Məhkəmə qərarları › İş №2(107)-1029/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1029/2020

05.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1029/2020 05.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-143/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 143/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Şəki Ərazi Şöbəsinə qarşı “Şəki rayonu Daşüz kəndində 40 hektar torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəx binasının, 2 ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiаçıİddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) ərizə ilə Şəki Rayon Məhkəməsinə mürаciət edərək Şəki rayonu Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəxt binasının, iki ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərmişdir ki, təxminən 1998-ci ilin əvvəllərində xxxx şirkətinin filial və yardımçı sahələri özəlləşdirilmə qanununa müvafiq olaraq Dövlət Əmlak Komitəsi tərəfindən satışa çıxarılmış, xx.xx.1998-ci il tarixdə auksion yolu ilə Məmmədov Tahir Məcid oğlu Dövlət Əmlak Komitəsi tərəfindən satışa çıxarılmış Şəki “xxxx” icarə müəssisəsini özəlləşdirmiş, həmin müəssisəyə Məmmədov Tahir Məcid oğlunun adına Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə 011339 saylı Şəhadətnamə verilmişdir. Bundan sonra Məmmədov Tahir Məcid oğlu xx.xx.1999-cu il tarixdə notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında özünə məxsus olan Şəki “xxxx” icarə müəssisəsini Cavabdeh1 satmışdır. Cavabdeh1 xx.xx.1999-cu il tarixdə notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Şəki “xxxx” icarə müəssisəsini alarkən həmin müəssisənin qanuni istifadəsində olmuş torpaq sahəsi 40 ha olmuşdur. 2001-ci ilin əvvələrində Cavabdeh1 ona şərikli iş görmək təklifi ilə müraciət edərək, Şəki rayonu Daşüz və Qudula kəndlərinin ərazisində yerləşən, Cavabdeh1 qanuni istifadəsində olan 40 ha torpaq sahəsinin olduğunu, həmin ərazidə istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılmasının mümkün olduğunu bildirmişdir. O, həmin əraziyə baxdıqdan sonra Cavabdeh1 hansı şərtlərlə onunla şərikli iş qurmaq istədiyini soruşduqda sonuncu bildirmişdir ki, istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsi Cavabdeh1 tərəfindən təmin olunacaq, istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün zəruri tikililərin inşa edilməsi üçün çəkiləcək xərclər isə onun tərəfindən qarşılanmalıdır. Cavabdeh1 təklifi onu qane etdiyi üçün o, razılaşmışdır. 2001-ci ilin mart ayından etibarən istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün tikinti işlərinə başlamışdır. Bu məqsədlə həmin ərazidə vətəndaşlara mədəni və məişət xidmətlərinin göstərilməsi üçün öz vəsaiti hesabına 8 ədəd- 7 ədəd kotec tipli tikililər və bir ədəd mətbəx binası, heyvandarlıq təsərrüfatının yaradılması üçün isə iki ədəd tövlə inşa etdirmiş, həmin tikililərin elektrik enerjisi ilə təmin edilməsi üçün öz vəsaiti hesabına 40 kv-t gücündə transformator alaraq quraşdırmışdır. 2001-ci ilin oktyabr ayından istirahət zonası və heyvandarlıq təsərrüfatı fəaliyyətə başlamışdır. İstirahət zonası 2009-cu il tarixədək fəaliyyət göstərmişdir. 2009-cu ildə Cavabdeh1 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 arasında məhkəmə mübahisələri yarandığı üçün istirahət zonası fəaliyyətini dayandırmışdır. Lakin heyvandarlıq təsərrüfatının fəaliyyəti dayandırılmamış, indinin özündə də davam etdirilir. Son vaxtlar Cavabdeh1 ilə onun arasında müəyyən narazılıqlar yaranmışdır. Belə ki, Cavabdeh1 hal-hazırda iddia edir ki, istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün tikilən tikililər onun özünün vəsaiti hesabına ərsəyə gəlmişdir. Halbuki, həmin tikililərin tikilməsi üçün Cavabdeh1 tərəfindən heç bir vəsait sərf edilməmişdir. Cavabdeh1 istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün tikilən tikililərlə bağlı heç bir vəsait sərf etmədiyi halda həmin tikililərin Nəsib tərəfindən inşa edilməsini iddia etməsi onda müəyyən narahatlıq yaratmışdır. Qeyd edilən ərazini icarəyə götürərək oradan sahibkarlıq məqsədləri üçün istifadə etmək istəmiş, lakin Azərbaycan Respublikası ƏMDK Şəki Ərazi Şöbəsi onlara bildirmişdir ki, həmin ərazinin üzərində tikililər olduğundan qeyd edilən ərazinin onlara icarəyə verilməsi mümkün deyildir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı ilə oxşar məzmunda izahat vermiş və bildirmişdir ki, məqsədləri yalnız bəhsi keçən tikililərin iddiaçı tərəfindən tikilməsini müəyyən etdirməkdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, 1995-ci il tarixdə X28 direktoru vəzifəsində işləyərkən bazanın yaxınlığında, Daşüz kəndi ərazisində Şəki "İpək" şirkətinin və "xxxx" icarə müəssisəsinin torpaq sahəsi, "xxxx" icarə müəssisəsinin bina və avadanlıqları ilə birlikdə baza tərəfindən 5 il müddətinə icarəyə götürülmüşdür. Həmin vaxt orada olan vaqonlarda qaçqınlar məskunlaşdığından Yanacaq Komitəsinin rəhbərliyinin göstərişi ilə onların həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə onlar üçün bina tikilmişdir. 1998-ci ildə "xxxx" icarə müəssisəsinin rəhbəri Tahir Məmmədov müəssisəsinin özəlləşdirməyə çıxarıldığını və onu özəlləşdirmək istədiyini ona bildirmiş, müəssisə ona məxsus olduğundan, habelə müəssisənin yerləşdiyi torpaq sahəsi əkinə yararsız olduğundan icarə müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Həmin vaxt təhvil-təslim aparılaraq bazaya məxsus olan avadanlıqlar götürülmüş, qaçqınların yaşadığı tikililərin inşasına razılıq alınmadığından, habelə onların başqa yaşayış yeri olmadığından tikililər sökülməyərək orada saxlanılmışdır. X20 ssuda ala bilmədiyindən təsərrüfatda iş görə bilmədiyini ona bildirərək müəssisəni satmaq istədiyini bildirmişdir. O, təkliflə razılaşaraq xx.xx.1999-cu il tarixdə notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Şəki “xxxx” İcarə müəssisəsini almışdır. Keçən xeyli müddət ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz əmlakı ilə maraqlanmamışdır. Ancaq sonradan qeyd olunan avadanlıqlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 tərəfindən sökülüb aparılmışdır. Sonra isə İddiaçı ilə qarşılıqlı razılaşma əsasında 2001-ci ilin mart ayından etibarən istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün tikinti işlərinə başlamışdır. Bu məqsədlə həmin ərazidə vətəndaşlara mədəni və məişət xidmətlərinin göstərilməsi üçün İddiaçı vəsaiti hesabına 8 ədəd- 7 ədəd kotec tipli tikililər və bir ədəd mətbəx binası, heyvandarlıq təsərrüfatının yaradılması üçün isə iki ədəd tövlə inşa etdirmiş, həmin tikililərin elektrik enerjisi ilə təmin edilməsi üçün İddiaçı öz vəsaiti hesabına 40 kv-t gücündə transformator alaraq quraşdırmışdır. 2001-ci ilin oktyabr ayından istirahət zonası və heyvandarlıq təsərrüfatı fəaliyyətə başlamışdır. İstirahət zonası 2009-cu il tarixədək fəaliyyət göstərmiş, 2009-cu ildə onunla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 arasında məhkəmə mübahisələri yarandığı üçün istirahət zonası fəaliyyətini dayandırmışdır. Lakin heyvandarlıq təsərrüfatının fəaliyyəti hələ də davam etdirilir. Belə ki, təxminən 2007-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası DNŞ Cavabdeh3 cavabdehlər Azərbaycan Respublikası Dövlət X18 üzrə Dövlət Komitəsinə, Şəki “İpək" ATSC-yə və Şəki "xxxx" İcarə Müəssisəsinə qarşı Azərbaycan Respublikası Dövlət X18 üzrə Dövlət Komitəsinin xx.xx.1998-ci il tarixli 011339 saylı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin və xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və özgə əmlaklarından istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair X29 Məhkəməsində iddia qaldırmış, həmin Məhkəmənin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası DNŞ Cavabdeh3 iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli 2/1(107)-13/2008 saylı qətnaməsi ilə X29 Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası DNŞ Cavabdeh3 Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli 2/1(107)-13/2008 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli 2- 1(102) 205/08 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 vermiş olduğu kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2-1(107)-1/2009 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilmiş, X29 Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Şəki “xxxx” X13 Tahir Məcid oğluna satılması barədə xx xxxx 1998-ci il tarixli Auksion Protokolu, həmin protokol əsasında verilmiş “Əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” 011339 saylı xx.xx.1998-ci il tarixli Şəhadətnamə və Məmmədov Tahir Məcid oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Həmin qərardan narazı qalmış və kassasiya şikayəti vermişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 21(102)105/09 saylı qərarı ilə üçüncü şəxs kimi onun və cavabdeh Məmmədov Tahir Məcid oğlunun kassasiya şikayətlərinin təmin edilməməsi və Şəki Apelyasiya Məhkəməsinin İMDİÜMK-nın xx xxxxxx 2009-cu il tarixli 2- 1(107)-1/2009 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. O, sözügedən tikililərin İddiaçı tərəfindən tikilməsini etiraf edir və həmin faktın müəyyən edilməsinə etiraz etmir. Buna görə də qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 nümayəndəsi (vəkili) X17 izahat verərək göstərmişdir ki, X30 əvvəllər Dövlət Yanacaq Komitəsinə daxil olan qurum kimi, sonralar aparılmış sturuktur vahidi kimi onların tabeliyinə verilmişdir. X30 xx.xx.1995-ci il tarixli müqavilə əsasında Şəki “İpək” Açıq Tipli SC-dən 40 hektar torpaq sahəsini və orada olan avadanlıqları 5 il müddətinə icarəyə götürmüş və həmin sahədə ümumi dəyəri 37,274,04 manat olan tikinti-quraşdırma işləri aparmışdır. Həmin tikililər başa çatmadığından yarımçıq tikinti kimi X28 balansında qalmışdır. İcarə müqaviləsinə əsasən icarəyə götürülmüş sahədən istifadə hüququ bitməməsinə baxmayaraq həmin sahə əmlakları ilə birlikdə “xxxx” İcarə Müəssisəsinin sabiq rəhbəri Məmmədov Tahir Məcid oğlu tərəfindən özəlləşdirilmiş və özəlləşdirmə zamanı tərtib olunmuş texniki pasportda X28 vəsaiti hesabına inşa edilmiş yarımçıq tikililər öz əksini tapmamışdır. Sonradan həmin sahə Məmmədov Tahir Məcid oğlu tərəfindən xx.xx.1999-cu il tarixdə notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında o dövrdə X28 direktoru vəzifəsində işləmiş Cavabdeh1 satılmışdır. Ancaq xx.xx.1995-ci il tarixli icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən icarənin vəsaiti hesabına icarəyə götürülmüş sahədə inşa edilib aparılması mümkün olmayan bina və qurğuların icarəçiyə məxsus olması göstərilmişdir. Buna baxmayaraq icarəyə götürülmüş sahədə icarəçinin vəsaiti hesabına tikilmiş tikili və qurğulardan qanunsuz olaraq istifadə edilmişdir. Bununla bağlı xx.xx.2002-ci il tarixli 07 saylı və xx.xx.2005-ci il tarixli 32 saylı məktublarla Azərbaycan Respublikası Dövlət X18 üzrə Dövlət Komitəsinə müraciət olunmuş, Komitə həmin sahənin Məmmədov Tahir Məcid oğlu tərəfindən tam özəlləşdirildiyini və həmin faktı nəzərə alaraq sahədə olan tikililərin də yeni mülkiyyətçiyə satılmasının məqsədə uyğun olduğunu bildirmişdir. Həmin ərazidə X30 tərəfindən inşa edilmiş tikililər 2002-ci ilin iyun ayından X19 balansına verilmişdir. X26 isə “Azərnefttəchizat” Birliyinin struktur vahidi kimi fəaliyyət göstərmişdir. “xxxx” ASC ilə SOCAR-ın Cavabdeh3 arasında xx.xx.1995-ci il tarixində mübahisəli 40 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış və həmin torpaq sahəsində icarəçi tərəfindən müəyyən tikililər inşa olunmuşdur. Daha sonra, qeyd olunan icarə müqaviləsinin qüvvədə olduğu dövrdə həmin torpaq sahəsi qeyri-qanuni özəlləşdirilmiş və Cavabdeh3 öz aktivlərinin (həmin torpaqdan, tikililərdən) istifadə hüququndan məhrum olmuşdur. Lakin, özəlləşdirilmənin nəticələri məhkəmə qaydasında ləğv olunmuşdur. Belə ki, 2007-ci il tarixdə onlar tərəfindən cavabdehlər Azərbaycan Respublikası Dövlət X18 üzrə Dövlət Komitəsinə, Şəki “İpək" ATSC-yə və Şəki "xxxx" İcarə Müəssisəsinə qarşı Azərbaycan Respublikası Dövlət X18 üzrə Dövlət Komitəsinin xx.xx.1998-ci il tarixli 011339 saylı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin və xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və özgə əmlaklarından istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair X29 Məhkəməsində iddia qaldırılmış, lakin həmin Məhkəmənin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ilə iddiaları təmin edilməmişdir. Qətnamədən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli 2/1(107)-13/2008 saylı qətnaməsi ilə X29 Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra tərəflərindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli 2-1(102)205/08 saylı qərarı ilə vermiş olduqları kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2-1(107)1/2009 saylı qətnaməsi ilə onların apelyasiya şikayəti qismən təmin edilmiş, X29 Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Şəki “xxxx” X13 Tahir Məcid oğluna satılması barədə xx xxxx 1998-ci il tarixli Auksiyon Protokolu, həmin protokol əsasında verilmiş “Əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” 011339 saylı xx.xx.1998-ci il tarixli Şəhadətnamə və Məmmədov Tahir Məcid oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Həmin qərardan qarşı tərəf narazı qalmış və kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin xx xxxx 2009-cu il tarixli 2-1(102)105/09 saylı qərarı ilə üçüncü şəxs kimi Cavabdeh1 və cavabdeh Məmmədov Tahir Məcid oğlunun kassasiya şikayətlərinin təmin edilməməsi və Şəki Apelyasiya Məhkəməsinin İMDİÜMK-nın xx xxxxxx 2009-cu il tarixli 2-1(107)-1/2009 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “xxxx” ASC ilə SOCAR-ın Cavabdeh3 arasında yuxarıda qeyd olunan icarə müqaviləsi üzrə münasibətlər 2000-ci ildən sonra da davam etdirilmişdir. Eyni zamanda icarə müqaviləsinin tərəfləri müqavilənin xitamı ilə bağlı digər tərəfə hər hansı bildiriş göndərməmişdir. Məhz buna görə də hesab edirlər ki, mübahisəli 40 ha torpaq sahəsinə dair icarə hüququ hal-hazırda SOCAR-ın Cavabdeh3nə məxsusdur və həmin torpaq sahəsinin istifadəçisi SOCAR-ın Cavabdeh3dir. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edənmaraqlı şəxs ƏMDK Şəki Ərazi Şöbəsinin nümayəndəsi X1 izahat verərək göstərmişdir ki, xxxx şirkətinin fəaliyyətinin zəifləməsi ilə əlaqədar onun filial və yardımçı sahələri özəlləşdirilmə qanununa müvafiq olaraq Dövlət Əmlak Komitəsi tərəfindən 1998-ci il tarixdə satışa çıxarılmış, xx.xx.1998-ci il tarixdə auksion yolu ilə Məmmədov Tahir Məcid oğlu Dövlət Əmlak Komitəsi tərəfindən satışa çıxarılmış Şəki “xxxx” icarə müəssisəsini özəlləşdirmiş və həmin müəssisəyə Məmmədov Tahir Məcid oğlunun adına Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə 011339 saylı şəhadətnamə verilmişdir. Bundan sonra Məmmədov Tahir Məcid oğlu alqı-satqı müqaviləsi əsasında özünə məxsus olan Şəki “xxxx” icarə müəssisəsini Cavabdeh1 satmışdır. 2007-2009-cu illərdə Məmmədov Tahir Məcid oğlu və Cavabdeh1 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 arasında çoxsaylı məhkəmə mübahisələri yaranmış, sonda Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Şəki “xxxx” X13 Tahir Məcid oğluna satılması barədə xx xxxx 1998-ci il tarixli Auksiyon Protokolu, həmin protokol əsasında verilmiş “Əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” 011339 saylı xx.xx.1998-ci il tarixli Şəhadətnamə və Məmmədov Tahir Məcid oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 1999-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Məmmədov Tahir Məcid oğlu ifadəsində göstərmişdir ki, Şəki “İpək” şirkətinin yardımçı təsərrüfatı olan “Ağ qaya” adlanan quşçuluq fermasını 1990-cı ildə icarəyə götürmüş və sonradan həmin təsərrüfat “xxxx” İcarə Müəssisəsi adlandırılmışdır. “xxxx” X27 “İpək” şirkətinin yardımçı təsərrüfatı olmaqla orada şirkətin işçiləri üçün fəsilə uyğun olaraq kartof, soğan, pomidor, xiyar və.s. tərəvəz və bostan məhsulları tədarük edilmişdir. Bundan başqa həmin ərazidə müxtəlif ağaclardan ibarət meyvə bağları da salınmışdır. 1995-ci ildə X30 həmin ərazini icarəyə götürmək üçün Şəki “İpək” şirkətinə müraciət etmiş, X30 40 hektar torpaq sahəsini orada olan avadanlıqlarla birlikdə 5 il müddətinə icarəyə götürmüşdür. Sonradan Şəki “İpək” şirkətinin filial və yardımçı sahələri özəlləşdirməyə çıxarılmışdır. xx.xx.1998-ci il tarixdə auksion yolu ilə “xxxx” İcarə Müəssisəsini özəlləşdirmiş və həmin müəssisəyə onun adına Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə 011339 saylı şəhadətnamə verilmişdir. Bundan sonra, müəssisə üçün kredit ala bilmədiyi üçün xx.xx.1999-cu il tarixdə notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında ona məxsus olan müəssisəsini Cavabdeh1 satmışdır. Müəssisə özəlləşdirilərkən X30 tərəfindən inşa edilmiş yarımçıq tikililərin hüquq müəyyən edici sənədləri olmadığından həmin tikililər siyahıya salınmamışdır. 2007-ci ildən etibarən qeyd olunan ərazi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 arasında çoxsaylı məhkəmə mübahisələri yaranmış, bu məhkəmə mübahisələrinin sonunda Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Şəki “xxxx” İcarə Müəssisəsinin ona satılması barədə xx xxxx 1998-ci il tarixli Auksiyon Protokolu, həmin protokol əsasında verilmiş “Əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” 011339 saylı xx.xx.1998-ci il tarixli Şəhadətnamə və onunla Cavabdeh1 arasında bağlanmış xx xxx 1999-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir. 2000-ci ildən sonra mübahisəli əraziyə getməmiş və orada hər hansı koteclər görməmiş və onların kim tərəfindən tikilməsini bilmir. Ancaq həmin ərazidə 1 ədəd bina, mühafizəçi budkası və altıaçıq (naves) görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, təxminən 19-20 il bundan əvvəl o, Şəki şəhərində inşaat materiallarının satışı ilə məşğul olduğu dövrdə İddiaçı ondan dəfələrlə taxta, sement və digər inşaat materialları almışdır. Bəzən tikinti materiallarını sürücülər gəlib ondan alıb aparırmışlar. Lakin maliyyələşmə, yəni alınan tikinti materiallarının pulunun ödənilməsi İddiaçı tərəfindən həyata keçirilmişdir. Ancaq Nigarın ondan alınan inşaat materiallarını nə üçün istifadə etməsi barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, təxminən 2001-ci ildə “Qartal” istirahət zonası inşa edilən dövrdə İddiaçı göstərişi ilə inşaat materialları alaraq, həmin malları siyahısı ilə birlikdə “Qartal” istirahət zonasına aparmaqla Nigara köməklik etmişdir. Həmin materialların pulunu Nigar xanım özü mağazalara ödəyirdi. Həmin vaxt İddiaçı tərəfindən orada koteclərin inşa edildiyini görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şirinov Elçin Şövkət oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 2001-2005-ci illərdə “Qartal” istirahət zonasında qaynaqçı işləmişdir. Təxminən 10-11 ədəd besedka (köşk) və təndirxana tikmişdir. Koteclərin kim tərəfindən tikildiyini bilməsə də, həmin tikintiyə İddiaçı rəhbərlik etdiyini görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təxminən 2000-2009-cu illərdə “Qartal” istirahət zonasını o işlətmişdir. Onlar işləməyə başlayan zaman həmin ərazidə ancaq uçuq-sökük vəziyyətdə 1 bina olmuşdur. Qalan bütün tikililəri isə İddiaçı inşa etdirmişdir. Həmin ərazidə 1 ədəd vaqon, 4 ədəd kotec, 1 ədəd təndirxana və bir neçə besedka (köşk) inşa etdirmişlər. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-143/2020 nömrəli qətnaməsi çıxarılmışdır. İddiaçıapelyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-143/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçıapellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun iddia tələbi ilə məhkəmənin gəldiyi nəticə arasında heç bir hüquqi və məntiqi uyğunluq yoxdur. Belə başa düşür ki, məhkəmə onun iddia tələbinin mahiyyətini qəsdən görməzdən gəlib. Onun iddia tələbinin mahiyyəti Şəki rayonu Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəx binasının, iki ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi olmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticəsindən isə aydın olur ki, birinci instansiya məhkəməsi qanuni qüvvəsini çoxdan almış məhkəmə qətnaməsi ilə öz həllini tapmış 2007-ci ildə Dövlət Neft Şirkətinin Cavabdeh3 tərəfindən qaldırılan iddianın predmeti ilə onun iddiasının predmetini eyniləşdirmiş, bundan sonra isə sübut etməyə çalışmışdır ki, 40 ha torpaq sahəsinin icarədarı SOCAR-ın Cavabdeh3dir, hansı ki, o, iddia ərizəsində 40 ha torpaq sahəsinin icarəsi ilə bağlı heç bir tələb irəli sürməmişdir. Hər bir halda, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğun olaraq onun irəli sürdüyü tələblə bağlı hüquqi əsaslandırma aparmalı idi. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsinin 6-cı vərəqinin 2-ci səhifəsində qeyd edilmişdir ki, “Göründüyü kimi iddiaçı Şəki rayonu Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəxt binasının, iki ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də belə bir hüquqi faktın müəyyən edilməsi ilə bağlı MPM-nin 307-ci maddəsində hər hansı müddəa mövcud deyildir.” Birinci instansiya məhkəməsini gəldiyi bu nəticə də həqiqəti əks etdirmir. Çünki, Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 307.2.11- ci maddəsinin tələbini görməzdən gəlməklə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndindəki tövsiyələrini də səhv təfsir etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsinin 7-ci vərəqinin 2-ci səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, “Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna ziddir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Buna görə də məhkəmə hesab edir ki,Cavabdeh1 iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməməlidir.” Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmaq mümkün deyil. Belə ki, iş materiallarında Şəki rayonu Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində olan 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəxt binasının və iki ədəd tövlənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 tərəfindən tikilməklə balansında olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Belə vəziyyətdə isə birinci instansiya məhkəməsinin Cavabdeh1 iddianı etiraf etməsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 hüquqlarına toxunması qənaətinə gəlməsi onda çox böyük təəccüb doğurur. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, işə qərəzli yanaşmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, həqiqəti müəyyən etməyən və ədalətsiz qətnamə çıxarmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıvə nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-143/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı izahatında əlavə olaraq bildirdi ki, onun tərəfindən tikilən tikililər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 balansına götürdüyü pansionatın- “X26”nın binalarına aid deyildir. Həmin pansionatın- “X26”nın binaları öz yerində olmaqla onun inşa etdiyi tikililərdən xeyli kənarda yerləşir. Onda olan məlumata görə “X26”da bu yaxınlarda özəlləşdirilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansından çıxarılmışdır. O, özünün tikdirdiyi binalara mülkiyyət hüququnun tanınmasını tələb etmir. Sadəcə olaraq, həmin binaların onun tərəfindən tikilməsi faktının müəyyən edilməsini xahiş edir. Həmin faktın müəyyən edilməsi sözügedən tikililərlə bağlı onunla Cavabdeh1 arasında olan narazılığın-mübahisənin tənzimlənməsi üçün ona lazımdır. Sözügedən tikililərin özü tərəfindən tikilməsi faktını isə məhkəmədən kənar, başqa qaydada müəyyən edə bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qanuna uyğun və ədalətli qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 nümayəndəsi və vəkili X17 izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-143/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Şəki Ərazi Şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Göründüyü kimi iddiaçı Şəki rayonu Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotej tipli tikililərin, 1 ədəd mətbəxt binasının, iki ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də belə bir hüquqi faktın müəyyən edilməsi ilə bağlı MPM-nin 307-ci maddəsində hər hansı müddəa mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquq müəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci maddəsinə qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Bundan başqa MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə gəldikdə isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Göründüyü kimi 2007-2009-cu illərdə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 ilə cavabdehlər Azərbaycan Respublikası Dövlət X18 üzrə Dövlət Komitəsi, Şəki “İpək" ATSC, Şəki "xxxx" İcarə Müəssisəsi və o vaxt maraqlı şəxs – hazırda cavabdeh olan Cavabdeh1 arasında çoxsaylı məhkəmə mübahisələri olmuş, lakin həmin məhkəmə proseslərində İddiaçı həmin məhkəmə proseslərinə hər hansı mülki prosessual şəxs kimi qoşulmamışdır. Halbuki, iddiaçı iddia edir ki, mübahisələndirilən tikililəri təxminən 2001-ci ildən etibarən tikdirməyə başlamışdır. Belə olduğu halda tərəflər arasında baş vermiş təxminən 2 illik məhkəmə mübahisələrindən iddiaçının xəbərinin olmamasını məhkəmə ağılabatan hesab etmir. Bundan başqa əvvəlki məhkəmə qətnamələri və qərarları əsasında müəyyən olunmuşdur ki, həmin ərazidə dövlət mülkiyyətində olan torpaq üzərində tikilmiş tikililər keçmiş Azərnefttəchizat Birliyinin balansında olmuş X28 vəsaiti hesabına inşa edilmişdir. Məhkəmə həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin də ifadələrinə tənqidi yanaşır. Məhkəmə iclasında cavabdeh olan Cavabdeh1iddianı etiraf edərək bildirmişdir ki, həqiqətən də Şəki rayonunun Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotej tipli tikililər, 1 ədəd mətbəxt binası, 2 ədəd tövlə İddiaçı tərəfindən tikilmişdir. Məhkəmə Cavabdeh1 iddianı etiraf etməsinə münasibətdə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna ziddir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi əsassızdır. Ona görə də İddiaçı Şəki rayonunun Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotej tipli tikililərin, 1 ədəd mətbəxt binasının, iki ədəd tövlənin onun tərəfindən tikilməsini təsdiq edəcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də onun qeyd edilən hüquqi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıda qeyd edilənləri göstərməyi zəruri hesab edir. Belə ki, işin halı ondan ibarətdir ki, iddiaçının tələbi Şəki rayonu Daşüz və Qudula kəndlərinin arasında yerləşən 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəx binasının və iki ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi olmuşdur. Həmin tikililərin İddiaçı tərəfindən 2000-ci illərin əvvəllərində inşa edilməsi işin halları ilə sübut olunur. Belə ki, iddiaçının özünün bildirdikləri ilə müəyyən olunur ki, 2000-ci illərin əvvəllərində iddiaçı ilə Cavabdeh1 arasında işgüzar münasibətlər olmuş, sonuncu ona ortaq iş görməyi təklif etmiş, qanuni istifadəsində 40 ha torpaq sahəsinin olduğunu, həmin ərazidə istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılmasının mümkün olduğunu, istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsinin onun tərəfindən təmin olunacağı, istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün zəruri tikililərin inşa edilməsi üçün çəkiləcək xərcləri İddiaçı ödəməli olduğunu bildirmişdir. Cavabdeh1 təklifi onu qane etdiyi üçün o, razılaşmışdır. 2001-ci ilin mart ayından etibarən istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün tikinti işlərinə başlamış, bu məqsədlə həmin ərazidə vətəndaşlara mədəni və məişət xidmətlərinin göstərilməsi üçün öz şəxsi vəsaiti hesabına 8 ədəd- 7 ədəd kotec tipli tikililər və bir ədəd mətbəx binası, heyvandarlıq təsərrüfatının yaradılması üçün isə iki ədəd tövlə inşa etdirmiş, həmin tikililərin elektrik enerjisi ilə təmin edilməsi üçün öz vəsaiti hesabına 40 kv-t gücündə transformator alaraq quraşdırmışdır. 2001-ci ilin oktyabr ayından istirahət zonası və heyvandarlıq təsərrüfatı fəaliyyətə başlamış, ərazidə sahibkarlıq fəaliyyəti göstərərək qazanc əldə etmişlər. İstirahət zonası 2009-cu il tarixədək fəaliyyət göstərmişdir. 2009-cu ildə Cavabdeh1 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 arasında məhkəmə mübahisələri yarandığı üçün istirahət zonası fəaliyyətini dayandırmışdır. Lakin heyvandarlıq təsərrüfatının fəaliyyəti dayandırılmamış, indinin özündə də davam etdirilir. Həmin heyvandarlıq təsərrüfatına iddiaçı rəhbərlik edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə iddia tələbinin haqlı olması müəyyən edilir. Belə ki, şahidlər X8, X10, Şirinov Elçin Şövkət oğlunun və X2 ifadələri ilə müəyyən edilir ki, 2001-2002-ci illərdə İddiaçı tərəfindən iddia predmetinə aid olan tikilililərin inşa edilməsi üçün zəruri olan tikinti materialları alınaraq həmin əraziyə daşınmış, ərazidə aparılan tikinti işlərinə İddiaçı rəhbərlik etmiş, alınan ttikinti materiallarının dəyərini və tikinti ustalarının əmək haqqını o ödəmiş, İddiaçı rəhbərliyi ilə həmin ərazidə istirahət zonası üçün koteclər, təndirxana, bir neçə köşk və heyvandarlıq təsərrüfatı üçün tövlələr inşa edilmiş, həmin tikililərin elektrik enerjisi ilə təmin edilməsi üçün öz vəsaiti hesabına 40 kv-t gücündə transformator alınaraq quraşdırılmışdır. Transformator indi də İddiaçı adına olmaqla ödənişlər onun tərəfindən aparılır. Birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməməsini əsaslandırmamışdır. MPM-in 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi, şahid ifadələri də sübut növlərindən biridir və məhkəmə tərəfin öz bildirdiklərini təsdiq etməsi məqsədi ilə təqdim etdiyi sübutu mötəbər hesab etmirsə bunu əsaslandırmalıdır. Lakin baxılan mübahisə üzrə bəhs edilən halda bunu müəyyən etmək olmur. Kollegiyaya görə, şahidlər X8, X10, Şirinov Elçin Şövkət oğlunun və X2 ifadələri mötəbər sübut kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən həm də göstərmişdir ki, “əvvəlki məhkəmə qətnamələri və qərarları əsasında müəyyən olunmuşdur ki, həmin ərazidə dövlət mülkiyyətində olan torpaq üzərində tikilmiş tikililər keçmiş Azərnefttəchizat Birliyinin balansında olmuş X28 vəsaiti hesabına inşa edilmişdir”. Bununla bağlı iddiaçı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, onun tərəfindən tikilən tikililər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 balansına götürdüyü pansionatın-“X26”nın binalarına aid deyildir. Həmin pansionatın- “X26”nın binaları öz yerində olmaqla onun inşa etdiyi tikililərdən xeyli kənarda yerləşir. Məhkəmə kollegiyası iddia predmetinə aid olan istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş tikililərə bаxış keçirmiş və müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və əlavə etdiyi foto şəkillərdən görünən istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş tikililər Şəki rayonu Daşüz kəndi ilə Qudula kəndlərinin arasındakı ərazidə Şəki-Qax magistral yolunun yuxarı və alt hissələrində yerləşir. Həmin magistral yolun yuxarı hissəsində istirahət üçün tikilmiş müxtəlif ölçüdə üç ədəd, eyni ölçüdə olan dörd ədəd kərpicdən tikilmiş, hər iki üzü suvamış və dam örtüyü azbest şiferdən olan tikililər vardır. Qeyd olunan tikililərdən aşağı hissədə, magistral yola yaxın məsafədə bir ədəd kərpicdən tikilmiş, hər iki üzü suvamış və dam örtüyü azbest şiferdən olan mətbəx binasının olması, Şəki-Qax magistral yolunun alt hissəsində biri mişar daşından və digəri həm mişar daşından, həm də üzüm becərmək üçün istifadə olunan beton dirəklərdən tikilmiş iki ədəd tikili var idi. Həmin tikililərdən heyvandarlıq tövlələri kimi istifadə olunur. Qeyd olunan tikililərə yaxın məsafədə iddiaçının iddia ərizəsində qeyd etdiyi və öz adına sənədləşən bir ədəd işıq transformatoru yerləşir. İddiaçının bildirdiyinə görə həmin tikililəri 2001-ci ildə özü tikdirmişdir. İddiaçı onu da bildirdi ki, istirahət zonası 2009-cu ildən fəaliyyətini dayandırıb. Heyvandarlıq təsərrüfatının fəaliyyətinə İddiaçı rəhbərlik edir. Təsərrüfatda işləyən bir neçə nəfər yerli baxış keçirilən zaman orada gündəlik işlərini həyata keçirirdilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh3”nin balansında olan və əvvəllər pansionat (X26) kimi istifadə olunan beş ədəd müxtəlif ölçülü tikililərə də kollegiya tərəfindən baxış keçirilmiş, müəyyən edilmişdir ki, X19 sözügedən tikililəri iddiaçının iddia etdiyi tikililərdən təqribən beş yüz metr kənar məsafədə yerləşir, iddiaçının iddia etdiyi tikililərə heç bir aidiyyatı olmamaqla fərqli tikililərdir. Göründüyü kimi mübahisəli tikililərə baxış keçirilən zaman da müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh3”nin balansında olan və əvvəllər X19 pansionatı kimi istifadə edilmiş tikililər iddiaçının iddia etdiyi tikililərdən təqribən beş yüz metr kənarda yerləşməklə, iddiaçının iddia etdiyi tikililərə aidiyyatı yoxdur. Onlar tamamilə başqa tikillər olmaqla xeyli kənarda yerləşir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi tikililərin həmin ərazidə dövlət mülkiyyətində olan torpaq üzərində keçmiş Azərnefttəchizat Birliyinin balansında olmuş X28 vəsaiti hesabına tikilmiş tikililər olması qənaətinə gəlməklə səhv nəticəyə gəlmişdir. Buna uyğun olaraq, iddia tələbinin təmin edilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Dövlət Neft Şirkətinin Cavabdeh3 maraqlarına zidd deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilir ki, iddiaçı tikililərin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də, belə bir hüquqi faktın müəyyən edilməsi ilə bağlı MPM-in 307-ci maddəsində hər hansı müddəa mövcud deyildir. Kollegiya birinci instansiya məhkəməsinin göstərilən hüquqi mövqeyi ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-in: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İddiaçının tələbi MPM-in 307.2.11-ci maddəsinə əsasən, məhkəmələrin səlahiyyətinə aid edilən hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərin təsir dairəsinə düşür. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçının tələbinə tikililərə mülkiyyət hüququnun tanınması tələbi kimi də qiymət vermişdir. Həmin mövqe ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsindən bəhs edilir. Lakin yuxarıda qeyd edildiyi kimi, iddia tələbi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi deyil, tikililərin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi barədədir. Göründüyü kimi, iddiaçı tikililərin yerləşdiyi torpaq sahəsi ilə də bağlı hər hansı tələb irəli sürmür. Bəhs edilən hal ilə bağlı iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərmişdir ki, “o, özünün tikdirdiyi binalara mülkiyyət hüququnun tanınmasını tələb etmir. Sadəcə olaraq, həmin binaların onun tərəfindən tikilməsi faktının müəyyən edilməsini xahiş edir. Həmin faktın müəyyən edilməsi sözügedən tikililərlə bağlı onunla Cavabdeh1 arasında olan narazılığın-mübahisənin tənzimlənməsi üçün ona lazımdır. Sözügedən tikililərin özü tərəfindən tikilməsi faktını isə məhkəmədən kənar, başqa qaydada müəyyən edə bilmir.” Vahid məhkəmə təcrübəsinə görə, Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan digər faktlar müəyyənləşdirilərkən buna uyğun olaraq belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. İddiaçının tələb etdiyi tikililərin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsinin məhkəmədən kənar qaydada nizamlanması mümkün deyildir. Beləliklə, şərh edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iddia ərizəsində qeyd olunan tikililər İddiaçı tərəfindən tikilmişdir. Birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş və iddianı təmin etməməklə səhvə yol vermişdir. Apelyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X23 Məhkəməsi “X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X23 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X23 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-143/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia təmin edilməli, İddiaçı Şəki rayonu Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəx binasının və 2 ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi qət edilməlidir. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(075)-143/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Şəki Ərazi Şöbəsinə qarşı “Şəki rayonu Daşüz kəndi ərazisində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş tikililərin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi” barədə iddiası təmin edilsin. İddiaçı Şəki rayonu Daşüz kəndi ərazisində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 7 (yeddi) ədəd kotec tipli tikililərin, 1 (bir) ədəd mətbəx binasının və 2 (iki) ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktı müəyyən edilsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar