə alınmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İPM-nin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələbləri baxımından iddiaçının hissəvi mübahisələndirdiyi Zaqatala rayon AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı Qərarının inzibati akt olub-olmamasını, həmin qərarı qəbul edərkən AİK-nın ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələnin nizama salınmasına yönəlmiş ictimai idaretmə ilə bağlı fəaliyyət göstərib-göstərməməsini aşardırmadan, bir sözlə hazırki işə baxılarkən məhkəmə aidiyyəti qaydalarının pozulubpozulmamasını yoxlamadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranın hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranın münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı inzabati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisəndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə görə, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən, nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan Qərarın 16.3-cü bəndində göstərilir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda,...həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, Zaqatala rayon AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı Qərarının hissəvi ləğv edilməsi tələbinə dair hüquq münasibəti ilə bağlı yaranmış mübahisə ümumi (publik) hüquq sahəsinə aid olduğu üçün həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti müəyyən edilməli və hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda, MPM-nin 261.0, 261.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati tələbə aid hissədə işin icraatına xitam verilməli və iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarına gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, Zaqatala rayon AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı Qərarının hissəvi ləğv edilməsinə dair tələb həmin inzibati işə baxılmasının predmeti olmamışdır. Belə ki, işə əlavə edilmiş həmin məhkəmənin sözügedən qərarının surətindən görünür ki, X14 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh qarşı “sonuncunun adına hazırlanmış A 460917 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə mümkün sayılmamışdır. Daha sonra, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə və üçüncü şəxslərə qarşı digər tələbi sözügedən qərar əsasında Cavabdeh adına verilmiş A 460917 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cavabdehin adına qanunauyğun verilməməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə kifayət qədər araşdırma aparmadan, hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, bütövlükdə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı, səlahiyyətli dövlət orqanlarının nümayəndələrinin imzaladıqları xx xxxx 1995-ci il tarixli akta istinad edib, “Şəfəq” kolxozunun yerli islahat komissiyasının xx xxxxx 1995-ci il tarixli, 04 saylı qərarı ilə kolxozun ərazisindən 1,02 ha torpaq sahəsinin fermer təsərrüfatı yaratmaq üçün anası Soltanat Quniyevaya verildiyini, həmin torpaq sahəsinin mərz nişanları vurulmaqla yerində anası Soltanat Quniyevaya təhkim edildiyini, torpaq sahəsinin Soltanat Quniyevanın mülkiyyətinə verilməsinə dair sənədlərin aidiyyəti dövlət orqanları tərəfindən təsdiq edildiyini, həmin sənədlərin verilməsinə əsas kimi Zaqatala rayon İcra Hakimiyyətinin xx xxxxx 1995-ci il tarixli, 03 saylı qərarının, həmçinin yerli aqrar islahat komissiyasının xx xxxxx 1995-ci il tarixli, 05 saylı qərarının göstərildiyini, torpaq sahəsinə dair əmlak vergisi ödədiyini, X13 vərəsəsi olduğunu və sair göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin aqrar islahat zamanı onlara əmlak payı kimi verilmiş fındıq kollarının yerləşdiyi torpaq sahəsi olubolmamasını dəqiqləşdirmədən, bu barədə işə əlavə edilmiş sübutlara obyektiv baxıb onlara hüquqi qiymət vermədən, yalnız ekspertin natamam rəyinə və cavabdeh tərəfin təqdim etdiyi sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Zaqatala rayonu, Mazıx kəndi ərazisində yerləşən, Hürüney Qunuyevanın mübahisələndirdiyi 0,08 ha torpaq sahəsinin aqrar islahat zamanı onlara əmlak payı kimi verilmiş fındıq kollarının yerləşdiyi torpaq sahəsi olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, həmin rəydən görünür ki, Hürüney Qunuyevanın mübahisələndirdiyi torpaq sahəsi naturada ölçülmüş, mübahisələndirilən 0,0610 ha torpaq sahəsinin Cavabdeh adına tərtib olunmuş A 460917 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizginin daxilində yerləşdiyi müəyyən edilir. X11 mübahisələndirdiyi 0,0610 ha torpaq sahəsi naturada ölçülmüş, həmin mübahisələndirilən torpaq sahəsi 0,08 ha deyil, 0,0610 ha olduğu müəyyən edilir və 0,0610 ha torpaq sahəsi Cavabdeh adına tərtib olunmuş A 460917 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizginin daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdur. Apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə tərəfindən tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2012-ci ildə uçota alınmış A seriyalı 460917 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala Rayon AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Mazıx kəndində Cavabdeh 1505 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının tələbi cavabdeh X12 torpaq sahəsi ayrılmasına dair Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarının Şaban Qiniyevə aid hissədə ləğv olunması və sonuncunun adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 460917 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə mülki icraat qaydasında baxaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla prosessual pozuntuya yol vermişdir. İddia tələbinin birinci hissəsi Zaqatala Rayon AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarının hissəvi ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin mənasına görə, mübahisənin məhkəmə aidiyyəti məsələsi həll olunarkən mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri və bu münasibətlərin iştirakçılarının subyekt tərkibi nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi sadalanan prosessual normaların tələbləri baxımından iddiaçının hissəvi mübahisələndirdiyi Zaqatala Rayon AİK-nın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı Qərarının inzibati akt olub-olmamasını, həmin qərarı qəbul edərkən AİK-nın ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələnin nizama salınmasına yönəlmiş ictimai idaretmə ilə bağlı fəaliyyət göstərib-göstərməməsini aşardırmadan, yəni iddia üzrə məhkəmə aidiyyətini düzgün müəyyən etmədən, mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Kollegiyanın mövqeyinə görə, Zaqatala Rayon Aqrar İslahat Komissiyası fəaliyyət göstərdiyi dövrdə inzibati orqanın səlahiyyətlərinin daşıyıcısı olmuş, mübahisələndirilən qərarı qəbul edərkən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələnin nizama salınmasına yönəlmiş ictimai idaretmə ilə bağlı fəaliyyət göstərmişdir. Zaqatala Rayon AİKnın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı Qərarı da X12 münasibətdə ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələnin nizama salınmasına yönəlmiş fəaliyyət olmaqla, eyni zamanda ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsində nəzərdə tutulan mənada inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranın hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranın münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı inzabati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisəndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə görə, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən, nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın 16.3-cü bəndində göstərilir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda,...həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, Ali Məhkəmənin yuxarıda istinad olunan qərarının 6.1-ci bəndində müvafiq iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması birbaşa tövsiyə edilmişdir. Məhkəmə kollegiyasına görə, Zaqatala RAİK-nın xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı Qərarının hissəvi ləğv edilməsi tələbinə dair hüquq münasibəti ilə bağlı yaranmış mübahisə ümumi (publik) hüquq sahəsinə aid olduğu üçün həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İddia tələbinin ikinci hissəsi, yəni Şaban Qiniyevin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 460917 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinin taleyi iddianın birinci hissəsinin taleyindən asılı olacaqdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalı idi. Lakin birinci instansiya məhkəməsi işin qeyd edilən halını araşdırmamış, mübahisəyə mahiyyəti üzrə baxmaqla prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası işin şərh olunan faktiki hallarını Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-1314/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlərə uyğun araşdıraraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-90/2019 nömrəli qətnaməsi ləğv edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda X2 izah olunmalıdır ki, hazırkı iddia tələbi ilə inzibati icraat qaydasında Şəki İnzibati Məhkəməsində iddia qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 14.1, 261 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X4 tərəfindən verilmiş аpelyаsiyа şikаyət qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-90/2019 nömrəli qətnaməsi ləğv edilsin. X1 cavabdeh X12 qarşı “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı X3 aid hissədə, yəni ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X12 verilmiş A seriyalı 460917 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. X2 izah olunsun ki, müvafiq iddia tələbi ilə inzibati icraat qaydasında Şəki İnzibati Məhkəməsində iddia qaldıra bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1017/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1017/2020
11.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver