Məhkəmə qərarları › İş №2(107)-104/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-104/2021

18.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-104/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh X13 və onun vəkili X2 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(039)-108/2020 saylı qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər X8, X10 və X5 qarşı qanunsuz aparılmış tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən Yevlax rayonu Varvara kənd qəsəbəsində yerləşən 8 mənzilli, 3 nömrəli binanın 2-ci girişində qanunsuz aparılmış tikililər-hamam, mal tövləsi və dəmir konstruksiyalı çardağın cavabdehlərin hesabına sökülməsi və yaşayış mənzilinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(039)-108/2020 saylı qətnaməsi ilə cavabdehlər X12, X13 və X11 tərəfindən Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində inşa edilmiş hamam, mal tövləsi və dəmir konstruksiyalı çardaq onların vəsaiti hesabına sökülməsi və həmin ünvanda yerləşən 8 saylı mənzilə giriş-çıxış yolunun açılması və cаvаbdеhlər X4, X6 və X3 müştərək qayada 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN**********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdeh X13 apellyаsiyа şikаyəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hamam və tövləyə aid hissədə qeyd edə bilər ki, iş materiallarından da görünür ki, iddiaçının mülkiyyətində yalnız mənzil vardır. Torpaq sahəsi isə iddiaçının deyil, dövlətin mülkiyyətindədir. İddiaçının sökülməsini tələb etdiyi hamam və tövlə məhz dövlət torpaq sahəsində tikilmişdir. Belə olan halda, iddiaçının həmin tikililərin sökülməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, həmin hamam və tövlə həmin binada yaşayan bütün şəxslər üçün ümumi istifadə üçün tikilmişdir. Həmin tikililərin isə iddiaçının öz mənzilindən sərbəst surətdə giriş-çıxış etməsi üçün heç bir maneəçiliyi yoxdur. Binanın, xüsusilə də iddiaçının yaşadığı mənzilin aid olduğu blokun giriş-çıxışı tam açıqdır və iddiaçı sərbəst surətdə binaya daxil ola bilir. Çardağa münasibətdə isə qeyd edə bilər ki, həmin çardağın da iddiaçıya heç bir maneəçiliyi yoxdur. Belə ki, çardaq yerdən quraşdırılmış, çardağın yuxarı hissəsi iddiaçıya məxsus pəncərənin aşağı hissəsində bitir. Yəni həmin çardaq iddiaçının ətrafı görməsinə heç bir mənfi təsir göstərmir. Məhkəmə iddia tələbini təmin edərkən ekspert rəyinə istinad etmişdir. Əvvəla ekspert qarşısında qoyulmuş sualların özü düzgün olmamışdır. Belə ki, ekspert qarşısında «həmin mövcud tikililərin məhz iddiaçının giriş-çıxışına mane olub-olmaması» barədə sual qoyulmalı, həmin cavaba uyğun da qərar qəbul edilməli ili. Ekspert rəy verib ki, tikintilər normaya uyğun inşa edilməyib. Lakin həmin tikintilərin normalara uyğun inşa edilməməsi həmin tikintilərin məhz iddiaçının giriş-çıxışına mane olması anlamına gəlmir. Əgər tikintilər normalara uyğun deyilsə, bu halda onun sökülməsini həmin torpaq sahəsinin mülkiyyətçisi tələb edə bilərdi. Torpaq sahəsinin isə iddiaçıya heç bir aidiyyatı yoxdur. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(039)-108/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X13 və onun vəkili X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdeh və maraqlı şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(039)-108/2020 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, qətnamə yalnız cavabdeh X13 tərəfindən mübahisələndirilmiş olsa da, onun şikayəti müvafiq hissədə digər cavabdehlərin mənafeyini də əhatə etməkdədir. Eyni zamanda iddianın bütün cavabdehlər qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə Kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçının mülkiyyətində yalnız mənzil vardır. Torpaq sahəsi isə iddiaçının deyil, dövlətin mülkiyyətindədir. İddiaçının sökülməsini tələb etdiyi hamam və tövlə məhz dövlət torpaq sahəsində tikilmişdir. Həmin hamam və tövlə həmin binada yaşayan bütün şəxslər üçün ümumi istifadə üçün tikilmişdir. Həmin tikililərin isə iddiaçının öz mənzilindən sərbəst surətdə giriş-çıxış etməsi üçün heç bir maneəçiliyi yoxdur. Binanın, xüsusilə də iddiaçının yaşadığı mənzilin aid olduğu blokun giriş-çıxışı tam açıqdır və iddiaçı sərbəst surətdə binaya daxil ola bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məcəllənin 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məcəllənin 171.2-ci maddəsinə görə təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş Müstəqil Məhkəmə Ekspertizası MMCnin xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən cavabdehlər X12, X13 və X5 məxsus tikililər Yevlax rayonu Varvara kəndində yerləşən 8 mənzilli, 3 nömrəli binanın 2-ci girişində yerləşən 8 nömrəli evə məxsus giriş-çıxış yolunu 6.5 m enində, 4.5 m uzunluğunda və 1.8 m hündürlüyündə mişar daşından olan hasarla, ümumi istifadədə olan küçəyə giriş-çıxışı isə metal darvaza və metal konstruksiyalı çardaqla məhdudlaşdırmışdır. Ekspert rəyindən də göründüyü kimi Yevlax rayonu Varvara kəndində yerləşən 8 mənzilli, 3 nömrəli binanın 2-ci girişində yerləşən 8 nömrəli evə məxsus giriş-çıxış yoluna və ümumi istifadədə olan küçəyə giriş-çıxışa hər hansı bir hamam və tövlənin maneəçilik yaratdığı müəyyən edilməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilə bilməz. Bundan əlavə Yevlax rayonu Varvara kəndində yerləşən 8 mənzilli, 3 nömrəli binanın 2-ci girişində yerləşən 8 nömrəli evə məxsus giriş-çıxış yolunu məhdudlaşdıran 6.5 m enində, 4.5 m uzunluğunda və 1.8 m hündürlüyündə mişar daşından olan hasarın və ümumi istifadədə olan küçəyə giriş-çıxışı məhdudlaşdıran metal darvazanın sökülməsi də qət edilə bilməz. Çünki iddia ərizəsində belə bir tələb olmadığından, bu iddia tələbindən kənara çıxmaq olardı ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə ekspert rəyinə əsasən metal konstruksiyalı çardağın ümumi istifadədə olan küçəyə giriş-çıxışı məhdudlaşdırdığından, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(039)-108/2020 saylı qətnaməsi qismən, yəni cavabdehlər X12, X13 və X11 tərəfindən Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində inşa edilmiş hamam və mal tövləsinin onların hesabına sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə yəni, cavabdehlər X12, X13 və X11 tərəfindən Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində inşa edilmiş dəmir konstruksiyalı çardağın onların vəsaiti hesabına sökülməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə cavabdehlər X12, X13 və X3 müştərək qaydada tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməli, iş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pulun 150 (bir yüz əlli) manatı İddiaçı, 150 (bir yüz əlli) manatı isə cavabdehlər cavabdehlər X12, X13 və X3 müştərək qaydada tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ013501**********1944, VÖEN **********, hesab AZ53AllB******************** hesаbınа ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(039)- 108/2020 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(039)-108/2020 saylı qətnaməsi qismən, yəni cavabdehlər X12, X13 və X11 tərəfindən Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində inşa edilmiş hamam və mal tövləsinin onların hesabına sökülməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə yəni, cavabdehlər X12, X13 və X11 tərəfindən Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində inşa edilmiş dəmir konstruksiyalı çardağın onların vəsaiti hesabına sökülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə cavabdehlər X12, X13 və X3 müştərək qaydada tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pulun 150 (bir yüz əlli) manatı İddiaçı, 150 (bir yüz əlli) manatı isə cavabdehlər cavabdehlər X12, X13 və X3 müştərək qaydada tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ013501**********1944, VÖEN **********, hesab AZ53AllB******************** hesаbınа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar