Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1018/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-179/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(037)-179/2019 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4250 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2485/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(037)- 179/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-610/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)- 2485/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9350 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında sonuncunu Kanadada işə düzəltmək məqsədi ilə giriş vizasının alınması üçün xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilə bağlanmışdır. O, müqavilə bağlanarkən ilkin olaraq 5500 ABŞ dollarının (9350 manat), viza alındıqdan sonra isə 3000 ABŞ dollarının (5100 manat) ödənilməli olduğunu cavabdehə bildirmişdir. O, 5500 ABŞ dollarının (9350 manat) işlərin görülməsi üçün “xxxx” LLC-yə ödənilməli olan məbləğ olduğunu cavabdehə izah etmişdir. Cavabdeh müqavilə bağlanarkən 5500 ABŞ dollarının (9350 manat), 2500 ABŞ dollarını (4250 manat) müqavilə bağlandıqdan sonra bir neçə gün ərzində, qalan 3000 ABŞ dollarını (5100 manat) müqavilənin bağlanmasından sonra bir ay ərzində, yekun olaraq ödənilməli olan 3000 ABŞ dollarını (5100 manat) isə vizanın alınmasından sonra ödəyə biləcəyini bildirərək razılaşmanın bu şəkildə edilməsini ondan xahiş etmişdir. O, razılaşmaya əsasən tələb olunan sənədləri cavabdehdən tələb etmiş, sonuncu tələb olunan sənədlərdən yalnız pasportunun surətini təqdim etmiş, digər sənədləri isə gətirəcəyini bildirərək işə başlanılmasını xahiş etmişdir. O, müqavilə üzrə öhdəliklərin icrasına başlamış və amerikada fəaliyyət göstərən “xxxx” MMC-yə müraciət etmişdir. “xxxx” LLC-nin ilkin ödəniş olaraq tələb etdiyi 5500 ABŞ dolları (9350 manat) xx xxxx 2018-ci il tarixli 828475 nömrəli qəbzlə onun tərəfindən cavabdehin adından “xxxx” MMCyə ödənilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə ilkin ödəniş olaraq üzərinə götürdüyü 2500 ABŞ dollarını (4250 manat), müqavilə bağlandıqdan sonra bir ay ərzində ödəməli olduğu 3000 ABŞ dollarını (5100 manat) və müqavilə üzrə tələb olunan sənədləri ona təqdim etməmişdir. O, cavabdehlə dəfələrlə əlaqə saxlayaraq müvafiq sənədləri və ödənişləri təqdim etməsini tələb etmiş, əks halda işin görülməsinin qeyri-mümkün olduğu barədə sonuncuya xəbərdar etmişdir. Buna baxmayaraq, cavabdeh tələb olunan müvafiq sənədləri və ödənişləri ona təqdim etməmişdir. O, xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilə üzrə öhdəliklərin icrasına başlayaraq vizanın alınması məqsədi ilə müvafiq sənədlərin əldə edilməsi üçün “xxxx” MMC-yə müraciət etmiş və buna görə sonuncuya cavabdehin adından 5500 ABŞ dolları (9350 manat) məbləğində pul ödəsə də, sonuncunun müqavilə öhdəliklərini icra etməməsi nəticəsində vizanın alınması mümkün olmamış və ona 5500 ABŞ dolları (9350 manat) maddi ziyan dəymişdir. Cavabdeh 5500 ABŞ dolları (9350 manat) məbləğində maddi ziyanı ödəmədiyi üçün məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməyə 30 manat vəsait sərf etmişdir. O, cavabdehdən 9350 manat məbləğində pulu və 30 manat dövlət rüsumunu tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahat verərək göstərmişdir ki, onunla iddiaçı arasında Kanadada işə düzəlmək üçün giriş vizasının alınması məqsədi ilə xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilə bağlanmışdır. İddiaçı xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilə ilə onu Kanadada işə düzəldəcəyini və giriş vizasının alınmasını üzərinə götürsə də, həmin öhdəlikləri icra etməmişdir. İddiaçı onunla bərabər digər şəxsləri də işə düzəltmək adı ilə aldadaraq pullarını mənimsəmişdir. O, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən sonuncuya viza alınması məqsədi ilə 4250 manat məbləğində vəsait ödəmişdir. Əgər o, iddiaçıya viza alınması üçün 4250 manat məbləğində vəsait ödəməsəydi, sonuncu onun adından viza alınması üçün “xxxx” LLC-yə müraciət etməzdir. O, vizanın alınması ilə bağlı dəfələrlə iddiaçı ilə görüşmək istəsə də, sonuncu müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. O, xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilənin şərtlərinə əsasən iddiaçıya 4250 manat borcunun qalmadığını, əksinə iddiaçının ona 4250 manat məbləğində borcu qaldığını bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki halları düzgün araşdırlmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-179/2019 saylı qətnaməsinin ləğv edilməsini bağladığı müqavilənin şərtlərini birtərəfli pozduğuna görə 4250 manat, 45 dövlət rüsumunun, 50 manat vəkilin orderinə çəkilən xərclərin, cəmi 4345 manatın Qasımov Möhsün Zülfüqar oğlundan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-179/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 610/2020 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)- 179/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilədən görünür ki, xx xxxx 2018-ci il tarixdə “xxxx” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqaviləyə əsasən sifarişçi işin həlli üçün tələb olunan 14.450 manat məbləğinin 4250 manatını müqavilə imzalandığı an icraçıya ödəməli olması, qalan 10.200 manat məbləğini isə viza alındıqdan sonra icraçıya ödəməli olması göstərilmiş və tərəflər müqavilənin şərtləri ilə razılaşaraq öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli 828475 nömrəli notarial qaydada təsdiq edilmiş qəbzdə “xxxx” MMC tərəfindən Cavabdeh iş icazəsi almaq məqsədi ilə sonuncunun adından “xxxx” LLC-yə 5.500 ABŞ dolları məbləğində vəsait ödənildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2015-ci il tarixli qəbzdən görünür ki, iddia tələbi ilə məhkəməyə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı saymır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1, 778.3, 783.2, 784-cü maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilədə həmin müqavilə imzalandığı an sifarişçinin 4250 manat məbləğində pulun icraçıya ödəməli olması qeyd edilmişdir. Cavabdeh həmin məbləği qısa müddətdə ödəyəcəyini öhdəsinə götürdüyündən iddiaçı tərəfindən müqavilə üzrə tapşırılmış öhdəliklərin icrasına başlanılmış və “xxxx” MMC-nə müraciət olunmuşdur. Eyni zamanda, tapşırığın icrasına başlamaq üçün xx.xx.2018-ci il tarixdə adıçəkilən şirkətin tələb etdiyi 5500 ABŞ dollarını Cavabdeh görə “xxxx” MMC-nə ödəmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıya müqavilə imzalandığı an 4250 manat məbləğini ödəməli olması qeyd edildiyindən, iddia tələbi qismən 4250 manat hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, birinci instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı ilə cavabdeh arasında sonuncunun Kanadada əmək fəaliyyəti ilə məşğul olmaq üçün giriş vizasının alınması məqsədi xx xxxx 2018-ci il tarixdə 39 nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilənin şərtlərinə əsasən sifarişçi işin həlli üçün tələb olunan 14.450 manat məbləğinin 4250 manat məbləğini müqavilə imzalandığı an icraçıya ödəməyi, qalan 10.200 manat məbləğini isə viza alındıqdan sonra ödəməyi öhdəsinə götürmüş və tərəflər müqavilənin şərtləri ilə razılaşaraq öz imzaları ilə təsdiq etmişlər. İddiaçı tərəfindən xx xxxx 2018-ci il tarixli 828475 nömrəli qəbzdə cavabdehin adından sonuncuya iş icazəsi almaq məqsədi ilə “xxxx” LLC-yə 5.500 ABŞ dolları məbləğində vəsait ödənildiyi göstərilmişdir. İddiaçı xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyindən sonuncunun təqsiri üzündən onun tərəfindən “xxxx” LLC-yə 5500 ABŞ dolları (9350 manat) pul ödədiyini və nəticədə ona 5500 ABŞ dolları (9350 manat) məbləğində maddi ziyan dəydiyini bildirir. İddiaçı cavabdehdən 9350 manat məbləğində pulu və 30 manat dövlət rüsumunu tələb edir, cavabdeh isə xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilənin şərtlərinə əsasən iddiaçıya 4250 manat ödədiyini, lakin bu günə kimi viza alınmadığını, iddiaçının ona 4250 manat məbləğində ziyan vurduğunu bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli, 2(102)-610/2020 saylı qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi göstərilən işin hallarını müəyyən edərək iddiaçı ilə cavabdeh arasında cavabdehin tapşırığı ilə sonuncunu Kanadada işə düzəltmək məqsədi ilə giriş vizasının alınması məqsədilə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilə əsasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə dair müddəaları tətbiq edilməli olmasını düzgün qeyd etsə də, mübahisəni həmin normaların tələbləri baxımından düzgün həll etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı “xxxx” MMC və Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 39 nömrəli müqavilənin: -1.1-ci bəndinə əsasən İcraçı “xxxx” MMC sifarişçi Cavabdeh Kanadada əmək məqsədi ilə verilən giriş vizasının alınması ilə bağlı xidmətlərlə təmin etməlidir. -1.2-ci bəndinə əsasən sifarişçi göstərilən xidmət müqabilində bu müqavilə ilə müəyyən olunmuş pul məbləğini (xidmət haqqını) təyin olunmuş vaxtlarda icraçıya ödəməyi öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən İcraçı sifarişçini Kanadada əmək məqsədi ilə verilən giriş vizasının alınması ilə bağlı xidmətlərlə təmin edir. -2.2-ci bəndinə əsasən Sifarişçi müqavilə imzalandıqdan sonra 7 gün ərzində öhdəliklərin yerinə yetirilməsi üçün bütün lazımi sənədləri (pasportun əsli, şəxsiyyət vəsiqəsinin surəti, məhkumluq haqqında arayış, ailə sənədləri, yoluxucu xəstəliklərə qarşı qan analizləri və sair kimi (notarial qaydada təsdiqi və ingilis dilində tərcüməsi) zəruri sənədləri və məlumatları icraçıya təqdim edir. -2.3-cü bəndinə əsasən həqiqətə uyğun olmayan sənədlərin və məlumatların sifarişçi tərəfindən təqdim edilməsinə görə icraçı heç bir məsuliyyət daşımır. -2.4-cü bəndinə əsasən işin görülməsi üçün zəruri olan sənədlərin sifarişçi tərəfindən təqdim edilməməsi səbəbindən bu müqavilə üzrə öhdəliklərin icra edilə bilməməsinə görə məsuliyyət sifarişçinin üzərinə düşür. -2.5-ci bəndinə əsasən sifarişçi tərəfindən bu müqavilənin 2.2-ci bəndində göstərilən sənədlər təqdim edildikdən sonra icraçı, vizanın alınması üçün müvafiq sənədləri Kanadada fəaliyyət göstərən müvafiq qurumlardan əldə edir. -2.6-cı bəndinə əsasən icraçı müqavilə bağlandıqdan sonra 5 ay ərzində Kanadadakı müvafiq qurumlardan rəsmi sənədlər gəldikdə, vizanın alınması üçün Kanadanın Ankara şəhərindəki səfirliyinə müraciət edir və bununla əlaqədar ödənişləri edir. -3.1-ci bəndinə əsasən sifarişçi bu müqavilə imzalandığı an 4250 AZN məbləğində pulu icraçıya ödəməyi, geri qalan 10200 AZN hissəsini isə viza alındıqdan sonra ödəməyi öhdəsinə götürür. Səfirlik tərəfindən vizanın verilməsindən imtina edilərsə və sifarişçi viza üçün təkrar müraciəti tələb etməzsə, bu halda, icraçı 4250 AZN pulu 5 iş günü ərzində sifarişçiyə geri qaytarılır. İddiaçı iddiasını əsaslandırmaq üçün idda ərizəsinə “xxxx” MMC-nin “xxxx” LLC-yə müştəri-Cavabdeh üçün “iş icazəsi” almaq məqsədilə 5,500 ABŞ dollar pul ödəməsi barədə xx xxxx 2018-ci il tarixli 828475 nömrəli qəbzi, həmin hüquqi şəxslər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 318674/18 nömrəli müqavilənin tərcümə və notarial qaydada təsdiq edilmiş razılaşma müqaviləsini, “xxxx” LLC-nin xx xxxx 2018-ci il tarixli məktubunun tərcümə və notarial qaydada təsdiq edilmiş surətini, “xxxx” LLCnin xx xxxx 2018-ci il tarixli məktubunun tərcümə və notarial qaydada təsdiq edilmiş surətini təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçı “xxxx” MMC qarşısında öhdəliyini icra etməməsi nəticəsində sonuncuya ziyan vurulmasının əsaslarını düzgün müəyyən etmədən səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, əvvəla birinci instansiya məhkəməsi xx xxxx 2018-ci il tarixli müqavilədə icraçının öz öhdəliklərinin icrasına sənədlər təqdim edildikdən və pul ödənildikdən sonra başlamalı olması barədə şərt nəzərdə tutulması və icraçının müqavilə üzrə öz öhdəliklərinin icrasına başlamasının sifarişçinin hər hansı öhdəliyinin qarşılıqlı icrası ilə şərtləndirilməməsinə diqqət yetirməmişdir. Müqavilənin 2.5-ci bəndi belə bir qənaətə gəlmək üçün əsas yaradır. Çünki, həmin bəndin tələbinə görə müqavilənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlər sifarişçi tərəfindən icraçıya təqdim edildikdən sonra icraçı vizanın alınması üçün müvafiq sənədləri Kanadada fəaliyyət göstərən müvafiq qurumlardan əldə edir. Sözügedən bəndin məzmunundan da göründüyü kimi, ancaq icraçının müvafiq sənədləri Kanadada fəaliyyət göstərən müvafiq qurumlardan əldə etməsi öhdəliyi sifarişçi tərəfindən sənədlərin təqdim edilməsindən asılı edilmiş və həmin bənd əsasında onun müqavilə üzrə digər öhdəliklərinin icrasına başlaması məhdudlaşdırılmışdır. İşə əlavə olunmuş Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin xx.xx.2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın surətindən görünür ki, Qasımov Möhsün Zülfüqar oğlu qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Qərara əsasən həmçinin təkrarən Qasımov Möhsün Zülfüqar oğlu tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh rəhbəri olduğu “xxxx” MMC-nin vasitəçiliyi ilə viza alaraq Kanada Respublikasına işləmək üçün göndərəcəyini vəd edərək, xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki kafedə 2500 ABŞ dolları olmaqla həmin dövrün məzənnəsi ilə 4250 manat məbləğində pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs Cavabdeh maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Abşeron RPİ-nin istintaq şöbəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 128-25700 saylı məktubundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qasımov Möhsün Zülfüqar oğlu Abşeron RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Möhsün Qasımov ölkə hüdudlarından kənarda olduğuna görə, ona həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmadığından barəsində axtarış elan olunmuş, tutulduğu anda həbs edilərək istintaqa təqdim edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tutulub istintaq a təqdim edilənədək dayandırılmışdır. İddiaçı tərəfin məhkəmə kolegiyasının iclasında iştirakını obyektiv səbəblərdən təmin etmək mümkün olmadığından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi halda iddiaçının xx.xx.2018-ci il tarixdə Cavabdeh görə “xxxx” MMC-yə ödəniş etməsinin səbəblərini araşdırmaq, həmçinin maddi ziyan tələbini təsdiq etmək üçün təqdim etdiyi 5500 ABŞ dollarının nağd şəkildə ABŞ-nın hüquqi şəxsinə ödənilməsi barədə xx xxxx 2018-ci il tarixli 828476 nömrəli qəbzin (həmin sənədin sürəti, tərcüməsi və tərcüməçinin imzasının notarial qaydada təsdiq edilməsi barədə sənəd təqdim edilmişdir) əslinin məhkəmə kollegiyasına təqdim etmək və onun mötəbər sübut olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qəbzin məzmununun tərcümə edilməsinin notarial qaydada təsdiqi onun həmin sənədin notarial təsdiq olunmuş surəti kimi qiymətləndirilməsi üçün əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Eyni zamanda,“xxxx” MMC tərəfindən Cavabdeh iş icazəsi almaq məqsədi ilə sonuncunun adından “xxxx” LLC-yə 5.500 ABŞ dolları məbləğində vəsait ödənilməsi barədə qəbzdə hər hansı rekvizitlər əks olunmamış, ümumiyyətlə onun həqiqiliyini təsdiq edən sübut təqdim olunmamışdır. Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözü gedən müxtəlif maraqlar bütünlüklə aydınlsşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (X1rşı iş üzrə x xxxxxx 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə xx xxxxxx 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı özünə məxsus qoyunun cavabdehin iti tərəfindən boğularaq öldürülməsini kifayətedici aydınlıqla sübut edə bilməmiş, irəli sürdüyü həmin iddia iləbağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci maddəsində göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-179/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-179/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 9350 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1018/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1018/2020
16.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver