Məhkəmə qərarları › İş №2(107)-1033/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1033/2020

03.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1033/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X5 iştirakı ilə, iddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 qarşı "xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 qarşı xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiaları təmin edilmişdir. Həmin qətnаməyə əsаsən həm də 133 manat ekspertiza xərcinin cаvаbdehlər «xxxx» MMC və Rüstəmоv Bilаl Zаxаr оğlundan alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesаbınа ödənilməsi qət edilmişdir. İşin halları: İddiаçılаr Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı və Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu cаvаbdehlər «xxxx» MMC-nə, Bаlаkən rаyоn Nоtаriаt Kоntоrunа və Rüstəmоv Bilаl Zаxаr оğlunа qarşı iddiа ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Bаlаkən rаyоn Nоtаriаt Kоntоrundа tərtib edilmiş 06 аprel 2008-ci il tаrixli 4Ə-135 nömrəli аlqı-sаtqı müqаviləsinin etibаrsız hesаb edilməsi və аilələrinin pаyınа verilmiş 1.18 hа pаy tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən Bаlаkən rаyоn Nоtаriаt Kоntоrunun cavabdeh qismində prosessual fəaliyyətinə xitam verilmiş, Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçı Yetimоv Cаbbаr Məhəmməd оğlu iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Balakən rayonunun Talalar kəndində yaşayır. Dövlət tərəfindən torpaq islahatı aparılarkən Balakən rayon X12 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə ailə üzvlərinin payına 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1009 KOD40113018 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Mülkiyyətlərinə verilmiş torpaq sahəsindən 1.18 ha sahə çöl ərazisindən, 0.48 ha sahə isə yaşadıqları evin həyətyanı sahəsinə bitişik sahədən verilmişdir. 2008-ci ildə kəndin sakini, Talalar bələdiyyəsinin sədri işləmiş Cavabdeh3 ona bildirmişdir ki, mülkiyyətlərinə verilmiş 1.18 ha pay torpaq sahəsi ilə kənd ərazisinə yaxın yerdən 0.60 ha pay torpaq sahəsinin dəyişdirilməsi mümkündür. 1.18 ha torpaq sahəsi evlərindən çox uzaqda olduğundan o, Bilalla razılaşmışdır. Həmin vaxtdan o və ailə üzvləri Bilal tərəfindən onlara göstərilmiş 0.60 ha pay torpaq sahəsindən istifadə etmişlər. Bilal torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı lazımi sənədləşmə işlərini özü həll edəcəyini bildirmişdir. Sonralar Bilaldan dəfələrlə istifadəsində olan torpağa dair sənədləri tələb etmişdir. Bilal isə narahat olmamağını və tezliklə sənədləri ona verəcəyini demişdir. Lakin buna baxmayaraq, Bilal bugünə qədər sənədləri nə ona, nə də ailə üzvlərinə verməmişdir. Halhazırda xəstə olduğundan müalicəsi ilə bağlı pula ehtiyacı var. Buna görə istifadəsində olan 0.60 ha pay torpaq sahəsini satmaq istəyir. Bununla bağlı Cavabdeh3 müraciət etmiş və istifadəsində olan həmin 0.60 ha pay torpaq sahəsinin ailə üzvlərinin adına rəsmiləşdirilməsi barədə sənədləri ona verməyini xahiş etmişdir. Cavabdeh3 torpaq sahəsinin sahibinin vəfat etdiyini və rəsmiləşdirmənin mümkün olmadığını ona bildirmişdir. Belə olan halda o, Dövlət tərəfindən ailəsinin mülkiyyətinə verilmiş 1.18 ha pay torpaq sahəsinin geri özlərinə qaytarılmasını Bilaldan tələb etmişdir. Həmin vaxt Bilal ona bildirmişdir ki, 1.18 ha pay torpaq sahəsi “xxxx” MMC tərəfindən “alqı-satqı müqaviləsi” əsasında ailəsindən alınmışdır. Bununla bağlı məsələnin araşdırılması məqsədi ilə o, DƏDRX Zaqatala Əİ-nin Balakən Şöbəsinə müraciət etmişdir. Orada ona xx xxxxx 2008-ci il tarixli 4Ə-135 saylı Torpaq alqı-satqı müqaviləsinin surəti təqdim olunmuşdur. Müqavilə ilə tanış olmuş və həmin vaxt ona məlum olmuşdur ki, ailəsinə məxsus torpaq sahəsi onlardan xəbərsiz satılmışdır. Müqaviləni nə özü, nə də ailə üzvləri imza etməmişdirlər. Onlara müqavilədə qeyd edildiyi kimi, torpağın alqı-satqısı ilə bağlı 5900 manat məbləğində pul verilməmişdir. Müqavilə cavabdehlər Balakən rayon Dövlət Notariat Kontorunun məsul şəxsləri və Cavabdeh3 tərəfindən edilmiş saxtakarlıqla tərtib olunmuşdur. Buna görə də belə bir müqavilə etibarsız hesab olunmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçı Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı iddiaçı Yetimоv Cаbbаr Məhəmməd оğlunun izahatına uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cаvаbdeh Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı Yetimоv Cаbbаr Məhəmməd оğlu onun həmkəndlisidir. Özü uzun müddət Balakən rayonu Talalar Bələdiyyəsinin sədri işləmişdir. Dövlət tərəfindən torpaq islahatı aparılarkən Balakən rayon X12 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə iddiaçılara 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə dair Az. Resp. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1009 KOD40113018 saylı Dövlət Aktı tərtib olunmuşdur. Onların mülkiyyətlərinə torpaq sahəsindən 1.18 ha sahə çöl ərazisindən verilmişdir. «xxxx» MMC-yə torpaq sahəsi lazım olduğuna görə ona müraciət etmişlər. Həmin vaxt iddiaçılara bu barədə məlumat vermiş, onların razılığı ilə torpağın alqı-satqısında vasitəçi kimi iştirak etmişdir. Nə qədər pul verilməsini xatırlamır. İddiaçılar öz torpaq sahələrini «xxxx» MMC-yəözləri satıblar. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «xxxx» MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bаlаkən rаyоn Nоtаriаt Kоntоru birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 185.5-ci madəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli qətnaməsindən apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi Cahangir Kərimov apelyаsiyа şikаyətində Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(019)- 696/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli qətnaməsi Maraqlı şəxs QSC-nin qanunla müəyyən olunmuş hüquqlarını pozur və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ““xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdiriİməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il tarixli müqavilə əsasında Maraqlı şəxs QSC-yə keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx” ASC-nin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli aktivlər (borclar) üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında Maraqlı şəxs QSC-yə təhvil verilmişdir. Həmin borcun qaytarılması tələbi ilə bağlı Maraqlı şəxs QSC tərəfindən “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-2(81)-1179/2016 saylı qətnaməsi ilə “xxxx” MMC-dən cəmi 62.877.927,49 manat borcun Maraqlı şəxs QSC-nin xeyrinə tululması; borc tələbinin “xxxx” MMC-nə məxsus olan əmlaklara (Qusar, Xaçmaz, Oğuz, Qax, Balakən, Zaqatala rayonlarında və Bakı şəhərində yerləşən qeyri-yaşayış binalarına (ictimai iaşə, ticarət və s. obyektlərinə), sex və emal müəssisələrinə, torpaq sahələrinə, nəqliyyat vasitələrinə, texnika və avadanlıqlarına) yönəldilməsi; “xxxx” MMC-nin həmin əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və Maraqlı şəxs QSC-nin mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin, Daxili İşlər Nazirliyi Baş Dövlət X22 və Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət X4 üzərinə Maraqlı şəxs QSC-ni tutma yönəldilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata almaq öhdəliyinin qoyulması; borc tələbinin həmin əmlakların ”xxxx” MMC tərəfindən qiymətləndirilmiş cəmi 5.094.008,33 manat dəyəri çıxıldıqdan sonra, borcun 29.859.279,16 manat məbləğində qalan hissəsinin cavabdeh “xxxx" MMC-nin digər əmlaklarına yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq Maraqlı şəxs QSCyə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Maraqlı şəxs QSC-nin sifarişi ilə “xxxx” MMC tərəfindən açıq hərrac təşkil edilmiş və hərracda qalib olan “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlaklar satın alınmışdır. Eyni zamanda, iddiaçıların mübahisələndiıdiyi torpaq sahəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs QSC-nin sifarişi ilə “xxxx” MMC tərəfindən açıq hərrac təşkil olunmuş və hərrac təşkilatının X16 haqqında 01/01 saylı Protokoluna və onun 2 saylı Əlavəsinə əsasən Maraqlı şəxs QSC-nin mülkiyyətində olan Balakən rayonu Talalar və Tülü kəndində yerləşən torpaq sahələri və Balakən şəhəri C.Cabbarlı küçəsində yerləşən qeyri-yaşayış binası “xxxx” MMC-nin mülkiyyətinə keçmişdir. Qeyd olunanlara əsasən, “xxxx” MMC qanunvericiliklə nəzərdə tutulmuş qaydada ƏMDK yanında DƏDRXnin 18 saylı Ərazi İdarəsinə müraciət etmiş və yuxarıda qeyd olunan əmlaklara dair çıxarışları əldə etmişdir. “xxxx” MMC mübahisə predmeti olan Balakən rayonu Talalar kəndi ərazisində yerləşən ümumi sahəsi 1.1798 ha olan torpaq sahəsinə (reyestr nömrəsi: **********48) dair mülkiyyət hüququnu da həmin əməliyyat çərçivəsində əldə etmişdir. Hesab edir ki, iddiaçıların qanuni şəkildə özgəninkiləşdirdikləri torpaq sahəsini 10 ildən artıq müddət keçəndən sonra geri tələb etmələri və bununla bağlı qaldırdıqları iddia əsassızdır. Ona görə də hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X13 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlu, cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi və Cavabdeh3, mübаhisə predmeti bаrəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Balakən rayonu Notariat Kontorunun nümayəndəsi, habelə apelyasiya baxışı zamanı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X14, X6, X9 və X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsalar da, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, işdə olan sübutları tədqiq edib onları tətbiq edilməli hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(019)-696/2018 nömrəliqətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə оlаn Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx xxxxx 2008-ci il tаrixli torpaq alqısatqı müqaviləsinin surətindən görünür ki, Balakən rayon X12 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X14, X6, X9 və X2 ümumi mülkiyyətinə verilmiş 1.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onlar etibarnamə üzrə nümayəndəsi X11 tərəfindən təmsil olunan “xxxx” MMC-yə 5900 (beş min doqquz yüz) manata sаtmışlar. İşdə оlаn JN-1009 KOD40113018 saylı Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X12 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X14, X6, X9 və X2 (cəmi 7 nəfər) ümumi mülkiyyətinə 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 18644 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 xx xxxxx 2008-ci il tarixli, 4ə-135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar” hissəsində “2” və “4” rəqəmlərinin qarşısındakı imzalar - X1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 xx xxxxx 2008-ci il tarixli, 4ə- 135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “imzalar” hissəsində “1" rəqəminin qarşısındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 xx xxxxx 2008-ci il tarixli, 4ə-135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar” hissəsində “6” rəqəminin qarşısındakı imza - Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdən göründüyü kimi, Balakən rayon X12 xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X14, X6, X9 və X2 ümumi birgə mülkiyyətinə 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx xxxxx 2008-ci il tаrixdə həmin torpaq sahəsinin 1.18 ha hissəsinin «xxxx» MMC-yə (MMC-nin etibarnamə üzrə nümayəndəsi X7) 5900 (beş min doqquz yüz) manata satılmasına dair Cavabdeh2 alqı-satqı müqaviləsi tərtib olunmuşdur. Müqavilədən onun Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X14, X6, X9 və X10 ilə «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 arasında bağlandığı görünsə də, lakin ekspert rəyinə əsasən həmin müqaviləyə iddiaçılardan təkcə Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı imza etmiş, digər iddiaçı Yetimоv Cаbbаr Məhəmməd оğlunun və sonradan üçüncü şəxs qismində cəlb edilmiş X3 isə müqavilədə olan imzalarının onların özləri tərəfindən deyil, başqası tərəfindən icra edildiyi müəyyən olunmuşdur. İddiaçı Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlunun, habelə sonradan üçüncü şəxs qismində cəlb edilmiş X14, X6 və X2 imza nümunələri ekspertizaya təqdim olunmadığından müqavilədə olan müvafiq imzaların onların özləri, yoxsa başqa şəxs (şəxslər) tərəfindən icra edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçıların bildirməsinə görə, ailənin istifadəsinə başqa sahədən torpaq sahəsi verildiyindən onların bu alqı-satqı müqaviləsindən məlumatları olmamışdır. 2018-ci ildə onlar torpaq sahəsini satmaq istədikdə məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsinin 1.18 ha hissəsinin «xxxx» MMC-yə satılması barədə Cavabdeh2 xx xxxxx 2008-ci il tarixli, 4ə-135 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “torpağın alqı-satqı müqaviləsi” vardır. Bundan sonra iddiaçılar torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan 1.18 ha torpaq sahəsinin Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X14, X6, X9 və X2 ümumi birgə mülkiyyətində olmasını, Cavabdeh2 xx xxxxx 2008-ci il tarixli, 4ə-135 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsində saxta imzalar olmasını, həmin müqavilə bağlanarkən qanun pozuntularına yol verilməsini, habelə iddiaçılara 5900 manat pulun verilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır. Belə ki, mübahisə predmeti olan 1.18 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN-1009 KOD40113018 nömrəli Dövlət Aktına əsasən Balakən rayonu Talalar kəndi ərazisindən İddiaçı1 və ailə üzvlərinin (cəmi 7 nəfər) ümumi birgə mülkiyyətinə verilmişdir, bu da onu ehtiva edir ki, mübahisəli torpaq sahəsində 7 nəfər ailə üzvündən hər birinin bərabər, yəni 1/7 hissədə mülkiyyət payı vardır. Lakin onlardan yalnız 3 nəfəri həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmiş, qalan 4 nəfər mülkiyyətçi iddia tələbinə qoşulmamışlar. Birinci instansiya məhkəməsi iddia tələbinə qoşulmayan 4 nəfər mülkiyyətçini işə üçüncü şəxs qismində cəlb etməli olduğu halda bunu etməmiş, bununla prosessual pozuntuya yol vermişdir. İddia tələbinə qoşulmamış 4 nəfər mülkiyyətçi – X14, X6, Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızı və X10 apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən işə üçüncü şəxs qismində cəlb edilmiş, onlar məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin hər hansı səbəb göstərmədən məhkəmə baxışında iştirak etmək istəməmişlər. İddiaçılar 1.18 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələblərini onunla əsaslandırmışlar ki, onların belə bir müqavilədən xəbərləri olmamış, həmin müqaviləyə imza etməmişlər, müqavilədəki imzalar isə onlara məxsus deyildir. Müqavilədəki imzaların iddiaçılar tərəfindən icra olunub-olunmamasının ekspert tərəfindən tədqiqi üçün iddiaçılardan Yetimоv Cаbbаr Məhəmməd оğlu və Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı eksperimental imza nümunələri təqdim etmişlər, iddiaçı Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu isə birinci instansiya məhkəməsinin iş üzrə iclaslarında iştirak etməmiş və ekspertiza tədqiqatı üçün eksperimental imza nümunələri təqdim etməmişdir. Həmçinin, sonradan üçüncü şəxs qismində cəlb edilmiş Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızı ekspertiza tədqiqatı üçün eksperimental imza nümunələri təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın nəticələrinə görə xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsindəki imzalardan Yetimоvа Şəmsiyyət Əhmədullаh qızına aid olanı onun özü tərəfindən icra edilmiş, Yetimоv Cаbbаr Məhəmməd оğlu və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızına aid olan imzalar isə onların özləri tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Qalan 4 nəfər mülkiyyətçinin (payçının) eksperimental imza nümunələri təqdim olunmadığından müqavilədəki müvafiq imzaların onlar tərəfindən icra edilibedilməməsi məsələsini aydınlaşdırmaq mümkün olmamışdır. Ekspert rəyindən məlum olur ki, iddiaçı Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı mübahisələndirilən müqavilədən xəbərsiz olduğunu və həmin müqaviləyə imza etmədiyini iddia etsə də, lakin onun mülahizələri həqiqətə uyğun deyildir. İddiaçı Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı sözügedən müqavilədən məlumatlı olmuş və həmin müqaviləyə imza etməklə mübahisəli torpaq sahəsinin öz mülkiyyətinə aid olan 1/7 hissəsini satmışdır. İddiaçı Yetimоv Cаbbаr Məhəmməd оğlu və sonradan üçüncü şəxs qismində cəlb edilmiş Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızı mübahisələndirilən müqaviləni imza etməmişlər, yəni həmin müqavilə onların iradəsini ifadə etmir. Belə olduğu halda Yetimоv Cаbbаr Məhəmməd оğluna və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızına münasibətdə hesab etmək olmaz ki, onlar mübahisəli torpaq sahəsinin öz mülkiyyətlərinə aid olan hissəsini satmışlar. İddiaçı Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu və sonradan üçüncü şəxs qismində cəlb edilmiş X14, X6 və X10 isə hazırkı mübahisəyə və bununla bağlı məhkəmə prosesinə heç bir maraq göstərməməklə, hər hansı mövqe və münasibət bildirməməklə mübahisəli torpaq sahəsinin onların mülkiyyətinə aid hissəsinin satılması faktı ilə razılaşdıqlarını nümayiş etdirmişlər. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, Cavabdeh2 ümumi mülkiyyətdə olan 1.18 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsi bağlanarkən Yetimоv Cаbbаr Məhəmməd оğlu və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hüquqları pozulmuş, onların həmin torpaq sahəsindəki mülkiyyət payları (hərəsinin 1/7 hissə olmaqla) özlərinin iştirakı olmadan və iradələri nəzərə alınmadan satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar... Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 352-ci maddəsinə görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. İstinad edilən mülki hüquq normaları kontekstində məhkəmə kollegiyası hesab edir ki, əvvəla, ümumi mülkiyyətin payçılarından hər biri və ya bir neçəsi ayrılıqda və ya qrup halında öz payını və ya birgə paylarını Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara (yəni 218-ci maddənin tələblərinə) əməl etməklə özgəninkiləşdirmək hüququna malik olduğundan, hazırkı iş üzrə alqı-satqı müqaviləsinin hissəvi (ümumi mülkiyyətin bir və ya bir neçə payçısına münasibətdə) etibarsızlığı həmin müqavilənin qalan hissəsinin etibarlı sayılmasını istisna etmir. Digər tərəfdən, hazırkı iş üzrə ümumi mülkiyyətdə olan 1.18 ha torpaq sahəsinin satılması zamanı Yetimоv Cаbbаr Məhəmməd оğlu və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyətlərinə aid olan torpaq paylarının qanunsuz olaraq (iştirakları və iradə ifadələri olmadan) satılması müəyyən olunduğundan, notarial qaydada tərtib olunmuş xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsi adları çəkilən 2 nəfərin mülkiyyət paylarına münasibətdə etibarsız hesab edilməli, digər 5 nəfərin mülkiyyət paylarına münasibətdə isə həmin alqı-satqı müqaviləsi qüvvəsində qalmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi mübahisəli 1.18 ha ümumi torpaq sahəsinin iddia tələbinə qoşulmamış mülkiyyətçilərini (4 nəfər) işə üçüncü şəxs qismində cəlb etməməklə, eyni zamanda, mübahisələndirilən xx xxxxx 2008ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsini bütövlükdə etibarsız hesab etməklə prosessual və maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, bu da işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam əsaslı sayaraq təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən əsaslıdır. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə isə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 qarşı "xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" iddiasının qismən - İddiaçı1 və üçüncü şəxs Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət paylarına aid hissədə təmin edilməsi, “Torpağa mülkiyyət hüququna dair” JN-1009 KOD40113018 nömrəli Dövlət Aktı ilə Balakən rayonu Talalar kəndi ərazisindən İddiaçı1 və ailə üzvlərinin (cəmi 7 nəfər) ümumi mülkiyyətinə verilmiş torpaq sahəsinin 1.18 ha hissəsinin özgəninkiləşdirilməsinə dair xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin qismən – İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası, həmçinin mülki prosessual qanunvericiliyin tələbləri baxımdan hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat pul vəsaitinin yarısı (66 manat 50 qəpik) iddiaçılar X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlundan, qalan yarısı (66 manat 50 qəpik) cavabdehlər “xxxx” MMC və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 qarşı "xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" iddiası qismən - İddiaçı1 və üçüncü şəxs Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət paylarına aid hissədə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-1009 KOD40113018 nömrəli Dövlət Aktı ilə Balakən rayonu Talalar kəndi ərazisindən İddiaçı1 və ailə üzvlərinin (cəmi 7 nəfər) ümumi mülkiyyətinə verilmiş torpaq sahəsinin 1.18 ha hissəsinin özgəninkiləşdirilməsinə dair xx xxxxx 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsi qismən – İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilsin; mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hüquqları bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat pul vəsaitinin yarısı (66 manat 50 qəpik) iddiaçılar X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlundan, qalan yarısı (66 manat 50 qəpik) cavabdehlər “xxxx” MMC və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar