Məhkəmə qərarları › İş №2(107)-102/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-102/2024

04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-102/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setqanln onun öz hesabına sökülərək götürlüməsi tələbinə dair mülki işə (Açar sözlər: maneələrin aradan qaldırılması) X2 (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və X11 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı X7 nümayəndəsi və vəkili Nümayəndə3, İddiaçı X7 nümayəndəsi X15, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin nümayəndəsi X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setqanln onun öz hesabına sökülərək götürlüməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)- 942/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı qız (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh), üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəhadətnamə əsasında mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmək üçün torpağın yerləşdiyi əraziyə gəldikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsi iki tərəfdən 876 BB və 877 BB torpaq sahələri ilə həmsərhəd olmaqla digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəddir. Mülkiyyətində olan torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB konturlarında göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq 2 metr uzunluğunda olan dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir setka quraşdırılmışdır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə yeganə giriş-çıxışı bağlamaqla mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətmişdir. O, və ailə üzvləri bu barədə cavabdehlə dəfələrlə görüşmüş və sonuncuya qarşılıqlı razılığa gəlmək istədiklərini bildirmişlər. Həmçinin o, cavabdehə həmin torpaq sahəsini ona sata biləcəyi barədə və ya başqa torpaq sahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirmiş, cavabdeh isə bu barədə fikirləşmək üçün uzun müddətli vaxt almışdır. Lakin cavabdeh onunla heç bir razılığa gəlməmiş və qeyd olunan ərazidə darvaza və hasarın quraşdırılması ilə onun mülkiyyətində olan torpaq sahəsinin istifadə olunmasında açıq-aşkar maneçilik etməkdə davam etmişdir. Torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 24 iyun 2021ci il tarixdə Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri onunla birlikdə qeyd olunan torpaq sahəsinin yerləşdiyi yerə gəlmiş və həmin ərazidə inventarlaşdırma işlərini aparmaq istəmişlər. Lakin, cavabdeh 876 BB və 877 BB torpaq sahələrinin qanuni istifadəsində olduğunu və özünə məxsus torpaq sahəsi üzərindən ona məxsus torpaq sahəsinə heç kimi buraxmayacağını bildirmişdir. Mütəxəssislər cavabdehdən müvafiq torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənədlərin təqdim edilməsini xahiş etsələr də, o heç bir rəsmi sənəd təqdim etməmiş və mütəxəssislərin müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneçilik törətdiyi üçün həmin torpaq sahəsi üzərində qanunvericiliklə nəzərdə tutulan qaydada sahiblik hüququnu həyata keçirə bilmir. DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli bildirişinə əsasən Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həmin ərazidə inventarlaşdırma işləri aparılması mümkün olmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Mübahisəli torpaq sahəsinin hazırda kimə məxsus olması ilə bağlı Basqal bələdiyyəsinə müraciət edilsə də, hazıra qədər Basqal bələdiyyəsi tərəfindən bununla bağlı heç bir cavab verilməmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiklərini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında bildirmişdir ki, onun və ailə üzvlərinin şəxsi mülkiyyətində İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ərazisində üç tərəfdən meşə və dərin enişli dərələrin əhatəsində 2 hektar əkin və 0,36 hektar həyətyanı torpaq sahəsi vardır. O, həyətyanı torpaq sahəsində ümumi sahəsi 89.5 kv.metr olan fərdi yaşayış evi inşa etdirmişdir. Həmin əmlaklar dövlət reyestrində qeydiyyata alınmış və ərazilərin inşaat pasportu tərtib edilmişdir. Əmlak və torpaq üzrə vergiləri Zeyvə bələdiyyəsinə ödəmişdir. Ərazinin su mənbəyi və ümumi istifadə yoluna çıxışı yoxdur. Bu səbəbdən gediş-gəliş üçün qonşunun şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadə olunur. Hazırda həmin ərazidə torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyət yaranmış və istifadə məhdudlaşdırılmışdır. Meşə heyvanlarından mühafizə məqsədi ilə həyətyanı sahə çərçivəli, nazik tor məftillə çəpərlənmişdir. Əraziyə giriş sərbəstdir, məhdudiyyət yoxdur. 2010-cu ilin avqust ayında iddiaçının əri İlqar iş yerinə gələrək onunla tanış olmuş, Qəbələ Ərazi İdarəsinin mütəxəssisi ilə birlikdə mübahisə predmeti olan əraziyə gəlmiş və mütəxəssis həmin ərazidə inventarlaşdırma işləri aparmışdır. Mütəxəssis həmin ərazidə inventarlaşdırma işləri apardıqdan sonra torpaq sahəsinə yol olmadığını və ümumiyyətlə ərazilərə yol görünmədiyini bildirmişdir. İddiaçı aldığı torpaq sahəsini ona satmağa və ya başqa torpaq sahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirsə də, ona belə bir təklif olunmamışdır. Cavabdeh iddia tələbini əsassız hesab edərək, rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır.

7. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsinə dair iddia tələbinin rədd edilməsi, İddiaçı 95 (doxsan beş) manat xidmət haqqının tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN:**********, hesablaşma hesabı: AZ03AİİB********************, adı: X38 rayon filialı, kod: 200491, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X) ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 27 dekabr 2004-cü il tarixli JN- 647F KOD 40700016 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X16, X12 və X6 birgə mülkiyyətindədir. 08 avqust 2005-ci il tarixli reyestrdə 4Ə-2-382 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında Ağabədəl Nağıyev mülkiyyətində Basqal kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsini 30000000 manata İddiaçı satmışdır. İddiaçı alğı-satqı müqaviləsi ilə aldığı həmin torpaq sahəsinə dair 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamə almışdır. 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsi və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun əsasən Basqal qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 89,5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 07 iyul 2004-cü il tarixli 48 saylı sərəncamı ilə İcra Hakimiyyəti Başçısı tərəfindən X17 İsmayıllı rayonu Zeyvə kəndində ümumi sahəsi 300 m2, yaşayış sahəsi 150 m2 olan yaşayış evi və həyətyanı tikililərin aparılmasına icazə verilmişdir. 04 oktyabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən Zeyvə kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X20 və X13 mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-851 KOD 40700016 saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsini tələb edir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 30 noyabr 2021-ci il tarixli **********30 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alğı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Araşdırma zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, iddiaçı tərəfindən alğı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN- 647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, həmin torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, iş üzrə mütəxəssis rəyinə görə ödəniləcək xidmət haqqı olan 95 (doxsan beş) manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir.

12. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(107)-442/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Həmin qətnamədən iddiaçı (vəkil X23) tərəfindən kassasiya şikayəti verilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(102)-3962/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(107)-442/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-203/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setkanın onun öz hesabına sökülərək götürülməsi tələbinə dair” iddiası rədd edilmiş, İddiaçı 95 (doxsan beş) manat xidmət haqqı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ03AİİB********************, adı: X38 rayon filialı, kod: 200491, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X) ödənilməsi qət edilmişdir.

17. Həmin qətnamədən iddiaçı (vəkil X23) tərəfindən kassasiya şikayəti verilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(102)-2684/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2(107)-203/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(102)-2684/2023 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikinci apellyasiya icraatı zamanı iddianı iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün istifadə olunduğu iddia edilən torpaq sahəsinin cavabdehin mülkiyyətində olması əsası ilə rədd edilməsi qənaətinə gələrkən bunu sadəcə cavabdeh tərəfin təqdim etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın mövcudluğu ilə əsaslandırmışdır.

20. Halbuki, iddiaçı tərəfin qiymət verilməsi xüsusi bilik tələb edən dəlilləri baxımından bu nəticəyə sadəcə çıxarışın mövcudluğu ilə deyil, həmin çıxarışın məhz mübahisəli əraziyə aid olub-olmamasının müəyyənləşdirilməsindən sonra gəlinə bilərdi.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsində əvvəlkli baxış zamanı da bu istiqamətdə göstərişlər verilsə də, apellyasiya baxışı zamanı nəzərə alınmamışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sübut kimi məhkəməyə ailə üzvlərinin adına olan torpaq sahələrinə dair çıxarışların kserosurətini təqdim etmiş, məhkəmə həmin sənədlərin əslini tələb etməmişdir. Eyni zamanda çıxarışların məhz mübahisə olunan torpaq sahələri ilə üst-üstə düşdüyünü sübut edən əsas hüquq müəyyənedici sənəd olan bu torpaq sahələrinin ölçüləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə həmin sənədləri cavabdehdən tələb etməmişdir. 876 BB və 877 BB nömrəli torpaq sahələri Zeyvə Bələdiyyəsinə deyil, Basqal Bələdiyyəsinə məxsus olduğu üçün cavabdehin həmin torpaq sahələrinin istifadəsi ilə bağlı ümumiyyətlə subyektiv hüququ yoxdur. Məhkəmə aparılmış araşdırma nəticəsində qətnamənin əsaslandırıcı hissəsində iddianın qanuni və əsaslı olduğunu göstərsə də, işin hallarına uyğun gəlməyən əsassız və qanunsuz nəticəyə gəlmiş, bununla iddiaçını faktiki olaraq mülkiyyət hüququndan məhrum etmişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayəti və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh1 apellyasiya şikayətinə yazılı etiraz verərək şikayətin dəlillərinin əsassız olduğunu bildirmiş, şikayətin təmin olunmaması və birinci instansiya məhkəməsininn qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X7 Cavabdeh1 qarşı dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setqanln onun öz hesabına sökülərək götürlüməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 nümayəndəsi X24 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X7 Cavabdeh1 qarşı dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setqanln onun öz hesabına sökülərək götürlüməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin nümayəndəsi X3 Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsindən iddiaçı X22 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsindən iddiaçı X22 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

31. İddiaçının vəkili Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İsmayıllı rayonu Basqal Bələdiyyəsinə, İsmayıllı rayonu Basqal qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının digər vəkili və digər üçüncü şəxslərin nümayəndələri səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

33. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

Qərar:

34. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

39. Apellyator İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli şəhadətnaməyə əsasən X16, X12 və X6 birgə mülkiyyətinə rəsmiləşdirilmişdir. 08 avqust 2005-ci il tarixli reyestrdə 4Ə-2-382 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında Ağabədəl Nağıyev mülkiyyətində Basqal kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsini 30000000 manata İddiaçı satmışdır. 08 avqust 2005-ci il tarixli reyestrdə 4Ə-2-382 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında iddiaçının adına 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) nömrəli şəhadətnamə verilmişdir. 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsi və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Basqal qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 89,5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. 17 fevral 2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İsmayıllı rayonu Zeyvə kəndində yerləşən ümumi sahəsi 113.3 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla həmin fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə rəsmiləşdirilmişdir. 24 yanvar 2023-cü il tarixli reyestrdə 4Ə-37 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayon Zeyvə bələdiyyəsi tərəfindən 0,12 hektar torpaq sahəsini alıcı Cavabdeh1 satılmışdır. 30 yanvar 2023-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İsmayıllı rayonu Zeyvə kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 113.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində rəsmiləşdirilmişdir. 30 yanvar 2023-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə rəsmiləşdirilmiş 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi DVG məlumatlarına əsasən İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid ümumi sahəsi 0,52 ha olan 877 BB nömrəli torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İddiaçının sökülməsini tələb etdiyi dəmir darvaza və dəmir setkanın (dəmir tor hasar) bir hissəsi cavabdehin mülkiyyətində olan 0,12 hektar torpaq sahəsindən kənarda, yəni İsmayıllı rayonu Basqal Bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid ümumi sahəsi 0,52 ha olan 877 BB nömrəli torpaq sahəsinə, o cümlədən Cavabdeh1 mülkiyyətinə rəsmiləşdirilmiş 0,12 ha torpaq sahəsinə bitişik ərazidə yerləşməklə, Basqal Bələdiyyəsinə ayrılmış 877 BB nömrəli torpaq sahəsinə bitişik yol sahəsinin qarşısı cavabdeh tərəfindən dəmir darvaza quraşdırılmaqla, Basqal Bələdiyyəsinə ayrılmış ümumi sahəsi 0,52 ha olan 877 BB nömrəli torpaq sahəsinin hüdudları daxilində isə dəmir tor hasar çəkilməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş imkanları aradan qaldırılmışdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(102)-2684/2023 nömrəli qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bütünlükdə rədd etməklə səhvə yol vermişdir.

44. Belə ki, birinci instansiya məhkəməsinin iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsi barədə iddia tələbinin rədd edilməsini iddiaçının iddia etdiyi gediş-gəliş yolunun cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçməsi və bu torpaq sahəsinin cavabdeh tərəfindən metal torla hasara alınması ilə əsaslandırmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin apardığı əsaslandırmadan da göründüyü kimi məhkəmə gəldiyi nəticəni iddiaçıya məxsus torpaq sahəsinə sənəd üzrə yolun nəzərdə tutulmaması, yol kimi istifadə edilən ərazinin isə cavabdehin faktiki istifadəsində olması ilə əsaslandırsa da iddiaçının da mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə hüququnun olması, yol kimi istifadə edilməsi nəzərdə tutulan torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaması, mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin hüdudları xaricində yerləşən həmin sahəyə cavabdehin hər hansı bir hüququnun olmasına dair heç bir sənədin təqdim edilməməsini nəzərə almamışdır.

46. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

47. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(107)-1218/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş və həmin qərardada əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/9473 nömrəli rəydə göstərilmişdir:

48. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

49. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********38-10301) qeydiyyat tarixi 30 yanvar 2023-cü il olan çıxarışa əsasən X14 mülkiyyətində olan ismayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı üzrə göstərilmişdir.

50. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********38-10301), qeydiyyat tarixi 30 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra naturada ölçüləri tərəflərin iştirakı ilə müəyyən edilmişdir.

51. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********38), qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı üzrə göstərilmişdir.

52. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** (reyestr nömrəsi **********38), qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra naturada öiçüləri tərəflərin iştirakı ilə müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi sonradan yəni 30 yanvar 2023-cü il tarixdə ********** qeydiyyat nöməsi ilə qeydiyyata alınaraq vahid daşınmaz əmlak kimi torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə birgə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

53. Torpağın mülkiyyətə verilməsinə dair JN-851F kod 40700016 nömrəli şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN-647F kod 40700016 şəhadətnaməyə əsasən ismayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

54. Torpağın mülkiyyətə verilməsinə dair JN-851F kod 40700016 nömrəli şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN-647F kod 40700016 şəhadətnaməyə əsasən İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

55. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 876 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

56. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 876 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

57. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən ismayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 877 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

58. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən İsmayıllı rayonunun Bascal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 877 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

59. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü ilolan Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin DVG məlumatlarına əsasən ismayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 877 BB nömrəli torpaq sahəsinin sərhədləri daxilində, şimal-şərq hissəsində yerləşir.

60. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışlar mübahisəli əraziyə aiddir.

61. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-851F, kod 40700016 olan şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN- 647F kod 40700016 şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə sənəd üzrə ayrıca yol sahəsi nəzərdə tutulmamışdır.

62. Torpağın mülkiyyətə verilməsinə dair JN-851F, kod 40700016 olan şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN-647F kod 40700016 şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan ismayıllı rayonu Basqal qəsəbəsində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışlar üzrə torpaq sahələri ilə həmsərhəddir.

63. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-851F, kod 40700016 olan şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN-647F kod 40700016 şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmadığından üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir.

64. İslahat xəritəsinə (DVG məlumat bazasına) əsasən Torpağın mülkiyyətə verilməsin© dair JN-851F, kod 40700016 olan şəhadətnamənin tərtib edilməsinə əsas olmuş JN- 647F kod 40700016 şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmadığından Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən torpaq sahələrinin kənarlarını hasarlaması (metal tor setkanın, dəmir darvazanın quraşdırılması) həmin yolun, yaxud onun hər hansı bir hissəsinin zəbti ilə nəticələnməsini müəyyənləşdirmək mümkün deyildir.

65. Mübahisələndirilən dəmir darvaza Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023cü İl olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsindən kənarda, Basqal bələdiyyətinin mülkiyyətinə aid ərazidə yerləşir.

66. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 yanvar 2023-cü il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2023-cü il olan çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin metal torla əhatələnmiş hissəsi yerquruluşu planı üzrə göstərilmişdir.

67. Qeyd: İsmayıllı rayonu Basqal qəsəbəsi və Zeyvə kəndi islahatdan əvvəl eyni təsərrüfatın ərazisində yerləşdiyinə görə bəzi məlumatlarda torpaq sahələri həm Basqal qəsəbəsi həm də Zeyvə kəndi ərazisində göstərmişdir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

69. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

70. Həmin rəyin verilməsində istinad edilmiş və iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli müşaiyət məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş mütəxəssis rəyinə əlavə edilmiş ərazinin yerquruluşu planlarından görünür ki, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 877 BB nömrəli bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsinin ölçüsü 0,52 ha təşkil edir.

71. Ekspert rəyindən və ekspertiza tədqiqatı zamanı istinad edilmiş mütəxəssis rəyindən göründüyü kimi İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmasa da iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə bitişik İsmayıllı rayonu Basqal Bələdiyyəsinə aid 877 BB nömrəli torpaq sahəsi yerləşir ki, Basqal Bələdiyyəsinə aid 877 BB nömrəli torpaq sahəsinə sənəd üzrə yol sahəsi nəzərdə tutulmuşdur. Cavabdeh1 tərəfindən isə mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin hüdudları xaricində, yəni bələdiyyəyə aid ərazidə dəmir darvaza quraşdırılmış, həmçinin bələdiyyəyə aid olan torpaq sahəsinin bir hissəsində dəmir tor hasar quraşdırılmaqla iddiaçıya mülkiyyətində olan torpaq sahəsinə daxil olmaq imkanları məhdudlaşdırılmışdır.

72. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(102)-2684/2023 nömrəli qərarındakı göstərişlərə uyğun ekspert qarşısında qoyulmuş suala verilmiş cavabdan da aydın olmuşdur ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə verilmiş 26 yanvar 2023-cü il və 30 yanvar 2023-cü il tarixli çıxarışlar məhz mübahisəli əraziyə aiddir.

73. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə münasibətdə verilmiş çıxarış mübahisəli əraziyə aid olsa da həmin çıxarış üzrə torpaq sahəsi bütünlükdə mübahisəli ərazini əhatə etməməklə, 877 BB nömrəli 0,52 hektar torpaq sahəsinin cəmi 0,12 hektar hissəsini cavabdehin mülkiyyətini təşkil edir ki, dəmir darvazanın, dəmir tor hasarın bir hissəsinin götürüləcəyi təqdirdə cavabdehin mülkiyyətinə müdaxilə ümumiyyətlə istisna edilir.

74. Göründüyü kimi İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsindən həmin torpaq sahəsinə doğru istiqamətlənmiş yoladək olan məsafədə, İsmayıllı rayonu Basqal Bələdiyyəsinə aid torpaq sahəsində Cavabdeh1 tərəfindən dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir tor hasar (dəmir setka) quraşdırılmış, bununla da iddiaçının mülkiyyətində olan torpaq sahəsindən yola çıxış imkanları məhdudlaşdırılmışdır.

75. Mülki iş materiallarına əlavə edilən İsmayıllı rayonu Basqal Bələdiyyəsinin 31 may 2024-cü il tarixli, 09 saylı arayışından görünür ki, İsmayıllı rayonu Basqal Bələdiyyəsinin ərazisində həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan yolun orta enliyi 5 metr təşkil edir.

76. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hasarın bir hissəsinin cavabdehə aid olmayan, yəni bələdiyyəyə aid torpaq sahəsində çəkilməsi, həmin hasarın mövcudluğunun iddiaçının yolunu bağlaması müəyyən edilmişdir.

77. Məhkəmə kollegiyası hesab edir ki, hasarın mövcudluğunun iddiaçının yolunu bağlamasını müəyyən edilməsinə baxmayaraq, iddiaçının hasarın sökülməsini məhz mülkiyyətində olan torpaq sahəsinə giriş hüququna, zəruri yol sahəsinə məhdudiyyətin aradan qaldırılması məqsədi ilə tələb etməsi işin mübahisəsiz halıdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfindən inşa edilmiş hasarın bütünlükdə deyil, İsmayıllı rayonu Basqal Bələdiyyəsinin 31 may 2024-cü il tarixli, 09 saylı arayışı da diqqətə alınmaqla cavabdehin mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr məsafədə sökülməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası həmçinin bu qənaətə gəlir ki, mübahisəli dəmir darvaza və dəmir tor hasar cavabdeh tərəfindən quraşdırıldığından dəmir darvazanın və 5 metr məsafədə dəmir tor hasarın sökülməsi də cavabdehin vəsaiti hesabına həyata keçirilməlidir.

78. Məhkəmə kollegiyası iddia tələbinin 876 BB konturdakı torpaq sahəsində cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın və dəmir tor hasarın sökülməsi, həmçinin 5 metr istisna olmaqla qalan hissədə də dəmir tor hasarın sökülməsi ilə bağlı iddia tələblərinə münasibətdə qeyd edir ki, dəmir darvazanın və dəmir tor hasarın 877 BB nömrəli torpaq sahəsində quraşdırılması, ekspertiza rəyi və həmin rəyin verilməsi üçün əsas olmuş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında əksini tapmış ölçü işləri ilə 876 BB konturdakı dəmir tor hasarın iddiaçının mülkiyyətində olan torpaq sahəsinə daxil olmasına maneçilik təşkil etməməsi, bələdiyyə tərəfindən verilmiş arayışda nəzərdə tutulmuş 5 metr enindəki yol sahəsinin mülkiyyətdən istifadəyə yaranan maneəni aradan qaldırması nəzərə alınaraq, iddia tələbinin qalan hissələrdə təmin edilməsi üçün əsaslar mövcud deyildir.

79. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 qarşı cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setqanln onun öz hesabına sökülərək götürlüməsi tələbinə dair iddiası qismən təmin edilməli, 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) Cavabdeh1 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi Cavabdeh1 öz hesabına sökülərək götürülməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.

80. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

81. Kollegiya qeyd edir ki, iddianın qismən təmin edilməsi nəzərə alınaraq İddiaçı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumunun 5 manatı onun özünə aid edilməli, 5 manat dövlət rüsumu isə cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması dövründə verilmiş mütəxəssis rəyi üzrə 95 manat vəsaitin 47,5 manatı İddiaçı, 47,5 manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ03AİİB********************, adı: X38 rayon filialı, kod: 200491, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X), məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-942/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setqanln onun öz hesabına sökülərək götürlüməsi tələbinə dair iddiası qismən təmin edilsin. 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) Cavabdeh1 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi Cavabdeh1 öz hesabına sökülərək götürülsün. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumunun 5 manatı İddiaçı özünə aid edilsin, 5 manat dövlət rüsumu isə Cavabdeh1 tutularaq, İddiaçı verilsin. Mütəxəssis rəyi üzrə 95 manat vəsaitin 47,5 manatı İddiaçı, 47,5 manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ03AİİB********************, adı: X38 rayon filialı, kod: 200491, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X), məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar